Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#45997
1   2   3   4   5   6   7   8
Kommunikasiya. Mühazirə-1

Kommunikasiya-müəyyən  işarələr  vasitəsilə  fikir,  məlumat,  ideya  və 

s.maddi  daşıyıcılarla  mübadilə,  bu  və  ya  digər  məzmunun  bir  şüurdan  digərinə 

(kollektiv və ya fərdi) ötürülməsidir. Ünsiyyət anlayışına çox yaxındır, ilk baxışda 

eyni təəssürat yaranır, yaxud eyni bir təzahür müxtəlif sözlərlə adlanır.Eynilik həm 

kommunikasiya,  həm  də  ünsiyyətdə  informasiya  mübadiləsi  prosesinin  baş 

verməsidir.Ünsiyyət sosial xarakter daşıyır, birgə fəaliyyətin tələblərindən yaranan 

insanların  qarşılıqlı  əlaqəsinin  ayrılmaz  hissəsi,  idrak  və  ya  emosional-

qiymətləndirmə xarakterli məlumat mübadiləsidir.Kommunikasiya informasiyanın 

ötürülməsidir,  mövcudluğu  yalnız  rabitə  zamanı  aşkara  çıxır-əlaqə  kəsilirsə, 

kommunikasiya  da  pozulur;  ünsiyyət  kommunikasiyanın  mütləq  elementlərindən  

biridir, amma onun eyni deyil. 



 

İşgüzar  kommunikasiya  və  kommunikasiya  terminləri  arasında  real 

anlaşmada məzmun, məna fərqi vardır. Oxşarlıq özünü daha çox kommunikasiya 

anlayışında  göstərsə,  elmi  ədəbiyyatda  bu  terminlər  sinonim  kimi  işlənsə  də, 

onların  hər  birinin  özəlliyi  var.  Bu  anlayış  özündə  ümumi  dil,  ümumi  yaddaş, 

ümumi  düşünmək  meyarının  estetik  tələblərini,  fikir  və  təfəkkür  mədəniyyətini, 

nəsillərə  ötürmə  mexanizmini  ehtiva  edir.  İşgüzar  kommunikasiya  ünsiyyətə 

əsaslanır, zəruri əhəmiyyət kəsb etdiyi üçün dəyərini daim qoruyub saxlayır, lakin 

o həm də müstəqil anlayışdır. 

İşgüzar  kommunikasiyanın  əsas  funksiyaları  informasiyavericilik  (həqiqi, 

yaxud  yalan  məlumatların  verilməsi),  interaktivlik  (insanlar  arasında  qarşılıqlı 

fəaliyyətin təşkili), perspektivlik (ünsiyyət tərəfdaşlarının bir-birini “həzm etməsi” 

və  bu  əsasda  qarşılıqlı  anlaşmanın  yaradılması).Bu  sahədə  kommunikativ 

maneələr  çoxdur:  inamsızlıq;  fikrini  izah  edə  bilməmək;  nitqin  qüsurluluğu; 

dinləməyi bacarmamaq və s. 

İşgüzar  kommunikasiya  birgə  fəaliyyətdə  məqsədə  çatmaq  üçün 

iştirakçıların intellektual informasiya mübadiləsi, qarşılıqlı əlaqədə münasibətlərin 

formalaşmasıdır.İşgüzar  həyatın  sürəti  insanlar  arasında  kommunikasiya 

vərdişlərinin  olmasını  zəruri  edir.  Kommunikasiya  subyektin  bu  və  ya  digər 

obyektlə  informasiya  əlaqəsidir-insanların  bir-biri  ilə,  eləcə  də  texniki  vasitələrin 

(media, radio, televiziya, internet və s.) köməyi ilə informasiya almaq və ötürmək 

vərdişlərinin məcmusudur, böyük auditoriya üçün nəzərdə tutulur. 



İşgüzar  kommunikasiya  işgüzar  münasibətlərin  qarşılıqlı  təzahürüdür, 

informasiyanın  müxtəlif  forma  və  məzmununda  insanları  və  xidmətləri 

əlaqələndirən  nitq  sözünün  sinonimi  və  texnologiyasının  komponentidir.Lakin 

kommunikasiya  bir  informasiya  ötürücüsündən  məlumatın  qəbul  edən  tərəfdən 

alınmadırsa, işgüzar kommunikasiya insanlar arasında nitq mübadiləsidir.Semiotik 

münasibətdə  onların  arasında  oxşar  və  fərqli  cəhətlər  vardır:  əgər  ünsiyyətin 

tərəfdaşları  arasında  qarşılıqlı  əlaqə  yaranıbsa,  həmin  terminləri  tam  mənasında 

sinonim kimi qəbul edə bilərik; bu münasibətlər prosesin müəyyən keyfiyyətlərini 

ehtiva edir, o zaman bu terminlər arasında fərq yaranır: 

1.Kommunikasiya informasiya prosesidir, o təkcə insanlarla yox, texniki vasitələr, 

hətta  süni  dillərlə  də  həyata  keçirilə  bilər,  işgüzar  kommunikasiya  isə  insanlar 

arasında olur, həm praktik, həm də mənəvi informasiya xarakteri daşıyır; 

2.  Kommunikasiya  subyektin  bu  və  ya  digər  obyektlə  əlaqəsidir,  bu  zaman  təkcə 

insan  yox,  hər  canlı  (heyvan)  və  ya  maşın  (texniki  vəsait)  obyekt  rolunda  eynilə 

insan  kimi  çıxış  edə  bilər.  İşgüzar  kommunikasiya  isə  yalnız  fərdi  subyektlər  –

insanlar arasında baş verir




 

3.  Kommunikasiya  informasiya  ötürmə  prosesidir,  bu  funksiyada  o,  birtərəflidir-




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin