Fənn : Maliyyə və Kredit Mövzu 8: Maliyyənin idarə edilməsstrreplN


Bazar iqtisadiyyatı şəraitində maliyyə planlaşdırılması və proqnozlaşdırılması



Yüklə 19 Kb.
səhifə6/8
tarix04.04.2022
ölçüsü19 Kb.
#54704
1   2   3   4   5   6   7   8
Mövzu 8 Maliyyənin İdarə Edilməsi (2)

Bazar iqtisadiyyatı şəraitində maliyyə planlaşdırılması və proqnozlaşdırılması
Maliyyə planlaşdırılması maliyyənin idarə edilməsinin mühüm elementi kimi çıxış edir. Maliyyə planlaşdırılmasının obyekti dövlətin və təsərrüfat subyektlərinin maliyyə fəaliyyətidir. Onun nəticəsi isə maliyyə planlarının (ayrı–ayrı idarələrin smetalarından başlamış dövlətin icmal maliyyə balansınadək) tərtibidir. Hər bir planda müəyyən dövrə gəlir və xərclər, bütün maliyyə və kredit sisteminin həlqələri ilə ödəniş və hesablaşmalar üzrə qarşılıqlı əlaqələr müəyyən edilir.

Maliyyə sisteminin bütün həlqələri maliyyə planına malikdir. Maliyyə planının formaları, onun göstəricilərinin tərkibi maliyyə sisteminin müvafiq həlqəsinin spesifikliyini əks etdirir. Belə ki, kommersiya əsasında fəaliyyət göstərən müəssisələr gəlirlər və xərclər balansı; qeyri–kommersiya fəaliyyətini həyata keçirən idarələr smeta; kooperativ təşkilatları, ictimai birliklər və sığorta şirkətləri maliyyə planları, dövlət hakimiyyəti orqanları büdcələr tərtib edirlər.

Maliyyə planlaşdırılmasında iqtisadi inkişafın bu və ya digər mərhələsində həyata keçirilən maliyyə siyasətinin tələbləri əsas götürülür. Bu halda plan tapşırıqlarını yerinə yetirmək üçün pul vəsaitinin həcmi və onun mənbələri müəyyən edilir, gəlirlərin artırılması və xərclərə qənaət aşkar edilir, mərkəzləşdirilmiş və qeyri–mərkəzləşdirilmiş fondlar arasında vəsaitin bölgüsünün optimal nisbətləri müəyyən edilir.

Maliyyə göstəricilərinin proqnoz və plan hesablamaları müxtəlif metodlardan istifadə etməklə həyata keçirilir. Onlardan ən əhəmiyyətlisi ekstrapolyasiya, normativ, riyazi modelləşdirmə metodlarından ibarətdir. Ekstrapolyasiya metodunda maliyyə göstəriciləri onların dinamikasını aşkar etmək əsasında müəyyən edilir, hesablamada hesabat dövrünün göstəricilərindən istifadə olunur. Normativ metod müəyyən edilmiş norma və normativlərdən istifadəyə əsaslanır. Riyazi modelləşmə metodu real iqtisadi–sosial proseslərdə maliyyə modelinin qurulmasından ibarətdir.

Maliyyə resurslarının formalaşması mənbələri ilə birlikdə onların istifadəsi istiqamətlərini uyğunlaşdırmaq, maliyyə planının bütün bölmələrini öz aralarında ələqələndirmək üçün balans metodu tətbiq edilir.

Maddi istehsal sahələrində planlaşdırma zamanı geniş forma ilə birlikdə gəlir və xərclər balansı – ixtisar edilmiş forma da (kiçik və orta müəssisələr üçün) maliyyə planı tərtib edilir.

Maliyyə planının tərtib olunmasının məqsədi maliyyə göstəricilərinin qısa, orta və uzun müddətə proqnozlaşdırılması əsasında maliyyə vəsaitlərinin, kapital və ehtiyatların mümkün həcminin müəyyən olunmasıdır. Maliyyə planının əsas strategiyası təsərrüfatçılıqla məşğul olan subyektlərdə mənfəətin mənbələrinin və məsrəflərin istiqamətlərinin müəyyənləşdirilməsidir. Müasir dövrdə firma maliyyə planından istifadə edərək sərəncamında qalan xalis mənfəətdən necə istifadə olunmasını özü müəyyənləşdirir.

Qoyulan məqsəddən asılı olaraq müəssisələrdə maliyyə planları bir qayda olaraq 5 illik, 1 illik və rüblük hazırlanır. Lakin bəzi hallarda uzun müddətli strateji maliyyə planları da işlənib hazırlanır. Buna müvafiq olaraq perspektiv, cari və operativ planlar mövcuddur.

Maliyyə planı işlənib hazırlanarkən əvvəlki dövrün maliyyə hesabatları məlumatlarından istifadə edilir. Bu kompaniyanın maliyyə vəziyyətini təhlil etmək üçün zəruridir. Çünki, belə təhlil arzuolunmaz kənarlaşdırmaları arzu etməyə və planda analitik ümumiləşdirmələrin nəticələrini uçota almağa imkan verir.

Maliyyə planlaşdırılmasının müasir praktikasında fərqlənən digər mühüm cəhət illik planların və operativ göstəricilərin eyniyyat təşkil etməsidir. Daha doğrusunu desək illik planlar vaxta görə də daha qısa müddətli planlara bölünür.

Planı işləyib hazırlayarkən fəaliyyət istiqamətlərini, təsərrüfat, investisiya, maliyyə istiqamətlərinin dəqiq hüdudunu müəyyən etmək lazımdır. Bu, pul axılarının idarə edilməsinin səmərəliliyini yüksəldir. Həmçinin konkret təsərrüfatçılıq şəraitindən (rüblük, illik və ya daha çox) asılı olaraq planlaşdırma intervalını qabaqcadan müəyyən etmək də lazımdır.


Yüklə 19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin