Femur boyun siniqlarinda kanalli şurupun yiVLİ QİSMİNƏ AÇilan dəLİKLƏRDƏn təZYİq altinda sement veriLƏRƏk tutma güCÜNÜn artirilmasi


Şəkil  2.  Müxtəlif  lövhəli  mil  sistemləri;  a



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə8/41
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#1432
1   ...   4   5   6   7   8   9   10   11   ...   41
Şəkil  2.  Müxtəlif  lövhəli  mil  sistemləri;  a.  Kombinə olunmuş lövhəli mil sistemləri: (1) 1960-cı  il 

Macaristan  istehsalı 

Szilágyi

  mili;  (2)  Aesculap®  lövhəli  mil;  (3)  Köhnə  Alman  Demokratik 

Respublikasında istehsal olunmuş mil; (4) Impaksiyanı təmin edən Vitalliumdan istehsal edilmiş Pugh 

teleskopik  mili;  (5)  Titanium  və  ya  Vitalliumdan  istehsal  olunan  yan  lövhəli  McLaughin  mili;  (6) 

Jewettin lövhəli mili; b. AO’un 130° pazvari lövhəsi (Müller et al. 1977) 

 

      Daha  sonralar  Thornton  milin  kaudal  qisminə  lövhə  əlavə  etmişdir.  Eyni  prinsipi 



istifadə  edərək  McLaughin  (1947),  Massie  (1958)  və  Böhler  (1996)  milə  bağlı  yan 

lövhələr  dizayn  etdilər(Şəkil  2,a).  Jewett  (1941)  milli  lövhəni  və  AO\ASIF  grupu 

araştırmaçıları  isə  öz  bucaqlı  lövhələrini  icad  etdilər(Şəkil  2a,b).  Bütün  bu  dizaynlar 

implantın  stabilliyini  xeyli  artırdı.  Daha  sonra  yeni  modifikasiyalar  edildi  və  bunlar 

burma  sınıqlarının  müalicəsində  istifadə  edildi.  Ancaq  bu  implantların  bud  sümüyü 

boynu  sınıqlarının  müalicəsində  faydalı  olduğu  sübut  edilə  bilmədi.  Sınıq  sahəsindəki 

impaksiya\rezorbsiya nəticəsində və  bununla da bud sümüyü boynundakı qısalma tez-

tez xüsusilə də  yaşlı xəstələrdə  milin bud sümüyü başını dəlməsinə səbəb olurdu. Gənc 

xəstələrdə isə mil üzərində sərt subkondral sümük səbəbi ilə distraksiya görülürdü. Bu 

daha  sonra  sınığın  bitişməməsinə  və  milin  yorğunluq  sınığına  gətirib 

çıxarırdı.(24,25,33,37).  



16 

 

      



Bu  problemi  aradan  qaldırmaq  üçün  Pugh  (1955)  sınığın  impaksiya\rezorbsiyasını 

kompensasiya  etmək  üçün  sabit  bucaqlı  yan  lövhəsi  olan  teleskopik  mili  dizayn 

etmişdir. Rigid milləmə yerinə vint ilə fiksasiyanı ilk dəfə Putti (1942) irəli sürmüşdür. 

1951-ci  ildə  Pohl  da  sınığın  impaksiyasını  kompensasiya  edən  teleskopik  vinti 

(Laschenschraube)  icad  etdi.  Dinamik  qalça  vintini  isə  ABŞ-larında  (Schumpelick  və 

Jantzen,  1955)  icad  etmişdir.  Bu  vint  bud  sümüyü  boynu  sınıqlarında  kompressiya 

imkanı yaradmışdır. AO isə vintin kaudal ucunu yastılaşdırmış və bud sümüyü başının 

rotasiyasının  qabağını  almışdır.  Bu  yeni  dizayna  Dinamik  qalça  vinti  (Dynamic  Hip 

Screw) adı verilmişdir.(24,41,42,46). 

 

 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin