Femur boyun siniqlarinda kanalli şurupun yiVLİ QİSMİNƏ AÇilan dəLİKLƏRDƏn təZYİq altinda sement veriLƏRƏk tutma güCÜNÜn artirilmasi



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə6/41
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#1432
1   2   3   4   5   6   7   8   9   ...   41
2.

 

ÜMUMİ MƏLUMAT 

 

 2.1. Tarixi 

 

       Proksimal  bud  sümüyü  sınıqları  haqqında  ilk  məlumat  16.  əsrdə  Amroise  Pare 

tərəfindən verilmişdir. O vaxta qədər bu sınıqlar çıxıq sayılırdı.(24). 

       Cooper  (1882)  ekstrakapsulyar  və  intrakapsulyar  sınıqları  müqayisə  edərək 

birincinin  nəticələrinin  daha  qənaətbəxş  olduğunu  və  ikincinin  bitişmədiyini  qeyd 

etmişdir.  Eyni  əsrdə  bu  mühakimə  əsas  götürülmüş  və  1858-ci  ildə  von  Langenbeck, 

daha  sonra  Senn  (1889),  ardından  Nicolaysen  (1897)  və  Delbet  (1919)  bu  sınıqları 

millərlə,  vintlərlə,  incik  sümüyündən  kortikal  sümük  greftləri  ilə  açıq  reduksiya  və 

internal  fiksasiya  metodu  ilə  müalicə  etməyə  çalışmışdır.  Senn  heyvanlarda  təcrübələr 

apararaq intrakapsulyar bud sümüyü boynu sınıqlarının uyğun reduksiya və stabilizasiya 

ilə  sağala  biləcəyi  fikrini  müdafiə  edən  bir  neçə  cərrahdan  bir  idi.  Aseptik  şəraitin, 

implantların toxuma uyğunluğunun olmaması və ya zəif olması və mexaniki stabilliyin 

ürək  açan  olmaması  əməliyyat  nəticələrinə  pis  təsir  edirdi.  Buna  görə  hətta  Kocher 

(1896) bud sümüyü başının rezeksiyasını təklif etmişdir.(10,24,30,47). 

      Sınığın  bitişməsi  ilk  dəf  Whitman  (1925)  tərəfindən  sınıq  reduksiya  edildikdən 

sonra  gipsə  alınaraq  bir  neçə  xəstədə  əldə  edilmişdir.  Təqribən  altı  aylıq  bu  müalicə 

metoduyla  xəstələrin  çoxunda  ağırlaşma  qeyd  olunurdu.  1936-cı  ildə  Hohenhaq  bu 

vəziyyəti  belə  şərh  etmişdir:  Bud  sümüyü  boynu  sınığı  yaşlıların  xəstəliyidir  və  çox 

vaxtı sonun başlanğıcıdır. Xəstələrin əksəriyyətinin ölümünə pnevmaniya, sidik-ifrazat 

sisteminə bağlı sepsis və ya yataq yaraları səbəb olur. Bu acı sonun qarşısını almaq üçün 

həkimlər xəstələri ayağa qaldırmaq üçün əlindən gələni etməlidir.(24,54). 

       İlk  dəfə  Axhausen  Cooperin  dediklərinə  qarşı  çıxmışdır.  O  autopsiya  vaxtı 

tamamlilə  osteonekrozlu  başı  olan  sınığın  bitişdiyini  göstərmişdir.  Daha  sonra  sınığın 

bitişmə  müddətini  azaltmaq  üçün  yeni  təcrübələr  aparılmışdır.  1925-ci  ildə  ilk  dəfə 

Smith-Petersen  bu  yöndə  öz  üç  yaxalı  mili  ilə  ilk  böyük  addımı  atmışdır  (Şəkil  1,  a). 

Mil  artrotomiya  edildikdən  sonra  taxılırdı.  Daha  sonralar  Johansson  (1932) 




14 

 

mərkəzindən kanal keçən mil istifadə edərək lazımsız artrotomiyanın qabağını almışdır 



(Şəkil  1,b).  O  mərkəzindən  kanal  keçən  mil  və  rəhbər  istifadə  edərək  lazımsız 

artrotomiyanın  qabağını  aldı.  Eyni  vaxtda  Jerusalem  də  oxşar  mil  dizayn  etmişdir. 

Rəhbər  telin  keçəcəyi  dəlik  iki  yaxa  arasındakı  gövdədə  yerləşirdi.  Felsenreich  (1938) 

və Böhler (1996) yaxaları genişlədərək fiksasiyanın stabilliyini artırdılar və milin boyun 

qisminə  sivri  çıxıntı(spike)  dizayn  edərək  geri  çıxma  riskini  azaltdılar  (Şəkil  1,b). 

(15,24,26,48). 

 

            



 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin