Dünyagörüşdə hər üç ünsür -
dünyaduyumu, dünyanıqavrama, dünyanıanlama vəhdət təşkil edir.
Dünyagörüşü öz məzmununa daxil olan münasibətlər («təbiət-insan
münasibətləri», «cəmiyyət-insan münasibətləri», «subyekt-obyekt münasibətləri»
və s.) əsasında, xüsusilə aşağıdakı struktur komponentlərini üzvi vəhdətdə
birləşdirir.
1)
Həmin münasibətlərin doğurduğu və gerçəklikdə sınanıb
ümumiləşdirilmiş biliklər sistemi. Gerçəklik haqqında dünyagörüşü xarakterli
ümumiləşmiş biliklər sisteminin yaranmasında, həqiqətə doğru can atılmasında,
sosial-fəlsəfi elmlərlə (fəlsəfə, etika, tarix, siyasi iqtisad və s.) yanaşı, dünyanın
həqiqi təbii-elmi mənzərəsini verən xüsusi elmlər də (təbiətşünaslıq, texniki,
insanşünaslıq elmləri və s.) iştirak edir.
2)
Dünyagörüşün struktur komponentlərindən biri də bəşəri sərvətlərlə
(dəyərlərlə) dünyagörüşün ümumi ideyaları və prinsiplərinin qovuşması, onlarla
şərtlənməsidir.
Bəşəri
mənəvi sərvətlərə (xeyirxahlıq, insanpərvərlik, vicdan, şərəf, vətənpərvərlik və s.)
uyğun gəlməyən və ya onlara qarşı çevrilmiş heç bir ideya və prinsıp
dünyagörüşü
amilinə
çevrilə
bilməz.
3) Dünyagörüşün digər mühüm struktur komponenti olan əqidə
formalaşdırlmasında, alınmış biliyin əqidəyə çevrilməsində müasir elmi-texniki
nailiyyətlərin
həyata,
istehsalata
tətbiqi, onların sosial-mənəvi nəticələri mühüm rol oynayır. Əqidə isə əhval-
ruhiyyə, iradə və hisslərlə daha çox bağlı olduğundan şəxsiyyətin mənəvi aləminə
daha ciddi daxil olur, onu sosial fəallığa və yaradıcılığa sövq edir. Əqidə üçün
meyar - insan fəaliyyətidir. Biliyin, ictimai şüurun dünyagörüşə çevrilməsi
üçün onlar əqidə xarakteri kəsb etməlidir. Əqidə - insanın həyat fəaliyyətində
rəhbər tutduğu prinsip və idealların həqiqiliyinə, doğruluğuna dərindən
və əsaslandırılmış inamdır, heç vaxt dönmədən, dərin, daxili inamdır. Bu isə o
deməkdir ki, şəxsiyyət öz ideya və əməllərinin doğruluğuna heç bir tərəddüd
göstərmədən inanmalıdır. Möhkəm əqidə formalaşmasında isə insana düzgün
ideallar, sosial-sinfi məqsədlər verilməlidir. Həmin sosıal-siyasi, mənəvi ideallar
əsasında dünya haqqında baxışlar qiymətləndirilir, bilik əqidəyə çevrilir,
dünyagörüşü xarakteri alır.
4) Dünyagörüşün struktur komponentləri sırasında fəaliyyət (qiymətləndirmə)
də mühüm yer tutur. Dünyagörüşü ancaq insan fəaliyyəti ilə öz prinsip və
ideyalarını maddiləşdirir, həyata keçirir. Məhz fəaliyyət prosesində dünyagörüşün
bəşəri sərvətlərə (dəyərlərə) və sosial-mənəvi məqsədlərə uyğunluğu təmin olunur.
Şəxsiyyət hadisələri öz dünyagörüşü baxımından qiymətləndirir və ona uyğun
fəaliyyət göstərir.
5.
Bir halda ki, fəlsəfi dünyagörüşü sistemində «dünya-insan
münasibətləri» aparıcıdır, onda fəlsəfənin də əsas məsələsini «insanın dünyaya
münasibəti» təşkil edir demək daha düzgün olardı. Daha konkret şəkildə,
fəlsəfənin əsas məsələsi nədır? Sualına «insan»-deyə qəti cavab vermək olar.
Fəlsəfənin əsas məsələsinin «təfəkkürün varlığa, şüuran materiyaya
münasibətindən» ibarət olduğunu təsdıqləyən filosoflar da insana, onun mənəvi
dünyasına istinad edir, mənəvinin (insan idraki, şüur, təfəkkür və s.) maddiyə
münasibətini əsas tuturdular. Filosofların böyük qismi fəlsəfənin əsas
məsələsindən bəhs edərkən qeyd edirdilər ki, dünyagörüşü üçün «təfəkkür» və
«varlıq», «mənəvi olan və maddi olanın» qarşılıqlı münasibətindən başqa daha
ümumi anlayışlar tapmaq qeyri-mümkündür: mənəvinin maddiyə münasibəti (və
ya insanın gerçəkliyə münasibəti) və onların müqayisəsi fəlsəfi dünyagörüşün
başlıca məsələsidir. Digər bütün məsələlər məhz əsas məsələyə münasibət
baxımından həll olunur, elmi-fəlsəfi qiymətini alır.
F.Engels vaxtilə fəlsəfənin əsas məsələsindən bəhs edərək yazmışdır: “Bütün
fəlsəfənin, xüsusən ən yeni fəlsəfənin, böyük əsas məsələsi, təfəkkürün varlığa
münasibəti məsələsidi”. Bu mövqedən çıxış edənlər fəlsəfənin əsas məsələsinin iki
tərəfi olduğunu qeyd etmiş və göstərmişdilər ki, birinci tərəfin mahiyyəti belə bir
alternativ məzmun daşıyan suala cavab verməkdən ibarətdir ki, nə nədən əzəlidir?
Nə ilkindir, əsasdır, müəyyənedicidir, nə törəmədir, ikincidir? Ruhmu təbiəti,
yoxsa təbiətmi ruhu, varlıqını təfəkkürü, yoxsa təfəkkürmü varlığı müəyyən edir?
Fəlsəfənin əsas məsələsinin ikinci tərəfi isə insan idrakının gerçəkliyə münasibəti
necədir? Dünya və onun qanunları dərk edilə bilərmi? Sualına cavab verməkdən
ibarətdir. Birinci tərəf əsas məsələnin ontoloji aspektini, ikinci tərəf isə qnoseoloji
aspektini ifadə edir.
Düzdür, hazırda həmin müddəa, yəni fəlsəfənin əsas məsələsinin
«təfəkkürün varlığa münasibəti» ideyası bu və ya başqa şəkildə ya tam inkar
olunur, ya da ziddiyyətli təhlil edilir.
Əlbəttə, bu ideyanın tam inkar edilməsini düzgün mövqe hesab etmək
olmaz. Əslində «təfəkkürün varlığa münasibəti» müddəası elə bu və ya başqa
tərzdə «insanın dünyaya münasibəti» fikri ilə eyniləşir. Odur ki, bu iki müddəa
arasında tənqid xatirinə, ciddi fərq axtarmaq da düzgün deyildir. Lakin
«təfəkkürün varlığa münasibəti» müddəası daha mücərrədir, əslində müəyyən «söz
güləşdirməsidir». İkinci müddəa isə daha real, konkret və ağlabatandır. Odur ki,
fəlsəfi dünyagörüşün əsas məsələsi nədir? - sualına
Dostları ilə paylaş: |