6.
XIV əsrdə Azərbaycanda fəlsəfi fikrin inkişafında dünya şöhrətli şair
Məhəmməd Füzulinin böyük xidməti olmuşdur.
Füzuli Məhəmməd Süleyman oğlu
(1494-1556) İraqda Kərbəla şəhərində
anadan olmuşdur. Tədqiqatçıların fikrincə ailəsi feodal çəkişmələri nəticəsində bir
hissəsi Azərbayçandan İraqa köçmüş Boyat tayfasına mənsub olmuşdur. Füzuli ilk
təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Şəxsi mütaliəsi sayəsində
orta əsr elmləri (məntiq, tibb, nücum, riyazi və humanitar elmlər), xüsusən dini-
fəlsəfi cərəyanları, ərəb tərcümələri əsasında Yunan fəlsəfəsi ilə yaxından tanış
olmuş, klassik ərəb, fars, özbək, türk və farsdilli hind ədəbiyyatını öyrənmişdir.
Məhəmməd Füzuli qədim yunan və şərq fəlsəfəsi ilə yaxından tanış idi. Onun
fəlsəfi görüşləri, əsasən, Ərəb dilində nəsrlə yazdığı "Mətlə-ül-e'tiqad" əsərində öz
əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Demokrit və başqa yunan
filosoflarının fikirlərindən, Nizaminin fəlsəfi irsindən tə'sirlənmişdir. Füzulinin
başqa əsərlərində də fəlsəfi fikirlərə təsadüf edilir. Füzuli dövrünün daha mütərəqqi
ideyalarına əsaslanmışdır. Qəsidələrindəki mistik tərki-dünyalıq motivləri şairin
yaşadığı dövrün təsirilə bağlı olmuşdur. Füzuli müsəlman ilahiyyatı məsələlərini
fəlsəfi zəmində araşdırırdı. Fəlsəfi görüşlərinə görə Füzuli idealist olmuşdur. O,
maddi aləmin obyektiv və insan şüurundan asılı olmayaraq mövcudluğunu qəbul
etsə də, göstərirdi ki, maddi varlıq qeyri-maddi Allah tərəfindən yaradılmışdır.
Onun fikrincə qeyri-maddi aləm ilkindir. Bununla yanaşı antoloji təlimində o,
maddi aləmin obyektiv mövcudluğu fikrini müdafiə etmişdir. Varlıq məsələlərində
Füzuli obyektiv mövcud olan hər şeyi iki kateqoriyaya bölürdü:
1. Zəruri (öz mövcudluğunda səbəbə ehtiyacı olmayan), bu Füzuliyə görə
Allahdır;
2. Mümkün olan (öz mövcudluğunda səbəbə ehtiyacı olan), yə'ni dünya.
Beləliklə, Füzuli maddi aləmi və qeyri-maddi Allahı bir-birinə qarşı qoyur.
"Leyli və Məçnun" əsərində isə panteizmə meyl göstərərək, Allahla aləmi
eyniləşdirir.
Füzulinin görüşlərində bə'zən kortəbii meyllərə, bə'zən mistik ruhlu panteizmə
rast gəlmək olur. Güman etmək olar ki, Yaxın Şərq filosofları Şəhristaninin "Dini
və fəlsəfi cərəyanlar haqqında", Əl-Kifin "Müdriklər haqqında mə'lumat" və başqa
əsərlərin tə'siri ilə Füzuli iki maddi (ilkin materiya və cisim) və üç qeyri-maddi
(forma, ruh, zəka) substansiyanın mövcudluğunu göstərir. Forma müəyyən yerdə
yerləşdirilən substansiyadır. Zəka isə cisimlə əlaqəsi olmayan qeyri-maddi
substansiyadır. Füzulinin fikrincə insan ruhu zəkaya uyğun hərəkəti idarə edir.
Buna görə də zəkalı ruh adlanır. Lakin bununla belə hesab edilir ki, insan ruhu
şəxsiyyət üçün əlçatmaz bir şeydir. Füzulinin humanizmi onun vəsf etdiyi
məhəbbət hissi ilə sıx bağlıdır. O, məhəbbəti insan həyatının və xoşbəxtliyinin son
məqsədi hesab edirdi.
Füzuli dövrünün demokratik ideyalarını müdafiə etmiş, bütün insanların
bərabər olmasını, hakimlərin yoxsullara mərhəmət göstərməsini arzulamışdır.
XVII əsrin I yarısında yaşamış Azərbaycan xalqının görkəmli filosofu
Dostları ilə paylaş: |