FəLSƏFƏ fənni üzrə proqram tibb və tibb təmayüllü ixtisaslı mütəxəssislər üçün



Yüklə 214 Kb.
səhifə30/33
tarix02.01.2022
ölçüsü214 Kb.
#34779
1   ...   25   26   27   28   29   30   31   32   33
FELSEFE kitab formasi proqram 2020

Mədəniyyət və sivilizasiya. Mədəniyyətin fəlsəfi anlamı. Mədəniyyətin yaranması. Mədəniyyətin izahına dair müxtəlif baxışlar. Mədəniyyət insanın yaradıcı dəyişdirici fəaliyyətidir. Mədəniyyət maddi və mənəvi dəyərlərin məcmusudur. Mədəniyyət cəmiyyətin və insanın keyfiyyət səciyyəsi, inkişafı ölçüsüdür. Mədəniyyətin funksiyaları: adaptasiyaedici, dərkedici, informasiyaverici, kommunikativ, normativ və humanist. Mədəniyyətin inkişafı qanunauyğunluqları. Mədəniyyətin inkişafında ənənə və novatorluq. Kütləvi mədəniyyət anlayışı və mədəniyyətin kütləviliyi

Mədəniyyətdə milli ilə ümumbəşərinin münasibəti. Dünya mədəniyyətinin vəhdəti və rəngarəngliyi.

Sivilizasiya anlayışı. Sivilizasiyanın əsas əlamətləri. Sivilizasiyanın izahına dair əsas baxışlar: a)sivilizasiya mədəniyyətin sinonimidir, b)sivilizasiya lokal mədəniyyətlərin inkişafında tənəzzül mərhələsidir, c)sivilizasiya bəşəriyyətin barbarlıqdan sonra gələn inkişaf mərhələsidir, d)sivilizasiya bu və ya digər regionun və yaxud etnosun inkişafı mərhələsidir

Sivilizasiya cəmiyyətin sözün əsl mənasında sosial təşkil olunmasıdır. İctimai əmək bölgüsünün inkişafı və informasiya-nəqliyyat infrastrukturunun genişlənməsi sivilizasiyanın çox mühüm göstəricisidir. Sivilizasiyanın məqsədi ictimai sərvəti təkrar istehsal etmək və artırmaqdır. Sivilizasiya mövcud cəmiyyətin sosiomədəni əsası, mədəniyyətin sosial varlığıdır

Texniki sivilizasiyalar. Qərb və Şərq sivilizasiyaları, onların özünəməxsusluqları. Müasir dövrdə onların dialoqunun zəruriliyi.

Mədəniyyət və sivilizasiyanın qarşılıqlı münasibətləri. Onların özünəməxsus cəhətləri, fərqliliyi və vəhdəti. Lokal mədəniyyətlər və sivilizasiyalar haqqında baxışların əsassızlığı




Yüklə 214 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin