Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün İmtahan bileti №1



Yüklə 175,74 Kb.
səhifə21/23
tarix20.11.2023
ölçüsü175,74 Kb.
#163773
1   ...   15   16   17   18   19   20   21   22   23
biletlerin cavablari

Əməliyyat sistemləri (ƏS) – informasiya emalının idarə olunması və aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. ƏS- nin əsas funksiyalarından biri informasiyanın daxiletmə — xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə yetirilməsinə nəzarət edir.
ƏS–ləri yerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür:

  1. birməsələli (biristifadəçili)

  2. çoxməsələli (çox istifadəçilili)

  3. şəbəkə

Birməsələli ƏS – müəyyən anda konkret bir məsələ ilə bir istifadəçinin işi üçün nəzərdə tutulmuşdur. Bu tip ƏS-nin nümayəndəsi Microsoft firması tərəfindən yaradılan MS DOS – dur.

Çoxməsələli ƏS – kompüterdən, multiproqram rejimdə vaxt bölgüsü ilə kollektiv istifadəni təmin edir. Bu tip ƏS – yə UNIX, OS/2, Windows 95/98/2000 və s. misal göstərmək olar.
Şəbəkə ƏS – lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə əlaqədardır və şəbəkənin bütün resuslarına istifadəçinin müraciətini təmin edir. Bu ƏS-yə Novell Net Ware, Windows NT, Banyan Vines, İBM LAN, UNİX, Solaris və s. misal göstərmək olar.

2.Servis proqramları


Servis proqramları istifadəçiyə kompüterlə işləyərkən əlavə xidmətlər göstərir və əməlyyat sisteminin imkanlarını genişləndirirlər.
Servis proqramlarının yerinə yetirdikləri əsas funksiyalar aşağıdakılardır:
- istifadəçi interfeysinin təkmilləşdirilməsi
- verilənlərin mühafizəsi
- verilənlərin bərpası
- xarici yaddaşla əməli yaddaş arasındakı informasiya mübadiləsinin sürətləndirilməsi
- arxivləşdirmək- arxivi açmaq
- kompüter virusları ilə mübarizə

Servis proqramlarını təşkilinə, reallaşdırma üsullarına və yerinə yetirdikləri funksiyalara görə aşağıdakı qruplara bölmək olar:


- örtük proqramlar
- utilitlər
- antivirus proqramlar

Yüklə 175,74 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin