Fakultə: “Rəssamlıq” Kafedra: “Təsviri sənət” İxtisas: Təsviri incəsənət müəllimliyi (050117)



Yüklə 0,55 Mb.
səhifə2/4
tarix19.05.2022
ölçüsü0,55 Mb.
#58731
növüDərs
1   2   3   4
Icmal

Dərsin gedişi / Motivasiya


Müəllim yazı lövhəsinin bir tərəfində müxtəlif təsvir materiallarından istifadə edilərək çəkilmiş ağac (akvarellə rənglənmiş), çiçəklər (rəngli karandaşlar və flomasterlərlə rənglənmiş), dağ (pastel təbaşirlərlə rənglənmiş), dəniz təsvirlərini (quaşdan istifadə edərək təsvir edilmiş), şəkillərini asır və soruşur:
Dərslikdə verilən şəkillər nümayiş edilir və müəllim soruşur:
Bunlar nədir? (Təbiət təsvirləri, rəssam əsərləri).
Təbiət təsvirlərində, rəssam əsərlərində müşahidə etdiyiniz rənglər haqqında nə deyə bilərsiniz? (fərziyyələr)
Şagirdlər müxtəlif fərziyyələr irəli sürür.
Müəllim şagirdləri 1, 2, 3, 4 saymaqla qruplara ayırır

I qrup-üçün iş vərəqi
1-ci qrup (Yağış qrupu)
Göydən gələ-gələ,
Düşür gilə-gilə.
Bunun adı nədir,
Gərək hamı bilə. (yağış)
_______________________________________________________

2-ci qrup(külək qrupu)
Əl ilə tutmaq olmaz,
Göz ilə görmək olmaz. (külək)


3-cü qrup (Şimşək qrupu)
Guruldayıb
Çaxdı yaman.
Sonra yağış

Yağdı yaman.Şimşək


4-cü qrup –(günəş qrupu)
Aləmə işıq salır,
Axşam gül kimi solur.
(Günəş)

Müəllim deyir: – Hər qrup onlara verilən tapmacanı oxusun və fikirləşib cavabını desin. Qruplar tapmacanın cavabını dedikcə müəllim yazı lövhəsində qeyd edir və yenidən onları oxuyaraq soruşur: – Yağış, külək, şimşək sözlərini birlikdə necə adlandırmaq olar? (Təbiət hadisələri).

Tədqiqat sualı

Ətraf aləmi gözəlləşdirən nədir? İnsan ətraf aləmə öz töhfəsini necə verir? - Təbiətdə hansı rənglər daha çoxdur?
Verilmiş suallar vasitəsilə şagirdlərin ətraf aləmin nə olduğunu, ətrafdakı gözəllik haqqında fikirləri dinlənilir


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin