Fakultə: İqtisadiyyat İxtisas: Ekologiya Mühəndisliyi Qrup: 676b



Yüklə 16,44 Kb.
tarix26.10.2022
ölçüsü16,44 Kb.
#66357
1) MM Azərbaycan Respublikası Təhsil Nazirliyi


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Kooperasiya Universiteti


Fakultə: İqtisadiyyat
İxtisas: Ekologiya Mühəndisliyi
Qrup: 676b
Tələbə: Nicat Yusifov Vüqar
Müəllim: Məmmədov Rauf

Mövzunun adı-MM anlayışı,yaranma tarixi,rolu və vəzifələri

Mülki Müdafiə-İnsanın ətraf mühitində təhlükəsizliyi və sağlamlığının qorunması haqqinda elmdir.
Eyni zamanda dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı və eyniləşdirməli, insanın mühavizəsinin metod və vasitələrini, yollarını zərərli va tahlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı , sülh va müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır. MM-in müharibə vaxtındakı rolu xüsusilə böyükdür.Bununla belə qeyd etmək lazımdır ki, sülh dövründə MM-in rolu təbii fəlakətlərin , böyük istehsalat qəzalarının nəticələrilə mübarizədə xeyli artmışdır. Böyük maddi itkilər va insan tələfatına səbəb olan fövqəladə hadisələr göstərir ki, indi mövcud olan şəraitdə insanları va onların yaşadığı mühiti fövqəladə hallarda mühavizə etmək üçün insanları psixoloji,mənəvi cəhətdən hazırlamaq lazımdır. Xüsusilə əmin-amanlıq dövründə fövqəladə hal olan MM tədbirlərinə yenidən baxılmalı və onun vəzifə və yollarını yenidən qiymətləndirmək lazımdır.

Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31-də Azərbaycan Respublikasının Mülki müdafiəsi haqqında Əsasnamənin təstiq edilməsi barədə 73 saylı fərmanı, 30 dekabr 1997-ci ildə «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikası qanununu və 1998-ci il aprelin 18-də «Mülki müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 700 saylı fərmanı imzalanmışdır. ( Bu qanun 21 maddədən ibarətdir ). Yeni Əsasnamə və Qanunda respublikada mülki müdafiənin əsas məqsəd və vəzifələrini habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcədə məsul şəxslərin və bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edilmişdir. 16.12.2005-ci ildə Az. Respublikasının Prezidenti FH Nazirliyinin yaranması barədə fərman imzalamışdır.


Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri aşağıdakılardır:
1. fövqəladə halların nəticələrindən əhalinin və xalq təsərrüfatının mühafizə edilməsi
2. sülh və müharibə dövrlərində insanların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi
3. fövğəladə halların nətijələri aradan qaldırılarkən xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi
4. mülki müdafiə sistemi rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, habelə müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili
5. sülh və müharibə dövrlərindəki fövqəladə hallarda xalq təsərrüfatı sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis-texniki və digər tədbirlərinin hazırlanmasında, həyata keçirilməsində iştrak etməkdir.
Yüklə 16,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin