Fakultə-İdarəetmə İXTİsas-maliYYƏ FƏnn-insan resurslari idarə ediLMƏSİ


İşəmuzd-dolayısı ödənilmə sistemi



Yüklə 133,09 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü133,09 Kb.
#47188
1   2   3   4
muxtar insan resurları

İşəmuzd-dolayısı ödənilmə sistemi

İşəmuzd-dolayısı ödənilmə sistemi adətən xidmət və köməkçi istehsalat işçilərinə təyin edilə bilər.

Bu ödənilmə sistemində xidmət və köməkçi istehsalat işçilərinin əmək haqqısı əsas istehsalat işçilərinə işəmuzd ödənilmə sistemi ilə hesablanmış əmək haqqısından asılıdır.

Belə ki, xidmət və köməkçi istehsalat işçilərinin əmək haqqısı onların xidmət göstərdikləri əsas istehsalat sahəsində işləyən işçilərin əmək haqssının müəyyən faizi əsasında hesablanır.

Köməkçi istehsalat bölməsində işləyən Məmmədovanın işəmuzd-dolayısı əmək haqqının ödənilmə sistemi təyin edilibdir. O, əsas istehsalat işçilərinə hesablanmış əmək haqqının 5% miqdarında əmək haqqı alır.

Cari ilin avqust ayında əsas istehsalat işçilərinə hesablanmış əmək haqqı 10 000 manat olmuşdur.

Məmmədovanın əmək haqqısı avqust ayı üçün olacaqdır:

10 000 * 5% = 500 man.



Akkord ödənilmə sistemi.

Əmək haqqının akkord ödənilmə sistemi briqada şəklində işləyən işçilərin əmək haqqlarının ödənilməsi üçün istifadə edilir.

Akkord ödənilmə sistemində bir neçə nəfərdən ibarət olan briqadaya müəyyən vaxtda yerinə yetirilməli olan tapşırıq verilir. Tapşırığın vaxtında yerinə yetirilməsinə görə briqdaya pul mükafatı verilir.

Briqadaya verilən pul mükafatı briqdada çalışan işçilər müəyyən şərtlərə görə bölünür. Misal üçün, tapşırığın yerinə yetirilməsi zamanı işlədikləri vaxtda görə.



Hər bir tapşırığın qiyməti müəssisə rəhbərliyi və briqdada çalışan işçilər arasında razılaşdırılır.
Yüklə 133,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin