Fakültə: Fizika-texnalogiya İxtisas: Mexatronika və robototexnika mühəndisliyi



Yüklə 0,51 Mb.
tarix27.12.2023
ölçüsü0,51 Mb.
#199120
ms word serbest is





Fakültə: Fizika-texnalogiya
İxtisas: Mexatronika və robototexnika mühəndisliyi
Qrup: 2573a
Tələbə: Zərbəliyev Eltac
Fənn:
Müəllim:

2023
Movzu: Ms word cədvəllərin tərtibi və formatlaşdırılması



WORD proqramında cədvəl yaratmaq üçün bu menyu əmrindən istifadə edilir. Table (Таблица) menyu əmrləri ilə sənədi cədvəl formatında yaratmaq mümkündür. Həmçinin cədvəl formatında olan sənədi adi formata çevirmək də mümkündür. Bu menyu əmrlərindən istifadə etməklə müxtəlif formalı cədvəllər yaratmaq, həmçinin verilmiş cədvəl stilindən cədvəl seçmək mümkündür.



Bu pəncərədə sütunların sayı Number of Columns (Число столбцов) rejimində və sətirlərin sayı Number of rows (Число строк) rejimində qeyd edilir və OK əmri icra olunur. AutoFormat (Автоформат) rejiminə daxil olmaqla açılmış pəncərədən cədvəl üçün hazır şablon nümunəsini seçmək mümkündür.



Sadə cədvəl yaratmaq ücün: AutoFormat (Автоформат) rejimindən Table Gird (Сетка таблицы) nümunəsi seçilir. Adətən sütun və sətirlərin sayını qeyd edərkən tələb olunan cədvəlin maksimum sütun və sətirləri nəzərə alınır ki, sonradan cədvəl üzərində istənilən dəyişikliklər etmək mümkün olsun.


Sətrin əlavə edilməsi
Cədvələ bir sətir aşağı sətir əlavə etmək tələb olunduqda, kursoru Sətrin daxılındə qeyd edib: Table→Insert→Rows Below (Таблица→Вставить →Строки ниже) menyu əmri ardıcılıqla yerinə yetirilir. Cədvələ bir sətir yuxarı sətir əlavə etmək tələb olunduqda, kursoru Sətrin daxılındə qeyd edib: Table→Insert→Rows Above (Таблица→Вставить→Строки выше) menyu əmri ardıcıllıqla yerinə yetirilir. Əgər cədvəlin sonuna sətir əlavə edilərsə, kursoru axırıncı Sətrin sonunda qeyd edib, klaviaturanın Tab və ya Enter düyməsini sıxmaq lazımdır. Bu qayda ilə istənilən qədər sətir əlavə etmək mümkün olur.
Sütunun əlavə edilməsi
Cədvələ Sütun əlavə etmək tələb olunduqda, kursoru Sütunun daxilində qeyd edib: Table→Insert→Columns to the Left (Таблица→Вставить→Столбцы слева) menyu əmri ardıcıllıqla yerinə yetirilir. Bu zaman solda Sütun əlavə etmək mümkün olur. Table→Insert→Columns to the Right (Таблица→Вставить→Столбцы справа) menyu əmri ardıcıllıqla yerinə yetirilir. Bu zaman sağda Sütun əlavə etmək mümkün olur.
Sütun və sətrin silinməsi

Table→Delete→Rows (Таблица→Удалить→Строки) menyu əmri ardıcıllıqla yerinə yetirilir. Sütunun silinməsi: Kursor Sütunun daxilində qeyd edilir. Table→Delete→Columns (Таблица→Удалить→Столбцы) menyu əmri ardıcıllıqla yerinə yetirilir.

Formatlaşdırma əməliyyatı
Mürəkkəb formatlaşdırma əməliyyatları Font (Format) menyusunda yerləşdirilmişdir. Bu menyu əmrləri ilə formatlaşdırma əməliyyatlarını yerinə yetirərkən həmin əməliyyata uyğun formatlaşdırma paneli ekranda görünür.

Bu menyu əmrinin icrası seçılmış mətnin, sözün və ya ifadənin ölçülərini, rənglərini, yağlılığını (Ж, К, Ч) seçmək imkanı verir. Bu əmri icra etməmişdən öncə obyekt seçilməlidir. Mətn reklam xarakteri daşımış olarsa və mətnə animasiya əlavə etmək tələb olunan zaman: Format→Font→Text Effects (Формат→Шрифт→Анимация) menyu əmri ardıcılıqla yerinə yetirilir və Animation (вид) kateqoriyasından zövqə uyğun animasiya mətnə əlavə olunur. Mətnin adi, seyrəkləşdirilmiş və ya sıxlaşdırılmış formatda yazılması tələb olunan zaman: Format→Font→Character Spacing (Формат→Шрифт→Интервал) rejimindən seyrəkləşdirilmiş (Expanded-Разреженный), sıxlaşdırılmış (Condensed-Уплотнeнный), adi (Normal-Обычный) formatlardan biri seçilir.


Формат menyusundakı əmrlər ilə sənədin formatlaşdırılması mümkündür. Bu əmrlər menyusunda şriftlərin ölçülərini, rənglərini, yağlılığını (Ж, К, Ч), mətnin sətirləri arasında interval və s. əməliyyatlar etmək mümkündür. Həmçinin hazır ornamentlərdən istifadə edərək səhifəni haşiyəyə almaq olur. Səhifəyə fonlar da vermək mümkündür.

Sətirlər arasi intervalın seçilməsi

Bu menyu əmrinin icrası mətnin sətirləri arasinda intervalı tənzim edir. Bu əmrə daxil olmadan öncə sənəd seçilməlidir: Правка→Выделить все→Формат → Абзац (Edit→Select All→Format→Paragraph)

Sətirlər arasında məsafəni tənzim etmək üçün ekranda açılmış pəncərədə Line Spacing (Междустрочный) rejiminə daxıl olub verilən intervallardan biri seçilir: Single (Одинарный) - yəni bir qat interval, 1,5 lines (Полуторный) - yəni bir yarım interval, Double (Двойной минимум) -yəni iki qat interval seçilir və OK əmri icra olunur.




Mətn daxilində hündür simvolları, aşağı və ya yuxarı indekslər olduqda belə Word redaktoru avtomatik olaraq həmin intervalı tənzimləyir. Abzas qoymaq üçün kursor sətrin önündə qeyd edilir və Paragraph (Абзац) pəncərəsində Indentation (Отступ) rejimində abzasın müəyyən bir qiyməti seçilir.

Bu menyu əmrinin icrası sənəddəki sətirlərin nömrələnməsinə, sətrin əvvəlinə verilmiş işarə nümunələrindən seçməklə siyahıların yaradılmasına imkan yaradır.




Ekranda açılmış pənçərədə Bullets and Numbering (Список) rejimi aktivləşdirilir, sonra verilmiş variantlardan biri seçilir və OK əmri icra olunur. İşarələnmənin dəyişdirilməsi tələb olunan zaman verilmiş variantlardan biri seçilir və Customize (Изменить) rejimi aktivləşdirilir. Verilmiş nişanlardan biri seçilir və OK əmri icra olunur. Bu rejimdə sətirdən-sətirə klaviaturadakı ENTER düyməsi ilə keçmək olur və işarələmə avtomatik davam edir.
Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin