Fakültə: Filologiya İxtisas: Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası Fənn


Fənlərüstü (transfənn) inteqrasiya



Yüklə 152,93 Kb.
səhifə25/25
tarix02.01.2022
ölçüsü152,93 Kb.
#35191
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   25
dərs vəsaitlərii

Fənlərüstü (transfənn) inteqrasiya. Bu, inteqrasiyanın ən yüksək səviyyəsi olmaqla, özündə təlimin əhatə etdiyi əsas və əlavə məzmun komponentlərinin sintezini ehtiva edir. Yəni bu inteqrasiya ilə şagirdlərin məktəbdə öyrəndikləri məzmunla məktəbdən kənarda aldıqları məzmun sintez edilir. İnteqrasiyanın belə səviyyəsini, günümüzdə aktuallığını daha da artırmaqda olan məktəb-komplekslərlə yanaşı, həm də təhsil paradiqmalarının dəyişməsi və yeni nəslin icmalarda yetişdirilməsi ideyası da tələb edir. Belə məktəblərdə dərs gününün məzmunu şagird üçün vahid fəaliyyət sahəsi kimi qurulur. Yəni həmin gün çərçivəsində uşaqların məşğul olduqları müxtəlif fəaliyyətlər vahid bir iş kimi görünür. İnteqrasiyanın iki modeli daha çox istifadə edilir:

  • Fəndaxili. Fəndaxili əlaqə özü də iki formaya malik olur: 1) üfüqi; 2) şaquli.

  • Fənlərarası.

Fəndaxili inteqrasiya hər hansı fənnin daxili imkanları hesabına yaradılır, yəni uyğun məzmun və fəaliyyətlər əlaqələndirilir.

Üfüqi inteqrasiya fənnin məzmun xətləri arasındakı əlaqələndirilmədir. Bunu mövzular arası inteqrasiya da adlandırmaq olar. Hər hansı bilik, bacarıq və vərdişlərin müxtəlif mövzular daxilində formalaşdırılması, təmilləşdirilməsi şaquli inteqrasiyadır. Bu siniflərarası inteqrasiya da adlanır. Yəni anlayışların, bacarıq­ların siniflər üzrə genişlənərək inkişaf etdirilməsini təmin edir.

Fənlərarası inteqrasiya isə eyni anlayış və bacarığın müxtəlif fənlər daxilində daha da təkmilləşdirilməsini, ümumiləşdirilməsini təmin edir.

Hazırda inteqrasiya anlayışı həm çox geniş, həm də dar mənada işlənir. Geniş mənada inteqrasiya Azərbaycan Respublikasının təhsil sisteminin Avropa təhsil sistemi ilə, digər müstəqil dövlətlərin təhsil sistemləri ilə inteqrasiyası nəzərdə tutulur, lakin bu ölkələrin təhsil sistemləri arasında fərqli ideyaların olması heç də tam birləşməyə, vahidliyə, eyniliyə aparmır.

Dar mənada inteqrasiya dedikdə, tədris prosesində fənlərarası əlaqənin ən yüksək, yeni keyfiyyət qazanmış forması nəzərdə tutulur. Bu baxımdan, inteqrasiyanın ən real tələbi tədris planında qohum fənlərin daha da yaxınlaş­dırılaraq, şagirdlərə təbii əlaqələr şəraitində ümumiləşdirilmiş biliklərin verilməsidir. İnteqrasiyanın məzmunundan danışarkən, şagirdlərin maraq və ehtiyacları, cəmiyyətin tələbləri və s. nəzərə alınmalıdır.

Fənlərarası əlaqənin məzmununu müəyyənləşdirmək üçün bilmək lazımdır ki, hər bir sinif, fənn üzrə inteqrasiyanın məzmununda müəyyən dəyişikliklər olur. Çünki inteqrasiya dərsə verilən müasir tələblərdən biri olsa da, fənlərarası inteqrasiya yaradarkən müəllim bilməlidir ki, yaxınlıq dərəcəsinə görə fənlər üç qrupa ayrılır.

Daha yaxın və ya qohum fənlər

Nisbətən yaxın fənlər

Uzaq fənlər

Birinci qrupa daxil olan fənlər arasında təbii əlaqələr yaratmaq üçün imkanlar daha genişdir. Bu zaman inteqrasiyanın məzmunu daha rəngarəng və əhatəli olur. Yəni bu zaman :



  • Hər iki fənnə aid bir bacarıq müəyyən bir dərsdə formalaşdırılır (hər iki fənnə aid məlumatlardan istifadə etməklə) təkrara yol verilmir.

  • İnteqrasiya nəticəsində bir fənnə aid müəyyən bir dərsdə keçilən mövzu digər bir fənnə aid dərsdə daha da təkmilləşdirilir, dərinləşdirilir.

  • Qohum fənlərə aid məlumat və faktların müqayisəli öyrənilməsinə də müraciət olunur.

İkinci qrupa aid fənlərin inteqrasiyasından istifadə edərkən müəllim mövzuyla bağlı hər hansı genişləndirmələr apara bilər.
Yüklə 152,93 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin