Fakültə: Energetika, elektrotexnika və avtomatika Kafedra


Şəkil. Mürəkkəb DO-rın ümumiləşdirilib sadə(ekvivalent) obyekt kimi təqdimatı



Yüklə 38,37 Kb.
səhifə2/2
tarix30.11.2022
ölçüsü38,37 Kb.
#71321
1   2
Laboratoriya işi 5- İS Etib və Diaq

Şəkil. Mürəkkəb DO-rın ümumiləşdirilib sadə(ekvivalent) obyekt kimi təqdimatı

Şəkildə - DO-nun giriş, isə çıx dəyişənləri vektorudur. Çıxış dəyişənlərinin jiriş dəyi-şənlərindən asılılığı müəyyən vektor-operatoru (funksiyası) vasitəsi ilə ifadə olunur.


Qurğu girişlərə və müşahidə aparmaq üçün çıxışlara malikdir. Obyektin girişinə müəyyən təsirlər göstərməklə çıxışlarda həmin təsirə reaksiyanın təyini – diaqnozlaşdırma prosesidir. Belə elementar əməliyyat yoxlama adlanır. Yoxlamanı y kimi işarə etsək, yoxlamalar toplusu aşağıdakı kimi yazılır və test adlanır.
T= y1 y2 ,...., y n
Testin uzunlu]u - L yoxlamaların sayı ilə xarakterizə olunur. Testlər yoxlayıcı və diaqnozlaşdırıcı olmaqla iki yerə bölünür.
Yoxlayıcı testlər Ty - sistemdəki istənilən nasazlığı aşkar edən yoxlamalar toplusudur. Yoxlayıcı test sistemin sazlığı məsələsini həll edir və işqabiliyyətliliyi yoxlayır.
Diaqnozlaşdırıcı test TD - nasazlığın yerini dəqiqliklə göstərən yoxlamalar toplusudur və nasazlıqların axtarışı məsələsini həll edir.
Testin köməyi ilə diaqnoz proseduru qurulur. Prosedurun əsasını elementar yoxlamalardan ibarət olan diaqnozlaşdırma alqoritmi təşkil edir. Diaqnozlaşdırma alqoritmi diaqnoz vasitəsi adlanan xüsusi qurğular vasitəsilə reallaşdırılır. Diaqnozlaşdırma alqoritmi ilə diaqnoz vasitəsi arasında bir-biri ilə qarşılıqlı əlaqədə olan diaqnoz sistemi yaranır.
Diaqnozlaşdırma prosesi ümumi halda obyektin girişinə verilən çoxsaylı testlərdən və çoxsaylı ölçmələr, bu ölçmələrin (çıxış siqnalları) nəticələrinin təhlilinə əsaslanır. Ölçmə nəticələri diaqnoz vasitəsindən obyektin girişinə verilə bilər. Ölçmələr və obyektin təhlillərinin cavabları diaqnoz vasitəsi ilə yerinə yetirilir.


YOXLAMA SUALLARI

1. Diaqnozlaşdırma nədir və prosesin nəticəsi nəyi təyin edir?


2. Proqnozlaşdırma məsələsi nədir?
3. Yoxlayıcı testlər nə üçün istifadə olunur?
ƏDƏBİYYAT



  1. R.H.Rzayev Texniki sistemlərinin diaqnozlaşdırılması. Bakı, 2016

  2. S.Q.Qafarova. DY avtomatika,telemexanika və rabitə sistemlərinin etibarlığı. Bakı 2008

  3. Н.Н.Кокушкин, А.А.Тихонов и др. Основы теории надежности. Санк-Петербург, 2011

Yüklə 38,37 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin