Fakültə: Beynəlxalq İqtisadiyyat Məktəbi İxtisas: Maliyyə Qrup: 1032 Kurs: 1



Yüklə 67.68 Kb.
tarix10.11.2019
ölçüsü67.68 Kb.



Sərbəst iş N3

Fakültə: Beynəlxalq İqtisadiyyat Məktəbi

İxtisas: Maliyyə

Qrup: 1032

Kurs: 1

Fənn: Azərbaycan dili və nitq mədəniyyəti

Mövzu: Sintaktik normalar Sintaksis haqqında, sintaktik əlaqə növləri, söz birləşmələri cümlə üzvləri cümlənin quruluşca növlərinin nitq normalarına uyğunluğu haqqında məlumat

Müəllim: Qəhrəmanova Çinarə

Tələbə: Zaur Zərbiyev

Qrammatik norma dilin quruluşuna, onun nitq prosesindəki fəaliyyətinə aiddir. Bura sintaktik əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin cümlədə sıralanması, cümlə üzvlərinin dəqiq yeri, mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və s. kimi qrammatik kateqoriyaların ədəbi dildə gözlənilməsi ilə bağlı qaydalar daxildir. Bu baxımdan qrammatik normalar morfoloji və sintaktik normalar kimi öyrənilir.
Ədəbi dilin sintaktik normalarına aşağıdakı qaydaları daxil edə bilərik:
1) Bu normaya əsasən, əvvəlcə cümlənin nüvəsini təşkil edən üzvlərdən mübtəda, sonra xəbər işlədilir; məsələn: Yük maşını getdi. Mübtədanın təyini mübtədadan əvvəl işlənir: Tonyarımlıq yük maşını getdi. Yer zərfliyi mübtəda ilə xəbər arasında yerləşəcək: Tonyarımlıq yük maşını körpüsalanların çadırına tərəf getdi. Determinant zərfliklər isə əksərən cümlənin əvvəlində işlənir: Axşamçağı Adillə çadırın qapısında oturub çay içdiyimiz zaman tonyarımlıq yük maşını sürətlə ötüb körpüsalanların çadırına tərəf getdi.
Canlı danışıq dilində söz sırası normaları pozulmuş olsa da, nitqin ritmik-melodik axını, fasilə, vurğu fikrin düzgün başa düşülməsinə imkan yaradır. Məsələn: Bu saat İranda neçə yüz Sibirdən qaçmış dustaq var. Burada neçə yüz sayı Sibirdən qaçmış sözlərinə deyil, dustaq sözünə aiddir. Bunu şifahi nitqdə intonasiyanın köməyi ilə başa düşmək olur.
Normaya uyğun olaraq, təyin təyinlənənlə, qeyi-müəyyənlik bildirən vasitəsiz tamamlıq təsirli feli xəbərlə, bir çox zərflik novləri (tərz, zaman, səbəb, dərəcə) xəbərlə yanaşma əlaqəsində olur və aid olduğu üzvdən əvvəl işlənir. Canlı danışıq dilində, bədii dildə tərəflər inversiyaya uğradıqda, asılı tərəf əsas tərəfdən sonra işləndikdə cümlədə emosionallıq artmış olur.
2) Söz sırasının pozulması sintaktik normanın pozulmasına gətirib çıxarır. Məsələn: “Sizi mən istəyirdim görmək”. Danışıq dilində belə cümlələrə rast gəlirik. Cümlə “mən sizi görmək istəyirdim” kimi işlənərsə, cümlə dilin qrammatik normasına uyğun olar.
3) Mübtəda ilə xəbər sintaktik-qrammatik cəhətdən şəxsə və kəmiyyətə görə uzlaşmalıdır. Məsələn: “Tələbələr – oğlanlı, qızlı hamı universitetə gedirlər”. Mübtəda hansı şəxsdə, hansı kəmiyyətdədirsə, xəbər də həmin şəxsdə və kəmiyyətdə olmalıdır. “Tələbələr gedirdilər” cümləsində uzlaşma düzgün sayılmalıdır, amma hamı əvəzliyində cəmlik anlayışı olsa da, “hamı gedirdilər” deyilməz. Yaxud “səndən ötrü ayaqlarım evə getmirdilər” cümləsi düzgün qurulmamışdır. Ayaqlar sözü cəmdə olsa da, məntiqi cəhətdən “ayaqlar getmirdilər” demək olmaz, yəni uzlaşma yanlışdır.
4) Emosional nitqdə, yüksək pafosla ifadə olunan poetik dildə mübtəda ilə xəbər yerini dəyişə bilər: “Poçtalyon Musaya tərs-tərs baxdılar qocalar” (V.Nəsib).
5) Sintaktik əlaqələrin düzəldilmə qaydalarının pozulması fikrin düzgün anlaşılmasını çətinləşdirir: “Məşqçilər futbolçulara söhbət apardılar”. Nümunədə idarə əlaqəsi pozulmuşdur.
6) Bəzi söz birləşmələrində əsas tərəflə asılı tərəfin yerinin dəyişməsi özünü göstərir. Məsələn: gözü yaşlı, qəlbi tox, fikri geniş.

Söz birləşmələrini və cümlələri təşkil edən sözlər arasında iki cür əlaqə olur:



  1. Məna əlaqəsi

  2. Sintaktik əlaqə

Məsələn: Sara Xatun heyranlıqla ona baxırdı; heyranlıqla baxırdı; sözlərri bir-biri ilə həm mənaca həm də sintaktik cəhətdən əlaqəlidir. Bu sözlərin arasındaki sintaktik əlaqələri belə göstərmək olar:

Sözlər arasındaki sintaktik əlaqələr iki cür olur:



  1. Tabesizlik

  2. Tabelilik

Tabesizlik əlaqələri

Tabesizlik əlaqələrində tərəflər bərabər hüquqlu olur. Tərəflərdən biri o birinə tabe olmur, o birini aydınlaşdırır. Məsələn: Qəssablar qoyunları kəstilər, soydular. Aşbazlar manqalları hazırladılar, qazanları hazırladılar. Bağımızda alma, armud, heyva, gilas ağacları var.
Tabesizlik əlaqəsi özünü cümlənin həmcins üzvləri arasında göstərir. Tərəflər ya sadalana intonasiya ilə, ya da tabesizlik bağlayıcıları ilə əlaqələnir. Məsələn: Su altındaki ağ balıqqulaqları və çınqılları adamın xoşuna gəlirdi. Qara, qırmızı, sarı çınqıllar.
Birinci cümlədəki  bağlayıcısı, ikinci cümlədəki qara, qırmızı, sarı sözləri sadalama intonasiyası ilə əlaqələnmişdir.

Tabelilik əlaqələri

Tabəlilik əlaqəsində tərəflərdən biri o birindən asılı olur, o birini izah edir və aydınlaşdırır. Cümləni quran əsas əlaqə forması tabelilik əlaqəsidir.
Tabəlilik əlaqəsində tərəflərdən biri əsas, digəri asılı tərəf adlanir. Asılı tərəf əsas tərəfə tabe olur. Tabelilik əlaqəsinin üç növü var:

  1. Yanaşma əlaqəsi

  2. Uzlaşma əlaqəsi

  3. İdarə əlaqəsi

Yanaşma əlaqəsi

Asılı tərəfin heç bir şəiklçi qəbul etmədən əsas tərəfə yanaşıb ona mənaca bağlanmasına yanaşma əlaqəsi deyilir.
Yanaşma əlaqəsində əvvə asılı tərəf, sonra əsas tərəf işlənir. Uzlaşma əlaqəsində şəxs və şəkilçilərdən, idarə əlaqəsində hal şəkilçilərindən istifadə edildiyi halda, yanaşma əlaqəsinin heç bir şəkilçisi yoxdur. Yanaşma əlaqəsində bir söz heç bir sözdəyiş`dirici şəkilçiyə ehdiyac olmadan başqa bir sözə yanaşır və ona tabe olur. Məsələn: Qalın meşə sıx duman bürümüşdü – cümləsində qalın sözü meşəsıx sözü duman sözünə yanaşır.

Uzlaşma əlaqəsi

Asılı tərəfin əsas şəxsə və kəmiyyətə görə uyğunlaşmasına uzlaşma əlaqəsi deyilir.
Uzlaşma əlaqəsi həm mübtəda ilə xəbər arasında, həm də ikinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında olur.
Mübtəda ilə xəbər arasında uzlaşmada mübtəda əsas, xəbər asılı tərəfdir. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəxsin şəkilçisini qəbul edir və onunla uzlaşır. Məsələn:
Mən böyüyürəm
Biz boy atırıq
Siz gəncləşirsiniz
Onlar işləyirlər

I və II şəxslərdə xəbər mübtəda ilə şəxsə və kəmiyyətə görə həmişə uzlaşır və uzlaşma pozulmur. III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşada bilir, uzlaşmaya da bilir. Məsələn: Qonaqlar gəldilər də deyilir, qonaqlar gəldi də deyilir.

İkinci təyini söz birləşməsinin birinci tərəfi həmişə III şəxsə olur, ona görə də ikinci tərəf III şəxsin mənsubiyyət şəkilçisini qəbul edərək birinci tərəflə uzlaşır:

Üçüncü növ təyini söz birləşməsinin birinci tərəfi hər üç şəxsdə ola bilir, ona görə də uzlaşma hər üç şəxsdə olur:



İkinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında ad uzlaşma olur. Məsələn: məktəb binasısənin məqsədin tipli birləşmələrdə ikinci tərəf birinci tərəf ilə uzlaşır.

İdarə əlaqəsi

Əsas tərəfin tələbi ilə asılı tərəfi müəyyən düşməsinə idarə əlaqəsi deyilir.
İdarə əlaqəsi ismin halları ilə bağlıdır. Adlıq haldan başqa, qalan beş haldan olan sözlər idarə əlaqəsində asılı tərəf kimi çıxış edir. Məsələn:
Evin qapısı – təsirlik
Evi təmizləyən – çıxışlıq
Evə gələndə – yerlik – birləşmələrində evin, evi, evə sözləri asılı tərəf, qapısı, təmizləyən, gələndə sözləri əsas tərəf, idarə edən tərəfdir.
İdarə əlaqəsində əsas tərəf əksərən fellərdən ibarət olur. Lakin başqa nitq hissələri də əsas tərəf ola bilir. Məs: anaya hörhət, şagirdlərdən bir neçəsi birləşməsində hörmət, bir neçəsi sözləri əsas tərəf, anaya, şagirdlərdən sözləri asılı tərəfdir.

Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə