100
ifadə olunan
münasibət, verilən qiymət zahirən müəyyən əhali kütləsinin rəyi kimi qəbul oluna bilir, lakin hələ
praktik gücə qadir olmur.
İkinci səviyyə bundan fərqli xarakteristikaya malikdir. Artıq bu səviyyədə, yəni əməli işi səviyyəsində
ictimai rəy real həyata öz həqiqi təsirini göstərir. Bu səviyyədə artıq sosial qruplar və sosial birlik formaları öz
şüurlarında bu və ya digər məsələyə verilən qiymətə uyğun surətdə praktik fəaliyyət göstərməyə başlayırlar. Qeyd
oluınmalıdır ki, ictimai rəyin birinci səviyyədən - inikasedici səviyyədən ikinci səviyyəyə keçməsi mürəkkəb
prosesdir. Bu keçid əsas etibarilə ictimai rəy göstəricilərinin sosial normalarda, sosial
tənzimetmə və nəzarət
formalarında təcəssümü vasitəsilə baş verir. Nəticədə ictimai rəyin mövcud ictimai münasibətlərin real tərəfinə
çevrilməşi, bu münasibətlərlə çulğalaşması prosesi cərəyan edir.
1
Məlum olduğu kimi, sosial tənzimetmənin müxtəlif formaları (hüquq, əxlaqi, tərbiyəvi və s.) mövcuddur.
Cəmiyyətdə gedən sosial proseslərin tənzim olunmasında mühüm yer tutan ictimai rəy bu normalarla sıx qarşılıqlı
təsirdə çıxış edir. Daha dəqiq desək, onların təsirinə ictimai rəyin də əlavə olunması, bu təsirin gücünü daha da
artırır. İctimai rəy vasitəsilə həyata keçirilən nəzarət özünün gündəlik xarakter daşıması, daimi fəaliyyət
göstərməsi, yaranmış vəziyyətə çox tez reaksiya verməsi, öz məzmununda bir qayda olaraq çoxluğun əhval-
ruhiyyəsini əks etdirməsi və digər mühüm keyfiyyətləri ilə səciyyələnir. Odur ki,
ictimai rəyin nəzarətedici
funksiyasının səmərəliliyini yüksəltmək yollarını və vasitələrini axtarıb tapmaq sosioloji yanaşmanın mühüm
məqsədini təşkil edir. Bu cür nəzarət cəmiyyətdə
[250 - 251]
bir çox proseslərin normal getməsi, burada özünü
göstərən neqativ halların - əliəyriliyin, oğurluğun, vəzifədən sui-istifadə etmənin, xalqın
sərvətini müxtəlif yollarla
mənimsəməyin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Sosial münasibətlərin, cəmiyyət üzvlərinin
davranışının ictimai rəyin köməyi ilə tənzim edilməsi onların şüuruna bilavasitə təsir göstərir. Bu, ictimai rəyin
gücünü artırır, onun nüfuzunu yüksəldir. Nəticədə ictimai rəyin əhəmiyyəti ümumən etiraf olunur, cəmiyyətdə
demokratik əsasların daha möhkəm qərarlaşması və möhkəmlənməsi üçün əlverişli zəmin yaranır.
Dostları ilə paylaş: