33
Deformasiyaetdirici element və emal olunan səth
arasında “sərt” əlaqə yaradan mexaniymlərin
quruluşunun sadə olmasına baxmayaraq, bu emal
üsulu ilə səthin homoqen möhkəmliyi alınmır və buna
görə də geniş tətbiq olunmur.
Deformasiyaetdirici element və emal olunan səth
arasında “elastik” əlaqə yaradan mexanizmin tətbiqi
ilə səthi diyirlədərək, hamarlama geniş yayilmışdır.
Səthi deformasiyaetdirici əlaqə yay, pnevmo və ya
hidravlik qüvvə mexanizmləri ilə təmin olunur. Bu
halda səthə düşən normal qüvvə sabit qaldığından,
praktik olaraq pəstahın forması dəyişmir. Tərtibatda
olan xətalar belə bərkitmənin nəticələrinə təsir etmir.
Həmçinin, onu da qeyd etmək lazımdır ki, pəstahda
olan forma xətaları bu üsulla düzəldilə bilmir.
Fırlanan detalları səthi plastik deformasiya ilə emal
zamanı pəstaha fırlanma hərəkəti verilir və
deformasiyaetdirici element (kürə, diyircək, almaz
ucluq) pəstahın oxu boyunca hərəkət etdirilir.
Dostları ilə paylaş: