2. Plastiki
deformasiya ilə materialların
emalı
2.1.
Səthin plastiki deformasiya ilə
möhkəmləndirilməsinin aktuallığı
Detalların yeyilməyədavamlılığının yüksəldilməsi
üçün daha çox sadə texnoloji və səmərəli üsul
mexaniki bərkitmə, yəni səthin plastiki deformasiya
etdirilməsi ilə möhkəmləndirilməsidir. Bu bərkitmə
üsulunun texnoloji üstünlüyünə az əmək tutumu,
detalların termiki emal sexinə daşınmaması və
mexaniki sexdə istehsal axınının pozulmaması, səthi
kəsmədən emal və kəsmə zamanı əmələ gələn mənfi
təsirlərin olmaması və s. aiddir.
Səthin plastiki deformasiyası ilə bərkidilməsi çox
da baha olmayan metaldan hazırlanmış detalların
kifayət qədər möhkəmliyini təmin etməyə imkan verir
29
ki, bununla da yüksək legirli poladların tətbiqindən
imtina oluna bilər. Üsul poladdan, çuqundan,
alüminiumdan, manqan və titan ərintilərindən,
bürüncdən,
tuncdan,
bərk ərintilərdən və s.
hazırlanmış detallara tətbiq olunur.
Təcrübələrdən əldə olunmuş məlumatlara əsasən,
səthi plastiki deformasiya üsulu ilə emal olunan
detallar abraziv yeyilməyə qarşı effektli deyildir.
Səthin plastiki deformasiya ilə bərkidilməsi o şəraitdə
səmərəlidir ki, detallar axıcılıq həddi daxilində
yüklənirlər.
Bərkitmə nəticəsində maşınqayırma üçün səciyyəvi
olan, mürəkkəb formalı detalların dözümlülük həddi 2,
ani gərginlik konsentrasiyası ilə yüklənmiş detallarda
isə 3 dəfəyə qədər artırılır. Həmçinin, kiçik radiuslu
qaltelləri bərkitməklə, qaltel sahəsinin və valın en
kəsiyinin eyni möhkəmliyini təmin etmək olar.
Səthin
plastiki
deformasiya
ilə
möhkəmləndirilməsi dyirlətmə, qırma axını və almaz
hamarlama üsulları ilə yerinə yetirilir. Bir sıra detallar
üçün möhkəmləndirmə standartlara görə aparılmalıdır.
Məsələn, dəmiryol nəqliyyatı vasitələrinin resor və
yayları qırma axını, oxları isə diyirlətmə ilə bərkidilir;
bütün gəmilərin üzgəc valı diyirlətmə ilə emal olunur;
dişli çarxların dişlərinin emalında, bu üsulla yanaşı
yüksək tezlikli cərəyan da tətbiq olunur.
|