Etika əxlaq və mənəviyyat haqqında elmdir. Etikanın yaranmasının ilkin şərtləri. Etikanın predmet və vəzifələrinin Aristotel tərəfindən öyrənilməsi


İşgüzar münasibətlərdə vizit kartı və onun növləri



Yüklə 112,74 Kb.
səhifə26/33
tarix10.05.2022
ölçüsü112,74 Kb.
#57322
növüQaydalar
1   ...   22   23   24   25   26   27   28   29   ...   33
Peşə etikasının mühazirələri-1

20. İşgüzar münasibətlərdə vizit kartı və onun növləri

Vizit kartı şəxsin adını, soyadını, xidməti vəzifəsini, ünvanını, telefon nömrəsini və digər məlumatları əks etdirir. Kartların bir neçə növü var: Standart, xüsusi, və təqdimat məqsədilə olan, qeyri rəsmi ünsiyyət üçün təşkilatın, şirkətin vizit kartı. İnkişaf etmiş bazar iqtisadiyyatı olan ölkələrdə biznes kartları müasir biznes etikasında mühüm rol oynayır. Bir çox hallarda bu vizit kartları vəsiqəni əvəz edə bilər. Bu gün vizit kartları hər yerdə məhşurdu. İlk vizit kartları XVI əsrdə yaranıb. İlk dəfə İtaliyanın Radua Universitetində (13 əsrdə təsis edilmiş) oxuyan alman tələbələr tətildə evə getməzdən əvvəl professorlarını zirayət edirlər və dostluq əlaməti olaraq ailənin soyadının təsvir edilən rəngli miniatürlərin qoyub gedirlər. Müsafir bu zaman öz əlləri ilə öz adını və tarixi yazır. İlk kart 1731- ci ildə Florensiyada yaranıb. Daha sonra oyma üsulu ilə, qabartma üsulu ilə, litoqrafiya üsulu ilə hazırlanmağa başladı. Yazılı kartların hazırlanmasına XX əsrin əvvəllərində başlanmışdır. Vizit kartı təxminən 40x70dən 70x 100 mm-ə qədər ölçülmüş incə elastik karton parçasıdır. Ölkəmizdə iki tərəfli vizit kartları daha geniş yayılmışdır. Bir tərəfində ana dilində digər tərəfində xarici dildə məlumat olur. Beynəlxalq təcrübədə iki vizit kartı var. Biri ana dilində, digəri isə xarici dildə. Kartların rəngləri ağ olur. Vizit kartlarının istifadəsinin əsas məqsədi: -özünün mövcudluğu haqqında məlumat verir. Tanışlıq zamanı özün və şirkətin haqqında məlumat verir; əlaqə saxlayır. Vizit kartları vasitəsilə bayramlarda, xüsusi tədbirlərdə istifadə olunur. Məs. vizit kartları həm də təşəkkür və minnətdarlıq ifadəsi kimi və yaxudda hədiyyə, suvenir çiçək müşayəti başlanğıcı kimi ifadə oluna bilər. Qeyd edək ki,aşağı sol küncdə sadə bir qələmlə mütləq üçüncü şəxsdə yazılır. məs. Yeni il salamlarına görə təşəkkür edirik. Baş vermiş hadisə ilə bağlı başsağlığı bildirir. Vizit kartlarından tanışlıq zamanı istifadə edirlər. Vizit kartı eyni zamanda xüsusi hörmət əlamətidir. Ona görə də vizit kartının sağ tərəfini eninə əyirlər. Göndərilən vizit kartları bükülmür. Poçtla göndərilən vizit kartı 24 saat ərzində cavablandırılır. Tanışlıq zamanı qonaq gələn kəs birinci öz vizit kartını yəni ofesə gələn mövqeyi aşağı olan, bərabər vəzifədə olmağına baxmayaraq kiçik özünü təqdim etməlidir. Praktiki olaraq vəzifəsi və yaşı eynidirsə birinci kim öz vizit kartını təqdim edirsə o daha nəzakətlidir. Xaricə səfər edərkən vizit kartlarını təqdim edən ilk şəxs ev sahibidir. Buna xüsusilə Yaponlar və Koreyalılar ciddi şəkildə əməl edirlər. Vizit kartını alarkən düzgün olmayan tələffüzdən qaçmaq üçün sahibin soyadını yüksək səslə söyləyilər. Vizit kartını təqdim edərkən öz soyadınızı söyləməli və yüngül baş əymək lazımdır.Yaxın Şərqin nümayəndələri vizit kartını yalnız sağ əllə, Yaponiyada və digər Asiya ölkələrində isə iki əllə təqdim edillər. Vizit kartları mübadilə üçün nəzərdə tutulur. Vizit kartlarını dərhal çatdırmaq mümkün olmadıqa onu 24 saat ərzində eləmək olar. Dəvət və təbriklərə vizit kartı ilə cavab vermək olar. Onda yazılmış mətn məcburi olaraq qısa olmalıdır. Tövsiyyələr, salamlar, kiçik məlumatlar üçün istifadə edilir. Vizit kartlarında başlıq yazılmır və imza qoyulmur. Ünvan dəyişildikdə yeni vizit kartı ilə birlikdə köhnəsi də bir yerdə poçt vasitəsilə öz tanışına göndərilir. İşgüzar adama ən azı özündə 10 vizit kartı olması tövsiyə edilir. Ümumi qəbul edilmiş beynəlxalq stan-dartlara uyğun olaraq vizit kartları işgüzar ünsiyyətə şərait yaradır.


Yüklə 112,74 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin