Etika əxlaq və mənəviyyat haqqında elmdir. Etikanın yaranmasının ilkin şərtləri. Etikanın predmet və vəzifələrinin Aristotel tərəfindən öyrənilməsi



Yüklə 112,74 Kb.
səhifə21/33
tarix10.05.2022
ölçüsü112,74 Kb.
#57322
növüQaydalar
1   ...   17   18   19   20   21   22   23   24   ...   33
Peşə etikasının mühazirələri-1

Salamlaşmaq - nəzakətin birinci nümayişidir. Salamlaşarkən müxtəlif ifadələrdən istifadə etmək olar. ”Axşamın xeyr”, ”Salam” və s. Eyni zamanda ara sözlər də var ki, onlar yalnız dostluq mühitində uyğun ola bilər. Onlardan sui-istifadə etmək olmaz. İşgüzar mühitdə tanımadığın insanlar arasında bu sözləri işlətmək uyğun deyil. Ara sözlərin istifadə edilməsi tərbiyədə müəyyən çatışmazlıqların olmasına dəlalət edir. ”Sabahın xeyir” 12.00 qədər, ”Gün aydın” 18.00 qədər. ”Axşamın xeyir” 18.00 sonra deyilə bilər. Rəsmi salamlaşma “Salam”, ”Sağolun” hesab edilir. Etiket qaydasına görə öz tanışlarınızla gündə bir neçə dəfə rastlaşsanız belə salamlaşın. Əgər nəzakətli sözlər tükənmişsə ən azından gülümsəyə bilər, özünü görməməzliyə vurmamalıdır. Əhval-ruhiyyədən, psixoloji vəziyyətdən asılı olmayaraq etiketin tələblərinə əməl etmək lazımdır. Məs. sıx əlaqələrə baxmayaraq nəzakətli qaydada salamlaşmaq lazımdır. Gənc adam yaşlı qadınları və kişiləri salamlayan ilk şəxsdir. Lakin əvvəlcə əllərini onlar uzatmalıdır. Bərbər otağına,vaqon kupesinə, teatr lojasına daxil olarkən birinci salamlaşırsan. Kişi və qadın olmağından asılı olmayaraq eyni statuslu insanlar rastlaşanda ilk olaraq daha yaxşı tərbiyə olunmuş insan salamlaşır. İki cütlük rastlaşanda əvvəlcə qadınlar bir-birini salamlayır, sonra qadınlar kişiləri, sonda isə kişilər görüşür. Görüşərkən papağı, şlyapanı, kepkanı çıxartmaq adəti hələ də saxlanılır. Öz üzünü göstərən adam üzünü gizlədən adamlardan fərqli olaraq dost təsürratı yaradır. Eyni zamanda bununla bağlı qış papağı, toxunma papaq, beretkanı çıxartmaq qəbul edilmir. Əgər insanlar arasında böyük məsafə varsa səslə salamlaşmaq məqsədəuyğun deyil, baş əymək lazımdır. Baş əymək formal, nəzakətli, soyuq, isti, hörmət dolu, dərin ola bilər. Məs. kişilər çox zaman bir-birinin əlini sıxmaqla salamlaşırlar. Bu halda masanın üzərindən əl uzatmaq olmaz. Salamlaşmaq üçün masadan qalxmaq lazımdır. İslam dini kişi və qadınların görüşü zamanı nəinki əllərini sıxmağı hətta sadə toxunmağı belə qəbul etmir. Cənub Şərqi Asiya ölkələrində bir-birinin əlini sıxmaq adət deyil. Oturmuş kişi qadın daxil olarsa ayağa qalxmalı, ona yer təklif etməlidir. Qonaq gələrkən birinci növbədə evin sahibəsi və sahibi ilə, sonra qonaqlarla, əgər onlar çoxdursa baş əyir ya da salam verir. Əgər qonaq azdırsa hər birini salamlamaq lazımdır. Beləliklə nəzakət qaydalarına uyğun olaraq birinci kişi qadını, kiçik böyüyü, keçən adam duran adamı, geçikən gözləyəni salamlamalıdır. Beləliklə salamlaşmaq əlaqə qurmağa, tanışlığa xidmət edir. Əvvəllər kimi təqdim edirdilərsə onu salamlayırdılar. Birilə tanış olmaq və yaxudda kimi isə tanış etmək üçün özünü tanıtmaq və ya təqdim etmək lazımdır. Etiketlə bağlı nəzərdə tutlan qaydalar nə zaman və necə təqdim olunmağı göstərir. Orta əsrdə Yaponiya ilə ticarət əlaqələrinin necə qurulduğunu xatırlayın, hansı ki, Meydzi dövrünə qədər bütün dünya üçün bağlı olub. İşgüzar əlaqələr qurmaq üçün bura gələn bir tacir imperatorla tanış olur. Təqdimat prosesi o qədər alçaldıcı idi ki, bunu qəbul etmək hər bir xarici qonağın gücü deyildi. Əcnəbilər qapıdan qəbul zalına deyilən yerə qədər dizi üstə sürünməli, qəbuldan sonra eyni şəkildə xərçəng kimi uzaqlaşaraq qapının arxasında gizlənməli idi. Etiket qaydalarına uyğun olaraq kişini qadına, kiçiyi-böyüyə, subay kişini evli kişiyə, vəzifəsindən asılı olaraq aşağı vəzifədə olanı ondan yuxarı vəzifədə olana təqdim edirlər. Məruzəçi və artisti mütləq təşkilatçlar təqdim edir. Yeni işçini rəhbər təqdim edir. Əgər bunu hər hansı səbəbdən edə bilməyibsə işçi özünü təqdim etməli adını, soyadını, atasının adını, vəzifəsini deməlidir. Hal-hazırda bir iş qadını vasitəçi olmadan belə özünü təqdim edə bilər. Qonaqları tədbirdə həmin tədbirin sahibəsi, sahibi yada təşkilatçılar təqdim edir. Gec gələnləri isə əvvəl gələnlərə təqdim edirlər. Lakin gənc adamları nə vaxt gəlməyindən asılı olmayaraq təqdim edirlər. Özünüzü necə təqdim edə bilərsiniz? Hər kəs cinsindən, yaşından asılı olmayaraq bunu seçməkdə azaddır. Təqdimata görə iki tövsiyyə təklif olunur. Öncə kişinin soyadını xanıma, sonra isə xanımın soyadı, kiçik olanın soyadı, daha sonra isə yaşlının soyadı təqdim edilir. Yeni tanışının soyadını təqdim edərkən günaydın demək adətdir. Eyni cinsdən, eyni yaşdan və eyni vəzifədən olan insanları təqdim etmək üçün bu formadan istifadə etmək olar. Kimi kimə təqdim etdiyinə diqqət etmədən buyurun tanış olun hörmətli həmkar yoldaşlarım demək lazımdır. Təqdimatdan sonra tanışlığı təsdiq etmək üçün fikir mübadiləsi etmək və ya qısaca danışmaq olar. Bu zaman təşəbbüs ya qadında ya da yüksək vəzifəli şəxsə həvalə olunur. Bir çox ölkələrdə titullara daha çox önəm verilir. Buna görə bu sahədə beynəlxalq etiket sadələşdirilir. Yalnız protokol xarakterli mərasimlərdə iştirak edənlərin titulu tam şəkildə qeyd olunur. Ünsiyyətin yaranması üçün başlanğıc müraciətdir. Bu həmsöhbətə adı, atasının adı, soyadı, vəzifəsinə müraciətdə ifadə olunur. Bu adətən insana hörmət əlaməti və nəzakət ifadəsidir. Tanışlıq və ünsiyyət müraciətdən başlayır. Müasir etiket baxımından müraciət formalarının seçilməsi bir neçə şərtdən asılıdır. Siz rəsmi və qeyrirəsmi şəraitdə tanımadığınız və az tanıdığınız hörmətli insanlara deyilir. Rəsmi ünsiyyət zamanı hətta yaxın və eyni zamanda tanış adamlara siz deyə müraciət edilməlidir. Gənc adam ondan yaşca böyük olan insana birinci sən deyə müraciət edə bilməz, əgər sonuncu sən deyə ilk olaraq ona müraciət etməyi təklif etməsə. Əsas odur ki, sən müraciəti işgüzar mühitdə və şəxsi həyatda tətbiq olunmasın. Rəhbər öz tabeçiliyində olanlara sən deməməlidir. Tabeçilikdə olanlar rəhbərə yaxın və qohum olmaqlarından asılı olmayaraq ona sən deyə müraciət edə bilməzlər. Adsız müraciət formal müraciətdir. Adla və soyadla bağlı müraciət bu şəxsiyyətə olan müraciətdir. Adını soyadını söyləyərək insan ləyaqətinə olan hörməti vurğulamaq və onun mənəvi təzahürünü nümayiş etdirmək deməkdir. Belə müraciət o insanın mədəniyyətindən, tərbiyəsindən, nüfuzundan xəbər verir. Bu xüsusiyyətlər tərbiyə olunur, sonra isə vərdişə çevrilir.Azərbaycanda işgüzar etiket peşə davranışının mühüm əxlaqi tərəfidir.İşgüzar ünsiyyətin spesifik xüsusiyyəti nizama salımış xüsusiyyət hesab olunur.İşgüzar ünsiyyəti ən çox yayılmış forması dialoq ünsiyyətidir. İşgüzar münasibətlərdə iş adamı məsafəni gözləməlidir. O pilləcə özündən aşağıda duran vəzifəlilərin mənafeyini alçaltmamaq üçün onların başı üzərindən birbaşa göstəriş vermir. Xoşuna gəlib gəlməməyindən asılı olmayaraq bütün işçilərə eyni münasibət bəsləməli, qarşılıqlı əlaqələrdə öz şəxsi xahişləri üçün tabeliyində olanlardan sui-istifadə etməməlidir. İşdən kənar yerdə məsafənin saxlanması (tetrda, restoranda, istirahətdə və s) gülüncdür.

İşgüzar qarşılıqlı təsir prosesində insanın davranışı onun şəxsi keyfiyyətləri ilə məs.vicdan, şərəf, ləyaqət, xeyirxahlıq və s. ilə bağlıdır. Vicdan - öz əməllərinin mənəvi cəhətdən dərk edilməsidir. Vicdan insanı pis əməllərdən çəkindirən və öz davranışlarına həssas yanaşmağı tələb edən faktordur. Vicdan borc kimi mənəvi kateqoriya ilə sıx bağlıdır. Borc hər bir fərdin öz xidməti və vətəndaş vəzifəsini, cəmiyyət, kollektiv, ailə, dostlar qarşısında vicdanlı icrasıdır; Vəzifə borcu dedikdə - insan təkcə öz davranışlarına görə deyil, həm də başqa insanlar qarşısında da məsuliyyət daşıyır. Şərəf, ləyaqət insanı öz xidməti, vətəndaş və peşə vəzifələrini məsuliyyətli şəkildə yerinə yetirməyə, düzgün olmağa və özünə hörməti ifadə edir; Ləyaqət -insana öz maraqlarına görə alçalmağa və başqaları tərəfindən təhqir olunmasına, dözməyə imkan vermir; Alicənablıq – bu insanın öz maraqlarını başqalarının maraqlarına qurban vermək qabiliyyətidir. Bu mənəvi davranışın ən yüksək keyfiyyətidir. Şəxsin mənəvi keyfiyyətləri: vicdan, borc, şərəf, ləyaqət, xeyirxahlıqdır. Ünsiyyətlə bağlı mənəvi tələblər: nəzakətlilik, dəqiqlik, düzgünlük, təvəzökarlıq bunlar etiketə aid edilir; Nəzakətlilik - bu insanlara onların ləyaqətinə hörmətli mü-nasibət deməkdir. Nəzakətliliyin mahiyyəti xoş niyyətdir. Nə-zakət özünü müxtəlif formada göstərə bilər. Nəzakətin bir çox səmimiyyət çalarları var. Düzgünlük, incəlik, hörmət və s. Düzgünlük- bir qədər vurğulanmış, rəsmi, quru, kübarlıq, bacarıq, hər hansı bir vəziyyətdə o cümlədən münaqişələrin həllində özünü aparmaq. Ünsiyyət zamanı həm özünün həm də tərəfdaşının ləyaqətini qorumaq; Hörmət- adətən böyüklərə nəzakət, hörmət, valideynlərə hörmət hər hansı bir yazılı və yazılmamış qaydaya daxil olmuşdur. Xalqın ənənələri yaşdılara hörmət etmək, valideynləri sevmək, qadına hörmət etmək deməkdir; Dəqiqlik- əxlaq normasıdır. Onun ictimai həyatda, biznesdə pozulması müqavilələrin yerinə yetirilməməsinə, mühüm vəzifələrin pozulmasına gətirib çıxarır. İş dünyasında gecikən birinə güvənməmək lazımdır. Vaxtınızı dəyərləndirin. Dəqiqlik padşahların xeyirxahlığı və bütün yaxşı insanların vəzifəsidir. Bunu ilk dəfəFransız kralı 18-ci Lyudovik demişdir; Təvəzökarlıq - yüksək etik mədəniyyətin təzahürüdür. Özünü qiymətləndirmələrdə məhdudiyyət, digər insanların zövqlərinə hörmətlə yanaşmaq və s. Təvəzökar adam heç vaxt özünü düşünmür, özünü görkəmli şəxsiyyət, başqalarından daha ağıllı, özü üçün heç bir güzəşt tələb etmir. Deyl Karnegi deyirdi ki, ”Yalnız özü haqqında danışan bir şəxs özü haqqında düşünür, və insan əgər özü haqqında düşünürsə demək o etibarsız və mədəniyyətsizdir. O necə təhsilli olursa olsun mədəniyyətsizdir”; nəzakətli olmaq – başqasını çətinlikdən, narahatçılıqdan birinci xilas etmək cəhdi. Nəzakətli adam nəqliyyatda birinci olaraq əlilə, qocaya yer təklif edəcək. Nəqliyyatdan düşəndə onların xahişini gözləmədən yolu keçməyə kömək edəcək. Ünsiyyət üçün ümumi qəbul edilmiş mənəvi tələblər mədəniyyətin əsasını təşkil edir. Kommunikativ mədəniyyət- təşkilatın bilik bacarıqları, insanların qarşılıqlı əlaqəsi və işgüzar mühitdə qarşılıqlı əlaqələr, iş ortaqları ilə psixoloji əlaqə yaratmaq, kommunikasiya prosesində dəqiq anlaşmaya nail olmaq, iş ortaqlarının davranışlarını proqnozlaşdırmaq, iş ortaqlarının davranışlarını istənilən nəticəyə yönəltmək və s.

İşgüzar söhbətlərin keçirilməsi. İşgüzar ünsiyyətdə, işgüzar protokol qaydalarına riayət edilməsi böyük əhəmiyyət kəsb edir. O danışıqların görüşlərin tədbirlərin keçrilməsini təşkil edir. Diplomatik dünyada “Proto kol” sözü sənədlərin və arxivlərin saxlanmasını nəzərdə tutur. Sonradan bu terminin mənası dahada genişlənmişdir. Bura etiket və mərasim qaydaları da əlavə edildi ki, hansı ki, beynəlxalq əlaqələrdə də müşahidə edilir. Diplomatik protokol beynəlxalq ünsiyyətdə mü-şahidə olunan ümumi qəbul edilmiş qaydalar və ənənələrdir. Məs. (Dövlət başçılarının görüşləri, onların keçirilmə qaydaları) analoji olaraq iş protokolunda, işgüzar mühitdə müşahidə olunan qaydalar və ənənələri göstərmək olar. İşgüzar söhbətlər bu və ya digər məsələ ilə bağlı fikir mübadiləsi təklif edir. Söhbətin məqsədi-informasiya mübadiləsidir. Formal olaraq işgüzar söhbətləri bir neçə mərhələyə bölmək olar: - söhbətin başlanğıcı; - məlumatların ötürülməsi,arqument; - mübahisənin arqumentlərini dinləmək; - onların qəbul edilməsi və ya inkar edilməsi; Qərar qəbuletmə öz fikrini müdafiə etmək üçün qulaq asmaq deyil, həm də həmsöhbətini eşitmək vacibdir. İşgüzar söhbətlərin etiketi üzrə mütəxəssis Predraqa Misiça deyirdi ki, “Həmsöhbətinə qulaq asmaq çox mürəkkəbdir, gərginlik tələb edir. Ona görə biz öz diqqətimizi öz həmsöhbətimizə yönəltməliyik, baxmayaraq ki, bizim başımız bir çox problemlərlə məşğuldu, bundan başqa biz yorğun və sinirliyik”. Danışmaq özü haqqında daha şox bilmək və digər insanlarla qarşılıqlı əlaqələri yaxşılaşdırmağa imkan verir. İşgüzar ünsiyyətdə qaydalara riayət etmək böyük əhəmiyyət daşıyır. Danışıq zamanı öz həmsöhbətinə və sizə nəyin maraqlı olduğun bilmək lazımdır.Bu işgüzar söhbət üçün kiçik bir müqəddəmə ola bilər Ümumi suallarla başlayıb, fərdi suallarla bitirməliyik. Hər bir söz həmsöhbətinə aydın olmalıdır. Söhbətin monoloqa çevrilməməsi çox vacibdir. Siseron bu haqda deyirdi “Kimsə bir başqasını xilas etmək hüququna malik olduğu bir söhbətə sahib olmamalı,əksinə çalışmaq lazımdır ki, başqa hər şeydə olduğu kimi, söhbətdə də hər kəsin öz növbəsi olsun ”Dağıstan yazıçısı E. Kapiyevin sözlərinə görə ”Dinləmək lazım olan zaman birinci, danışmaq lazım olan zaman sonuncu olun”. Danışıq zamanı başqa tərəfə baxmaq, əldə nəyisə əymək, çiyinləri çəkmək, öz həmsöhbətinin çiyninə toxunmaq, böyük məsafədən danışmaq olmaz. Söhbət zamanı”belə”, ”yaxşı” bu kimi ara sözlərindən qaçmaq lazımdır. Atmacalı sözlər işlətmək, həmsöhbətinin sözünü kəsmək, düzəliş etmək, kömək etmək qəbul edilmir. Söhbətə müdaxilə etmirlər. Yalnız istisna hallarda iştirakçılardan üzr istəməklə birinə sual və ya təcili bir istək ilə müraciət edirlər. İşgüzar əməkdaşlığın başlanmasına ümid edərək siyasi, din, qadın bərabərliyi, gəlir, nəyinsə qiyməti bu kimi sürüşkən mövzulara toxunmurlar. İşgüzar söhbətədə öz həmsöhbətinə hörmətsizlik qəbul edilmir. Əksinə ona öz diqqətinizi, səmimi maraqlarınızı və hörmətinizi göstərməlisiniz. F. Çesterfild deyirdi ki, “Heç vaxt öz həmsöhbətinizə ağıllı və savadlı olduğunuzu göstərməyə çalışmayın”. Hər hansı bir işin müvəffəqiyyəti əlaqə qurma qabiliyyətindən, problemlərinizi düzgün ifadə etməkdən, sübuta yetirərək mübahisə etməkdən ibarətdir. Bu zaman ən mühüm arqumentlər məntiq və sübutlardır. İşgüzar mü-bahisədə yalnız nəzakətli davranışa yol verilir. Məsələn ”Siz bunu başa düşməlisiniz” ifadəsinin əvəzinə “Düşünmürsünüz ki ” desəz yaxşıdır. Yaxudda “Mən hesab edirəm” yerinə “Sizə elə gəlmir ki,” və s. İşgüzar söhbətdə mən sizin yanlış olduğunuza əminəm kimi ifadəsini istifadə etmək və yaxuda bu söhbəti başlamağa və ona vaxt sərf etməyə dəyməzdi sözləri 67 istifadə etmək düz deyil. Belə sözlərdən sonra hər kəsin həmsöhbətlə ünsiyyət qurması xoşagəlməz haldır. Başqasının fikrinə hörmət etməyi bütün həyatın boyu öyrənməlisən. Öz fikrinizi sakit şəkildə ifadə edin. Belə ki, həmsöhbətinlə fikir mübadiləsi, qınama, lağ etmək və ya aşağılamağa gətirib çıxarmamalıdır. Söhbətin başlanğıc mərhələsi çox uzun olmamalıdır. Bu iştirakçıların işgüzar münasibətlərinin qorunmasına kömək etməlidir. Bu zaman söhbətin bütün mümkün nəticələrinə nail olmaq mümkündür. Məsləhət üçün, cavab üçün, vaxt gecikməsi üçün təşəkkür etmək faydalıdır. Hətta söhbətin nəticələrindən narazı olsalar belə bunu göstərmirlər və nəzakətli qaydada sağollaşırlar. Söhbətin uğurlu keçirilməsi onu əhatə edənlərin gözündə qiymətli, müsbət keyfiyyətlərdir. Bazarın hərtərəfli araşdırılması imkan verir ki, öz gələcək tərəfdaşların haqqında hərtərəfli məlumat əldə edəsən.


Yüklə 112,74 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin