Essensiale forte n kapsullar essentiale® forte n tərkibi



Yüklə 164,01 Kb.
Pdf görüntüsü
tarix04.01.2017
ölçüsü164,01 Kb.
#4437

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün) 

 

ESSENSİALE FORTE N

 

 kapsullar  



ESSENTIALE® FORTE N 

 

Tərkibi  

Təsiredici maddə: 1 kapsulun tərkibində 300 mq 76% xolindən ibarət olan soya paxlası 

                            fosfolipidi vardır. 



Köməkçi maddələr: bərk piy, soya yağı, gənəgərçək yağı, etanol 96%, etilvanilin,1-(4- 

                                 metiksofenil) etanon, alfa-tokoferol, jelatin, təmizlənmiş su, titan 4-oksid  

                                 (E171), sarı dəmir oksidi (E172), qara dəmir oksidi (E172), qırmızı dəmir  

                             oksidi (E17), natrium laurilsulfat. 



Təsviri  

Sarımtıl-qəhvəyi  rəngli,  yağlı  pasta  şəkilli  möhtəviyyatı  olan,  bərk,  qeyri-şəffaf,  qəhvəyi 

rəngli, uzunsov jelatin kapsullar. 

 

Farmakoterapevtik qrupu    

Hepatoprotektor. 

ATC kodu:A05C 

 

Farmakoloji xüsusiyyətləri  

Essensial  fosfolipidlər  qaraciyər  hüceyrə  orqanelləri  və  hüceyrə  qişası  üçün  əsas  struktur 

elementi  hesab  olunur.  Lipidlərin  və  zülalların  metabolizminə  və  qaraciyərin 

dezintoksikasiyaedici funksiyasına (qaraciyərin  hüceyrə quruluşunu və fosfolipidlərdən asılı 

enzimatik sistemi bərpa edir və saxlayır; qaraciyərdə birləşdirici toxumanın əmələ gəlməsini 

tormozlayır) normallaşdırıcı təsir edir. 

 

İstifadəsinə göstərişlər  

Xroniki  hepatit,  qaraciyərin  sirrozu,  qaraciyərin  müxtəlif  etiologiyalı  piy  degenerasiyası, 

qaraciyərin  toksik  zədələnməsi,  hamiləlik  toksikozu,  psoriaz  (köməkçi  müalicənin 

tərkibində), radiasion sindrom. 

 

Əks-göstərişlər 

Preparata qarşı fərdi dözümsüzlük. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri  

Bu vaxta qədər məlum deyil. 

 

İstifadə qaydası və dozası 

Müalicə müddəti 3 aydan az olmamalıdır. Zərurət olduqda müddət uzadıla və müalicə kursu 

təkrarlana bilər. 

2 kapsul olmaqla gündə 2-3 dəfə yemək vaxtı daxilə qəbul olunur. Kapsul bütöv halda su ilə 

içilməlidir. 

 

Əlavə təsirləri 

Preparat adətən xəstələr tərəfindən yaxşı qəbul olunur, lakin bəzən qarında diskomfort hissi, 

allergik reaksiyalar yarana bilər. 

  

Buraxılış forması 

10 kapsul, PVX/alüminium folqadan ibarət blisterlərdə. 3 blister (30 kapsul) içlik vərəqə ilə  

birlikdə karton qutuya qablaşdırılır. 

 


Saxlanma şəraiti  

21ºC-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti  

3 il. 


Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti  

Reseptsiz buraxılır. 

 

İstehsalçı 

A.Nattermann & Cie QmbH 

Nattermannallee 1, D-50829 Köln, Almaniya. 



 

Document Outline

  • İstehsalçı

Yüklə 164,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin