Əsil və sadələşdirilmiş məttılər "ÖNDƏr n ə Ş r iy y a t "


SALUR  Q AZANIN  DUSTAQ   O L D U Ğ U   V Ə   OĞLU



Yüklə 139,49 Kb.
Pdf görüntüsü
səhifə18/23
tarix16.02.2017
ölçüsü139,49 Kb.
#9068
1   ...   15   16   17   18   19   20   21   22   23

SALUR  Q AZANIN  DUSTAQ   O L D U Ğ U   V Ə   OĞLU 
URU ZU N   ONU XİLAS  ETD İY İ  BOY
D eyilənə  görə,  xanım,  Trabzon  təkuru  bəylər  bəyi  olan  Qazan 
xana  bir  şahin  göndərmişdi.  Bir  gecə  yeyib-içib  oturarkən  şahinçıba- 
şıya  deyir:  “Əyə,  sabah  şahinləri  götür,  x əlv ətcə  ova  çıxaq!”
S əhər  erkən  atlara  minib,  ov  yerinə  getdilər.  Bir  sürü  qaz  gördülər. 
Qazan  şahini  buraxdı,  qazları  ovlaya  bilmədi.  Şahin  uçub  göyə  qalxdı. 
Gözlədilər,  şahin  Tumanm  qalasına  endi.  Qazan  çox  pərt  oldu.  Şahinin 
ardınca  düşdü,  d ərə-təp ə  aşdı.  Kafır  elinə  gəldi.  G edərkən  Qazanın 
gözünü yuxu tutdu.  B əylər dedilər:  “Ay xan, qayıdaq!” . Qazan dedi: “ Bir 
az da  irəli  gedək!” .  Baxdı,  birqala gördü.  Dedi:  “Bəylər, gəlin yataq!” .
Q azanı  “kiçik  ö lü m ” tutdu,  uyudu.  Oğuz bəyləri yeddi gün yatardı, 
ona  görə  də  yuxuya  “kiçik  ölüm ”  deyirdilər.
Sən  dem ə,  o  gün  Tumanın  qalasının  təkuru  ova  çıxıbınış.  Casus 
gəlib  deyir:  “ Bir  bölük  atlı  gəldi,  bəyləri  yatdı,  yuxuya  getdi” .  Təkur 
adam  göndərdi  ki,  kim  olduğunu  bilin!
G ələnlər bildi  ki,  bunlar oğuzlardandır.  G əlib təkurə xəbər verdilər. 
Təkur  da  dərhal  qoşunu  yığdı,  bunların  üzərinə  gəldi.  Qazanın  bəylori 
baxıb  gördülər ki,  düşm ən  gəlir,  dedilər:  “Qazanı  qoyub  getsok,evindo 
bizi  qırarlar.  Yaxşısı  budur  ki,  burada  qırılaq!” .  Kafıri  qarşıladılar, 
döyüşdülər.  Qazanın  iyirmi  beş  bəyini  həlak  etdilər.  Q a/anııı  üstüno 
düşdülər.  Yatdığı yerdə tutdular. Əl-ayağm ı bərk bağladılar, bir arabaya 
qoyub,  örkənlə  möhkəm  sarıdılar.  Arabanı çokib,  yola düşdülor.
G edorkən  araba  qıcırtısından  Qazan  oyandı,  gornəşdi,  qollarındakı 
örkəni  tam am   qırdı.  Arabanın  üstündə  oturdu.  Əlini  olinə  çalıb,  qalı- 
qahla giildü.  Kafırlər dedilər: “N ə gülürsən?” Qazan dedi:  “Ay kafirlor, 
bu  arabanı  beşiyim  sandım.  Sizi  yam rı-yum ru  dayoırı  sandım ” .
Qazanı  bu  cür  gətirdilər.  Tum am n  qalasında  bir  quyuya  atdılar. 
Quyunun  ağzına  bir  dəyirman  daşı  qoydular.  Y em ək-içm əyini  doyir- 
man  daşının  deşiyindon  verirdilər.
Bir gün  təkurun  arvadı  deyir:  “Gedim ,  Q azam  görüm,  neco  kişidir 
ki,  bu  q əd ə r adam lara  zərbə  vururm uş?” .  Arvad  gəlib  zindançıya  q a- 
pını  açdırdı.  Çağırıb  deyir:  “Qazan  bəy,  halın  necədir?  G üzəranın  ycr 
altında xoşdur,  yoxsa yer üzündə?  İndi  nə yeyirsən,  nə  içirson  vo  no- 
yə  m inirsən?” .  Q azan  deyir:  “Ö lülərinə  xörək  verdiyin  vaxt  ə llə -

rindən  alıram.  H əm   də  ölülərinizin  yorğasmı  m inirəm ,  tənbəllərini 
yed ə k lə y irəm ” .
Təkurun  arvadı  deyir:  “Qazan bəy,  səni  dininə  and  verirəm ,  yeddi 
yaşında bir qızcığazım  ölmüşdür,  rəhm   eylə,  ona  m inm ə!” .
Qazan  deyir:  “Ölülərinizin  arasında  ondan  yorğası  yoxdur,  elə  ona 
m inirəm !” .  Arvad deyir:  “Vay,  sənin əlindən nə yer üzündə  dirimiz,  nə 
də yer altında ölümüz xilas olurm uş!” .  Gəldi,  təkurə dedi:  “Rəhm eylə, 
o yad oğlunu quyudan çıxar.  Yer altında qızcığazımı  minirmış;  qızcığa- 
zın  belini  üzər.  Qalan  ölüiərimizi  bir yerə  yığıb,  onlar üçün  verdiyimiz 
xörəyi-yem əyi əllərindən çəkib alır, yeyirmiş.  Onun əlindən nə ölümüz, 
nə  dirimiz xilas olurmuş!  Dinin eşqinə,  o kişini  quyudan çıxar” .
T əkur  bəylərini  topladı.  Deyir:  “Gəlin  Qazanı  quyudan  çıxarın, 
bizi  tərifləsin,  oğuz  elini  pisləsin.  Bundan  sonra  şərt  qoysun  ki,  bizim 
elim izə  düşm ənçiliyə  g əlm əyəcək” .
G etdilər,  Qazanı  quyudan  çıxarıb  gətirdilər.  Dedilər:  “And  iç  ki, 
bizim  elim izə düşm ənçiliyə gəlm əyəcəksən.  H əm  də bizi  təriflə, oğuz 
elini  xəcil  elə,  ucuz tut;  səni  buraxaq,  çıx get!” .  Qazan  deyir:  “Vallah, 
billah, doğru yolu görürkən əyri yoldan gəlm ərəm !” . D edilər:  “Vallah, 
Qazan  yaxşı  and  içdi” .  “İndi,  Qazan  bəy,  di,  bizi  tə riflə !”  -   dedilər. 
Qazan  deyir:  “M ən yer üstündə  adam  tərifləm ərəm .  Bir adam  gətirin, 
m inim , sizi tərifləyim ” .  G etdilər,  kafırlərdən bir kişini  gətirdilər. “Bir 
yəhər,  bir y ü y ən ”, -  dedi, gətirdilər.  Qazan, kafırin belinə yəhər saldı, 
ağzına yüyən vurdu.  “Q olanım ” çəkdi, sıçrayıb belinə mindi.  Dizlərini 
onun dizlərinə  vurdu.  Qabırğasım  qarnma yapışdırdı.  Y üyənini  çəkdi, 
ağzını ayırdı,  kafıri öldürdü.  Əyilib üzərində oturdu.  Deyir:  “Ay kafır- 
lər,  qopuzum u gətirin,  sizi tərifləyim !” .
Getdilər,  qopuzu  gətirdilər.  Qazan  qopuzu  əlinə  alıb  burada 
soylamış,  görək,  xamm,  nə  soylayıb  demişdir:
On m in düşm ən  gördüm sə,  “oyunum ”  dedim.
İyirm i  min  düşm ən  gördüm sə,  qaçmadım.
O tuz  min düşm ən  gördüm sə,  ot  saydım.
Q ırx min düşm ən  gördüm sə,  qıya baxdım .
Əlli  min düşm ən  gördüm sə,  əl  verm ədim .
A ltm ış  min düşm ən  gördüm sə,  dindirm ədim .
S əksən min düşm ən  gördüm sə,  səksənm ədim .
D oxsan min  düşm ən  gördüm sə,  silahlanm adım .
Yüz  min  düşm ən  gördüm sə,  üz  döndərm ədim .
Üzü  dönm əz,  kütləşm əyən  qılıncım ı  ələ  aldım. 
M əhəm m ədin  dini  eşqinə  qılınc  çaldım .
H ündür yerdə yum ru başı  top  tək kəsdim .
O nda belə  “ərəm ,  b əy əm ”  deyə  öyünmədim.
Ç ox  öyünən  kişilərdə  bir kişilik görmədim!
Ə linə  düşm üş  ikən  ey kafır,  öldür m əni,
B öyük qılıncım   sal  boynuma,  kəs  başımı, 
qılıncından  qorxan  deyiləm!
Öz  əslim ə,  öz köküm ə  xain  çıxan  deyiləm!
B ir soy  da  soylayıb  demişdir:
Y üksək-yüksək böyük dağdan  daş  yuvarlansa,
Ö z  dizini -  oyluğunu qarşısm a tutan  m ənəm .
Fironun  sütunu  tək  yerdə yüklər qalansa,
O  tayları  dizi  ilə  tutub  duran  Qazan  m ənəm . 
B öyük-böyük bəylərin  oğlanları  dalaşanda 
Qam çı  altına  salıb döyən-vuran  Qazan  mənəm.
U ca  dağda dolu yağsa,  qara-qatı  dum an  dursa,
Qaracıq  atın  qulaqları  çovğunluqda  görünm əsə, 
B ələdçisiz qorxu çəkən  igidlər də  yol  yanılsa,
B ələdçisiz  yol  tanıyan,  yol  bacaran  Qazan  m ənəm .
Yeddi  başlı  əjdahaya rast gəlib  yetişdim.
H eybətindən,  qorxusundan bu  sol  gözüm   yaşardı.
“Hey  gözüm?  Bir  ilanda  nə  var belə,  qorxdun!”  -- dediırı. 
M ən  onda da  “ərəm ,  b əyəm ”  deyə  öyünm ədim ,
Çox  öyünən  kişilərdə  bir kişilik görm ədim .
Ə linə  düşmüş  ikən,  ay kafir,  öldiir m əni,
Ç ək  qılıncı,  kəs  başımı,  ırıən  ki  qorxan  deyilom!
Öz  əslim ə,  öz  kökümə  xain çıxan  dcyiləm!
O ğuzun  igidləri  dura-dura  m ən  sənin 
Ş ərəfınə,  şəninə  tərif yaxan  deyiləm !
Qazan  burada  bir daha  soylamışdır:
Qayalıqda  salınm ışdır kafırin  bir şəhəri,
Əm m am n  sularında yuyunur sahilləri.
S ağa-sola çırpınıb  baş  vurur üzgüçülər,

Su  dibində  fırlamb  dönürdü dənizçilər.
“Tanrı m ənəm !”  deyirlər su dibində  azğmlar. 
D üzü qoyub, tərsini  söyləyir qız-gəlinlər.
Q ızıl aşıq oynadır Sancıdanın bəyləri;
A ltı  dəfə oğuzlar getdi,  ala bilmədi.
A ltı  nəfər igidlə  ora m ən Qazan getdim.
A ltı  gündə qalanı  m ən  aldım,  məğlub  etdim. 
K ilsəsini yıxaraq, yerində m əscid tikdim, 
dua-nam az oxutdum.
Q ızını-gəlinini  ağ köksüm də  oynatdım,
bəylərini  qul  etdim.
M ən  onda  da  “ərəm ,  b əy ə m ”  deyə  öyünm ədim ! 
Ç ox  öyünən kişilərdə bir kişilik görmədim! 
Ə linə  keçmiş  ikən,  ey kafir,  öldür m əni,
Çal  qılıncı,  kəs  başımı,  m ən ki,  qorxan  deyiləm! 
Öz  əslim ə,  öz köküm ə  xain  çıxan  deyiləm!
Qazan yenə  soylayıb  demişdir:
D ağda-daşda qabağım dan çox qaçıbdır,
ey kafır,  atan  sənin. 
O ynatm ışam   qabağım da,  çox  fırlamb 
qız-gəlinin...
A ğca qala  Sürm əlidə  at oynatdım.
A tla  Harun elinə çapdım ,  çatdım.
A ğ hasarın  qalasınm  bürcünü  yıxdım.
A ğ güm üş gətirdilər,  “heçdir,  puçdur”  söylədim . 
Q ızıl-altun  gətirdilər,  adicə  “misdir”  dedim.
A la gözlü  qız-gəlini  gətirdilər,  aldanmadım. 
K ilsəsini  yıxıb  orda m əscid tikdim, 
Q ızılını-güm üşünü  talan  etdim.
O nda da m ən  “ərəm ,  b əy ə m ”  deyə  öyünm ədim . 
Ç ox  öyünən kişilərdə bir kişilik görm ədim! 
Ə linə  düşmüş  ikən,  ey  kafır,  öldür m əni,
Ö z  əslim ə, köküm ə  xain çıxan deyiləm! 
Şərəfınə,  şəninə  tə rif yaxan  deyiləm!
Q azan  bəy  burada  bır daha soylayıb  demişdir:
A ğ qayanın qaplanm ın erkəyində bir köküm  var, 
O rtac  qırda  sizm  keyik  sürünüzü  rahat qoymaz.
A ğ  sazın  aslanm dan  bir köküm  var,
A la  qaz  tək  otlam ağa  düzlərində  bir at qoymaz.
Qorxu bilm əz  qurd balası  erkəyindən bir köküm var. 
Q orxusundan  çobanların  qoyunları  otarammaz.
Ağ  sunqur quşunun erkəyi  tək  bir köküm  var,
Q orxusundan  ala ördək,  qara qazın  suya qonmaz.
U ruz  adlı  oğul  verdim  Qalın  Oğuz elinə,
B ir qardaşım   var ki  m ənim,  adı  igid  Qaragünə,
X ə b ə r tutub,  qolundakı  şahinini  sağ qoymazlar!
Ə linə  düşm üş  ikən,  ey  kafır,  öldür məni!
M ən   ki,  sənin  qılıncından qorxan deyiləm!
Ö z  əslim ə,  öz  kökümə  xain  çıxan  deyiləm!
Bir daha  soylayıb  demişdir:
İt kim i  mırıldayan 
Ç ərk əz  donuzlusan  sən.
Kiçik donuz  şülənin,
Torba  saman  döşəyin,
Yarım   kərpic  yasdığın,
Y onm a  ağac  tanrındır,
M ənim   köpəyim   kafır!
O ğuzlar dura-dura,
Səni  torifləm ərəm !
Sonra öldürəcəksən,
İndicə  öldiir məni.
O nsuz  da  mən  ölümdən, 
qandan  qorxan  deyiləm!
Allah  qoysa,  sağ  qalsam,
M ən  səni  öldürərəm !
K afırlər  dedi:  “Bu  bizi  tərifləm ədi.  Gəlin,  bunu  öldürək!” .  Kafır 
bəyləri  yığışıb  gəldilər.  Yenə  dedilər:  “Bunun  oğlu  var,  qardaşı  var, 
bunu öldürm ək  olm az” .  Gətirib  donuz  dam ına  saldılar.
At  ayağı  iti,  ozan  dili  çevik  olur.  Qazam n  öldüyünü-qaldığını  heç 
kim bilmədi...
Sən dem ə,  xam m ,  Q azanm  kiçik bir oğlu varm ış; böyüyüb  bir igid 
oldu.  Bir  gün  ata  minib  divana  gəlirkən  bir  kişi  deyir:  “M əgər  sən
-*~|e8297gi~«-

Q azan xanın oğlu deyilsən?” .  Uruz hirslənib deyir:  “A y yaramaz,  m ə - 
nim   atam   Baym dır  xan  deyildirm i?” ,  Deyir:  “Yox,  o,  ananın  atasıdır, 
sənin babandır” . Uruz:  “Ə yə, bəs monim  atam  ölüdür, ya diri?” -  deyə 
soruşur.  Deyir:  “Diridir,  Tum anın  qalasmda  dustaqdır” .  B elə  deyəndə 
oğlan  utanm ış  halda  atını  qaytarıb  geri  döndü,  anasınm  yanına  gəldi. 
Burada  anasına soylamış,  görək,  xanım,  nə  soylamışdır:
Ay  ana,  m ən xan oğlu deyiləmmiş,
Q azan xanın oğluyammış...
Bunu  m ənə niyə  əvvəl  demirdin?
A na haqqı -  Tanrı  haqqı  olmasaydı,
Q ara polad  iti  qılmcı  çəkərdim ,
Q əfılcodən gözəl başını  kəsərdim,
A1  qanmı yer üzünə tökərdim!
Anası  ağlayıb  deyir:  “Oğul,  atan  sağdır,  amma  söyloməyə  qorxur- 
dum, kafır elinə gedəsən, özünü vurdurub həlak olasan.  Canım oğul, ona 
görə sono demirdim; ancaq əmin üçün adam sal, gəlsin, görək, nə deyir”.
Adam  göndərdi,  əm isini  çağırtdırdı;  o  da  gəldi.  Uruz  deyir:  “M ən 
atam ın  dustaq  olduğu  qalaya  gedirəm ” .  Birlikdə  danışdılar.  Bütün 
bəylərə  x ə b ə r çatdı:  “Uruz  atası  üçün  gedir, yaraqlanıb  g əlin !” .
Qoşun  toplanıb  goldi.  İgid  U ruz  qurduğu  çadırları  açdırdı,  silah 
yüklorini  hazırlatdırdı.  Qaragünə  qoşunun  başçısı  oldu.  Boruları  göyə 
ucaldıb  köçdülər.  Yola düşdülər.
Yol üzərində kafırin A ya Sofya adlı kilsəsi vardı. K eşişlər qoruyur, 
n əzarət  edirdilər.  Çox  keçilm əz-alınm az  kilsə  idi.  Atdan  düşüb  tacir 
donu geyindilər.  Tacir qiyafəsində  qatır-dəvələrini  çəkib  gəldilər.
K afirlər  gördülər  ki,  gələnlər  tacirə  bənzəm ir,  qaçıb  qalaya  gir- 
dilər, qapılarını bağladılar.  Bürcə çıxıb “kim lərsiz?” -  dedilər.  Bunlar: 
“T acirlərik”  -   dedilər.  K afırlər  “Yalan  söyləyirsiz”  -   deyə  daşa  tut- 
dular.  Uruz  atdan  düşüb  deyir:  “A tam ın  qızıl  qədəhindən  şərab  içən, 
m əni  sevən kim dirsə, atdan düşsün!  Bunların qapısına bir-b ir gürz vu- 
raq !” .  On altı igid sıçrayıb atdan düşdü.  Qalxan  tutdular.  Gürzlorini çi- 
yinlərinə  saldılar.  Qapıya  gəldilər,  b ir-bir gürz  vurub  qapını  sındırdı- 
lar,  içəri  girdilor.  Kafirlərin  hamısını  qırdılar,  bir  nofəri  sağ  qoyma- 
dılar  ki,  gedib  özününkülərə  x əb ə r  versin.  M alını  talan  etdilər.  Öz 
qoşunlarınm   üzərinə  qayıtdılar.
Kafirlərin  bir  m alotaranı  vardı.  Gördü  ki,  qalanı  aldılar.  Qaçıb 
təkurun yanına getdi, A ya Soyfanm alındığını  xobər verdi:  “N ə oturur- 
suz,  üzərinizə  düşm ən  gəlib,  başınıza çarə  eləy in !”  -dedi.
Təkur, b əy ləri  bir y erə yığdı.  “Bunlarla  neyləyək?” -   dedi.  B əylər 
dedilər:  “B unun  yolu  odur  ki,  Qazanı  onların  qabağına  çıxaraq” .  Bu 
fıkri bəyəndilər.  Gedib Qazanı çıxartdıiar, təkurun qabağına gətirdilər. 
Təkur dedi:  “Q azan bəy,  üstüm üzə  düşm ən  gəlib.  Bizi  bu  diişm əndən 
qorusan,  səni  buraxarıq.  H əm  də xərac verm əyə razı olarıq.  Ancaq sən 
də  and  iç  ki,  bizim   bu  elim izə  düşm ənçiliklə  gəln ıəy o cək sən ” .  Qazan 
deyir:  “V allah,  billah  doğru  yolu  görə-görə  əyri  yolla  g əlm ərəm !” . 
K afırlər  “Q azan  yaxşı  and  içdi” ,  -   deyə  sevindilər.  T əkur  qoşunun 
seçm ə  d əstələ rin i  yığıb  meydana gəldi.  Çadır qurdurdu.  Kafirin  qoşu- 
nu Q azanın ətrafm a yığıldı.  Qazana geyim -keci  gətirdilər;  qılınc,  sün- 
gü  və  sair döyüş  silahları  ilə  onu yaraqlandırdılar.
Bu  zam an  oğuz  igidləri  alay-alay  gəldi,  gum bur-gum bur  təbillər, 
nağaralar çalındı.
Q azan gördü ki, bir ağ-boz atlı,  ağ bayraqh,  dəm ir donlu  boy oğuz 
qoşununun  önündə  gəldi.  Çadırını  qurdurdu.  Alay  bağlayıb  durdu. 
Onun  ardınca  Q aragünə  gəldi,  o  da  öz  dəstəsini  düzüb  durdu.  Elo  bu 
zaman  Q azan  atını  m eydana sürüb,  özünə  tay döyüşçü  istədi.
Boz  atlı  B eyrək  at  çapıb  meydana  girdi.  Qazan  burada  soylamış, 
görək,  xanım ,  nə  soylayıb,  demişdir:
Y erindən  qalxaraq  duran  igid,  nə  igidsən?
Ə yninə  bəy dəm ir donu geyən  igid,  nə  igidsən?
Adın  nədir,  igid,  söylə mənə!
B eyrək  burada  soylayıb  demişdir:
A ya,  kafır,  sən m əni tanımırsanmı?
Parasarın  Bayburd hasarından  sıçrayıb  uçan,
A daxhsını  ayrısı  alırkən tutub  alan
B aybörə  xan  oğlu  Bamsı  B eyrək deyirlər m ənə,
Bori  gol,  ay kafır,  döyüşək!
Qazan  burada  bir daha  soylayıb  deyir:
İgid,  qoşunun  önündə  ağ bayraqh  alay  durdu,
Başçı  düzüb  dəstəsini,  çadırını  öndə  qurdu.

A ğ-boz  ata m inən  igid n ə  igiddir,  kim lərdəndir?
And verirəm   öz başm a,  igid bunu  söylə  m ənə!
B eyrək deyir: “A y kafır, kim lərdən olacaq, bəyim iz Qazanın oğlu- 
dur!” .  Qazan ürəyində  dedi:  “A llaha  şükür,  m ənim   oğlancığım  böyük 
igid olub” .
Beyrək:  “Ay kafır,  nə  onu-bunu  soruşursan  m ən d ən ?” -  dedi.  Qa- 
zanın üzərinə at sürdü.  Qanadlı  gürzünü qaldırıb  Qazanı  vurdu.  Qazan 
özünü tanıtdırmadı,  qarmalayıb  B eyrəyin  biləyindən tutdu,  dartıb  də- 
yənəyini  əlindən  aldı.  B eyrəyin  ənsəsinə  bir  d əy ə n ək   zərbəsi  vurdu. 
Beyrək  atın  boynunu  qucaqlayıb,  geri  qayıtaı.  Qazan  dedi:  “Ey  Bey- 
rək,  get,  bəyinə de gəlsin!” .
Bunu  gördü,  İlək  qoca  oğlu  D önəbilm əz  Tüləkvuran  meydana 
girdi.  Q azan burada soylayıb  deyir:
Sübh tezdən öz yerindən  duran  igid,  n ə  igidsən?
Bədəvi  atını  oynadaraq gələn  igid,  nə  igidsən?
İgidin igiddən ad gizlətm əsi  eyibdir,
A dın nədir,  igid,  söylə  m ənə!
Tüləkvuran deyır:
A y kafır, m ənim   adımı bilm irsənm i?
Öz adma xor baxıb  eldən  çıxan,
Əlli  yeddi  qalanın kilidini  alan
İlək qoca oğlu D önəbilm əz  Tüləkvuran
m ənə  deyirlər!
O, 
süngüsünü əlinə alıb,  atını  irəli sürdü.  “Q azana sancım ”, -  deyə 
fikirləşdi,  ancaq  sanca  bilm ədi,  yan  keçdi.  Q azan  atla  irəli  cumdu. 
Süngüsünü  çəkib  əlindən  aldı,  təp əsin ə  vurdu.  Süngü  para-para olub 
ovuldu.  Dedi:  “Əyə,  əbləh  oğlu,  bəyinə  de  gəlsin!” .  O  da  qayıtdı. 
Qazan  yenə  igid  istədi.  D özən  oğlu  Alp  R üstəm   at  sürüb  meydana 
girdi.  Qazan burada yenə  dedi:
Qalxaraq yerindən  durub  gələn,
G özəl Qazlıq  atmı m inən,
N ə  igidsən,  adın nədir,  de  m ənə!
Alp  R üstəm  deyir:
Q alxıb  yerindən  duran-gələn,
İki  qardaş  uşağını 
öldürüb  zəlil  gəzən,
D özən  oğlu  Alp  R üstəm   m ənə  deyərlər!
0  da Q azana hücum  etdi. “M əğlub edim ” dedi, edə bilm ədi. Qazan 
bəy  buna  da  bir  zərbə  vurdu.  Dedi:  “Ay  yaram az,  get,  bəyinə  de, 
gəlsin!” .
O  da  döndü.  Qazan  yenidən  igid  istədi.  Uruzun  atının  yüyənini 
əm isi  Q aragünə  tutm uşdu.  Uruz  yüyənı  çəkib  bir  anda  əlindən  aldı, 
qılınc  çəkib,  atasının ü zərin ə at saldı.  Durm ayıb çiyninə qılınc endirdi. 
Q ılınc  Q azanın  geyimini  kəsib,  çiyninə  dörd barm ağadək yara vurdu. 
Al  qanı  şoruldayıb  qoynuna  axdı.
Uruz  yenə  döndü  ki,  bir  də  vursun,  Qazan  burada  çağırıb  oğluna 
soyladı,  görək,  xanım,  nə  soyladı:
U ca  dağım ın  zirvəsi,  qüruru  oğul!
Q aranlıq çökm üş  gözlərim in 
işığı,  nuru  oğul!
İgidim   Uruz,  aslanım  Uruz,
A ğ  saqqallı  atana qıyma,  oğul!
U ruzun  dam arlanndakı  qan  şəfqətlə  qaynadı.  Qara  qıym a  gözləri 
q an-yaşla  doldu.  Atdan  yerə  düşüb,  atasmın  əlini  öpdii.  Q azan  atdan 
endirildi.  O, oğlunun boynunu öpdü.  B əylər Qazanla oğlunun yam na at 
sürüb,  onları  çevıəyə  aldılar.  Hamı  atdan  düşüb,  Qazanın  olini  öpdü. 
Hücuın  edib  kafirlərin  üstünə  at  saldılar,  qılınc  çaldılar.  D ərələrd ə- 
təpələrd ə  kafırlərə  qırğın  düşdü.  Qalanı  aldılar.  Kilsəni  yıxıb,  m əscid 
tikdilər.  U ruz  qanlı  kafır əlindən  atasını  xilas  etdi.
Qalın  O ğuz  elinə  gəlib  çıxdılar.  U ruz  ağca  üzlü  anasma  m uş- 
tuluqçu göndərdi.  Q aza bənzər q ız-gəlin Qazanın qarşısına gəlib, əlini 
öpdülər,  ayağına  düşdülər.
Qazan  gözəl  çəm ənlikdə  çadırlar-otaqlar  qurdurdu.  Yeddi  gün 
yeddi  gecə  toy-düyün  etdilər,  yem ək-içm ək  oldu.
D ədəm   Qorqud  gəldi,  qopuz  çaldı.  İgid  döyüşçülərin  başına  nə 
gəldiyini  söylədi:

Hanı  o  tərifli  bəy  igidlər,
Dünya  m ənim dir deyənlər?
Ə cəl gəldi,  yer gizlətdi,
Fani  dünya  kim ə  qaldı?
G əlim li-gedim li  dünya!
Son ucu  ölüm lü  dünya!
Olüm  gəldikdə  səni  təm iz imandan  ayırmasm! 
Allah  səni  nam ərdə m öhtac  etməsin!
Beş kəlm ə  dua  etdik,  qəbul  olunsun!
“Amin!  A m in!”  deyənlərin üzünü görəsən! 
Günahınızı  adı  gözəl  M əhəm m əd  M üstafaya
bağışlasın,  xanım,
İÇ  O Ğ U ZA  D A Ş  O Ğ UZUN  D Ö N Ü K  ÇIXM ASI  VƏ  
BEY R Ə Y İN   Ö LDÜYÜ  BOY
Üç ox və B oz ox tayfaları bir yerə toplaşanda Qazan adət üzrə evi- 
ni  talan  elətdirər,  şey-şüyünü  bölüşdürərdi.  A m m a  bu  dəfə  Qazanın 
şeyləri talan edildikdə  Daş  Oğuz orada deyildi.  Talanda ancaq İç Oğuz 
iştirak etdi.
Q azan  Öz  şeylərini  talan  elətdirərkən  arvadm ın  əlindən  tutub 
kənara çıxar,  ondan  sonra  ev-eşiyini  oğuz  əhlinin  ixtiyarına verərdi.
Daş  O ğuz  bəylərindən  Aruz,  Ə m ən  və  qalan  bəylər  bunu  eşidib 
dedilər:  “Bax, bax!  İndiyədək Qazanın evini birlikdə talan edərdik. İn- 
di  nə üçün  birlikdə olm ayaq?”  Daş Oğuz bəyləri m üttəfıq  olub,  Q aza- 
nın  yanına  gəlm ədilər,  ədavət saxladılar.
Qılbaş deyilən bir kişi vardı.  Qazan dedi: “A y Qılbaş, bu Daş Oğuz 
bəyləri  h əm işə  birlikdə  gəlirdilər.  İndi  nə  üçün  gəlm ədilər?”  Qılbaş 
deyir:  “B ilm irsənm i  niyə  gəlm ədilər?  Evini  talan  etdirdiyin  vaxt  Daş 
O ğuz burada yox  idi,  səbəbi  budur” .  Qazan deyir:  “Hə, dem əli, ədavət 
saxlayırlar?” .  Qılbaş  deyir:  “Xanım,  m ən  gedim,  onların  dostluğunu- 
düşm ənliyini  bilim ” .  Qazan deyir:  “Sən  yaxşı  bilirsən,  get!” .
Qılbaş b ir neçə adamla atlanıb, Q azanın dayısı evinə gəldi.  Aruz da 
qızılı  günlüyünü  qurdurub  oğlanları  ilə  oturmuşdu.
Qılbaş  gəlib Aruza salam verdi, dedi:  “Qazanın başı bəlalıdır.  Dedi 
ki,  m ütləq  dayım   Aruz  yam ma  gəlsin,  üstüm ə  düşm ən  gəlib;  d əv ə lə - 
rim i  nərildətdilər,  qaracıq Qazlıq  atlarımı  kişnətdilər.  Qaza bənzər qı- 
zım ız-g əlin im iz  dərdə  düşdü.  M ənim   dərdli  başım a  gör  n ələr  gəldi. 
Dayım  A ruz  gəlsin, -  dedi” .
Aruz  deyir:  “Ay  Qılbaş,  Qazan  öz  evini  həm işə  Üç  ox  və  Boz  ox 
tayfaları b iry e rə  yığılanda talan elətdirərdi.  Bizim günahımız nə  idi  ki, 
bu  işdə  iştirak  etm ədik?  Qazanın  başına  qoy  həm işə  bəla  gəlsin.  Da- 
yısı  Aruz  daim   ona  qarşı  olacaq.  Biz  Qazanın  düşməniyik,  qəti  bil- 
sin!” .Qılbaş  burada soylaraış,  görək,  xanım,  nə  soylayıb demişdir:
Ay  nbiəh,
Qazan  xan yerindən  dunıb  gəldi,
Ala  dağda çadırı-otağı  dikəldi.
Üç  yüz  altmış  altı  igid

söhbətinə  yığıldı.
Y em ək-içm ək arasında bəylər səni  andı.
Üstüm üzə  heç  bir düşm ən-zad  gəlm ədi.
M ən  sənin  dostluğunu-düşm ənliyini 
sınamaq üçün gəldim.
Q azana düşm ən olduğunu bildim!
Qılbaş qalxıb  “ Salamat qalm !”  -  deyib  getdi.
Aruzun  qanı  çox  qaraldı.  Daş  Oğuz  boyləri  üçün  adam  saldı: 
“Əm ən  gəlsin,  Alp  R üstəm   gəlsin,  D önəbilm əz  Tüləkvuran  g ə l- 
sin...Qalan bəylor də  hamı  golsin!” .
Daş  Oğuzun bütün bəyləri  yığıldı.  Aruz  böyük  və  geniş  otaqlarım  
düzdə  tikdirdi.  Atdan  ayğır,  dəvədən  buğra,  qoyundan  qoç  kəsdirdi. 
Daş  O ğuz  bəylərini  əzizləyib  qonaq  etdi.  Dedi:  “B əylər,  bilirsizmi, 
m ən sizi  niyə  çağırtdırdım ?” .  Dedilər:  “B ilm irik” . Aruz deyir:  “Qazan 
bizə  Q ılbaşı  göndərib,  elim -günüm   çapıldı,  başım a  bəla  gəldi,  dayım  
Aruz yanım a gəlsin,  demişdir.  Qılbaşa dedim ki,  Qazan həm işə malını 
Daş oğuz bəylərinin  iştirakı  ilə  talan  elətdirərdi.  B əylər gələr,  Qazanı 
salam layıb  gedərdi” .
Ə m ən dedi:  “Bəs sən axır ona nə cavab verdin?”  Aruz:  “Ay əbləh, 
biz  Q azana  düşm ənik” ,  dedim.  Ə m ən  deyir:  “Yaxşı  dem isən” .  Aruz 
deyir:  “B əylər,  bəs  siz  nə  deyirsiz?” .  B əylər  dedi:  “N ə  deyəcəyik? 
Sən  Q azana düşmən oldunsa,  biz də düşm ənik” , -  dedilər.  Aruz araya 
m üqəddəs  kitabı  gətirdi.  Bütün  bəylər  əl  basıb  and  içdilər,  “Sənin 
dostuna  dost,  düşm əninə  düşm ənik!”  -   dedilər.  Aruz  bütün  bəylərə 
xələt verdi,  dönüb  dedi:  “ Bəylər,  Beyrək  bizdən  qız  almışdır,  yeznə- 
mizdir,  am m a  Qazanın  da  dostudur.  Gəlsin,  bizi  Qazanla  barışdırsın. 
Çağırtdıraq,  gətirdək;  bizə  tabe  olarsa,  çox  yaxşı!  Olmazsa,  mən 
saqqalım tutum, siz qılınc çəkib vurun!  Beyrəyi  aradan götürək. Ondan 
sonra Q azanla  işimiz  yaxşı  olar!” .
B eyrəyə  kağız  göndərdilər.  Beyrək  öz  otağında  igidlərlə  yeyib- 
içirdi.  A ruzdan adam gəldi,  salam verdi.  Beyrək də salam verdi.  Gələn 
adam   dedi:  “Aruz  xan  sizə  salam  göndərir.  Deyir,  B eyrək  gəlsin,  lütf 
edib,  bizi  Qazanla barışdırsın!” .
Beyrək:  “Yaxşı,  olsun!”  -   dedi.  Atını  çəkdilər,  mindi.  Qırx  igidlə 
Aruzun  evinə  gəldi.  Daş  Oğuz  bəyləri  otururkən  girib  salam  verdi. 
A ruz  B eyrəyə  dedi:  “ Bilirsonmi,  səni  niyə  çağırm ışıq?” .  Beyrək  dedi:
“N iyə çağırm ısız?” .  A ruz dedi:  “Biz, bütün  bu oturan bəylər Qazandan 
üz döndərm işik, and içm işik” . Kitab gətirdilər ki, sən də and iç!  Beyrək 
“M ən Q azana dönük çıxm aram !” -  deyə and  içdi.  Soylayıb  deyir:
M ən   Q azanın  nem ətini  çox  yem işəm, 
bilm əzsəm ,  gözüm ü  tutsun!
Q aracıqda Qazlvq  atına çox  m inmişəm , 
bilm əzsəm ,  tabutum  olsun!
Y axşı  qaftanlarım   çox  geym işəm , 
bilm əzsəm ,  kəfənim  olsun!
Böyük,  geniş  otağına  çox  girmişəm , 
bilm əzsəm ,  zindanım   olsun!
M ən  Q azana  dönük çıxmaram,  qəti  bilin!
A ruz B eyrəyin saqqalm dan tutdu.  B əylər Beyrəyə qıya bilm ədilər. 
B eyrək  burada bildi  ki,  Aruz çox  qəzəblənm işdir.  Soylayıb  dedi:
A ruz,  m ən  bilsəydim   bu niyyətini,
Q aracıqda Q azlıq  ata minərdim!
Ə ynim ə  bərk  dəm ir donu geyərdim !
B öyük iti  polad  qıhnc  bağlardım!
Ö z  alnım a parlaq zireh  vurardım!
A ltm ış  tutam  süngümü  götürərdim!
A lagözlü bəyləri  gətirərdim !
Ay  yaram az,  m ən bu  işi  duysaydım,
Sənin  görüşünə  belə  gələrdim ?!
İgidi  aldatm aq  arvad  işidir,
Bu  işi  arvaddan  öyrəndinmi  sən?
Aruz  deyir:  “Ə də,  h ə rz ə -h ə rz ə   danışma.  Qanına  susama,  gəl  and 
iç!” .  B eyrok  deyir:  “Vallah,  mən Qazanın və İç  Oğuzun yolunda başı- 
mı  qoym uşam .  İstəyirsiniz,  yüz para  eloyin,  m ən  Qazana xain  çıxm a- 
ram !” .  Aruz yenidən hirsləndi,  B eyrəyin saqqalından bərk tutub, b əy - 
lərə  baxdı.  G ördü  kim sə  gəlm ir,  qara  polad  iti  qılıncı  çəkib,  Beyrəyin 
sağ  oyluğunu  çapdı.  B eyrək  qara  qanına  boyandı,  başı  dumanlandı. 
Bütün bəy lər dağılışdı. H ə r kəs öz atına mindi.  Beyrəyi də m indirdilər. 
B ir n əfər tərkinə  minib,  onu qucaqladı.  Beyrəyi  gətirənlər atlarını  ça-

paraq,  onu  öz  evinə  çatdırdılar.  Cübbəsini  üzərinə  örtdülər.  B eyrək 
burada  soylayıb  dedi:
İgidlərim ,  yerinizdən qalxın,  durun!
B oz  atımm quyruğunu tutun, kəsin!
A la  dağdan  Arqubeli  gecə  aşın.
İti  axan gözəl  suyu üzüb  keçin.
Q azan  xanın  divamna çapıb  gedin.
Siz ham ınız  ağ  çıxarıb,  qara geyin.
“ Qazan,  tək  sən  sağ ol,  B eyrək öldü!”  deyin...
D anışın ki, nam ərd A ruz dayın adam göndərib, B eyrəyi  istəm işdir, 
o  da  getm işdir.  Daş  Oğuzun  bütün  bəyləri  bir  yerə  yığılıbm ış. 
B ilm ədik,  yem ək -içm ək   arasında m üqəddəs  kitab  gətirdilər,  B eyrəyə 
“Biz  and  içib,  Qazandan  üz  döndərmişik.  G əl,  sən  də  and  iç!”  -  
dedilər.  A nd  içm ədi.  “M ən  Qazandan  dönm ərəm !”  -   dedi.  N am ərd 
dayın q əzəblənib, B eyrəyi qılıncladı. B eyrək huşunu itirib, qara qanına 
boyandı.  Sonra  dedi  ki,  m ənim   qanımı  Qazan  Aruzda  qoyarsa,  sabah 
qiyam ət günündə  əlim   onun yaxasında olacaqdır!
B eyrək bir daha  soylayıb  demişdir:
İgidlərim ,  A ruz oğlu B asat gəlm ədən,
E lim -günüm   çapılmadan,
Q aytabanda dəvələrim i  bağırtmadan,
Qaracıqda Qazlıq  atımı  kişnətm ədən,
A ğca qoyunlarım   m ələşm ədən,
A ğca üzlü  qız-g əlin ə  sataşmadan,
A ğca üzlü  sevgilimi  Basat  gəlib  almadan,
E lim i-günüm ü çapmadan,  Qazan  m ənə  yetişsin,
M ənim  qanımı  Aruzda qoymasın,
A ğ bənizli  sevgilimi  oğluna  alıb  versin,
A xirətin  haqqım   m ənə  halal  etsin,
Bilsin ki,  bəy oğlu bəyzadə  Beyrək 
Ö m rünü bağışlayıb,  A llahına qovuşdu!
B eyrəyin ata-anasına x əbər çatdı. Uca ev-eşiklərində şivən qopdu. 
Q aza b ə n z ə r qız-gəlin  ağ  çıxarıb,  qara geydi.  A ğ-boz atm ın quyruğu- 
nu kəsdilər.  Q ırx-əlli  igid  qara geyib  göy sarındı.  Qazan bəyin yanına
gəlib,  çalm alarım   yerə  vurdular.  “B eyrək!”  deyə  çox  ağlaşdılar.  Q a- 
zanm əlini öpdülər.  “Sən sağ ol, B eyrək öldü!” dedilər.  D edilər ki, n a- 
m ərd  dayın  hiylə  işlətdi.  Çağırtdırıb  bizi  aldatdılar.  Getdik;  bilm ədik 
ki,  Daş  O ğuz  bəyləri  sizdən  üz  döndəriblər.  M üqəddəs  kitab  g ə - 
tirdilər. “B iz Q azana düşm ənik, sən də biz deyənə boyun ə y !” dedilər. 
And  içdilər.  B eyrək  sənin  çörəyini  basm adı.  Onlara  boyun  əym ədi. 
Dayın n am ərd  Aruz qəzəblənib, B eyrəyi oturduğıı yerdə qılıncladı, bir 
oyluğunu  saldı.  Sən  sağ  ol,  xanım,  B eyrek  A llaha  qovuşdu;  dedi  ki, 
m ənim   qanım ı  A ruzda qoymasın.
Q azan  bu  xəbəri  eşitdi,  dəsm ahnı  əlin ə  alıb,  hönkür-hönkür 
ağladı.  D ivanda oturub  zarıldadı.  Orada olan bütün bəylər ağlaşdılar!
Qazan getdi, öz evinə girdi. Yeddi gün divana çıxmadı, oturub ağladı.
B əy lər  yığışıb,  divana  gəldilər.  Qazanın  qardaşı  Qaragünə  deyir: 
“Q ılbaş,  get de, ağam Qazan gəlib çıxsm.  De ki,  sənin ucundan bir igid 
aram ızdan  əksildi.  Həm   də  vəsiyyət  eləyib  ki,  qanını  düşm əndə  qoy- 
mayıb  alasan.  Di,  gedək,  düşməni  haqlayaq!” .  Qılbaş deyir:  “Sən  qar- 
daşısan,  sən  get!” .
N əhayət,  ikisi  birlikdə  getdilər.  Qazanın  evinə  girdilər.  Salam 
verib dedilər:  “Sən sağ ol, ay xan,  bir igid aram ızdan əksildi, sənin y o - 
lunda baş verdi.  D eyirəm , qanını  alaq;  həm  də sizə tapşırmışdır ki, q a - 
nını  alasız.  Ağlam aqla  bir şeymi  olur?  Dur gəl  yuxarı” .
Q azan  deyir:  “ Doğru  m əsləhətdir.  Tez  silahları  hazırlasmlar.  B ü- 
tün b əy lər atlansınlar!” .
B əylərin  hamısı  atlara mindi. Q azanın Q onur atını çəkib gətirdilər, 
m indi.  B oru  çalındı,  nağaralar  döyüldü.  G ecə-gündüz  bilm odən 
atlarım   çapdılar.
Aruza və  Daş Oğuzun bəylərinə xəbər çatdı.  “Budur, Qazan gəldi!”
-  dedilər.  O nlar da qoşun  yığıb,  boru  ucaldan  Qazana qarşı  gəldiler.
Üç  ox  və  Boz  oxun  qoşunları  qarşılaşdı.  A ruz  deyir:  “İç  Oğuzda 
mənim  döyüşçü rəqibim  Qazan olsun!” .  Ə m en deyir:  “M ənim  rəqibim 
Tərsuzam ış  olsun!” .  Alp  Rüstəm  deyir:  “M ənim   reqibim  Ə nsə  qoca 
oğlu  O xçu  o lsu n !” .  H ər kəs öz rəqibini  gözlədi.  Alaylar bağlandı,  qo- 
şunlar  düzüldü.  Borular  çalındı.  T əbillər  döyüldü.  Aruz  qoca  öz  atım 
meydana  sürdü.  Qazam  çağırıb  dedi:  “Ey  yaram az,  sən  m ənim   rəqi- 
bim sən,  sən  bəri  g əl!” .  Qazan  qalxam nı  çəkdi,  süngüsünü  əlinə  ahb 
başı  üzərində  fırlatdı.  Dedi:  “Ay  ebləh,  nam ərdliklə  igid  öldürm əyin 
nə  dem ək  olduğunu  indi  m ən  sənə  g ö stərə rəm !” .  Aruz  Qazanın  ü zə -

rinə  at  sürüb,  onu  qılıncladı;  zərbəsi  zərrə  q əd ə r də  Q azanı  kəsm ədi, 
yan  keçdi.  N övbə  Q azana  yetişdi.  Altmış  tutam lıq  iri  nizəsini  q o l- 
tuğuna  qısan Qazan, A ruza bir n izə vurdu. N izə  alov tə k  A ruzun k ö k - 
sündən  o  tərə fə  keçdi,  onu  at  üstündən  yerə  saldı.  Q azan  öz  qardaşı 
Q aragünəyə  işarə  etdi:  “Başını  k əs!” .  Q aragünə  atdan  düşüb  A ruzun 
başını  kəsdi.
Daş  O ğuz bəyləri bunu görüb, hamı atdan düşdü.  Q azanın  ayağına 
yıxıldılar,  günahlarından  keçm əyi  xahiş  etdilər,  əlini  öpdülər.  Q azan 
onların  günahım   bağışladı.  B eyrəyin  qanını  dayısm dan  aldı.  Sonra 
A ruzun  evini  çalıb-çapdırdı.  Elini-gününü talan  elətdirdi.  İgid  b əy lər 
böyük  q ən im ət qazanddar.
Q azan  hündür göy çəm ənlərdə çadırlar qurdurdu.
D ədəm   Qorqud  gəlib  şadlıq  mahmsı  çaldı.  İgid  döyüşçülərin 
başına n ə  gəldiyini  danışdı.  Dedi:
H anı  dediyim bəy ərənlər,
D ünya m ənim dir deyənlər?
Ə cəl gəldi,  yer gizlətdi,
Fani  dünya kim ə  qaldı?
G əlim li-gedim li  dünya,
Son ucu ölüm lü dünya!
Ə n nəhayət,  uzun yaşm 
Sonu ölüm,  axırı  ayrılıq.
X ey ir-d u a verək,  xamm:
Ö lüm  gəldikdə  səni 
P ak  imandan ayırmasın!
A ğ saqqallı  atan yeri,
A ğ birçəkli anan yeri 
cən n ət olsun!
A llah  səni  nam ərdə  möhtac  etməsin!
A ğ alnın önündə  beş k əlm ə dua etdik 
qəbul  olunsun!
“Amin!  A m in!”  deyənlərin üzünü görəsən!
Yığışdırsın,  saxlasın Allah günahmızı,
M əhəm m əd M ustafaya bağışlasın,  xanım , hey!
Yüklə 139,49 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin