Əsgərov Elməddin Firudin oğlu “ Azərbaycanda maşınqayırma sənayesinin yenidən qurulması və inkişaf prespektivləri


 Yenidənqurulmanın iqtisadi mexanizmdə amilli təhlili



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix22.04.2023
ölçüsü1,09 Mb.
#101605
1   ...   7   8   9   10   11   12   13   14   ...   29
sg-rov-Elm-ddin

2.2 Yenidənqurulmanın iqtisadi mexanizmdə amilli təhlili. 
Millli iqtisadiyyatın innovasiya yönlü inkişafı ilk növbədə əmək alət və 
vasitələrin fasiləsiz təkmilləşdirilməsini, prinsip etibarilə yeni maşın, materiallar, 
enerji mənbələri, texnoloji proseslərin yaradılmasını, həmçinin onlara bağlı olan
istehsalın təşkilinin mütərəqqi formalarının yaradılmasını nəzərdə tutur. Bu
məsələlərin həllində aparıcı rol əsas istehsal fondların ən aktiv hissəsini yaradan, 
elmi- texniki tərəqqinin , ictimai istehsalın artımını və onun effektivliyini əsasən
müəyyənləşdirən maşınqayırmaya məxsusdur. İqtisadiyyatın texniki cəhətdən 
yenidənqurulmasında, elmi-texniki yüksəlişin və ümumiyyətlə ölkənin sosial-iqtisadi 
inkişafının sürətləndirilməsində maşınqayırma sənayesi həlledici rollardan birini
oynayır. Maşınqayırmanın yüksəldilməsi və inkişafının təmin edilməsi bazar mü-
nasibətləri mexanizmində xüsusi əhəmiyyət kəsb edir. 
Azərbaycanın maşınqayırma sənayesi hal-hazırda 26 ixtisaslaşmış sahə və 
istehsalı özündə birləşdirir. Onun tərkibinə Respublikanın qocaman sahəsi olan neft-
maşınqayırma sənayesi və həmçinin 70-ci illərdə sürətlə inkişaf etməyə başlayan 
elektron, cihazqayırma, avtomobil, dəzgahqayırma sənayesi, kənd təsərrüfatı maşınqa-
yırma və s. sənaye sahələri təşkil edilmişdir. (24, s.154) 
Lakin müstəqillik qazanılandan dərhal sonra maşınqayırma sənayesi ölkədə 
yaranmış dərin iqtisadi böhranın dağıdıcı təsirinə ən çox məruz qalan sahədir. Rusiya 
bazarı üçün ixtisaslaşmış hesab edilən bu sahə, iqtisadi əlaqələr kəsildikdən sonra iflic 


32 
vəziyyətinə düşdü. Ənənəvi bazarlara məhsul satışının miqdarı azaldıqdan sonra, yeni 
bazarlar üçün isə rəqabətqabiliyyətli məhsullar çıxarılmasının həmin dövrdə qeyri-
mümkünlüyü yaradılmış nəhəng istehsal güclərinin böyük əksəriyyətinin yararsız 
qalması və ya başqa məqsədlər üçün istifadə edilməsinə gətirib çıxartdı.
Bunun nəticəsində Azərbaycanın ixracatında maşınqayırma və metal emalı 
məhsullarının xüsusi çəkisi kəskin sürətdə azaldı . Şübhəsiz bu nisbi azalma 1999-cu 
ildən sonra neft məhsulları ixracının sürətli artımı ilə bağlı idi. Lakin qarşıya qoyulan 
tələblər bu nisbətin optimallaşmasını tələb edir. 
Azərbaycanda yanacaq-enerji kompleksinin inkişafı ona əsas xidmət sahələrindən 
biri olan neft maşınqayırma avadanlıqları istehsalının inkişafına da bir növ təkan verdi. 
XIX əsrin sonlarında mexaniki-təmir sexlərinin yaradılması ilə Azərbaycan neft-
maşınqayırma sənaye sahəsinin əsası qoyuldu və bu sənaye XX əsrdə sürətlə inkişaf 
etdi.
Azərbaycan son illərdə maşınqayırmanın — neft maşınqayırması sahəsi üzrə 
ixtisaslaşmışdır. O, bu sahə üzrə istehsal olunan ümumi məhsulun 1/4-ni təmin edir. 
Maşınqayırma sənayesində “Başneftkimmaş Birliyi”ən iri müəssisələrdən biri hesab 
edilir. Bu müəssisə istehsal etdiyi məhsulu 40 ölkəyə ixrac edir.(36, s.305) 
Son illər Azərbaycanda neft maşınqayırmasından başqa elektrotexnika, 
cihazqayırma, radioelektronika kimi daha yeni sənaye sahələri inkişaf etmişdir. 
Nəqliyyat maşınqayırmasına — avtomobil və gəmiqayırma zavodları aid edilir. 
Bakıdakı Gəmiqayırma Zavodunda — kiçik yedək gəmiləri hazırlayır.(36, s.186) 
Bakının Avtomobil Zavodunda yük və sərnişin maşınları buraxılır. “Oka” 
avtomobilləri və “Belorus” traktorları Gəncədəki Avtomobil Zavodunda istehsal 
olunur. Şamaxıda yerləşən Avtomobil Zavodunda isə “Azsamand” və “Aziz” minik 
avtomobilləri yığılır.(24, s.306) 
2010-ci ildə Naxçıvan Avtomobil Zavodunun istismara verilməsini Azərbaycan 
maşınqayırmasının son nailiyyəti hesab etməkolar. Cari zavodda “Lifan” markalı 
minik avtomobilləri istehsal olunur. Mingəçevir və Zəyəmdə isə kənd təsərrüfatında 
istifadə olunan maşınlar hazırlanır.(19, s.248) 


33 
Maşınqayırma sənayesi haqqında statistik göstəricilər kimi 13 Maşın və 
avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sənaye
müəssisələrində 2014-cü il ərzində 401,7 milyon manatlıq məhsul istehsal edilmişdir. 
Emal sənayesində məhsul istehsalının strukturunda bu sahələrin payı 5,3% olduğu 
göstərilir. Əvvəlki illə müqayisədə maşın və avadanlıqların istehsalı sənayesi 10,2% 
enmiş, sair nəqliyyat vasitələrinin istehsalı sənayesi 3,4 dəfə, avtomobil və qoşquların 
istehsalı sənayesi isə 58,2% yüksəlmişdir. (39, s.102) 
Digər illərlərlə müqayisədə əsas məhsul istehsalı üzrə minik avtomobillərin 
istehsalı 4,4 dəfə yüksələrək 1871 ədəd, traktorların istehsalı 75,2% artaraq 1275 ədəd, 
fəvvarə armaturun istehsalı 42,4% artaraq 147,8 ton, kotanların istehsalı 33,4% artaraq 
942 ədəd, dondurulmuş ərzaq məhsullarının saxlanması məqsədilə soyuducu vitrinlər 
və piştaxtaların istehsalı 28,2% artaraq 558 ədəd, yük avtomobillərin istehsalı 19,4% 
yüksələrək 284 ədəd olmuşdur. 2015-ci il yanvarın 1-nə müəssisələrin anbarlarında 
36,5 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 12,2%-i 
qədər hazır məhsul ehtiyatı qeydə alınmışdır.(31, s.129) 
Ölkənin maşınqayırma sənayesi sahəsində müasir dövrdə elə ciddi
tapşırıqlar  dayanır ki, onların həlli mülkiyyət və idarəçilik üsullarının, istehsalın 
təşkilinin daha da təkmilləşdirilməsini, hər bir alt sahənin inkişaf strategiyasına ciddi 
diqqət yetirilməsinin vacib olduğunu bir daha sübut edir. (24, s.154) 
Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2003-cü il tarixli Fərmanında 
iqtisadiyyatın idarə edilməsi sahəsində islahatların başa çatdırılması qarşıya əsas 
məqsədlər qoyur. Həmin sənəddə həmçinin İqtisadi İnkişaf Nazirliyinə tapşırılmışdır 
ki: “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına uyğun olaraq özəlləş-
dirməyə açıq elan olunmuş dövlət müəsisələrinin özəlləşdirilməsini və idarəetməyə 
verilməsini istiqamətində işlər sürətləndirilsin”.(36, s.325) 
Qloballaşma proseslərinə əsasən maşınqayırma sənayesinin xüsusi inkişaf 
strategiyasının hazırlanması zəruridir. Bu strategiya maşınqayırma sənayesi 
məhsullarının daxili və dünya bazarlarında rəqabət qabiliyyətinin yüksəldilməsinə
yönəldilməsi günün təxirəsalınmaz tapşırığıdır. Ona görə də qeyd edilən çəkilən 


34 
Fərmanda Nazirlər Kabinetinə tapşırılmışdır: “Müəssisələrdə beynəlxalq standartlara 
cavab verən məhsul istehsalını və onların dünya bazarına ixracını stimullaşdıran 
müvafiq tədbirlər həyata keçirilsin”. (24, s.195) 
Görülən tədbirlər nəticəsində maşın və avadanlıqların istehsalının ümumi həcm 
indeksi 2000-ci ilə qədər minimum olsa da sonrakı illərdə xeyli yüksəlmiş və 2016-cı 
ildə isə bu 158 %(bənd) təşkil etmişdir. 2017-ci ildə maşın və avadanlıqların, eləcə də 
nəqliyyat vasitələri və avadanlıqların istehsalını həyata keçirən müəssisələrdə istehsal 
həcmi yüksəlməkdə davam etmişdir. Belə ki, iontan armaturu, quyu nasosları ilə 
istismar olunan quyuların quyuüstü avadanlığı, minik avtomobilləri üzrə məhsul 
buraxılışı 2006-cı il səviyyəsini xeyli yüksəlmişdir. Metallurgiya sənayesində məhsul 
istehsalının fiziki həcm indeksi də yüksəlməkdə davam edirdi. Əgər 1995-ci il 
səviyyəsini 100 qəbul etsək, həmin indeks 2016-ci ildə 41, 7 bəndə ensə də sonrakı 
illərdə sürətlə yüksəlmişdi. (2016-cı ildə 8 dəfə).(7, s.153) 
Maşınqayırma sənayesinin istehsal etdiyi məhsulları 2007-ci ildə 2006-ci ilə 
nisbətən 58,7% yüksəlmişdi. “AzNeftKimyaMaş” ASS-in müəssisəvə institutlarında 
2007-ci ildəİSO-9001 və APİ beynəlxalq standartlarının tələblərinə cavab verən 138 
növdə neft mədən avadanlığı istehsal olunmuşdur.Onların 70%-ə yaxını ixrac 
olunur.(45, s.361) 
Maşınqayırma müəssisələrinin sürətlə inkişafı daxili ehtiyat mənbələrindən 
düzgün və səmərəli istifadə edilməsi ilə əlaqədardır. Bu ehtiyat mənbələri elmi- texniki 
Azərbaycan maşinqayirma kompleksinin tərəqqinin geniş tətbiqi, istehsal 
fondlarından daha dolğun istifadə edilməsi, iş vaxtı itkisinin ləğvi, kadrlar arasında
axıcılığın azaldılması, işdə ahəngsizliyin aradan qaldırılması, avadanlığın boş 
dayanması hallarına son qoyulması hesabına aşkar edilmişdir. 
İstehsalın yüksək iqtisadi səmərəsini təmin edən amillər içərisində ən başlıcası 
əsas fondlardan düzgün istifadə edilməsidir. Neft – mədən maşınqayırma sənayesi 
müəssisələrində əsas fondlardan istifadənin təhlili göstərmişdir ki, 1970-ci ildə 
maşınqayırma zavodlarının, o cümlədən əsas istehsal fondlarının həcmi yüksəlmişdir. 


35 
Sənaye- istehsal fondları həcminin yüksəldilməsi və onun xüsusi çəkisinin arması 
istehsalın iqtsadi səmərəliliyinin yüksəldilməsi üçün zəruri zəmin yaradır. 
Əsas istehsal fondlarının sahə quruluşunun təhlilindən aydın olur ki, axır
zamanlarda əsas istehsal fondlarının tərkibində kəmiyyət və keyfiyyət nöqteyi- 
nəzərincə də müəyyən dəyişikliklər edilmişdir. Son illərdə əsas istehsal fondalarının 
passiv hissəsinin xüsusi çəkisi aşağı duşmuş, aktiv hissəsi isə yüksəlmişdir. Misal
üçün səkkizinci beşillikdə neft- mədən maşınqayırma sənaye sahəsinin əsas istehsal
fondlarında işlək maşın və avadanlığın xüsusi çəkisi 39%- dən 41%- ə qədər 
yüksəlmişdir. 
Buna baxmaraq bəzi maşınqayırma zavodlarında, o cümlədən Y.Qasımov, 
P.Montin adına əsas istehsal fondlarının sahə quruluşunda işlək maşın və 
aadanlıqların xüsusi çəkisi müəyyən qədər aşağı düşmüşdür. Bu isə ictimai istehsalın 
sürətlə inkişaf etdirilməsinə mənfi təsir göstərir. 
Respublika maşınqayırma sənayesi müəssisələrinin əsas fondlarının sahə 
quruluşunda nəzarət və ölçü cihazlarının xüsusi çəkisi aşağıdır. Son illərdə sənaye 
sahələrinin müxtəlif nəzarət ölçü cihazları ilə təmin olunmasına baxmayaraq, 
respublikada neft- mədən avadanlığı istehsal edən maşınqayırma müəssisələrində 
həmin cihazların əsas fondlarındakı xüsusi çəkisi 1970-ci ildə 1965-ci ilə nisbətən 
aşağı düşmüşdür. Maşınqayırma müəssisələrinin nəzarət- ölçü cihazları ilə lazımi 
qədər təmin olunması istehsalın texniki səviyyəsinin aşağı olmasına və məhsulun
keyfiyyətinə nəzarət edilməsinə məefi təsir göstərir. Bu isə istehsalatda zay məhsul 
buraxılışının çoxalmasına səbəb olur. 
İstehsalın iqtisadi səmərəliliyiniə mənfi təsir göstərən başlıca amillıərdən biri 
də maşınqayırma sənayesi müəssisələrində lazım olmayan ( qurulmamış) təzə 
avadandıqların yığılıb qalmasıdır. 1965-1970-ci illər arasında neft – mədən 
maşınqayırma sənayesində 85, yol tikinti maşınqayırmasında isə 144,3 min manatlıq
təzə avadanlıq istifadəsiz qalmışdır. Ümumiyyətlə, maşınqayırma sənayesində 
qurulmamış təzə avadanlıqların həcmi respublikanın qurulmamış ümumi 
avadanlıqlarının 10-15%-ni təşkil edir. 


36 
Maşınqayırma müəssisələrində mövcud istehsal fondlarından düzgün istifadə 
olunmasının və onun səmərəliliyinin artırılmasının əsas yollarından biri də növbəlilik
əmsalının yüksəldilməsidir. Müəssisələrin gücünün artırılmasında növbəlilik 
əmsalının yüksəldilməsi böyük ehtiyat mənbəyidir. 
Hazırda neft – mədən maşınqayırma sənayesi birliyində növbəlilik əmsalı 1,2-
dir. Bu isə orta ümumittifaq səviyyəsindən aşağıdır. Həmin sənaye müəssisələrində 
mövcud istehsal avadanlıqlarının 70%-ni 1-ci növbədə, 2-ci növbədə, yalnız 1%-ə 
qədəri , 3-cü növbədə işləyir. 
Avadanlıqlardan ən yüksək növbəlilik əmsalı olanı metalkəsən dəzgahlar və 
tökmə avadanlıqlarıdır- 1,18. Elektrik qaynaq avadanlıqlarının növbəlilik əmasalı isə 
vaşiddən kiçikdir- 0,84. 
Azərbaycanda neft – mədən maşınqayırma sənayesi maşınqayırma birliyinin
müəssisələrindən F.Dzerjinski, leyt.Şmidt və P.Montin adına zavodların növbəlilik 
əmsalı 1,25-dən yüksəkdir, lakin Binəqədi mexanika zavodunun, Petrov və 
M.Əzizbəyov adına zavodların növbəlilik əmsalı vahidə bərabərdir. 
Ümumiyyətlə, əsaslı vəsait qoymadan maşınqayırma müəssisələrində növbəlilik 
əmsalının yüksəldilməsi nəticəsində artıq məhsul istehsal etmək mümkündür. 
Hesablamalar göstərmişdir ki, əgər Azərbaycan neft – mədən maşınqayırma sənayesi 
birliyində nvbəlilik əmsalı 1,4 qədər yüksəldilərsə , əlavə olaraq 20 mln. Manata qədər 
ümumi məhsul istehsal etmək olar, o cümlədən leyt. Şmidt adına zavodda 2,7 mln. 
Manat, Keşlə maşınqayırma zavodunda 4,3 mln.manat, Bakı fəhləsi zavodunda 2,1 
mln.manat, Sərdarov adına zavodda 3,1 mln.manat, Binəqədi mexaniki zavodunda 4,2 
mln.manat və s. 
Maşınqayırma müəssisələrində növbəlilik əmsalını1,4 qədər yüksəltmək heç də 
son hədd olaraq qalmamalıdır. Həmin göstərici qabaqcıl müəssisələrin timsalında 
1,6- 1,7 –yə qədər yüksəldilirsə əlavə olaraq on milyon manatlarla ümumi məhsul 
istehsal etməyə imkan yaranar. 
İstehsalın iqtisadi səmərəliliyini təmin edən amillərdən bir də istehsal gücündən
istfadənin yaxşılaşdırılmasıdır. 


37 
Aparılmış iqtisadi təhlil göstərir ki, hazırda maşınqayırma zavodlarının istehsal 
gücündən tam istifadə edilməsində müəyyən qüsurlar vardır. Bir çox maşınqayırma 
zavodlarında son iki ildə istehsal gücündən istifadənin yaxşılaşdırılmasına 
baxmayaraq, 1970-ci ildə əvvəlki ilə nisbətən bəzi müəssisələrdə həmin göstərici
aşağı düşmüşdür. Bunlardan Keşlə maşınqayırma zavodunu, S.M.Kirov adına, 
Y.Qasımov adına, Voladarski adına və s. Zavodları göstərmək olar. 
Əgər maşınqayırma müəssisələrinin gücü 90-95%-ə çatdırılarsa, əlavə olaraq 
S.M.Kirov adına zavodda 31,4 min ədəd şaroşkalı baltalar, Bakı fəhləsi adına zavodda 
193 t neft avadanlıqları, Montin adına zavodda 6,6 min ədəd çuğun siyirtmə, Binəqədi 
mexaniki zavodunda 7,9 min ədəd polad armaturları, Bakı elektrik maşınqayırma 
zavodunda gücü 100 kvt-dan çox olan 400 ədəd dəyişən elektrik mühərrikləri və sair 
istehsal etmək mümkündür. Bunun nəticəsində isə ümumi məhsul istehsalının həcmini 
artırmaq olar.
Müəssisədə əsas istehsal fondlarından istifadəni xarakterizə edən ümumi
iqisadi göstəricilərindən bir də fond verimidir. Səkkizinci beşillikdə Azərbaycan neft- 
mədən sənaye maşınqayırma birliyi üzrə fond verimi 1,6 dəfə artmışdır. Buna 
baxmayaraq, bəzi zavodlarda işlək maşın və avadanlıqlardan lazımi qədər istifadə 
olunmadığına görə həmin göstərici, əksinə aşağı düşmüşdür. Həmin müəssisələrdən 
Sərdarov adına M.Əzizbəyov adına və sair zavodları göstərmək olar. 
Aparılan hərtərəfli iqtisadi təhlil göstərir ki, neft-mədən avadanlığı sənaye 
sahələrinin müəssisələrində əlavə vəsait ayırmadan, əməyin elmi təşkili əsasında iş 
vaxtı itkisinin azaldılması, avadanlıqların boş dayanması hallarının aradan 
qaldırılması, kadrlar arasında axıcılığın azaldılması hesabına ümumi məhsul
istehsalını on milyon manatlarla artırmaq mümkündür. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin