Ərşad Əzimzadə



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix14.01.2017
ölçüsü3,15 Mb.
#5139
1   ...   19   20   21   22   23   24   25   26   27

xəstəlik  yoxdur,  bütün  xəstəlikləri  qidanın,  havanın,  suyun  və 
faydalı hərəkətin köməyi ilə tam müalicə etmək, insanın ömrünü 
bir  neçə  dəfə  uzatmaq  mümkündür.  Xalqın  təfəkkürünə  və 
əxlaqına müsbət təsir göstərən, onu mənən və cismən güclü edən 
bu sistemin iqtisadi səmərəsi ağlasığmazdır. Professor Nişi sübut 

 
285 
etdi  ki, indikindən  qat-qat  az  məsrəflə  uzun  illər  tam  sağlam  və 
gümrah  yaşamaq  mümkündür.Nişi  Sistemini  tətbiq  etmək  və 
xalqımızın rifahını yüksəltmək, onun sağlamlığını qorumaq üçün 
Azərbaycanda çox gözəl təbii şərait vardır.  
Möcüzəli  Nişi  Sistemini  açıqlayan  elmi-publisistik 
əsərimi diqqətinizə təqdim etməkdən böyük qürur duyuram. Tam 
əminəm ki,mənim Azərbaycanda Nişi Sistemi ilə işləyən Natural 
Gigiyena  Mərkəzi  yaratmaq  ideyamı  bəyənəcək  və  bu  işdə  öz 
xeyr-duanızı  məndən  əsirgəməyəcəksiniz.  Çünki,  mənim  xoş 
məramım  Sizin  Xəzərin  sahillərini  İstirahət  və  Sağlamlıq 
zonasına çevirmək arzunuz və planınızla tam üst-üstə düşür.  
 
Dərin hörmətlə: 
Ərşad Əzimzadə, 
Azərbaycan” qəzetinin bölgə müxbiri, 
Yazıçı-jurnalist, K.Nişinin ardıcılı. 
           07.01.1997. 
 
 
 
 
 
Azərbaycan Respublikasının prezidenti  
Zati-Aliləri Heydər Əliyev cənablarına 
 
 
 
Zati- Aliləri! 
 
Bəşər tarixinə dərindən nəzər salan hər kəs bir qəribəliyin 
şahidi olar: dövlətin ibtidai forması təşəkkül tapan ilk gündən ta 
indiyədək  hər  bir  ölkə  başçısı  xalqını  xoşbəxt  etməyə  çalışır. 
Fəqət  heç  bir  padşah,  heç  bir  kral,  heç  bir  prezident  du  istəyinə 
nail ola bilmir. Uğursuzluğun kökünü hərə bir şeydə axtarır, əsas 
səbəb  isə  dünyanın  bütün  tədqiqatçılarının  gözündən  yayınıb. 
Ümümbəşəri uğursuzluğun əsas səbəbi budur ki, bəzi hökmdar-
lar xoşbəxtliyi təmin etməyin yeganə yolunu bolluq yaratmaqda, 

 
286 
bəziləri  bolluq-azadlıq-demokratiya  formulunda  görüb.Beləliklə 
də,bir  hökmdar  özgə  torpaqlarını  zədt  edib,dünyanın  var-
dövlətini  öz  məmləkətinə  daşıtdırıb,  o  biri-istehsal  həcmini 
durmadan  artırıb,üçüncüsü-yerin  altını,üstünü  ölüm  silahı  ilə 
doldurur,dördüncü-çoxlu  xəstəxana,əczaxana,məktəb,  mədəniy-
yət  ocaqları,idman  sarayları  tikdirib,  mətbuat  bolluğu  yaradıb... 
Fəqət onlardan heç biri xalqı xoşbəxt edə bilməyib. Nə üçün? 
 
Ümumdünya  Gigiyena  hərəkatının  korifeyləri-Herbert 
Şelton,Pol Breqq,Katsudzo Nişi, Birher-Benner, Nordbert Uoker, 
Abram  Zalmanov  və  bir  çox  başqa  naturopat  alimlər  uzun  illər 
araşdırmalar  apararaq,tam  əmin  olublar  ki,xoşbəxtlıyın  təməli- 
sağlamlıqdır.Sağlam olmayan insan-xoşbəxt ola bilməz. Sağlam 
olmayan  insan  xoşbəxt  ola  bilmədiyi  üçün,xəstə  ailə,  xəstə 
millət, nəhayət, bütövlükdə cəmiyyət də xoşbəxt ola bilmir.  
Heç kəsin təkzib edə bilmədiyi bir həqiqət var:İnsanın hər 
şeyi  ola  bilər-zəngin  sarayı,yüksək  vəzifəsi  və  rütbəsi,  güclü 
nüfuzu,gözəl ailəsi,hədsiz miqyasda var-dövləti, lakin xəstəliklər 
bütün  bunları  bircə  anın    içində  puç  edə  bilir.  Xəstə  adamın 
gözündə hər şey, hətta, həyatın özü də mənasını itirir. Bir vaxtlar 
həyat mənim üçün də mənasını itirmişdi. Səbəbi də bu idi ki, 30 
yaşa çatanda ağır xəstələndim,40 yaşımda iş qabliyyətimi tamam 
itirərək,I  qrup  əlil  kimi,  “Molodyoj  Azerbaydjana”  qəzetindən 
pensiyaya  çıxdım,uzun  illər  Bakıda,Moskvada  və  xaricdə 
müalicə  alsam  da  sağlamlığımı  bərpa  edə  bilmədim,əksinə, 
yüksək  dozalarla  qəbul  etdiyim  güclü  preparatlar  daxili 
orqanlarımı  bir-bir  sıradan  çıxartdı.Son  nəticədə,bir  xəstəliyin 
üstünə 7 “sağalmaz” (tibb elminin fikrincə)  azar gəldi. 1993-cü 
ildə  şəkərli  diabet  xəstəliyinə  tutularaq,  görmə  qabliyyətimi 
itirəndə  əlim  yerdən-göydən  üzüldü.  Lakin  1995-ci  ildə,  60 
yaşım tamam olanda əsl möcüzə baş verdi: qüdrətli yapon alimi 
K.Nişinin  Sağlamlıq  Sistemi  ilə  tanışlıq  təkcə  sağlamlığımı 
deyil,  gəncliyimi,  daxili  enerjimi,  həyat  eşqimi,  yazıb-yaratmaq 
və insanlara xidmət etmək həvəsimi də qaytardı. Bu gün, Allahın 
rizası ilə, ən azı 150 il sağlam yaşamaq proqramı üzərində uğurla 

 
287 
işləyirəm.  Sidqi-dildən  inandığım  Nişi  Sistemi  möcüzə 
yaratmağa  qadirdi.  Elə  buna  görə  də  işıq  üzü  görmüş  elmi-
publisistik əsərimə “Möcüzəsiz möcüzə” adı verdim. Kitabın bir 
neçə  nüsxəsini  1997-ci  ilin  yanvarında  və  sonralar  məktubla 
bərabər  Sizə  göndərmişəm.Çox  güman  ki,  onları  Sizə  çatdırma-
yıblar.Bu gün Sizə yenidən məktubla müraciət etməyimin səbəbi 
də budur.Fikirləşdim ki, bəlkə bu dəfə Allah məmurlarin ürəyinə 
insaf saldı, bu məktubu Sizə çatdırdılar.  
Dünyanın  tanınmış  naturopat  alimləri  elmi  dəlillərlə 
sübut ediblər  ki,  bütün xəstəliklərin səbəbi qeyri-sağlam  həyat 
tərzidir.Heç təsadüfi deyil ki, görkəmli Amerika alimi professor 
Pol  Breqq  yorulmadan  təkrar  edirdi:  “Bizi  öldürən  qocalıq 
deyil,  pis  vərdişlərdir”.  Insanı  min  dərdə  mübtəla  edən  ən 
zərərli  vərdiş  isə  qidalanma  qaydalarının  pozulmasıdır.  Bu  da 
maraqlıdır ki, XX əsr alimlərinin gəldiyi bu qənaət Məhəmməd 
peyğəmbərə hələ VII əsrdə bəlli idi. Peyğəmbərimiz buyuyurdu
“Bütün  fəsadların  yuvası  mədədir,  bütün  dərdlərin  çarəsi 
pəhrizdir”.Peyğəmbərimiz mədə dedikdə, heç şübhəsiz, mədəyə 
daxil olan qidanı nəzərdə tuturdu. Böyük alim Pol Breqq bu fikri 
belə ifadə edib: “Biz- nə yeyiriksə, oyuq”. 
Oxuduğum  çoxsaylı  təlimləri  və  sistemləri  öz  üzərimdə 
və  yaşamaq  ümidini  itirmiş  ağır  xəstələrin  üzərində  tətbiq 
edərək, naturalist alimlərin bir dahiyanə fəlsəfəsinə şərik çıxdım: 
sağalmayan  xəstəlik  yoxdur,  sağalmayan  xəstə  var.  Mənim 
həyatım buna canlı sübutdur.  
Bir  məqamı  xüsusi  vurğulamaq  istəyirəm:  ecazkar  Nişi 
Sistemi  xəstədən  daha  çox  sağlam  adama  gərəkdir-heç  vaxt 
xəstələnməmək,uzun  illər  (300-400  il  və  daha  çox)  tam  sağlam 
və  bəxtiyar yaşamaq  üçün.Naturopat alimlər  tam sübuta yetirib-
lər  ki,pis  vərdişlərin  köməyi  ilə  ömrünü  gödəldən  insan,  ona 
Allah  tərəfindən  ayrılmış  ömrün  heç  onda  birini  də  yaşamır, 
üstəlik, bu gödək həyatı da əzab, işgəncə içində başa vurur. Nişi 
Sisteminin  qüdrəti  ondadır  ki,o,təkcə  ömrü  uzatmır,həm  də 
insanın  təfəkkürünü,zəkasını,yaddaşını  gücləndirir,insanın  əxla-

 
288 
qını  cilalayır,hər  bir  fərdi  və  bütövlükdə  milləti  həm  cismən, 
həm də mənən güclü edir.  
Dünyada  alternativi  olmayan  Nişi  Sisteminin  tətbiqi- 
istehsal  həcmini  artırmadan  gümrah  və  firavan yaşamağa  zəmin 
yaradır.  Çünki  müasir  insan  qəbul  etdiyi  qidanın  yalnız  18-20 
faizini mənimsəyə bilir, qalan 80 faiz qida həzm olunmur, şlaka 
(zir-zibilə)  çevrilib  orqanizmə  yığılır,  bakteriyalar  üçün  zəngin 
yem bazası yaradır, çeşidli xəstəliklərin törəməsinə xidmət edir. 
Güclü nəfs insana unutdurub ki, orqanizmə daxil olan hər qram 
artıq  zülal  toksik  materiala  (zəhərə)  çevrilir  və  qanı  zəhərləyir. 
Insanların  əksəriyyəti  ağlın  hökmü  ilə  deyil,  mədənin  diqtəsi 
altında  hərəkət  edir,  fiziki  təlabat  olmadığı  halda,  nəfsin  və 
nadanlığın  əmrilə  səhərdən  axşamacan  qida  qəbul  edir,  buna 
görə də həmişə xəstə olur.  
Diqqətinizi  belə  bir  vacib  məqamə  cəlb  etmək  istəyirəm 
ki,  zəngin  təbii  şəraitə  malik  olan  məmləkətimizdə  natural 
qidaları ən güclü dərman sayan Nişinin ecazkar Sisteminı tətbiq 
etmək  üçün  böyük  imkanlar  var.Respublikamızda  bütün  il  boyu 
vitaminlərlə  və  mikroelementlərlə  zəngin  olan  meyvə-tərəvəz 
yetişdirmək,dəniz  məhsulları  və  bal  tapmaq  mümkündür.  Bu 
mənada  Azərbaycan  xərçəng  xəstəliyini  qida  ilə  sağaldan 
“Vatanabe”  (Tokio)  hospitalından  çox  şanslıdır.  Biz  XXI  əsrdə 
Azərbaycanı tayı-bərabəri olmayan möhtəşəm sağlamlıq diyarına 
çevirə və şəfa “sataraq” külli miqdarda gəlir götürə bilərik. Həm 
də  tarix  bizə  lüzumsuz  “qonaqpərvərliyi”  və  “süfrəsinin 
zənginliyi”  ilə  qürrələnən  millətimizi  qarınqululuq  azarından 
(azarların ən dəhşətlisidir!) xilas etmək, normal həyat tərzi sürən 
millətə çevrilmək şansı vermişdir. Mənim üçün minumum şərait 
yaradılsa, bu istiqamətdə böyük işlər görə bilərəm.  
Mən,  təkcə  Azərbaycan  xalqını  deyil,  bütün  Türk 
dünyasını  müdrük,  güclü,  çevik  və  basılmaz  görmək  istəyən, 
bunun yolunu bilən bir ziyallı kimi, böyük ümid və inamla Sizə 
üz tutaraq bildirirəm ki, meydanda tək qalmışam, insanlara gözəl 
vərdişlər  aşılamaq  və  onları  bəladan  qurtarmaq  cəhdim,  Sizin 

 
289 
himayəniz  olmadan,  heç  bir  səmərə  vermir.  Yolumda  güclü 
maneələr var. Odur ki, Sizdən artıq dərəcədə rica edirəm, beş-on 
dəqiqə məni dinləyin, arqumenlərimlə və planlarımla tanış olun, 
mənə bu böyük işdə öz xeyr-duanızı verin. 
 
 
 
 
 
Dərin hörmətlə: 
ƏrşadƏzimzadə, 
“Ana Təbiət” Natural Gigiyena 
Mərkəzinin rəhbəri, yazıçı-jurnalist 
                                    10.05.2000 
 
 
 
 
Azərbaycan Respublikasının 
Milli Məclisinə 
 
Cənab sədr! Hörmətli millət vəkilləri!  
Qiymətli  vaxtınızı  alıb,  diqqətinizi xalqın  taleyi  ilə  bağlı 
olan  çox  vacib  bir  məsələyə  cəlb  etməyi  özümə  borc  bildim. 
Hamıya  bəllidir  ki,  insan  yarandığı  gündən  bütün  əsrlər  boyu, 
əlində çıraq, xoşbəxtlik axtarıb.Fəqət, həmişə yanlış yolla getdiyi 
üçün,  onu  tapa  bilməyib.  İnsan  xoşbəxtliyi-hamının  ordusuna 
qalib  gələ  biləcək  qüdrətli  ordu  yaradaraq,  onun  vasitəsilə  ələ 
mümkün qədər çox torpaq keçirməkdə, var-dövlət yığmaqda, bol 
məhsul istehsal etməkdə,doyunca yeyib-içməkdə,yaxşı geyinmə-
kdə  və  eyş-işrətdə  axtarıb.Təəccüblü  olsa  da,  hətta,  bunların 
hamısını  əldə  edən  xalqlar  da  özlərini  xoşbəxt  edə  bilməyiblər, 
nə  geniş  ərazi,  nə  zənginlik,  nə  də  yüksək  kalorili  qida  heç  bir 
xalqın, heç bir cəmiyyətin, heç bir ailənin və fərdin xoşbəxtliyini 
təmin edə bilməyib. Və edə bilməz də! Çünki sağlam olmadan–
xoşbəxt  olmaq  mümkün  deyil.  Əfsuslar  olsun  ki,  danılması 
mümkün olmayan bu adi həqiqət əsrlər boyu ya unudulub, ya da 
arxa  plana  atılıb.  İnsanları  düz  yola  dəvət  edən  ayrı-ayrı 

 
290 
zəkaların,  vicdanlı  Planet  Vətəndaşlarının  səsini  çox  az  adam 
eşidib. Belə laqeydliyin, biganəliyin məntiqi nəticəsi və mükafatı 
- sayı gündən-günə çoxalan “sağalmaz” xəstəliklər olub. 
Bu  gün  sizin  böyük  zəhmət  və  enerji  hesabına  hasilə 
yetirdiyiniz çoxsaylı qanunlar insanın,konkret olaraq Azərbaycan 
vətəndaşlarının xoşbəxtliyini təmin etmək kimi nəcib bir məqsəd 
güdür.Mən sizin xoş məramınıza zərrə qədər də şəkk gətirmədən, 
ağır zəhmətinizin üstünə kölgə salmadan, göz qabağında olan bir 
həqiqəti  xüsusi  vurğulamaq  istəyirəm:  istehsalı  gücləndirmək, 
məmləkətdə  bolluq  yaratmaq,  maddi-rifahi  yüksəltmək,  asayişi 
qorumaq,  səhiyyənin  işini  yaxşılaşdırmaq  məqsədi  ilə  qəbul 
olunan qərarlar və bu sahələrə xərclənən vəsait bizi xoşbəxt edə 
bilməz.  Mən  bunu  30  il  8  “sağalmayan”,  çarəsiz  sayılan  ağır 
xəstəliyin “çələngini” gəzdirən, uzun illər 3-cü, 2-ci, nəhayət, 1-
ci  qrup  əlil  kimi  pensiya  alan,  gənc  vaxtı  iş  qabliyyətini  itirib, 
gərəksiz bir adama çevrilən, nəhayət, dahi yapon alimi Katsudzo 
Nişinin  yaratdığı  ecazkar  Sağlamlıq  Sisteminin  köməyi  və 
Allahın iradəsi ilə özünü müalicə edən, öz xoşbəxtliyini tapan bir 
canlı  şahid  kimi  tam  məsuliyyətlə  ərz  edirəm.  Öz  təcrübəmdən 
bilirəm  ki,  insanların  həyat  tərzini  dəyişmədən,  onları  pis 
vərdişlərdən  təmizləmədən,  istehsalı  nə  qədər  artırsanız  da, 
ərzağı  nə  qədər  bol  etsəniz  də,  asayişi  nə  qədər  möhkəm 
qorusanız  da,  səhiyyənin  işinə  nə  qədər  can  yandırsanız  da, 
taleyini  sizə  tapşırmış  seçicilərinizin,  bütün  cəmiyyət  üzvlərinin 
xoşbəxtliyini  təmin  edə  bilməzsiniz.  Çünki  mətləb  nə  qədər 
yeməkdə deyil, nə yeməkdə və necə yeməkdədir. Heç təsadüfi 
deyil ki, hələ 1977-ci ildə ABŞ Senatındakı xüsusi komissiyanın 
sədri  senator  Makqovern  müzakirə  üçün  Senata  təqdim  etdiyi 
geniş məruzədə bəyan etmişdir ki, qeyri-sağlam qidalanma əsrin 
bir  çox  populyar  xəstəliklərinin  (ürək-damar,  xərçəng,  şəkərli 
diabet, piylənmə, hipertoniya, artrit və s.) baisdir. Senator yazırdı 
ki, tibb elmi onkoloji xəstəliklərlə qida arasında mövcud olan 
əlaqəni uzun illər inkar etmişdir, odur ki, xərçəng xəstəliyini 
dieta vasitəsilə müalicə etmək təklifinə xor baxır. 

 
291 
Dünya  şöhrətli  təbib,  professor  Riçard  Dell  “xərçəngin 
səbəbləri”  adlı  əsərində  yazır  ki,  bu  xəstəliyin  35  faizi  düzgün 
qidalanmamaqdan  yaranır.  Professor  Nişi  bu  məsələdə  daha 
dərinə  gedərək,  bütün  xəstəliklərin  3  nadanlıq  “kökü”  üzərində 
“bitdiyini”  tam  sübuta  yetirmiş  və  hər  cür  xəstəlikdən,  o 
cümlədən,  “əsrin  bəlası”  sayılan  xərçəngdən  dava-dərmansız 
xilas olmağın yolunu tapmışdır. Yol budur: 
1. Düzgün yataq. 
2. Düzgün qidalanma. 
3. Faydalı hərəkət. 
Qədim  Misir,  qədim  Yaponiya,  qədim  Çin,  Tibet, 
Filippin,  Hindistan,  Almaniya,  ABŞ,  Rusiya  və  bir  sıra  başqa 
ölkələrin tibb elmini,fəlsəfəsini,dinini, tarixini dərindən öyrənən, 
həmin  ölkələrdə  buraxılmış  70.000  ədəbiyyatı  (aclıqla,  hava  və 
su  ilə,  hərəkətlə,  masaj  vasitəsilə,  yoq  sistemi  ilə  və  s.  üsullarla 
müalicəyə  dair)  oxuyan,  bunlardan  yalnız  362-sini  seçib,  öz 
dahiyanə  təlimini  yaradan,bu  təlimlə  həm  özünü,  həm  də 
dünyanın  hər  yerindən  axıb  gələn  yüzlərlə  ağır  xəstəni  dava-
dərmansız müalicə edən Nişinin qoyub getdiyi zəngin irsdən bu 
gün  təkcə  Yaponiyada  deyil,  ABŞ-da,  Yeni  Zellandiyada, 
Almaniyada,  Rusiyada  və  digər  sivil  ölkələrdə  səmərəli  istifadə 
olunur. İndi Tokioda və Havay adalarında Nişinin adını daşıyan 
Tibb İnstitutunun hospitalları tam gücü ilə işləyir. Nişinin qeyd-
şərtsiz qəbul etdiyi Natural Gigiyena hərəkatının 150 yaşı tamam 
olmuşdur. Bu mütərəqqi hərəkat Amerikanın tərəqqi edib güclü 
dövlətə  çevrilməsində  böyük  rol  oynamışdır.  İkinci  dünya 
müharibəsi  ərəfəsində  azömürlülər  ölkəsi  sayılan  Yaponiyanın 
son  vaxtlar  orta  yaş  həddinə  görə  dünyada  birinci  yerə 
çıxmasında,ABŞ  kimi  qüdrətli  ölkəni  qabaqlamasında,şübhəsiz, 
Nişi Sisteminin böyük rolu olmuşdur. 
Qiymətli  diqqətinizi  belə  bir  vacib  məqama  cəlb  etmək 
istəyirəm  ki,  Nişinin  Sağlamlıq  Sistemi  təkcə  müalicə  metodu 
olaraq  qalmır.Cism  ilə  ruhu  tam,  bölünməz  və  vahid  şəkildə 
götürən  bu  sistem,  həm  də  kamillik,  mətinlik  və  xeyirxahlıq 

 
292 
sistemidir.  O,  bədənlə  bərabər,  ruhu,  psixikanı,  hətta,  təfəkkürü 
və  əxlaqı  da  formalaşdırır,  insanı  həm  cismən,  həm  də  ruhən 
güclü, rəhimdil, ədalətli və xeyirxah edir. Xüsusi vurğu ilə qeyd 
etmək istəyirəm ki, nəyi və necə yeməyi öyrədən bu sistem həm 
də  iqtisadi  cəhətdən  çox  sərfəlidir.  Bu  da  ehtiyac  içində 
çabalayan,  yığılıb  qalmış  vacib  problemərin  həlli  üçün  vəsait 
tapa  bilməyən  hər  bir  dövlətə  yardımçı  olmaq    baxımından 
faydalıdır.  Təkcə  bir  faktı  qeyd  edim  ki,  biz  indiki  halda, 
qidalanma  qaydalarını  pozduğumuz  üçün,  qəbul  etdiyimiz 
ümumi qidanın yalnız 20 faizini mənimsəyə bilirik, qalan 80 faiz 
kütlə yanmadan çürüyür, yığışıb bədəndə qalır, şlaklara çevrilir, 
mikrblar  üçün  zəngin  yem  anbarı  rolunu  oynayır,  müxtəlif 
xəstəliklərin  baş  qaldırmasına  gətirib  çıxardır.  Nişi  Sistemini 
tətbiq  etməklə,  biz  millətimizi  qarınqululuq  azarından  xilas 
edərik,bununla  da  ərzaq  istehsalına  və  ərzağın  kənardan  gətiril-
məsinə çəkilən xərcləri qat-qat azalda bilərik. 
Otuz il 8 ağır xəstəlikdən əzab çəkdikdən sonra sağlamlı-
ğını  qaytaran  keçmiş  əzabkeş  kimi,öz  xalqının  taleyi  üçün 
məsuliyyət daşıyan yazıçı-jurnalist kimi, nəhayət, bir seçici kimi, 
Sizə müraciət etməyi və qiymətli diqqətinizi dünyada analoqu və 
alternativi olmayan Sağlamlıq Sisteminə cəlb etməyi özümə borc 
bildim.Məlumunuz olsun ki,təməlinə Nişi Sistemi,digər mütərəq-
qi  müalicə  üsulları,həmçinin,öz  təcrübəm,müşahidələrim  və 
mülahizələrim  qoyulmuş  “Möcüzəsiz  möcüzə”  adlı  elmi-
publisistik  əsərim  ölkəmizdə  və  onun  hüdudlarından  kənarda  o 
zaman  kütləviləşir,  qəlblərə  və  beyinlərə  sahib  kəsilir  ki,  ona 
yüksək dövlət səviyyəsində yanaşılsın.Bu baxımdan, rica edirəm, 
sağlamlıq  problemləri  ilə  bağlı  məsələni  Milli  Məclisin 
gündəliyinə daxil edəsiniz.Çox hörmətli xalq  elçilərinin qarşısı-
nda  çıxış  etməyə,  sağlamlıq  və  istehsalla  bağlı konkret  təkliflə-
rimi verməyə hazıram. 
Sözümü Qurani-Kərimin Əl-leyl (“Gecə”) surasinin 12-ci 
ayəsi  ilə  bitirmək  istəyirəm.  Orada  deyilir:  “Bizim  öhdəmizə  
düşən yalnız doğru yolu göstərməkdir! Mömin və ya kafir olmaq 

 
293 
isə hər kəsin öz işidir”.Biz sizinlə xalqımıza doğru yolu göstərək, 
sağlam, yaxud xəstə olmaq - hər kəsin öz işidir. 
 
 
 
 
KONKRET  TƏKLİFLƏR 
 
I. Tibb sahəsində 
 
 
1.  Tibb  elminin  və  səhiyyə  sisteminin  əsas  vəzifəsi, 
dünyanın  bir  çox  inkişaf  etmiş  ölkələrində  vətəndaşlıq  hüququ 
qazanmış olan mütərəqqi Natural Gigiyena hərəkatının və yapon 
alimi, professor Katsudzo Nişinin yaratdığı mütərəqqi Sağlamlıq 
Sisteminin  tələbləri  əsasında  müəyyənləşdirilsin.  Zəkanın,  tibb 
elminin,  səhiyyə  sisteminin  potensial  imkanları,  bu  sahəyə 
ayrılan  vəsaitin  əsas  hissəsi  ayrı-ayrı  xəstəliklərin  müalicəsinə 
deyil,  orqanizmin  tamlığı  və  bütövlüyü  uğrunda,  insanın  uzun 
illər  (150-200-300  il  və  daha  çox)  xəstələnmədən  yaşaması 
uğrunda mübaizəyə yönəldilsin.Bu zaman belə bir təkzibedilməz 
fəlsəfə  və  məntiq  əsas  tutulsun  ki,səbəbi  aradan  qaldırmadan 
nəticəni ləğv etmək qeyri-mümkündür. 
 
2.  Bəşəriyyəti  zəhərliyən,  İnsanların  sağlamlığına  böyük 
zərbə  vuran  farmokoloji-terapiyanın  əhatə  dairəsi  tədricən 
məhdudlaşdırılsın,  dərmandan  yalnız  ekstremal  situasiyalarda, 
xəstələri  kritik  vəziyyətdən  çıxartmaq  məqsədilə  istifadə 
olunsun.  Poliklinikalarda,  klinikalarda,  pansionatlarda,  sanatori-
yalarda  və  digər  sağlamlıq  ocaqlarında  naturopatik  mərkəzlər 
açılsın,sağlamlıq  uğrunda  mübarizənin  ağırlıq  mərkəzi  müalicə-
xanalardan-ailələrə,uşaq  bağçalarına,təhsil  ocaqlarına  və  iş 
yerlərinə köçürülsün. 
 
3.  Respublika  Səhiyyə  nazirliyində  Natural  Gigiyena 
məsələləri ilə bilavistə məşqul olan xüsusi şöbə yaradılsın. 
 
 

 
294 
II. Təhsil sahəsində 
 
1.  Ümumdünya  Natural  Gigiyena  hərəkatı  və  K.  Nişinin 
Sağlamlıq  Sistemi  əsasında  ibtidai,  orta  və  ali  məktəblər  üçün 
xüsusi  dərsliklər  hazırlansın  və  Natural  Gigiyena  (yaxud 
sağlamlıq) fənni mühüm təlim kimi tədris edilsin. 
2.  Təbiət  Qanunlarının,  Sağlam  Həyat  Tərzinin,  düzgün 
qidalanma və davranış qaydalarının, faydalı hərəkətlərlə, hava və 
su  ilə,  özünütəqlid  yolu  ilə  müalicə  metodlarının  uşaqlara 
erkən,ailədə,  məktəbəqədər  müəssisələrdə,  aşağı siniflərdə  dərin 
aşılanması üçün lazımi tədbirlər görülsün. 
 
III. İqtisadiyyat sahəsində 
 
1.İnsanların  sağlamlığını  əlindən  alan,  ailə  büdcəsinə 
böyük  zərbə  vuran  papirosun,  spirtli  içkilərin,  çayın,  kofenin, 
şokoladın,  şirniyyatın,  kolbasanın,  konservlərin  və  digər  “ölü” 
qidaların istehsalı və ölkəyə gətirilməsi tədricən azaldılsın, sonda 
heçə  endirilsin,ət,yağ,çörək  istehsalı  maksimum  məhdudlaş-
dırılsın. 
2.Orqanizm üçün zəruri olan Günəş enerjisini, vitaminlə-
ri,üzvi duzları, mikroelementləri bədənə daşıyan meyvə, tərəvəz, 
şülul  (yabanı  meyvələr),  göyərti-sağlamlığı  və  uzunömürlülüyü 
təmin  edən  əsas  qida  növləri  kimi  təqdir  edilsin  və  onların 
istehsalı genişləndirilsin.Qoz,fındıq,badam,püstə,şabalıd, zeytun, 
iydə, innab kimi bitkilərin inkişafına xüsusi diqqət verilsin, bu iş 
dövlət əhəmiyyətli məsələ kimi qiymətləndirilsin. Dövlətin aqrar 
siyasətində  arıçılığın  inkişafına  geniş  yer  verilsin,  bir  çox 
mineral  maddələrlə  zəngin  olan,  qidalar  arasında  analoqu 
tapılmayan bal istehsalının təşkili-ümumxalq əhəmiyyətli vəzifə 
hesab edilsin. 
3.  İnsan  orqanizminin  25  faizini  təşkil  edən,  Kainatla 
orqanizm  arasında  həm  sərhəd,  həm  də  kontakt  -  körpü  rolunu 
oynayan  dərinin,  uzunluğu  100  min  kilometrə  bərabər  olan 

 
295 
kapilyarların sağlamlıq üçün çox böyük əhəmiyyət kəsb etdiyini 
nəzərə  alaraq  və  onların  öz  funksiyalarını  yaxşı  yerinə 
yetirmələri  üçün  münbit  şərait  yaratmaq  məqsədi  ilə,  dərini  və 
kapilyarları  boğan,  bununla  da  bir  çox  xəstəliklər  üçün  zəmin 
yaradan sintetik mallardan hazırlanan geyimlərin istehsalı, idxalı 
məhdudlaşdırılsın  və  son  anda  dayandırılsın.Onların  əvəzinə 
kətan,  pambıq,yun,dəri  və  digər  təbii  xammaldan  hazırlanan 
geyimlərin  istehsalı  genişləndirilsin.“Nəfəs  almayan”  material-
lardan tikilən mənzillərə və inzibati binalara qadağa qoyulsun. 
 
IV. Təbliğat sahəsində 
 
1.Qüdrətli  Amerika  alimi  Pol  Breqqin  söylədiyi  “bizi 
öldürən  qocalıq  deyil,  pis  vərdişlərdir” kəlamının acı həqiqət 
olduğunu  əsas  tutaraq,  İnsanların  psixologiyasını  dəyişmək, 
zərərli  vərdişləri  ləğv  etmək,köhnə  stereotipləri  şüurlardan 
silmək,zövqləri  sağlamlıq  baxımından  düzgün  formalaşdırmaq 
məqsədi  ilə qəzet və jurnal redaksiyalarında, radio  və televiziya 
şirkətlərində, digər informasiya mərkəzlərində Natural Gigiyena 
hərəkatının  və  Nişi  Sisteminin  müddəalarını  müntəzəm  və 
ustalıqla  təbliğ  edən  xüsusi  şöbələrin  təşkil  edilməsi  kütləvi 
informasiya  orqanlarına  tövsiyə  edilsin,  bu  iş  dövlət  tərəfindən, 
vətəndaşlıq  borcunu  layiqincə  yerinə  yetirmək  kimi,  yüksək 
qiymətləndirilsin. 
2.Sağlam  Həyat  Tərzinin  üstünlüyünü  hər  bir  ailəyə,hər 
bir  fərdə  çatdırmaq  üçün,  əhali  arasında  müntəzəm  iş  aparan 
könüllülərdən ibarət xüsusi təşviqat qrupları yaradılsın, vətənpər-
vər  ziyalılardan  yaradılan  belə  qrupların  işinə  rəhbərlik  Milli 
Məclisin Sağlamlıq Komissiyasına həvalə olunsun. 
3.Natural  Gigiyena  hərəkatının  dövlət  əhəmiyyətli 
mühüm  iş  olduğunu  xüsusi  vurğulamaq  və  bu  fikiri  əhaliyə 
aşılamaq  məqsədi  ilə  hərəkatın  fəal  iştirakçıları  üçün  xüsusi 
mükafatlar, orden və medallar təsis edilsin. 

 
296 
4.Papirosun,  spirtli  içkilərin,  orqanizm  üçün  zərərli  olan 
digər qida növlərinin, zərərli geyimlərin və vərdişlərin hər hansı 
bir  formada  reklam  və  təbliğ  edilməsi-bəşəriyyətə  zidd  hərəkət 
kimi pislənilsin və qadağan edilsin. 
  
 
 
 
Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin