Erməni cinayətləri (sənədlər əsasında) I cild



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix06.09.2017
ölçüsü1,03 Mb.
#29049
1   2   3   4   5   6   7   8   9   10   11
 
Füzuli  rayon  sakini  Qasımov  Mətləb  Misir  oğlu  yazdığı  ərizəsində 
göstərmişdir  ki,  doğma  Qarabağ  torpaqlarımız  ayrı-ayrı  erməni  millətçilərinin 
məkrli və şovinist siyasətlərinin qurbanı olmuşdur. 
O, torpaqlarımızın, evinin, bütün yaşamaq imkanlarının itirildiyini, on ilə 
yaxındır  ki,  yurdsuz-yuvasız  qaldığını  yazır.  Qasımov  Mətləb  Qarabağ  savaşının 
əsl səbəkarları-R.Köçəryanın, S.Babayanın, A.Qukasyanın və digər cinayətkarların 
hələ  də  cəzasız  qaldıqlarına  təəssüflənir.  Onun  fikrincə,  müsibətlərimizin 
baiskarları  beynəlxalq  məhkəmələr  qarşısında  cavab  verməklə  layiqli  cəzalarını 
almalıdırlar. 
-
 
Füzuli  rayon  sakini  İbrahimova  Validə  Cəfər  qızı  yazdığı  izahatında 
göstərmişdir  ki,  hal-hazırda  Ermənistan  prezidenti  R.Köçəryan  və  qondarma 
“DQR”ə  rəhbərlik  edən  A.Qukasyan  həqiqətən  qaniçən,  vətəndaşlarımızı 
güllələyən  cani  və  cinayətkarlardır.  V.İbrahimova  bu  alçaqlıqları  öz  gözləri  ilə 
görən  bir  insan  kimi  xahiş  və  tələb  edir  ki,  onlar  haqqında  beynəlxalq  aləmdə 
lazımi  ölçü  götürsünlər,  Robert  Köçəryan  Ermənistan  kimi  işğalçı  bir  dövlətə 
başçılıq edən rəhbər olaraq tanınsın. 
Füzuli rayon sakini Qasımov Qasım Şahbala oğlu ərizəsində göstərmişdir 
ki,  1993-cü  il  avqustun  17-də  nahar  fasiləsinə  yaxın  erməni  quldurları  qəflətən 
kəndə  hücum edərək  kəndi işğal etmişlər. Ermənilər kəndə ağır  hərbi texnikalarla 
hücum zamanı cavanları, o cümlədən kənd sakini Fikrət və oğlunu qətlə yetirmiş, 
nişanlı  qızını  isə  girov  götürmüşlər.  Onun  göstərdiyinə  görə,  erməni  quldurları 
R.Köçəryanın,  onun  əlaltıları  S.Babayanın  və  S.Sarkisyanın  göstərişləri  əsasında 
dinc  əhaliyə  qarşı  amansız  vəhşiliklər  həyata  keçirirdilər.  Q.Qasımov  həmin  vaxt 
girov götürülmüş Fəxrəddinin taleyi barəsində məlumat olmadığını bildirmişdir. 
Yuxarıda  adları  çəkilən  Cəbrayıl,  Zəngilan  və  Füzuli  rayon  sakinləri 
Azərbaycan  xalqına  qarşı  kütləvi  cinayətlərin  törədilməsində  erməni  quldur 
dəstələrinə  rəhbərlik  etmiş.  Köçəryan,  S.Babayan,  K.Babayan  S.Sarkisyanın 
qanun çərçivəsində cəzalandırılmasını xahiş etmişlər. 
Ermənilərin  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  regionunda 
azərbaycanlılara  qarşı  törətdikləri  cinayətlər,  vandalizm  aktları  barəsində 
məlumatların  toplanılması  istiqamətində  keçirilən  tədbirlər  zamanı  aşağıdakı 
faktlar haqqında məlumatlar alınmışdır: 
1991-ci il iyunun 26-da Ağdərə rayonunun Zəylik kəndi ərazisində 65-69 
AQF  dövlət  nömrə  nişanlı  “Ural”  markalı  maşınla  hərəkət  edərkən  hərbçilər 
tərəfindən  saxlanılmış  və  maşında  yoxlama  keçirmək  istəyərkən  1951-ci  ildə  AR 
Ağdərə  rayonunun  Hoçoqot  kəndində  anadan  olmuş  milliyyətcə  erməni,  orta 

35 
 
natamam  təhsilli,  Ağdərə  rayonunun  Yuxarı  Oratağ  kəndində  yaşamış  Ayriyan 
Arkadi  Abramoviç  əlindəki  F-1  qumbarası  ilə  hərbçiləri  öldürəcəyi  ilə  hədələmiş 
və  onu  buraxmalarını  tələb  etmişdir.  Hərbçilər  onu  aldadaraq  qumbaranı  əlindən 
almış və axtarış zamanı maşından bir ədəd avtomat-tapança tipli silah və 40 ədəd 
“Makarov”  tapançasına  məxsus  güllə  tapıb  götürmüşlər.  O,  qanunsuz  silah 
gəzdirməsi  ilə  əlaqadar  həbs  edilmiş,  istintaq  zamanı  onun  tərəfindən 
azərbaycanlılara qarşı bir neçə cinayət törədilməsi təsdiqləndikdən sonra 1991-ci il 
dekabrın  12-də  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  70-ci  maddəsi  ilə 
təqsiri bilinərək cinayət işinin istintaqına başlanılmışdır.  
 İstintaq  müddətində  onunla  keçirilmiş  dindirilmələr  zamanı  verdiyi 
ifadəyə  görə,  1991-ci  il  iyunun  25-də  tanışı  olan  Aterk  kənd  sakini  Armen  adlı 
erməni onlara gələrək birlikdə Aterkə getməsinin vacibliyini söyləmişdir. 
O, 1991-ci ilin əvvəlindən İşxanyan Zaven Vartanoviçin rəhbərliyi altında 
fəaliyyət  göstərən  quldur  dəstəsinə  daxil  olmuşdur.  Həmin  dəstədə  ondan  başqa 
Ağdərə  rayonunun  Aterk  kənd  sakinləri  Surik,  Armen,  Aşot,  Rafik  və  Aram  adlı 
ermənilər də olmuşdur. Həmin dəstə Azərbaycan Respublikasının Dağlıq Qarabağ 
ərazəsində  yaşayan  azərbaycanlılara  qarşı  partizan  müharibəsi  aparmaq  üçün 
Ağdərə  rayonu  Arqunamer  asfalt  zavodunun  direktoru  İşxanyan  Zaven 
Vartanoviçin  ideyası  əsasında  yaradılmışdır.  Z.İşxanyan  dəstənin  rəhbəri, 
İskəndəryan  Borik  Vazgenoviç  isə  onun  müavini  olmuşdur.  Dəstənin  qarşısında 
qoyulan  məqsəd  Dağlıq  Qarabağda  yaşayan  azərbaycanlılara  qarşı  silahlı 
hücumlarla, evləri “Alazan” raketləri və digər odlu silahlarla atəşə tutmaqla onları 
qətlə  yetirmək  və  ev  heyvanlarını  oğurlamaqla  elə  bir  şərait  yaratmalıdır  ki,  bu 
ərazilərdəki  dözülməz  haldan  cana  doyaraq  çıxıb  getsinlər.  Həmin  dəstəyə 
rəhbərlik  edən  İşxanyan  və  İskəndəryan  azərbaycanlılara  qarşı  keçiriləcək 
əməliyyatların planını hazırlamışdılar. 
Ayriyanın  ifadəsinə  görə,  1988-ci  ildə  ermənilər  ilə  azərbaycanlılar 
arasında  milli  münasibətlər kəskinləşəndə  İşxanyan  Zaven zavodun işçilərinin və 
qonşu kəndin sakinlərinin maşınlarla Ağdərə rayonuna nümayişə getmələrini təşkil 
etmişdir. 
Keçirilən  əməliyyatlar  zamanı  dəstəyə  əsas  rəhbərlik  Z.İşxanyan  və 
B.İskəndəryan  tərəfindən  Surikə  həvalə  olunmuşdur.  O,  odlu  silahdan  əla  atmaq 
qabiliyyətinə  malik  olmuşdur.  Surik  həmişə  əməliyyatda  qısalüləli  və  qundağı 
bağlanan  AKA-74  silahından  istifadə  etmişdir.  O,  A.Ayriyana  AKA-74  silahı  və 
əldə  düzəldilmiş  “Makarov”  tapançasının  güllələri  ilə  atan  “Şmayser”  avtomatını 
vermişdir. Aram hündür boylu və cüssəli olduğu üçün həmişə diskli “Kalaşnikov” 
əl pulemyotunu götürmüş  və  dəstənin  mühafizə  edilməsi ona  həvalə  olunmuşdur. 
Armenə və Rafikə karabin verilmişdir. Aşotun şəxsi “Kalaşnikov” avtomatı var idi. 
O, əvvəllər Əfqanıstanda hərbi xidmətdə olduğu üçün partizan döyüşlərində xüsusi 
hazırlığa malik idi. Bundan əlavə əməliyyat zamanı qrupa daxil olmuş Tamarazyan 
Heno Mişayeviç bəzən özü ilə silah gətirər, bəzən isə silahı Surikə verərdi. 1990-cı 

36 
 
ildə  Tərtərdən  Kəlbəcərə  gedən  maşın  karvanına  hücum  zamanı  Heno 
Tamarazyanın  da  “Kalaşnikov”  markalı  silahı  olmuşdur.  Həmin  əməliyyatda 
iştirak  edən  Arakelyan  Qarnik  və  Aqo  adlı  şəxslər  4  nəfər  erməni,  öz  silahları, 
partlayıcı  maddələr,  qaytan  və  digər  sursatlarla  Xankəndiyə  gəlmişlər.  Həmin 
ermənilərin hansı  əməliyyatlar zamanı, hansı dəstədə iştirakını İşxanyan  müəyyən 
etmişdir. 
Eyni zamanda A.Ayriyan verilən suallar əsasında bildirmişdir ki, 1991-ci 
il  iyunun  25-də  Armen  öz  avtomaşınında  A.Ayriyanın  Yuxarı  Orataq  kəndindəki 
evinə  gəlmiş  və  Aterkə  onun  mənzilinə  getməyi  təklif  etmişdir.  Azərbaycanlılara 
qarşı yenə də əməliyyat keçiriləcəyini bilərək Aterkə getmişlər. İlkin olaraq Surik 
və  Aram,  sonra  isə  Aşot  və  Rafik  gəlmişdir.  Sonda  B.İsgəndəryan  gəlmiş  və 
demişdir ki, səhər sübh tezdən İmarət-Qərvəndə getmək və orada azərbaycanlılara 
hücum etmək lazımdır. O, Suriklə təklikdə bir neçə dəqiqə söhbət etmiş və yəqin 
ki, əməliyyatın keçirilməsi üçün ona tapşırıqlar vermişdir. 1991-ci il iyunun 26-da 
saat  12  radələrində  Aterk  kəndi  istiqamətinə  atla  gələn  İmarət-Qərvənd  kənd 
sakinlərinə silahlı hücum etmişlər. Surik ağ köynək geyinmiş atlının sinəsinə atəş 
açmış və nəticədə atlı yerə yıxılmışdır. A.Ayriyan isə digər qırmızı köynək geymiş 
atlıya atəş açmış və o, da yerə yıxıldıqdan sonra dərəyə diyirlənmişdir. Onlar Surik 
tərəfindən birinci vurularaq qətlə yetirilmiş ağ köynəkli, ağzı üstə uzanmış oğlana 
yaxınlaşmışlar. Bu vaxt yaylaq tərəfdən onlara atəş açıldığı üçün A.Ayriyan, Surik 
digər vurulmuş oğlanı axtarmadan oradan uzaqlaşmışlar. 
A.Ayriyan  sonradan  tutulanda  Şuşa  türməsində  ona  məlum  olmuşdur  ki, 
vurulan oğlan sağdır. Belə ki, həmin oğlan - Talışov Razin Mehdi oğlu ilə türmədə 
üzləşəndə onu tanımışıdır. Qətlə yetirilmiş atlının isə Əzizov Dönməz Sultan oğlu 
olduğu  məlum olmuşdur. Bu  əməliyyata  görə, B.İsgəndəryan quldur dəstənin hər 
üzvünə paylanması üçün Surikə 5000 rubl vermişdir. 
Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəntiqi R.Y.Zeynalov 
tərəfindən  1992-ci  il  yanvarın  6-da  Azərbaycan  dilində  tərtib  edilmiş,  müttəhim 
qismində  cəlb  etmək  haqqında  qərarda  göstərilmişdir  ki,  Dağlıq  Qarabağın 
azərbaycanlılar  yaşayan  məntəqələrinə,  dövlət  və  ictimai  təşkilatlarına,  ayrı-ayrı 
vətəndaşlara  basqın  etmək  məqsədilə  Azərbaycan  Respublikasının  Ağdərə 
rayonunun Aterk kənd sakini və kənd sovetinin sədri İsgəndəryan Borik tərəfindən 
yaradılmış silahlı dəstəyə daxil olub İsgəndəryanın rəhbərliyi və göstərişi əsasında, 
şəxsiyyətləri istintaqa məlum olmayan Ağdərə rayonunun Aterk kəndinin sakinləri 
Surik,  Aşot,  Armen,  Rafik,  Aram  və  həmin  rayonun  Çapar  kənd  sakinləri 
Sarkisyan  Albert  Qurqenoviç  və  Saakyan  Aqo  Samveloviçlə  birlikdə  1991-ci  il 
iyunun  3-də  təxminən  saat  7-8  radələrində  İmarət-Qərvənd  kəndinin  Murov 
yaylağında,  Humaylar  adlanan  yurda  hücum  etmişlər.  Həmin  rayonun  naxırçıları 
Məmmədov  Halay  Hüseyn  oğlunun  və  Nəsirov  Qayım  Abdulla  oğlunun 
müvəqqəti  yaşayış  üçün  tikdiyi  alaçıqlara  silahlı  basqın  etmiş,  avtomat-tapança 
tipli silahlarla alaçıqları gülləyə tutmuş, arxacda saxlanılan 7 baş qoyunu, bir baş 

37 
 
keçini, bir baş ulağı, bir baş camışı güllə ilə öldürmüş, iki baş atı, S.Vurğun adına 
sovxozun 71 baş və  həmin azərbaycanlılara  məxsus 23 baş iribuynuzlu  mal-qara 
oğurlamışlar. 
A.Ayriyan  bildirmişdir  ki,  1990-cı  il  iyulun  6-da  Azərbaycanın  Ağdərə 
rayonu  ərazisində  Kəlbəcər  rayonu  istiqamətində  hərəkət  edən  maşın  karvanına 
silahlı hücumdan 4-5 gün əvvəl asfalt zavodunun həyətində “KamAZ” markalı, 39-
54  AQT  dövlət  nömrə  nişanlı  bitum  daşıyan  maşının  təkərlərini  dəyişərkən 
Tamarazyan  Heno  Minayeviç  ona  yaxınlaşmışdır.  Söhbət  zamanı  Heno 
bildirmişdir  ki,  azərbaycanlılara  qarşı  mübarizə  aparmaq  üçün  silahlı  dəstə  təşkil 
edilir. Həmin dəstəyə o da (A.Ayriyan) daxildir. Nahardan sonra Heno A.Ayriyana 
demişdir  ki,  İşxanyan  Zaven  Yerevanla  danışacaq  və  oradan  adamlar  gəldikdən 
sonra əməliyyata başlayacaqlar. 
1990-cı il iyulun 11-də A. Ayriyan, Rafik, Litvanın oğlu Lyova, Qalayan 
Vitalik  Karoeviç,  Tamarazyan  Heno  Mişayeviç,  Mirzoyan  Razmik  Rubenoviç, 
Xankəndi sakini  Aqo, Əsgəran rayonunun Ballıca kənd sakini  Arapkelyan Qarnik 
Samsonoviç  və  Yerevandan  gələn  4  nəfər  erməni  ilə  birlikdə  Tərtər-Kəlbəcər 
istiqamətində  xalq  təsərrüfatı  malları  daşıyan  maşın  karvanına  silahlı  basqın 
etmişlər.  Hadisə  zamanı  dəstədə  7  ədəd  partlayıcı  qurğu,  bir  ədəd  pulemyot,  bir 
ədəd karabin və 8 ədəd 7, 62 kalibrli “Kalaşnikov” avtomatı olmuşdur. 
Hücum zamanı Kəlbəcər rayon Partiya Komitəsinin birinci katibi Şükürov 
Əvəz,  ondan  əlavə  3  nəfər  qətlə  yetirilmiş,  23  nəfər  isə  ağır  yaralanmışdır. 
Əməliyyatdan  sonra  Z.İşxanyan  dəstənin  hər  birinə  5000  rubl  vermişdir.  A. 
Ayriyan  eyni  zamanda  öz  ifadəsində  5  may  1965-ci  ildə  Xankəndidə  anadan 
olmuş,  milliyyətcə  erməni,  orta  təhsilli,  metal  istehsal  edən  zavodda  ştamplayıcı 
vəzifəsində  işləyən,  Xankəndi  şəhəri  Teryan  küçəsi  20  saylı  ünvanda  yaşayan 
Babayan  Samvel  Andranikoviçin  də  digər  cinayətlərdə,  o  cümlədən  1990-cı  il 
iyulun  11-də  Tərtər-Kəlbəcər  istiqamətində  hərəkət  etmiş  avtomaşın  karvanına 
silahlı  basqında  iştirakı  barədə  də  bildirmişdir.  Bununla  əlaqədar,  1991-ci  il 
avqustun 3-də S.Babayan barəsində 33063 nömrəli cinayət işiqaldırılmışdır. 
1991-ci  ilin  sentyabrında  S.Babayan  verdiyi  ifadəsində  göstərmişdir  ki, 
həmin  il  iyulun  11-də  Tərtər-Kəlbəcər  istiqamətində  xalq  təsərrüfatı  malları 
daşıyan  maşın  karvanına  silahlı  basqına  Ballıca  kənd  sakini  milliyyətcə  erməni 
Qarnik  adlı  quldur  rəhbərlik  etmiş,  Kəlbəcər  rayon  Partiya  Komitəsinin  birinci 
katibinin həyat yoldaşı və ondan əlavə üç nəfər qətlə yetirmişdir. 
S.Babayan  ifadəsində  Dağlıq  Qarabağda  yaşayan  azərbaycanlılara  qarşı 
cinayətlər törədən 8 qrupdan ibarət erməni quldur dəstəsinin fəaliyyət göstərdiyini 
və Qarnikin 8-ci qrupa daxil olduğunu bildirmişdir. 
Qarnikin  33-34  yaşı  var.  Boyu  1m.70sm-dir.  Orta  bədən  quruluşuna 
malikdir,  Qara  saçı,  qalın  bığı  və  saqqalı  var.  Böyük  olmayan  gözləri  qara 
rəngdədir, burnu düzdür, saçlarını sağ tərəfə darayır, sifəti nazikdir. Onun qrupuna 
10 nəfər Ballıca kənd sakini daxildir. 

38 
 
3-cü  qrupa  Xankəndi  şəhərində  təcili  yardım  məntəqəsi  yerləşən  binada 
yaşayan və ət kombinatında işləyən 34-35 yaşlarında olan Ado adlı quldur daxildir. 
Adonun  boyu  1  m.  78  sm-dir.  Uzun,  qara  sifəti,  qara  gözləri  var.  Burnu  düzdür, 
dodaqları orta vəziyyətdədir. 
Arkadik  və  Karen  adlı  quldurlar  7-ci  qrupa  daxildirlər.  Arkadik  əvvəllər 
Vilayət  Komsomol  Komitəsində  işləmişdir.  O,  Xankəndi  Pedaqoji  İnstitutunun 
yaxınlığında yaşayır. 32-33 yaşlarında olar. Boyu 1.76-1.77 sm-dir. Qara saçları və 
gözləri var, qara gözlü, yumru sifətdir. 
A.Ayriyanın  ifadəsinə  görə,  Ağdərə  rayonu  Drombon  kənd  sakini 
Qarayan  Vitalik  Karoeviçin  40-42  yaşı  olar,  keçəldir,  boyunun  hündürlüyü  1.75-
1.80  sm,  çəkisi  90-95  kq  olar,  bığ  saxlamır,  sarışın  rənglidir,  qaşları  qaradır. 
Qaşları  qara  olmasa  rus  millətinə  oxşayar.  Ketavan  kəndində  balıqçılıq 
kooperativi,  xarici  markalı  maşını  var.  Vitalik  1991-ci  ilin  yanvar  ayında  benzin 
daşıyan maşının sürücüsünü vurmuş və benzini satmışdır. 
-
 
Saro  da  Drombon  kəndində  yaşayır  və  Ketevan  kəndindəVitalikin 
kooperativində “KRAZ” markalı maşının sürücüsüdür. Hündürlüyü 1.60-1.65 sm-
dir.  Bığ  saxlayır  sarışındır,  çəkisi  75-80  kq,  yaşı  30-35  olar.  Rafik  Ağdərə 
rayonunun  Drombon  kəndində  yaşayır  və  həmin  kənddə  fəhlə  işləyir,  35-40  yaşı 
olar, hündürlüyü 1.60-. 1.65, çəkisi 70 kq. Bığ saxlamır, sarışındır, burnu dikdir. 
-
 
Litvanın oğlu Lyova da Drombon kəndində yaşayır və həmin kolxozda 
“QAZ-53” markalı maşının sürücüsüdür, hündürlüyü 1.75-80 sm, çəkisi 90-92 kq, 
iri gözlü, sarışındır, qaraşındır, bığ saxlayır, təxminən 30 yaşı olar. 
1990-cı  ilin  mart  ayında  Kəlbəcər-Tərtər  yolunda  “PAZ”  markalı 
avtobusun sürücüsünü  vurmuş Qastik  Ağdərə  rayonunun Aterk kəndində  yaşayır, 
Ağdərə  avtobazasında  “ZİL”  markalı  maşının  sürücüsü  işləyirdi,  boyunun 
hündürlüyü  1.75-80  sm,  çəkisi  70-75  kq-dır,  kürəndir,  bığ  saxlayır,  ağzının  üst 
çənəsindəki  dişlərinin  təxminən  6-7-si  qızıldan  düzəldilmişdir.  50-52  yaşı  olar, 
gözləri iridir, burnu əyridir. 
Onun  ifadəsinə  görə,  Qarnikin  hündürlüyü  1m.70  sm-dir,  orta  quruluşlu 
bədəni, qara bığı var, bəzən saqqal saxlayır, böyük olmayan gözləri qara rəngdədir, 
böyük  olmayan  düz  burnu  var,  saçları  qaradır,  sağ  tərəfə  darayır,  sifəti  nazikdir, 
dodaqları ortadır, normadadır. 
A.Ayriyan eyni zamanda  ifadəsində bildirmişdir ki 1991-ci il iyunun 25-
də  saat  15-16  radələrində  Ağdərə  rayonunun  Vaquas  kəndi  yaxınlığında  Baş 
Güneypəyə kəndinin, yəni M.F.Axundov adlanan kolxozun otlaq  sahəsində qoyun 
otarmağa  gedərkən,    orada    qoyun  otaran  bir    nəfərin  öldürülməsində  Ketevan 
(Most)  kənd    sakinləri  Tamrazyan  Heno  Mişayeviç,  Samvel  Ladoyeviç  və 
həmkəndlisi Mirzoyan Ramzik Rubenoviçlə birlikdə iştirak etdiyini və onun Heno 
tərəfindən qətlə yetirildiyini göstərmişdir. 
Göstərilənləri  nəzərə  alsaq,  təhqiqat  içi  zamanı  İşxanyan  Zaven  
vartanoviç, İsgəndəryan Borik Vazqeniviç, Tamrazyan heno Mişayeviç, Arkelyan 

39 
 
Qarnik  Samsonoviç,  Mirzoyan  Ramzik  Ruvenoviç,  Sarkisyan  Artur  Aleşiyev, 
Sarkisyan  Aqo  Sanveloviç,  Mixaelyan  Vaqo  Vaçaqanoviç  və  Qalayan  Vitalik 
Karoyeviç barəsində beynəlxalq ictimaiyyət qarşısında qanuna  müvafiq tədbirlərin 
həyata keçirilməsi nəzərəd tutulmuşdur. 
Ermənistanda və ermənlər tərəfindən işğal olunmuş azərbaycan ərazilərinə 
azərbaycanlılara  məxsus  tarixi  və  mədəni  abidələrinn  dağıdılması  ilə  bağklı 
məlumatların  toplanılması  məqsədilə  Milli  Təhlükəsizlik  Nazirliyinin  müvafiq 
qurumlarının  imkanları  ilə  erməni  əsirliyindən  azad  olunmuş  şəxslərin  sorğulatrı 
keçirilmişdir. Sorğular  nəticəsində əsirlikdən olmuş şəxslərin işğal olunmuş Şuşa, 
Ağdam,  Füzuli  və  digər    əraziərdə  abidələrin  dağıdılmasının  şahidi  olduqları 
müəyyən edilmişdir. 
Belə  ki,  1994-cü    ilin  yanvar    ayında    əsir  düşmüş  Siyəzən  kənd    sakini 
Qəniyev Ariz Məhərrəm oğlu öz ifadəsində göstərir: 
-
 
“Şuşada  saxlanırlarkən  erməni  hərbiçiləri  məni  digər    əsirlərlə  birlikdə 
azərbaycanlıların  dəfn  edildiyi  qəbirstanlığa  işləməyə  aparmışdılar.  Onlar    bizi 
mərmər və qədim qəbir daşlarını sökməyə məcbur edirdilər. Mərmər daşlarını XX  
əsrin  əvvəllərində  erməni  terror  dəstələrinə  başçılq  etmiş  Andranikin  Şuşada 
abidəsinin tikintisində istifadə edir, qədim qəbir daşlarını isə Yerevana aparırdılar”. 
-  1993-1996-cı  illərdə  əsirlikdə  olmuş  Salyan    şəhər  sakini  Məmmədov 
Vəliəhd  Adil  oğlu  təqdim  etdiyi  izahatında  Əli-Bayramlı  şəhər  sakini  Abdullayev 
Rövşən  və  digər  azərbaycanlı  əsirlərlə  birgə  Şuşa  məscidinin  mərmər 
döşəmələrinin  sökülməsində  iştirak  etdiyini  bildirmişdir.  Bülbülün  ev  muzeyində 
işləyərkən,    onun  büstünün    təhqir    olunmuş  və  güllələnmiş  halda  həyətin  bir  
küncünə  atıldığının  şahidi  olmuşdur.  Şuşa    alayının  hər    hansı  bir    avtoparkında 
Azərbaycanını  hansısa  rayonundan  sökülüb  gətirilmiş,  kimə  məxsus  olduğu  
xatırlamadığı  bir  bürüncdən  olan  heykəlin  saxlanıldığını,  işğal  altında  olan 
rayonlardan  azərbaycanlıların  qəbirlərinin  qiymətli  baş  və  sinə  daşlarının 
dağıdıldığını  görmüş,  həmçinin  Oğuz  rayon  sakini  Kərimov  Kazımdan  Şuşada 
Molla  Pənah  Vaqifin  heykəlinin  ətrafındakı  döşəmələrin  sökülüb  naməlum 
istiqamətlərə  aparılması  barədə  eşitdiyini  bildrimişdir.  1993-1996-cı  illərdə 
əsirlikdə  olmuş  Kərimov  Kazım  izahatında  bu  faktı  təsdiqləmiş,  əlavə  olaraq 
bildirmişdir  ki,  İbrahim  xanın  qəbir  daşları,  Şuşa  hamamının  yanında  yerləşən 
məscidin  mərmərləri  sökülüb  aparılmışdır.  Bunlardan  ermənilər  şəxsi  mənafeləri 
üçün  istifadə  edirdilər.  Kazımov  həmçinin  öz  izahatında    göstərir  ki,  erməni 
vandalları  Şuşanın  mərkəzi  parkında  ucaldılmış  Üzeyir  Hacıbəyovun  heykəlini 
uçuraraq  avtomaşın  parkına  atmışdılar.  Erməni  gözətçisi  heykəli  göstərərək 
təhqiramiz ifadələr işlətmişdir.  
-
 
1994-1995-ci  illərdə  erməni  hərbi  əsirliyində  olmuş  Neftçala    rayon 
sakini  Abdullayev  Yaşar  Əbdüləli  oğlu  isə  Xankəndində  saxlanılarkən 
azərbaycanlıların  qəbirlərinin  baş  və  sinə  daşlarının  (qranit,  mərmər)  ora 
gətirildiyi, Şuşada  azərbaycanlı qəbirstanlığının dağıdıldığını və heykəllərin güllə 

40 
 
ilə  vurulduğunun  şahidi  olmuşdur.  Ermənilər  həmin  heykəllərə  və  abidələrə 
azərbaycanlı əsirlərin hər vəchlə baxmasına  mane olmağa  çalışırdılar. Abdullayev 
öz  izahatında  Şuşa  şəhərində  hətta  kiçik  bir  hasarların  belə  sökülərək  xaç  şəkilli 
dərilərlə əvəz edildiyini qeyd  edir. 
-
 
1993-1996-cı  illərdə  əsirlikdə  olmuş  Şəmkir    rayon  Çinarlı  kənd  sakini 
İsmayılov  Yunis  Suca  oğlu  öz  ifadəsində  göstərir  ki,  Şuşada  yerləşən  Vaqif 
məqbərəsi,  Şuşa  məscidi  və  digər  mədəniyyət  abidələri  sökülərək  içərisindəki 
qiymətli əşyalarla birlikdə Ermənistana daşınırdı. Ü.Hacıbəyovun ev muzeyindəki 
əşyaları talanaraq Ermənistana daşınmış, həmin binadan  isə ermənilər  yaşayış evi 
kimi istifadə etmişlər.  
Həmin kəndin digər sakinin əsirlikdə olmuş 1977-ci il təvəllüdlü Rəcəbov  
nailin  ifadələrində  də  yuxarıdakılar  təsdiqlənir,  əlavə  olaraq  Şuşadakı 
qəbiristanlıqdan  gətirilmiş  baş  daşlarını  separatçı-terrorçu  rejimin  rəhbərlərinin 
oturduğu  binanın  qarşısına  düzüldüyü  göstərilir.  O,  həmçinin  Şuşadakı 
Konservatoriyanın və qədim hamamın da  tamamilə dağıldığını qeyd  edir. 
Əsirlikdə olmuş daha bir  şəxs  Şükürov Şükür  Yaşar  oğlu  bildirmişdir 
ki,  Şuşa  şəhərində  qədim  Alban  kilsəsi  kimi  tanınan  tarixi  abidə  ermənilər 
tərəfindən “restavrasiya” olunaraq  xarici görkəmində müəyyən dəyişiklər  etmişdir 
və  bundan  sonra  işğalçılar  abidənin  guya  özlərinə  məxsus  olduğunu  iddia  
etmişdilər.  İsmayılov  Yaşar  Vilayət  oğlu    isə  ermənilərin  azərbaycanlı  ədiblərə 
ucaldılmış  heyəklləri  dağıdaraq  əvəzində  özlərinə  məxsus  heyəklləri  qoyacaqları 
barədə söhbətlər  eşitdiyini bildirmişdir.  
Şuşadakı tarixi abidələrin dağıdılmasını təsdiq edən daha  bir  şəxs, 1993-
1995-ci  illərdə  əsirlikdə  olmuş  Oğuz  rayonu  Qumlaq  kənd  sakini  Ramazanov 
Rəsul  Nemət  oğlu  izahatında  göstərmişdir  ki,  Şuşa  şəhəri  yaxınlığındakı  baş 
daşlarının,  qədim  azərbaycanlıların  qəbiristanlığındakı  baş  daşlarının,  qədim 
türbələrin, qiymətli plitələrdən ibarət olan döşəmələrin, həmçinin şəhər  məscidinin 
söküldüyünün şahidi olmuşdur. Onun  sözlərinə görə, həmin əşyalar  Ermənistana  
daşınırdı.  
Keçirilmiş  sorğular    zamanı  işğal  olunmuş  ərazilərdə  ictimai  və  yaşayış 
obyektlərinin  də  sökülərək  Ermənistana  daşınmasını  bildirən  Biləsuvar  rayon 
sakinləri  -  1992-1995-ci  illərdə  əsirlikdə  olmuş  Əliyev  Həbib  Əlibala  oğlu  və 
1994-1996-cı  illərdə  əsirlikdə  olmuş  Həbib  Əlibala  oğlu  da  ermənilər    tərəfində 
tarixi abidələrin dağıdılması faktını təsdiq  etmişlər.  
Beyləqan  rayon  sakinləri  Sarıyev  Əli  Zöhrab  oğlu  Şuşa  türməsində 
saxlanılan  zaman,  Kəlbəcər  rayonundan  Mikayıl,  Qaradağ  rayonun  Sahil 
qəsəbəsidən  İqor  Əliyev,  Füzuli  rayonundan  Qaraxan,  Sədrəddin  və  Elxan, 
Abbasov  Natiq  və  İsmayılov  Ələddin  Şuşa  şəhərində  və  Ağdam  rayonunun  bir  
neçə  kəndində  ermənilər  tərəfindən  azərbaycanlı  qəbirstanlığında  ağ  və  qara  
mərmərdən olan məzarların baş və sinə daşlarının sökülməsinə məcbur edilmişlər. 
N.Abbasovla  keçirilmiş  sorğu  zamanı  onun  adları  xatırlamadığı  bir  neçə 

41 
 
azərbaycanlı  əsirlərlə  birlikdə  Füzuli  şəhər  qəbirisitanlığında  mərmərdən  olan  bir  
məzarın  baş  və  sinə  daşlarının  Şuşa  şəhərinə  aparılmasında  iştirak  etdiyini 
bildirmişdir.  Digər  əsir  və  girovlarla  keçirilmiş  sorğular  zamanı  müəyyən 
edilmişdir ki, onların əməyindən əsasən, işğal olunmuş ərazilərdə sökülmüş tikinti 
materiallarının  Xankəndi  şəhərinə  və  Ermənistan  Respublikasına  daşınmasında  
istifadə olunmuşdur. Həsənabad  kəndində Samvel  Babayana  məxsus  istixana və 
digər tikililərin inşasında da  istifadə olunmuşdur.  
“İRS-Nasledie”  beynəlxalq    jurnalının  2002-cı  ilin  4-cü  sayında    dərc  
olunmuş  (müəllif:  Adil  Rəcəbli)  “Faktı  bğöt  v  kolokol!  Prisluşaytesğ!” 
məqaləsindən  1994-cü  ildən  Ermənistan  və  Azərbaycan  Respublikasının  işğal 
olunmuş  ərazilərində  azərbaycanlı  əsir  və  girovların  saxlanıldığı  altı  düşərgənin 
mövcudluğu  haqqında  məlumat  vermişdir. 
Ermənistan  silahlı  qüvvələrinin  faşist  metodları  ilə  apardıqları  mübarizə 
nəticəsində  Azərbaycanın  on  iki  rayonu  işğal  olunmuşdur,  iyirmi  dörd  min 
soydaşımız öldürülmüş, dörd min nəfər əsir  götürülmüşdür. Əsir düşənlərin böyük 
bir  qismi uşaqlar, qocalar  və qadınlar  təşkil edir. İtgin düşmüş insanların ümumi 
sayı dörd min doqquz yüz altmış beş nəfərdir. Onların üç yüz iyirmisi qadın, altmış 
doqquzu uşaqdır. Erməni əsirliyindən azad  olmuş 3125 nəfərin 222 qadın, 125-i 
uşaqlardır.  
Erməni vandalları tərəfindən yaradılmış altı qadın və uşaq  əsir  düşərgəsi 
haqqında  məlumat  vardır: 
Vardenis uşaq  düşərgəsi (250 nəfər) 
Razdan uşaq düşərgəsi (180 nəfər) 
Xankəndi uşaq  düşərgəsi (180 nəfər) 
Geçaşen qadın düşərgəsi (320 nəfər) 
Cermuk qadın düşərgəsi (250 nəfər) 
Kəlbəcər  qadın düşərgəsi (150 nəfər) 
Erməni  ordusu  tərəfindən  870  yaşayış  məntəqəsi,  10  rayon  məhv 
edilmişdir.  Erməni  qəsbkarları  tərəfindən  43666  inzibati  obyekt,  1145  uşaq 
bağçası,  1831  kinoteatr,  982  kitabxana,  862  mədəniyyət  mərkəzi  və  mədəniyyət 
evləri,  695  orta  məktəb,  200-ə  qədər  tibb  ocağı,  22  muzey  və  1  ali  tədris 
müəssisəsi, 7 min sənaye və tikinti obyekti, kolxoz və sovxozlar, ticarət binaları, 9 
min kvadratmetr yaşayış ərazisi viran qoyulmuşdur. İşğalçı Ermənistan ordusu zəbt 
edilmiş  ərazilərdə  həmçinin xalqımızın  milli-mənəvi irsinin tərkib hissəsini təşkil 
edən  mühüm  mədəniyyət,  tarixi  və  dini  abidələri  məhv  etmişdir.  İşğal  olunmuş 
ərazilərdə  32  məscid,  44  kilsə,  21  tarixi  sitayiş  yerləri,  13  qüllə,  22  kurqan,  8 
körpü,  9  saray,  4  qızıl qazıntısı,  2  qranit  və  daş  karxanası,  karvansaray,  2  dövlət 
qoruğu məhv edilmişdir. 808 mədəniyyət mərkəzi, o cümlədən 85 musiqi məktəbi, 
o cümlədən onlarla rəsm qalereyası, istirahətparkı, teatrlar və konsertzalları erməni 
qəsbkarlarının işğalı altında qalmışdır. 

42 
 
Postsovet  məkanında  yeganə  olan  Ağdam  Çörək  muzeyi  darmadağın 
edilmişdir. Kəlbəcər muzeyinin 13 min, Laçın Tarix-Diyarşünaslıq muzeyinin isə 
45 min qiymətli eksponatı Ermənistana daşınmışdır. Habelə Şuşa Tarix muzeyinin 
500 , Azərbaycan Dövlət Xalçaçılıq və Xalq Yaradıcılıq muzeyinin Şuşa filialının 
eksponatları,  Qarabağ  Tarix  muzeyinin  1000,  dahi  Azərbaycan  bəstəkarı  Üzeyir 
Hacıbəyovun  muzeyinin  300,  vokal  sənətinin  görkəmli  nümayəndəsi  Bülbülün 
muzeyinin  400,  görkəmli  musiqiçi  və  rəssam  Mir  Möhsün  Nəvvabın  muzeyinin 
100,  Ağdam  Tarix-Diyarşünaslıq  Muzeyinin  2000,  Qubadlı  Tarix-Diyarşünaslıq 
Muzeyinin  3000,  Zəngilan  Tarix-Diyarşünaslıq  muzeyinin  6000  eksponatı  qarət 
edilmişdir.  Ağdamda  Qurban  Pirimovun  muzeyi  və  Rahib  Məmmədovun  hərbi 
muzeyi 
məhv 
edilmişdir. 
Azərbaycan 
mədəniyyətinin 
görkəmli 
nümayəndələrindən  olan  Vaqifin,  Natəvanın,  Ü.Hacıbəyovun,  Bülbülün,  əmək 
qəhrəmanı S.Vəzirovun, müharibə qəhrəmanı L.Vəzirovun abidələri dağıdılmışdır. 
982 kitabxana və 5 kitab fondunun 6 milyon nümunəsi qarət edilib yandırılmışdır. 
Füzuli  rayonu  Üçbulaq  kənd  sakini  Ə.Əkbərov  yazdığı  izahatında 
göstərmişdir  ki,  1988-ci  ildən  başlayaraq  erməni  quldurları  mütəmadi  olaraq 
onların yaşadıqları kəndlərə silahlı basqınlar etmiş, mal-qaranı oğurlamışlar. 
1988-ci  ildən  başlayaraq  Dağlıq  Qarabağ  ərazisində  Hoğa  kənd  sakini, 
milliyyətcə  erməni,  riyaziyyat  müəllimi  işləyən  Melkumyan  Nikolay  Markara 
oğlunun  rəhbərlik  etdiyi  erməni  cəmiyyəti  fəallaşmağa  başlamışdır.  Həmin 
cəmiyyət  Qarabağın  Ermənistana  birləşdirilməsi  üçün  geniş  təbliğat  və  digər 
pozuculuq  fəaliyyətləri  ilə  məşğul  idi.  Bundan  başqa  Tuğ  kənd  sakini,  məktəb 
partiya  təşkilatının  katibi  olmuş  Qriqoryan  Vigen,  sovxoz  direktorunun  müavini 
işləmiş Yoqa, Tuğ kəndi üzrə sahə müvəkkili, polis baş leytenantı olmuş Ediq və 
başqaları  Qarabağın  Azərbaycandan  qoparılması  istiqamətində  xüsusi  fəallıqları 
ilə seçilmişlər. 
1991-ci ilin sentyabr ayında Hacıyev Rafiq Ədil oğlu, Hüseynov Nizami 
Adışirin  oğlu,  Hüseynov  Zülfüqar  Adışirin  oğlu  və  Qəhrəmanov  Əhliman 
Qəhrəman  oğlu  rus  hərbiçilərinə  bələdçilik  edərək  qonşu  erməni  kəndlərində 
pasport  rejimini  yoxlamaq  məqsədilə  Hadrut  rayonunun  Gilədiz,  Məmmədzor, 
Tuğ, Azığ, Draktik, Hatant,  Əhəngli  və  Sussalıq kəndinə  və  rayonun  ən  hündür 
meşəlik  ərazisində  yerləşən  Qalaya  getməyi  planlaşdırmışlar.  Onlar  Hatant 
kəndini yoxlayan zaman kəndin kənarında yerləşmiş quşçuluq fermasında 90 dəst 
hərbi geyim aşkar etmişlər. Rus hərbçilərindən olan dəstələr Gilədiz kənd sakini, 
silah  düzəldən  Melik  müəllimin  evindən  odlu  silah,  Draktik  kəndində  Yaşanın 
evindən bir ədəd beşatılan və radioəlaqə qurğusu aşkar edərək götürmüşlər. 
Sonra  rus  hərbçiləri  tərəfindən  Xankəndidən  Hadruta  gedən  yeni 
salınmış  şose  yolda  reydlər  keçirildi.  Reydlər  zamanı  Ermənistandan 
Azərbaycanın Dağlıq Qarabağ ərazisinə qanunsuzgətirilmiş 1 ədəd “QAZ-24”, 1 
ədəd “ZİL-130”  markalı maşınlar müsadirə edildi. Məmmədəzor kənd sakininin 

43 
 
idarə  etdiyi  “ZİL”  markalı  maşından  2  ədəd  əl  qumbarası  aşkar  edilərək 
götürülmüşdür. 
1992-ci  il  mart  ayının  16-da  erməni  quldurları  meşəlik  ərazidən  avtomat 
silahı  ilə  kənd  sakini  Kərim  Kərimovu  yaralamışlar.  Elə  həmin  gün  erməni 
quldurları Füzuli şəhərinə 10-dan çox “Qrad” raketi atmış və nəticədə bir neçə dinc 
sakin,  o  cümlədən  onun  həmkəndlisi  Murtuzayev  Qadir  Hərbiyyə  oğlu  həlak 
olmuşdur. 
1992-ci  il  fevralın  14-də  isə  Govşadlı  kəndi  yaxınlığında  2  nəfər 
azərbaycanlı  minaya  düşmüşlər.  Onlardan  Quliyev  Bayram  Əyyub  oğlu  həlak 
olmuş,  Babayev  Yusif  Cahangir  oğlu  isə  ağır  yaralanaraq  birinci  qrup  əlil 
olmuşdur. 
1992-ci il martın 31-də Manvel adlı erməninin başçılıq etdiyi 60 nəfərdən 
ibarət  quldur  dəstəsi  Üçbulaq  (Hoğa)  kəndini  işğal  etmiş,  3  nəfər  kənd  sakinini 
qətlə  yetirmiş,  1  nəfər  girov  götürülmüş,  evlər  talan  edilərək  yandırılmışdır. 
Manvelin dəstəsinin 60 nəfərdən ibarət olmasını Düdükçü kənd sakini Hayka adlı 
erməni ona hadisədən bir müddət əvvəl danışmışdır. 
Erməni quldur dəstələri 1993-cü il aprelin 2-də isə Gövşadlı kəndini işğal 
etmişlər. 
İşğal zamanı hər iki kənddən 11 nəfər şəhid olmuş, 38 nəfər yaralanmış, 
onlardan 17 nəfəri əlil olmuşlar. 
- 1958-ci ildə Füzuli rayonunun Üçbulaq (Hoğa) kəndində anadan olmuş, 
orta  təhsilli,  ailəli  Ələkbərov  Allahverdi  Xanlar  oğlu  ərizəsində  göstərmişdir  ki, 
1992-ci  il  martın  30-da  idarə  etdiyi  “ZİL”  markalı  maşınla  həmkəndlisi  Quliyev 
Elman Qubad oğlu ilə birlikdə səngərdə yaralanmış Cəfərov Elyar Bəxtiyar oğlunu 
rayonun  mərkəzi  xəstəxanasına  aparan  zaman  Üçbulaq  kəndi  qəbiristanlığının 
yaxınlığındakı  şose  yolunda  maşının  altında  partlayış  baş  vermişdir.  Partlayış 
zamanı  maşın  sağ  tərəfə  aşmış  və  yanmağa  başlamışdır.  Bu  vaxt  ermənilər 
kənardan  avtomat  silahları  ilə  onları  atəşə  tutmuşlar.  O,  maşından  düşərək 
yaxınlıqdakı  üzümlüyə  qaçmışdır  və  maşına  qayıdan  zaman  Elyarın  və  Elmanın 
maşından  kənarda  olduqlarını  və  sonuncunun  yandığını  görmüşdür.  Bir  müddət 
sonra  sovxozun  direktoru  Hacıyev  İlyas  Ədil  oğlu  maşınla  onların  köməyinə 
gəlmişdir.  Elmanın  bədəninin  çox  hissəsi  yandığından  vəfat  etmişdir.  Hadisə  yeri 
jurnalistlər tərəfindən lentə alınmışdır. 
Qarabağ  münaqişəsində  itkin  düşmüş  Qubadlı  rayonu  Qaracallı  kənd 
sakinləri  1930  -  cu  il  təvəllüdlü  Abdullayev  Köçəri  İslam  oğlu,  həyat  yoldaşı  -
1934- cü il təvəllüdlü Abdullayeva Roza Nəsib qızı və oğlu - 1966-cı il təvəllüdlü 
Abdullayev Zahid Köçəri oğlunun sonrakı talelərinin araşdırılması zamanı, onların 
itkin düşmə şəratinin şahidi K. Abdullayevin bacısı - Binəqədi rayonu 3-cü mədən, 
korpus  92-də  yaşayan,  1946-cı  il  təvəllüdlü  Əhmədova  Raya  İslam  qızı  müəyyən 
edilmiş və onunla yuxarıda adları qeyd edilən şəxslərin itkin düşmə şərati barədə 
əlaqədar qurumlar tərəfindən söhbət aparılmışdır. 

44 
 
Söhbət zamanı R.Əhmədova bildirmişdir ki, o, 1993-cü il avqustun 30-da 
Qubadlı  rayonunun  işğalı  zamanı  bacısı  Abdullayeva  Minayə  İslam  qızı, 
K.Abdullayev  həyat  yoldaşı  Roza  və  oğlu  Zahid  Abdullayev,  yaxın  qohumları 
Zülfünaz adlı qadınla birlikdə avtomobillə Qaracallı kəndindən çıxarkən, Qubadlı 
rayonunun Bala Soltanlı kəndində erməni yaraqlıları tərəfindən atəşə tutulmuşlar. 
Atəş nəticəsində R.Əhmədova ağır yaralanmış, adları qeyd edilən digər şəxslər isə 
hadisə  yerində  həlak  olmuşlar.  Ermənilər  onlara  yaxınlaşanda  həlak  olduqlarını 
görmüş  və  R.Əhmədovanın  yaralandığından  öləcəyini  zənn  edib  hadisə  yerindən 
uzaqlaşmışlar.  O,  yaralı  vəziyyətdə  1993-cü  il  avqustun  31-də  özünü  rayon 
mərkəzinə  çatdırmış  və  sonradan  Ələt  qəsəbəsində  yerləşən  hospitalda 
yerləşdirilmişdir. 
1993-cü  ildə  Xocavənd  rayonunun  Qaradağlı  kəndində  anadan  olmuş, 
azərbaycanlı, Sumqayıt şəhəri, 48-ci məhəllə, bağlar sahəsində yaşayan Doluxanov 
Məhkəmə  Müseyib  oğlu  1992-ci  il  fevralın  17-də  Qaradağlı  kəndinin  müdafiəsi 
zamanı digər həmkəndliləri ilə birgə ermənilər tərəfindən əsir götürülmüş və 1992-
ci il martın 30-dan Xankəndi xəstəxanasında saxlanılmışdır. M.Doluxanov erməni 
əsirliyindən mərhum Allahverdi Bağırovun vasitəçiliyi ilə dəyişdirmə yolu ilə azad 
edilmişdir. 
Qarabağ  münaqişəsi  zamanı  itkin  düşmüş  şəxslərin  siyahısından  keçən 
1982-ci  il  təvəllüdlü,  azərbaycanlı,  Xocalı  şəhər  sakini  Ağayev  Allahverdi  Səttar 
oğlu  barəsində  aparılmış  araşdırmalar  zamanı  məlum  olmuşdur  ki,  1992-ci  il 
fevralın 26-da  digər  yaxın qohumları  ilə  birlikdə  Xocalı şəhərini tərk etmiş,  yolu 
azdıqları  üçün  iki  gün  qarın  üstündə  meşədə  qalmış,  aclığa  və  soyuğa  tab 
gətirməyərək  vəfat  etmişdir.  Bu  zaman  Səttar  Ağayev  (Allahverdinin  atası)  və 
digər azərbaycanlıları girov götürmüş ermənilər Allahverdinin meyitini götürməyə 
qoymadıqları  üçün  atası  paltosunu  çıxarıb  onu  bükmüş  və  10  yaşlı  oğlunun 
cəsədini meşədə qoymaq məcburiyyətində qalmışdır. 
Girov  götürüldükdən  sonra  S.Ağayev  və  digər  Xocalı  şəhər  sakinləri 
ermənilər  tərəfindən  Dəhraz  kəndi  yaxınlığında  yerləşən  tövləyə  aparılmışlar. 
Orada  iki  gün  ağır  işgəncələrə  məruz  qalaraq  saxlanıldıqdan  sonra,  S.Ağayev 
şikəst  vəziyyətdə  18  nəfər  digər  Xocalı  sakinləri  ilə  birgə  girovların  arasından 
seçilərək, ermənilər tərəfindən “KamAZ” markalı avtomaşınla Xankəndi şəhərinə 
aparılmışdır.  S.Ağayev  Xankəndi  həbsxanasında  35  gün  saxlanıldıqdan  sonra, 
vəziyyəti ağırlaşdığı  üçün 1992-ci il  martın 31-də 9  nəfər  Xocavənd rayon sakini 
və 1 nəfər həmyerlisi ilə birgə ermənilər tərəfindən azad edilmişdir. 
Ermənilərin  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  regionunda, 
eləcə  də  həmsərhəd  rayonlarda  azərbaycanlılara  qarşı  törətdikləri  cinayətlər, 
vandalizm  aktları  barəsində  məlumatların  toplanılması  istiqamətində  keçirilən 
tədbirlərlə  əlaqədar  Azərbaycan  Respublikası  Baş  Prokurorluğundan  daxil  olmuş 
bir neçə cinayət işinin materialları, o cümlədən 1991-ci il iyun ayının 27-dən 28-nə 
keçən  gecə  Azərbaycan  Respublikası  Xocavənd  rayonunun  Qaradağlı  kəndi 

45 
 
ərazisində  yerləşən  N.Nərimanov  adına  kolxoza  məxsus  iribuynuzlu  mal-qara 
fermasının  6  nəfər  işçilərinin  qətlə  yetirilmələri  faktı  ilə  əlaqədar  1991  -ci  il 
iyunun  28-də  Şuşa  şəhərində  Vilayət  Əməliyyat  İstintaq  Qrupunun  müstəntiqi 
R.Mirzəyev  tərəfindən  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  70,  88-1, 
94-cü maddəsinin 4-cü və 6-cı bəndləri üzrə 32996 saylı cinayət işi qaldırılmışdır. 
İşin təhlili zamanı məlum olmuşdur ki, iyunun 28-də N.Nərimanov adına 
kolxozun  işçilərinin  yaşadıqları  birmərtəbəli,  beşotaqlı  ev  erməni  quldurları 
tərəfindən  atəşə  tutulmuş,  nəticədə  6  nəfər  azərbaycanlı  -  1935-ci  il  təvəllüdlü 
Şirinova  Qaragöz  Habil  qızı,  onun  oğlu,  fermada  sağıcı  işləyən,  1962-ci  il 
təvəllüdlü  Şirinov  İltifat  Əjdər  oğlu,  sağıcı,  1936-cı  il  təvəllüdlü  Əliyeva  Səbiqə 
Mürsəl  qızı,  sağıcı,  1924-cü  il  təvəllüdlü  Hüseynova  Məxmər  Məcid  qızı, 
naxırçılar, 1948-ci il təvəllüdlü Tağıyev Bakir Qaçay oğlu və 1936-cı il təvəllüdlü 
Məmmədov  Tohid  Cəlil  oğlu  xüsusi  amansızlıqla  qətlə  yetirildikdən  sonra 
otaqların  birində  balon  qazı  vasitəsilə  yandırılmışlar.  Sonra  ermənilər 
N.Nərimanov  adına  kolxoza  məxsus  41  baş  mal-qaranı  oğurlayıb  aparmışlar. 
Həmin  vaxt  erməni  quldur  dəstələri  Qaradağlı  kəndində  olan  azərbaycanlıların 
yaşayış evlərini müxtəlif istiqamətlərdən odlu silahlarla atəşə tutmuş, nəticədə bir 
çox  evlərə  ciddi  ziyan  dəymiş  və  üç  sakin  yaralandıqlarına  görə  xəstəxanaya 
aparılmışlar. 
İş  üzrə  keçirilmiş  istintaq  hərəkətləri  zamanı  hadisə  ilə  bağlı  1959-cu  il 
təvəllüdlü  Azərbaycan  Respublikası  Xocavənd  Kəndkürd  kənd  sakini  Səfəryan 
adına  kolxozda  traktorçu  işləyən,  milliyyətcə  erməni  Petrosyan  Samvel 
Vanyayeviç,  1957-ci  il  təvəllüdlü,  Azərbaycan  Respublikası  Xocavənd  rayonu 
Muşkapat kənd sakini, milliyyətcə erməni Petrosyan Karo Anuşavanoviç, 1944-cü 
il  təvəllüdlü,  Muşkapat  kənd  sakini,  milliyyətcə  erməni  (14.04.1981-ci  il  tarixdə 
XY-YG  N  613134,  Xocavənd  RDİŞ  tərəfindən  pasport  verilib).  Petrosyan  Şahen 
Rubenoviç, 1960-cı il təvəllüdlü, milliyyətcə erməni, Xocavənd rayon kənd sakini 
( XIY-JQ N 543253), Xocavənd RDİŞ tərəfindən pasport verilib) Osvenyan Norik 
Vazgenoviç,  1964-cü  il  təvəllüdlü,  milliyyətcə  erməni,  Azərbaycan  Respublikası 
Xocavənd rayonu Muşkapat kənd sakini Sarkisyan Aleksandr Benikoviç, 1962-ci il 
təvəllüdlü, milliyyətcə erməni, (17.10. 1978-ci il tarixdə Azərbaycan Respublikası 
Xocavənd  rayonu  RDİŞ  tərəfindən  ona  YI-JQ  seriyalı,  539646  saylı  pasport 
verilmişdir) Xocavənd Muşkapat  kənd sakini Davidyan Yuri Aşotoviç, 1937-ci  il 
təvəllüdlü,  milliyyətcə  erməni,  kənd  orta  məktəbində  müəllim  işləyən,  Xocavənd 
rayonu Qriqoryan Şahmurad Qriqoryeviç şahid qismində ifadə vermişlər. 
K.Petrosyan  1991-ci  il  iyunun  29-da  şahid  qismində  dindirilərkən 
müstəntiqin sualına cavab olaraq bildirmişdir ki, 1991-ci il iyulun 28-də əməliyyat-
istintaq  qrupu  tərəfindən  ondan  götürülmüş  təklüləli  Q  08191  N-li  ov  tüfəngi 
Sverdlov  adına  kolxoza  məxsusdur  və  gözətçi  Dadamyan  Mişaya  təhkim 
edilmişdir. 

46 
 
Eyni  zamanda  K.Petrosyan  verilmiş  suala  cavab  olaraq  bildirmişdir  ki, 
1991-ci il iyulun 28-də gecə Sverdlov adına kolxoza məxsus fermada baytar həkim 
Sarkisyan  Surik  Abkaroviç,  kolxozçu  Musaelyan  Arutyun,  sürücü  Ulubabyan 
Şaqen və briqadir Sarkisyan Yuri adlı ermənilər qalmışlar. 
-  A.Sarkisyan müstəntiqin sualına cavab olaraq ifadəsində bildirmişdir ki, 
Qaradağlı kəndinin fermasında baş vermiş hadisədən iki gün əvvəl Aşan kəndinin 
mal-qarası oğurlanmış və Qaradağlı kəndinə aparılmışdır. Bundan sonra Aşan kənd 
sakinləri olan erməni quldurları axşam kəndə gələrək 6 nəfər sakini qətlə yetirmiş 
və  mal-qaranı  oğurlayaraq  Spitakaşen  kəndinə,  oradan  isə  Aşan  kəndinə 
aparmışlar. 
A.Sarkisyan suala cavab olaraq Xocavənd rayonunda tədarük kontorunda 
işləyən Serjik və Vasyak adlı erməniləri quldur kimi tanıdığını bildirmişdir. 
-  Y.Davidyan  müstəntiqin  sualına  əsasən  ifadə  verərkən  bildirmişdir  ki, 
Xocavənd  rayonunda  yaşayan  Vasyak  adlı  erməni  beşatılan  “Karabin”  markalı 
tüfəngi  mühafizə  məqsədilə  kolxoza  vermişdir.  Bundan  sonra  həmin  tüfəng 
patronları ilə birlikdə fermada Norik adlı ermənilərdə saxlanılmışdır. 
İşin  təhlili  zamanı  1992-ci  il  iyulun  29-da  ibtidai  istintaqın  uzadılması 
barədə  tərtib  edilmiş  qərar  müəyyən  edilmişdir.  Həmin  qərarda  göstərilmişdir  ki, 
ermən  quldurları  Xocavənd  rayonunun  Qaradağlı  kəndinə  basqın  edərək  kənddə 
olan  yaşayış,  ictimai  və  fərdi  binaları  bütün  əmlakları  ilə  birlikdə  yandırıb  məhv 
etmiş,  kənd  əhalisindən  47  nəfərini  girov  götürmüş,  49  nəfərini  isə  xüsusi 
qəddarlıqla qətlə yetirmişlər. 
İşin II cildinin təhlili zamanı VƏİQ-nin müstəntiqi Q.Zeynalov tərəfindən 
1991-ci il avqustun 9-da müttəhim qismində cəlb olunmaq haqqında tərtib olunmuş 
qərarda  göstərilmişdir  ki,  1938-ci  ildə  Azərbaycan  Respublikası  Xocavənd 
rayonunun Aşan kəndində anadan olmuş, milliyətcə erməni, ailəli, Aşan kəndinin 
Levon  Mirzoyan  adına  kolxozunun  sədri  vəzifəsində  işləyən  Balayan  Emil 
Vartanoviç  erməni  quldur  dəstəsinə  daxil  olaraq  Dağlıq  Qarabağ  ərazisində  ağır 
cinayət  törətmişdir.  Belə  ki,  E.Babayan  1991-ci  il  iyulun  28-də  gecə  saat  10 
radələrində  silahlı  quldur  dəstəsi  ilə  Xocavənd  rayonunun  Qaradağlı  rayonuna 
məxsus  fermaya  gələrək  6  nəfər  azərbaycanlını  qətlə  yetirmiş,  sonra  onları 
yandırmışdır. 
Qeyd  olunanlarla  əlaqədar,  E.Babayanın  Azərbaycan  Respublikası 
Cinayət Məcəlləsinin 70, 94 və 88-1 bəndi ilə müqəssir olduğu elan edilmişdir. 
1991-ci  avqust  ayının  9-da  Şuşa  şəhərində  Balayan  Emil  Vartanoviçin 
barəsində  həbs  qəti-imkan  tədbiri  seçilməsi  haqqında  qərar  tərtib  edilmişdir. 
E.Babayan  müqəssir qismində  dindirilmə  zamanı törədilmiş cinayətdə  özünü tam 
təqsirli  hesab  etmiş  (cinayət  işinin  təhlili  zamanı  sonradan  E.Babayan  cinayətin 
törədilməsində  iştirak  etmədiyini  bildirmişdir.  Lakin  həbs  edilmiş  A.Qriqoryanla 
üzləşmə  zamanı  o,  E.Babayanın  da  6  nəfərin  qətlə  yetirilməsində  iştirak  etdiyini 
göstərmişdir) və müstəntiqin suallarına cavab olaraq bildirmişdir ki, onun yaşadığı 

47 
 
kənddə  quldur  dəstəsinin  rəhbəri,  Levon  Mirzoyan  adına  kolxozda  işləyən 
Qabrielyan Jorik Aramoviçdir. Onun dəstəsində Avakyan Armen Rudikoviç, 27-28 
yaşlarında  olan  kolxozçu  İşxanyan  David  Alekseyeviç,  Xankəndidə  Pedaqoji 
İnstitutda təhsil alan Arutunyan Alyoşa  Aşotoviç, 32-33 yaşlarında olan traktorçu 
Petrosyan  Tiqran  Surenoviç,  25  yaşlı,  Spitakaşen  kənd  sakini,  kolxozçu 
Baladanyan  Kamo  olmuşlar.  E.Balayanın  verdiyi  məlumata  görə,  ermənilər 
yaşayan kəndlərdə quldur dəstələri fəaliyyət göstərmişdir. 
E.Babayan  ifadəsində  bildirmişdir  ki,  1991-ci  il  iyun  ayının  27-də, 
təxminən  saat  21.00  radələrində  Sevidyan  Vrejok  adlı  erməni  tərəfindən  idarə 
olunan  kolxoza  məxsus  “ZİL-130”  markalı  maşınla  Gəncə  şəhərində  anadan 
olmuş, təxminən 50-51 yaşlarında olan, E.Babayanın uzaq qohumu, əvvəllər futbol 
komandasının  məşqçisi,  həmin  vaxt  isə  Xankəndi  şəhər  stadionunun  direktoru 
vəzifəsində işləyən Petrosyan Razmik adlı erməni gəlmişdir. 
R.Petrosyan  özü  ilə  böyük  əl  çantasında  Kalaşnikov  avtomat  silahı,  ov 
tüfəngləri  və  əl  qumbaraları  gətirmişdir.  Maşında  Saşa  Qabrielyan,  Norayr 
Xaçaturyan, Armen Autamyan, Artyom adlı ermənilər də olmuşdur. R. Petrosyan 
ona bildirmişdir ki, Qaradağlı kəndinin fermasına basqın etmək lazımdır. 
Razılaşdırılmış vaxtda fermanın yaxınlığında olan E.Babayan orada 15-20 
nəfər  erməninin  olduğunu  görmüşdür.  Həmin  vaxt  R.Petrosyan  əl  çantasından  2 
ədəd Kalaşnikov avtomat silahı, 5 ədəd əl qumbarasını çıxarıb Saşa Qabrielyana və 
Artyoma, ov tüfəngini isə E.Babayana vermiş, özündə isə tapança saxlamışdır. 
Kəndkürd kəndi istiqamətində qırmızı rəngli siqnal raketi atıldıqdan sonra 
erməni  quldur  dəstəsi  Qaradağlı  kəndini  müxtəlif  odlu  silahlardan  atəşə  tutmuş, 
E.Babayan isə bir neçə erməni ilə birlikdə fermaya hücum etmişdir. Atəş səslərinə 
fermadan bir nəfər əli tüfəngli çıxan kimi onu qətlə yetirmişlər. Sonra isə binanı əl 
qumbaraları və odlu silahlarla atəşə tutmuşlar. 
E.Babayanın verdiyi ifadəyə görə, (cinayət işi № 32996, cild N2) fermaya 
silahlı basqın nəticəsində içəridə olmuş 6 nəfər azərbaycanlı qətlə yetirilmiş, sonra 
ermənilər  binaya  daxil  olaraq  onları  yandırmış  və  oradakı  mal-qaranı  aparmışlar. 
1991-ci  ilin  sentyabrın  23-də  Şuşa  şəhərində  1959-cu  ildə  Bakı  şəhərində  anadan 
olmuş,  milliyyətcə  erməni,  ailəli,  əvvəllər  məhkum  olunmuş,  Ermənistan 
Respublikası  Yerevan  şəhəri  2-ci  yaşayış  massivi,  Moldavanyan  küçəsi  ev  13, 
mənzil  34-də  yaşayan  Qriqoryan  Aleksandr  Stepanoviç  müqəssir  qismində  ifadə 
vermişdir.  A.Qriqoryan  verilmiş  suallar  əsasında  ifadəsində  bildirmişdir  ki, 
Qaradağlı kəndinə və fermasına silahlı hücum etmək üçün Aşan kənd kolxozunun 
mühasibi  işləyən  Qrişanın  iş  otağında  (cinayət  işi  №  32996,  cild  №2)  qaynaqçı 
Avakyan  Armen  Rodikoviç,  mühasib  Jora,  avtomaşın  çilingəri  Cavanşir 
Maksimoviç,  fəhlə  Araik,  Artyom,  sürücü  Vrej,  qarajın  mühəndisi  Olen  və 
Qaymyan  Qabriel  Gevorkoviç  toplaşmış  və  əməliyyatın  keçirilməsini 
planlaşdırmışlar.  Armen hücumu  əks etdirən kağıza  çəkilmiş planı stolun üzərinə 
qoyaraq 3 quldur dəstəsinin hansı istiqamətdən hərəkət edəcəyini göstərmişdir. 

48 
 
Milli  Təhlükəsizlik  Nazirliyinin  həyata  keçirdiyi  əməliyyat  -  istintaq 
tədbirləri  zamanı  ermənilərin  vandalizm  aktları  barəsində  aşağıdakı  məlumatlar 
toplanmışdır: 
-
 
Cəbrayıl rayonu Böyük Mərcanlı kənd sakini Nəcəfov Məhərrəm Qulu 
oğlu  yazdığı  ərizəsində  göstərmişdir  ki,  1988  -  1992-ci  illər  ərzində  Robert 
Köçəryan,  Karo  Babayan,  Samvel  Babayan  və  digər  separatçılar  öz  fəaliyyətləri 
nəticəsində  Azərbaycanın  ayrılmaz  hissəsi  olan  Dağlıq  Qarabağda  terror 
hadisələrinin  törədilməsinə,  on  minlərlə  insanın  ölümünə  və  milyondan  çox 
vətəndaşın doğma yurd-yuvalarından didərgin düşməsinə şərait yaratdılar. 
-
 
Füzuli  rayon  sakini  Əhmədova  Şəfiqə  Nüsrət  qızı  yazdığı  ərizəsində 
göstərmişdirki,  1988-ci  ildən  başlayaraq  R.Köçəryan,    A.Qukasyan,  S.Sarkisyan 
və  digərlərinin  separatçılıq  fəaliyyətləri  nəticəsində  Azərbaycan  Respublikasının 
ərazilərinin  20  faizi  işğal  olunmuş,  bir  milyondan  çox  evi  talan  edilmiş 
azərbaycanlı doğma ata-baba yurdlarından didərgin düşmüşlər. 
-
 
Cəbrayıl  rayon  sakini  Quliyeva  Sovet  Sahib  qızı  yazdığı  ərizəsində 
göstərmişdir  ki,  qondarma  Dağlıq  Qarabağ  Respublikasının  rəhbərlərindən  olan 
Karo  və  Samvel  Babayan  qardaşları  Qarabağda  azəri  türklərinə  qarşı  cinayət 
tərkibli  əməllər  törətmişlər.  İndi  isə  separatçı  rejimin  başçısı  A.  Qukasyan 
dünyanı dolaşaraq özünü əzabkeş xalqın nümayəndəsi kimi qələmə verir. 
- Füzuli rayonu Şükürbəyli kənd sakini Həsənov Murad Əhmədxan oğlu 
yazdığı  ərizəsində  göstərmişdir  ki,  Karo  Babayan,  Serj  Sarkisyan,  Samvel 
Babayan  və  digər  separatçılar  1989-1992-ci  illərdə  Azərbaycan  Respublikasının 
ayrılmaz  hissəsi  olan  Dağlıq  Qarabağda  terror  hadisələri  törədərək  on  minlərlə 
azərbaycanlının  qətlə  yetirilməsini  və  milyondan  çox  insanın  doğma  ata-baba 
yurdlarından didərgin düşməsini təşkil etmişlər. 
-  Cəbrayıl  rayonu  Soltanlı  kənd  sakini  Abışova  Zöhrə  Əyyub  qızı 
tərəfindən  yazılmış  ərizədə  göstərilmişdir  ki,  1988-1992-ci  illər  ərzində  Karo 
Babayan,  Samvel  Babayan  və  digər  erməni  separatçıları  Azərbaycan 
Respublikasının  Dağlıq  Qarabağ  bölgəsində  milli  zəmində  ədavəti  qızışdırmış  və 
nəticədə erməni quldurları azərbaycanlılara qarşı qanlı cinayətlər törətmişlər. Belə 
ki, ermənilər minlərlə azərbaycanlını qətlə yetirmiş, Azərbaycanın tarixi ərazilərini 
işğal  edərək  bir  milyondan  çox  insanı  doğma  yurdunda  məcburi  köçkün 
vəziyyətinə salmışlar. 
-  Cəbrayıl  rayonu  Çullu  kənd  sakini  Ağayarov  Murad  Hüsən  oğlu 
ərizəsində  göstərmişdir  ki,  erməni  separatçıları  Karo  və  onun  qardaşı  Samvel 
Babayanlar  1988-1992-ci  illər  ərzində  Azərbaycanın  ayrılmaz  hissəsi  olan  Dağlıq 
Qarabağda milli zəmində gərginliyə rəvac vermiş, sonra isə onların əlaltıları olan 
erməni  quldurları  on  minlərlə  azərbaycanlını  qətlə  yetirmişlər.  M.Ağayarov 
ərizəsində  yazmışdır  ki,  ermənilər  quldur  dəstələri  yaradaraq  beynəlxalq  hüquq 
normalarına məhəl qoymadan azərbaycanlılar yaşayan kəndlərə hücum edib onları 
öldürür və ev-eşiklərini odlayırdılar. 

49 
 
Ərizədə  habelə  göstərilir  ki,  erməni  işğalçıları  Dağlıq  Qarabağdakı 
separatçı-terrorçu 
rejimi 
dünyada 
tanıtmağa, 
doğma 
torpağımızı 
özününküləşdirməyə  çalışırlar. Erməni  millətçiləri  olan Samvel Babayan,  Arkadi 
Qukasyan, Karo Babayan, Robert Köçəryan diyar-diyar gəzərək özlərinin sərsəm 
xülyalarını  gerçəkləşdirmək  üçün  var  gücləri  ilə  çalışırlar.  Onun  sözlərinə  görə, 
erməni  vandalları  azərbaycanlılara  qarşı  görünməmiş  vəhşiliklər  etmiş,  soyqırımı 
həyata  keçirilmiş,  bir  milyondan  artıq  azərbaycanlını  öz  Vətənindən  didərgin 
salmış,  soydaşlarımızın  hüquqları  pozulmuş,  onlara  qarşı  terror  aktları  həyata 
keçirilmişdir. 
-  Cəbrayıl  rayon  sakini  İsmayılov  Fəzail  Kamran  oğlu  ərizəsində 
göstərmişdir  ki,  1988-ci  dən  başlayaraq  Ermənistan  silahlı  qüvvələri  xarici 
dövlətlərdən 
dəstək 
alaraq 
Azərbaycan 
vətəndaşlarını 
öz 
ata-baba 
torpaqlarımızdan  zorla  çıxarmışlar.  Erməni  terrorçuları  azərbaycanlı  uşaqları, 
yaşlıları,  qız-gəlinləri  girov  götürərək  onlara  olmazın  əzablar,  işgəncələr 
vermişlər.  Qatı  millətçi  olan  Samvel  Babayan,  Karo  Babayan,  Serj  Sarkisyan, 
Arkadi  Qukasyan,  Robert  Köçəryan  və  başqalarının  törətdikləri  qanlı  faciələri 
azərbaycanlılar heç vaxt yaddan çıxarmayacaqlar. 
-  Cəbrayıl  rayon  sakini  Səfərli  Hidayət  Hümbət  oğlu  yazdığı  ərizəsində 
göstərmişdir ki, 1993-cü il avqustun 23-də Dağlıq Qarabağ inzibati ərazi bölgüsünə 
daxil  olmayan  53  min  nəfərlik  Cəbrayıl  rayonu  erməni  quldurları  tərəfindən  işğal 
olunmuş  və  əhaliyə,  o  cümlədən  qadınlara,  yaşlılara,  şikəstlərə,  körpə  uşaqlara 
münasibətdə  misli  görünməmiş  vəhşiliklər  törətmişlər.  Karo  Babayan  və  Samvel 
Babayanlar  və  digər  separatçıların  rəhbərliyi  altında  fəaliyyət  göstərmiş  erməni 
quldurlarının rayonu işğal etmələri nəticəsində 14 nəfər şəhid olmuş, 7 nəfər ağır 
bədən xəsarəti alaraq şikəst olmuşdur. Ümumilikdə döyüşlər zamanı təxminən 500 
nəfərə qədər rayon sakini ermənilər tərəfindən qətlə yetirilmişdir. 
-  Füzuli  rayon  sakini  Novruzov  İsa  ərizəsində  göstərmişdir  ki,  1988-ci 
ildən  başlayan  ermənilərin  terror  fəaliyyətləri  nəticəsində  azərbaycanlılar  öz 
doğma yurdlarından didərgin salınmışlar. 
Ermənilərin  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  regionunda, 
eləcə  də  həmsərhəd  rayonlarda  azərbaycanlılara  qarşı  törətdikləri  cinayətlər, 
vandalizm  aktları  barəsində  məlumatların  toplanılması  istiqamətində  keçirilən 
tədbirlərlə  əlaqədar,  Azərbaycan  Respublikası  Baş  Prokurorluğundan  daxil  olmuş 
bir  neçə  cinayət  işinin  materialları,  o  cümlədən  13/636-92  nömrəli  cinayət  işinin 
təhlili  zamanı  məlum  olmuşdur  ki,  1992-ci  il  21  oktyabr  tarixdə  saat  16.30 
radələrində  Tərtər-Kəlbəcər  nəqliyyat  yolunda,  Sərsəng  su  anbarının  1,5  km-də 
hərəkət  edən  “Zil-130”,  “Ural”,  “UAZ-469”,  “Qaz-52”  markalı  avtomobillər  odlu 
silahlardan  atəşə  tutulmuş,  nəticədə  altı  nəfər  (Əsgərov  Salman  Fərman  oğlu, 
Quliyev  Əşrəf  Yunis  oğlu,  Bəylərov  Mahir  Əmiraslan  oğlu,  Orucov  Musa  Oruc 
oğlu və Bayramov Məzahir Təhməz oğlu) qətlə yetirilmişdir. 

50 
 
1992-ci  il  oktyabrın  23-də  Gəncə  qarnizonunun  hərbi  prokuroru 
R.M.Yusifov  tərəfindən  baş  vermiş  cinayət  hadisəsi  ilə  əlaqədar  Azərbaycan 
Respublikasının  Cinayət  Məcəlləsinin  94-cü  maddəsinin  6-cı  və  8-ci  bəndləri  ilə 
cinayət  işinin  başlanılması  haqqında  qərar  tərtib  edilmiş  və  iş  üzrə  istintaq  qrupu 
təşkil olunmuşdur. Cinayət işi ilə əlaqədar hadisə yeri müayinə edilmiş, avtomat və 
birdəfəlik  qumbaraatanların  gilizləri  tapılaraq  işə  əlavə  edilmiş,  çoxlu  sayda 
şahidlər  dindirilmiş,  üç  nəfər  barədə  məhkəmə-tibb  ekspertizası  təyin  edilmiş  və 
Kəlbəcər  Rayon  Polis  Şöbəsinə  xüsusi  tapşırıqlar  verilmişdir.  İstintaq  zamanı 
cinayəti törətmiş şəxslərin iştirakı olmadan həyata keçirilməsi mümkün olan bütün 
istintaq  tədbirləri  həyata  keçirilmiş,  lakin  cinayətkarları  müəyyən  etmək  mümkün 
olmamışdır. 
Müharibə  şəraiti  olduğu  üçün  və  cinayəti  törətmiş  şəxslərin  Dağlıq 
Qarabağ  erməniləri  yaşayan  ərazilərdə  olması  səbəbindən  əməliyyat-axtarış 
tədbirlərini davam etdirərək onların həbs edilməsi qeyri-mümkün olmuşdur
1

1988-ci  ildən  1993-cü  ilədək  Azərbaycanın  Dağlıq  Qarabağ  regionunda 
fəaliyyət  göstərmiş  qondarma  DQR-də  rəhbər  vəzifələrdə  işləmiş,  Xankəndi  və 
digər  yaşayış  məntəqələrindən  azərbaycanlıların  kütləvi  surətdə  öz  doğma 
yurdlarından məcburi qovulmaları və qətlə yetirilmələri üçün şərait yaratmış, bu işi 
həyata  keçirmiş  erməni  quldur  dəstələrini  maliyyələşdirmiş,  silah,  sursat,  ərzaq, 
nəqliyyat  və  sairə  zəruri  vasitələrlə  təmin  etmiş  R.Köçəryan,  S.  Sarkisyan, 
A.Qukasyan,  S.Babayan,  K.Babayan  və  digərlərinin  cinayət  əməlləri  barədə 
materiallar  toplamaq  məqsədi  ilə  MTN-in  Əli-Bayramlı  Şəhər  Şöbəsi,  Sabirabad, 
Kəlbəcər,  Tərtər,  Şuşa  və  digər  rayon  bölmələrinə  verilmiş  sorğular  nəticəsində 
daxil olmuş materialların təhlili zamanı aşağıdakılar məlum olmuşdur: 
-  Ermənistan  prezidenti  R.Köçəryan  1953-cü  ildə  Xankəndidə  anadan 
olmuş,  1980-ci  illərdə  Xarkov  Sənaye  və  Texnologiya  İnstitutunu  bitirmişdir. 
1986-cı  ildə  Xankəndi  Şəhər  Komsomol  Komitəsinin  ikinci  katibi  vəzifəsində 
çalışmışdır.  1986-cı  ilin  noyabr  ayında  Xankəndi  İpək  Kombinatına  azad  partiya 
təşkilat  katibi  seçilmişdir.  Həmin  vaxtdan  başlayaraq  kombinatda  çalışan 
azərbaycanlılar müxtəlif bəhanələrlə bir-birinin ardınca işdən qovulmuşlar. 1988-ci 
ildə artıq kombinatda azərbaycanlı milliyətindən olan işçi qalmamışdır. 
-  R.Köçəryan  1993-cü  ildə  qondarma  “Dağlıq  Qarabağ  Respublikası”nın 
prezidenti  seçilənədək  “Daşnaksütyun”  partiyasının  və  millətçi  “Krunk” 
təşkilatının  fəallarından  biri  kimi  antiazərbaycan  təbliğatının  fəal  təşkilatçısı 
olmuşdur.  O,  1991-1993-cü  illərdə  “Dağlıq  Qarabağ  Respublikası”nın  hərbi 
birləşmələlərinin  rəhbəri  olmuşdur.  Dağlıq  Qarabağda  yerləşən  Rusiyanın  hərbi 
qüvvələrinin  rəhbərləri  ilə  sıx  əlaqələr  qurmuş,  onların  döyüş  sursatları,  texniki 
imkanlarından  və  canlı  qüvvəsindən  azərbaycanlı  əhalinin  faciəli  şəkildə  doğma 
torpaqlarından  qovulmasında,  Şuşanın,  Xocalının  və  Azərbaycanın  digər 
                                                           
1
 AR MTN Arxiv sənədi. 

51 
 
rayonlarının  işğal  olunmasındə  istifadə  etmişdir.  R.Köçəryanın  separatçılıq  və 
digər  cinayət  fəaliyyətində  ən  yaxın  köməkçiləri  Serj  Sarkisyan,  Samvel  və  Karo 
Babayan qardaşları, Arkadi Qukasyan və digərləri olmuşlar. 
-
 
Alınmış  məlumata  görə,  R.Köçəryan  Xankəndidə  komsomol 
komitəsində işlədiyi müddətdə onun iş otağı həmin vaxtlarda ermənilər tərəfindən 
“Daşnaksütyun” və “Krunk”un fəal dayaq nöqtəsi kimi istifadə olunurdu. 1988-ci 
il  fevralın  12-də  azərbaycanlılara  qarşi  ilk  mitinq  məhz  Köçəryanın  rəhbərliyi 
altında təşkil edilmişdir. Hadisələrin ilk aylarından Xocalı şəhərinin girəcəyində 4 
evin  yandırılması  və  azərbaycanlı  ev  sakinlərinin  bir  neçəsinin  yaralanması  ilə 
nəticələnən  təxribat  aksiyası  konkret  olaraq  R.Köçəryan,  Serj  Sarkisyan,  Arkadi 
Qukasyanın təşkliatçılığı və bilavasitə rəhbərliyi altında törədilmişdir. 
-
 
İlk dəfə Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənilərin 
“acınacaqlı” vəziyyətdə  yaşadıqlarını bildirmək üçün  keçmiş Sov. İKP MK  -  nın 
milli  məsələlər  üzrə  şöbə  müdiri  Mixaylovun  yanına  Moskvaya  getmiş  8  nəfər 
ermənidən biri də R.Köçəryan olmuşdur. 
-
 
R.Köçəryan  ipək  kombinatında  işləyərkən tokar sexini odlu silahlar  və 
partlayıcı  maddələr  düzəltmək  sexinə  çevirmiş  və  müxtəlif  döyüş  sursatları 
hazırlatdırmışdır. R.Köçəryan həmin dövrdə şəxsən özü odlu silah və döyüş sursatı 
hazırlamışdır. 
-  1992  -  ci  il  8  mayın  8-də  Şuşa  şəhəri  işğalçı  Ermənistanın  silahlı 
qüvvələri  tərəfindən  zəbt  olunan  zaman  Şuşa  avtobazasının  həyətində  Zirehli 
Transpartyorun (ZTP-in) üzərində Ermənistan bayrağının dalğalandığı və bayrağın 
yanında R.Köçəryanın fəxrlə durduğu müşahidə edilmişdir. 
-1988-ci  ii  oktyabr  ayının  axırında  Əsgəran  rayon  təhsil  şöbəsinə 
azərbaycanlıların əleyhinə təbliğat aparmaq üçün Xankəndidən gəlmiş və yığıncaq 
təşkil  etmiş  R.Köçəryan  çıxışında  türklərin  və  azərbaycanlıların  ermənilərə  qarşı 
bədnam  “soyqırımı”  təşkil  etmələrini  xatırladaraq  pedaqoji  kollektivə  bu  faciələri 
heç  vaxt  yaddan  çıxarmamağı  və  şagirdləri  millətçi  ruhda  tərbiyə  etməyi 
tapşırmışdır. 
Yığıncaqda  iştirak  etmiş  Cəmilli  kənd  məktəbinin  direktoru  Qasım 
Qırxqızlı  və  onun  müavini  Quliyev  Xudayar  bildirmişlər  ki,  onlar  R.Köçəryanın 
millətçi çıxışına öz etirazlarını bildirərək iclası tərk etmişlər. 
 Dağlıq  Qarabağ  hadisələri  başlayan  vaxtdan  ermənilər  azərbaycanlı 
müəllim  heyətinə  hədə-qorxu  gəlməklə  ərizələrini  yazaraq  işdən  getməyi  tələb 
etmişlər.  Könüllü  iş  yerini  tərk  etməyən  müəllimlər  isə  fiziki  işgəncələrə  və 
təqiblərə məruz qalmışlar. 
R.Köçəryan  1988-1989-cu  illərdə  qatı  millətçi-separatçı  fəaliyyətini 
Xankəndidəki bütün təşkilatlarda ardıcıl surətdə həyata keçirirdi. Azərbaycanlıların 
öz  doğma  əraziləri  olan  Xankəndi  və  Qarabağın  digər  yaşayış  məntəqələrindən 
kütləvi  qovulmalarında  R.Köçəryan,  S.Sarkisyan,  A.Qukasyan,  Samvel  və  Karo 
Babayanların fəal rolu olmuşdur. Həmin separatçılar həmçinin 1988-ci il sentyabr 

52 
 
ayının  16-da  Xankəndidə  azərbaycanlılara  məxsus  50  evin  yandırılmasının  və  bu 
yönümlü digər faciəli hadisələrin fəal təşkilatçıları olmuşlar. 
Eyni  zamanda  hazırda  Ermənistanın  müdafiə  naziri  S.Sarkisyan  və 
qondarma  “DQR”in  prezidenti  A.Qukasyan  barəsində  aşağıdakı  məlumatlar 
alınmışdır. 
-
 
Sarkisyan  Serj  Azatoviç  1952-ci  ildə  Xankəndidə  anadan  olmuş, 
sonralar Yerevan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, məlum hadisələr 
dövründə  Xankəndi  Şəhər  Komsomol  Komitəsinin  birinci  katibi  işləmişdir. 
S.Sarkisyan R.Köçəryandan fərqli olaraq, olduqca hiyləgər, azərbaycanlılara qarşı 
hər cür vəhşiliklər törətməyə hazır olan bir şəxsdir. 
Separatçı-terrorçu  rejimin  başçısı  Qukasyan  Arkadi  Arşaviroviç  1951-ci 
ildə  Xankəndidə  anadan  olmuş  və  məlum  hadisələr  dövründə  keçmiş  DQMV 
Komsomol  Komitəsinin  büro  üzvü  və  rus  dilində  nəşr  olunmuş  “Sovetskiy 
Karabax” qəzetinin redaktor müavini işləmişdir. O, həmin dövrdə azərbaycanlıların 
əleyhinə tarixi faktları saxtalaşdırdığı yazılarla bədnam şöhrət qazanmışdır. 
Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ regionunda azərbaycanlılara 
qarşı  törədilmiş  qanlı  hadisələrin,  soyqırımın,  soydaşlarımızın  kütləvi  şəkildə  və 
zorakılıqla  doğma  yurd  yerlərindən  deportasiyasının  və  son  nəticədə 
torpaqlarımızın işğal olunmasının başında konkret olaraq R.Köçəryan, S.Sarkisyan, 
A.Qukasyan dayanır. 
-  Ermənistan  Respublikasının  hazırki  müdafiə  naziri  S.Sarkisyan 
Xankəndi şəhərində anadan olmuş, təhsilini Yerevan şəhərində almışdır. Hadisələr 
başlayan  dövrdə  o,  Xankəndi  Şəhər  Komsomol  Komitəsinin  birinci  katibi 
vəzifəsində  işləyirdi.  “Krunk”  və  “Daşnaksütyun”nun  fəallarından  olmuşdur. 
Xankəndidə yaşayan ermənilərin silahla təmin edilməsini, azərbaycanlıları daşıyan 
Ağdam-Şuşa  marşrutunda  işləyən  avtobusların  əvvəlcə  daş-qalaq  edilməsi,  sonra 
odlu silahla atəşə tutulması nəticəsində 25 nəfərin qətlə yetirilməsini, 1989-cu ildə 
Ağdamdan Şuşaya uçan “Mi-8” vertolyotunun vurulmasını, Malıbəyli kəndinə ilk 
hücumu,  Əsgəran-Ağdam  rayonlarının  sərhədində  iki  azərbaycanlının  qətlə 
yetirlməsini  konkret  olaraq  S.Sarkisyan  təşkil  etmişdi.  Həmin  dövrdə  S.Sarkisyan 
Ermənistandan  odlu  silah  və  döyüş  sursatlarının  gətirilməsi  və  Dağlıq  Qarabağda 
yaşayan  ermənilərə  paylanılması  ilə  məşğul  olurdu.  S.Sarkisyan  cinayətkar 
fəaliyyətinə  görə  Ermənistan  Respublikasının  müdafiə  naziri  vəzifəsinə  təyin 
edilmişdir.  Bu  faktın  özü  terrorizmin  Ermənistan  Respublikasında  dövlət 
səviyyəsində dəstəklənməsinə əyani sübutdur. 
-1988-ci  ilin  noyabr  ayında  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  səhiyyə 
şöbəsinin  müdiri,  30-35  yaşlarında  olan  ailəli  qadın  Tovmasyan  milliyyətcə 
azərbaycanlı  olan  bir  şəxsi  kabinetinə  çağırmış  və  işdən  çıxması  üçün  ərizə 
yazmasını tələb etmişdir. Həmin vaxt telefon zəng etmiş və qarşı tərəfdən danışan 
şəxsin V.Oskanyan adlı birisi olduğu məlum olmuşdur. Söhbət zamanı Tovmasyan 

53 
 
bildirmişdir  ki,  artıq  60-dan  artıq  azərbəycanlı  öz  iş  yerindən  azad  edilmişdir, 
yerdə qalan bir nəfər də yaxınlarda azad ediləcəkdir. 
Telefon  danışığı  qurtarandan  sonra  Tovmasyan  həmsöhbətinə  yuxarı 
təşkilatların  vilayət  səhiyyəsində  çalışan  azərbaycanlıların  işdən  xaric  olunması 
barədə  göstəriş  verdiklərini  bildirmiş  və  ondan  könüllü  olaraq  ərizəsini  yazmağı 
tələb  etmişdir.  Əks  təqdirdə  Tovmasyan  ona  haqsızlıqla  işdən  qovulmuş  Nizami 
həkimin  taleyini  yaşayacağı  barədə  hədə-qorxu  gəlmişdir.  Bu  söhbətdən  sonra 
Tovmasyan  Şuşa  rayon  səhiyyə  şöbəsinin  müdiri  Romik  Məhərrəmova  zəng 
edərək həkimin işlə təmin olunmasını xahiş etmiş və bir həftədən sonra o, ixtisası 
üzrə Şuşada işlə təmin olunmuşdır. 
Tovmasyan  1988-1989-cu  illərdə  Xankəndidə  qanunsuz  keçirilən 
mitinqlərdə səhiyyə işçilərinin fəal iştirakını təmin edirdi. 
Məlumatda  adı  qeyd  olunan  Nizami  Aftandilov  Xankəndi  Uşaq 
Xəstəxanasında  həkim-rentgenoloq  işləyirdi.  İşdən  çıxma  barəsində  könüllü  ərizə 
yazmadığına  görə,  1988-ci  ilin  yayında  Xankəndi  şəhər  Uşaq  xəstəxanasının 
həyətində  iş  yoldaşları  və  digər  erməni  millətçiləri  tərəfindən  vəhşicəsinə 
döyülmüşdür.  Bu  hadisədən  sonra  o,  yaşadığı  Ağdam  şəhərində  aldığı  daxili 
zədələrdən  vəfat  etmişdir.  Nizaminin  başına  gətirilmiş  hadisədən  əvvəl  iki  həkim 
zəhərlənmə nəticəsində vəfat etmişdir. 
Ermənilərin  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  regionunda, 
eləcə  də  Ermənistanla  həmsərhəd  rayonlarında  azərbaycanlılara  qarşı  törətdikləri 
cinayətlər,  vandalizm  aktları  barəsində  məlumatların  toplanılması  istiqamətində 
keçirilən  tədbirlərlə  əlaqədar  Azərbaycan  Respublikası  Baş  Prokurorluğundan 
daxil  olmuş  bir  neçə  cinayət  işinin  materialları,  o  cümlədən  1989-cu  il  oktyabr 
ayının 7-də, saat 01 radələrində Ağdamdan Şuşaya gedən şose yolunda Xəlfəliçay 
üzərindəki  körpünün  partladılması  ilə  əlaqədar  keçmiş  SSRİ  DTK-nın  İstintaq 
şöbəsinin  istintaq  qrupu  tərəfindən  1989-cu  il  oktyabr  ayının  8-də  Azərbaycan 
Respublikası  Cinayət  Məcəlləsinin  61-ci  maddəsi  ilə  qaldırılmış  5  cilddən  ibarət 
38/ 33063 saylı cinayət işi təhlil edilmişdir. 
1991 -ci il 10 avqust tarixində Babayan Samvel Andranikoviç şübhəli şəxs 
qismində dindirilən zaman aşağıdakıları bildirmişdir: 
5  mart  1965-ci  il  tarixdə  Xankəndində  anadan  olmuşdur.  1982-ci  ildə 
Xankəndi  şəhər  7  saylı  orta  məktəbi  bitirmişdir.  1983-cü  ildə  Yerevan  şəhərində 
texniki-peşə  məktəbində  dəmirçi  ixtisasına  yiyələnmişdir.  1983-1985-ci  illər 
ərzində  sovet  ordusunun  Almaniya  Demokratik  Respublikasının  Xalberştat 
şəhərində  dislokasiya  olunmuş  hərbi  hissələrdən  birində  xidmət  etmişdir.  1986-cı 
ildə  Xankəndi  şəhərində  fəaliyyət  göstərən  istehsalat  kombinatında  ştamplayıcı 
kimi  əmək  fəaliyyətinə  başlamışdır.  Sarı  rəngli,  1984-cü  il  buraxılışı  olan  “VAZ-
2106” markalı, X 71-07 AQ dövlət nömrə nişanlı şəxsi maşını vardır. 
Atası - Babayan Andranik Mədətoviç 1934-cü ildə anadan olmuş, mebel 
fabrikində  dülgər  işləyir,  II  qrup  əlilidir.  Anası-Babayan  Viktoriya  Aramovna 

54 
 
1938-ci il tarixdə anadan olmuş, Xankəndidə mərkəzi bazardakı çayxanada bufetçi 
işləyir. 
Qardaşı-Babayan  Karen  Andranikoviç  Xankəndidə  fəaliyyət  göstərən 
“Paros” kooperativinin çörəkbişirmə sexində işləyir. Yaxın qohumları və ailəsi ilə 
birlikdə  Xankəndi  şəhərində,  Teryan  küçəsində  yerləşən  20  saylı  şəxsi  evdə 
yaşayırlar.  1988-ci  ildə  ailə  həyatı  qurmuşdur.  Həyat  yoldaşı  -  Babayan  İrina 
Yenekovna  Xankəndi  şəhərində  fəaliyyət  göstərən  qanköçürmə  laboratoriyasında 
katibə işləyir. İki uşağı var. 
Bacıları  -  Anuş  Akopyan  Stavropolda,  Karina  Nersesyan  isə  ailəsi  ilə 
birlikdə  Xankəndidə  yaşayırlar.  Karinanın  həyat  yoldaşı,  Aşot  Akopyan  Əhaliyə 
Məişət  Xidməti  İdarəsinin  direktor  müavinidir.  1988-ci  ildə  S.  Babayan  bacısının 
evində  olarkən  Aşot  Akopyan  dostu  kimi  Akop  Baqramyanı  onunla  tanış  etmiş, 
söhbət əsnasında A.Baqramyan ona partlayıcı qurğuları hazırlamağı təklif etmişdir. 
Bu  görüşdən  bir  müddət  sonra  Akop  Baqmanyan  onu  30  nəfərə  yaxın  dəstəsinin 
üzvü ilə tanış etmişdir. 
1991-ci il 4 və 10 avqust tarixlərində S.Babayan öz ifadəsində bildirmişdir 
ki, 1989-cu il oktyabr ayının ortalarında R.Köçəryanın tabeliyində olan Muradikin 
tapşırığı  ilə  Qaqo,  Abo,  A.Abramyan,  A.Baqramyanla  birlikdə  Xankəndinin 
kənarındakı  “Ağa  körpüsü”nü  partlatmışlar.  O,  A.Baqramyanın  tapşırığı  ilə 
partlayıcı qurğunun onun tərəfindən hazırlandığını bildirmiş və sxemini çəkmişdir. 
Partlayıcı  qurğuya  bir  amunal,  üç  kapsul,  qaytan,  bir  ədəd  mexaniki  saat  və  üç 
enerji  qidalandırıcısı  daxil  edilmişdir.  Eyni  zamanda  o,  dəstə  üzvlərinin  körpüyə 
yaxınlaşdıqları sxemi də ətraflı çəkmişdir 
Körpünü  nə  məqsədlə  partlatmısınız?  sualına  cavab  olaraq  S.Babayan 
azərbaycanlıların  iri  və  xırda  buynuzlu  mal-qarasını,  tikinti  və  ərzaq  məhsullarını 
Laçın  və  Şuşaya  aparılmasının  qarşısını  almaq  məqsədilə  bu  aksiyanı  həyata 
keçirdiklərini bildirmişdir. Lakin o, 1991-ci il oktyabrın 25-də verdiyi ifadəni inkar 
etmişdir. 
S.Babayanın verdiyi məlumata görə: 
-
 
M.Petrosyanda  olan  pulları  hərbçilərdən  döyüş  sursatları  və  geyim 
əşyalarını  Xankəndi  şəhər  sakini,  təxminən  40  yaşında,  boyu  172-173  sm  olan 
Lyova  adlı  şəxs  almışdır.  S.Babayan  ilk  dəfə  1990-cı  ilin  avqust  ayında  avtomat 
silahı üçün 5, 45 və 7, 62 çaplı 10 minə yaxın güllələri və hərbi geyim əşyalarını 
Lyovadan aldığını bildirmişdir. 
-
 
1991-ci  ilin  iyun  ayında  o, Petrosyan  Muradikdən  20  min  pul  almışdır. 
M.Petrosyan S.Babayana demişdir ki, quldurlara vermək üçün hər ay Yerevandan 
Sarkisyan Vazgen adlı şəxs 20 min rubl göndərəcəkdir. 
-
 
1990-cı  ilin  aprel  ayında  M.Petrosyanın  göstərişi  ilə  Xocavənd 
rayonunun  Mısmına  kəndinə  getmiş  və  orada  7  ədəd  avtomat  silahı,  7,62  çaplı 
güllə  olan iki  ədəd dəmir qutunu  və  10  ədəd 12 kalibrli ov tüfəngini  kənd sakini 
Alik adlı quldura vermişdir. 

55 
 
-
 
M.Petrosyanın  tapşırığı  ilə  o,  yığılan  pulları,  silah  və  döyüş 
sursatlarını saxlamış və erməni silahlı dəstələrinə paylamışdır. 
-
 
1991-ci  ilin  yazında  Cəmilli  kəndində  Alikin  quldur  dəstəsinin  üzvü 
Xankəndidə  qəbiristanlığın  yanında  yaşayan  David  adlı  erməni  Kərkicahandan 
olan  iki  azərbaycanlı  polis  əməkdaşını  qətlə  yetirmişdir.  Bundan  sonra  David 
həmin əməkdaşların avtomat silahlarını götürmüşdür. 
-
 
1991-ci  ildə  Polyaniçko  Vilayət  Komitəsində  müşavirə  keçirərkən 
Arkadik adlı quldurun rəhbərliyi altında fəaliyyət göstərən “Avqanes” ləqəbli Aqo 
adlı erməni qumbaraatan silahla binaya atəş açmışdır. 
 
-
 
S.Babayan  bildirmişdir  ki,  1991-ci  il  iyun  ayının  sonlarında  Xocavənd 
rayonunun  Qaradağlı  kəndi  raketlə  atəşə  tutulmuşdur.  Xankəndi  istehsalat 
kombinatında  ştamplayıcı  işləyən  və  Arminavan  qəsəbəsində  yaşayan  Sarkisyan 
(və  ya  Saakyan)  Saşik  adlı  quldur  ona  demişdi  ki,  Xocavənd  rayonundan  olan 
Volodya ilə birlikdə “KamAZ” markalı maşının yük daşıyan hissəsinə bərkidilmiş 
“Alazan” sistemi ilə Qaradağlı kəndinə 20 raket atmışdır. 
-
 
Qeyd: Milli Təhlükəsizlik Nazirliyində olan materialların təhlili zamanı 
əldə  olunmuş  məlumata  görə,  S.Babayan  1993-1995-ci  illlər  ərzində  qondarma 
“Dağlıq  Qarabağ  Respublikası”nın  müdafiə  naziri  vəzifəsində  işləmiş,  rütbəsi 
general-leytenant olmuşdur. Onu Xankəndindən Xocalıya  gedən dairəvi yolun 500 
metrliyində yerləşən villası vardır.  
S.Babayanın məlumatına görə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 
ərazisində 8 erməni quldur dəstəsi fəaliyyət göstərir. 
Birinci  qrupa  -  Yurik  Cahangiryan  adlı  Xankəndi  şəhər  sakini  rəhbərlik 
edir.  Onun  təxminən  50  yaşı  olar,  boyu  168-170  sm-dir.  Nazik  bığ  saxlayır.  O, 
Yerevandan aldığı bir milyondan çox rubl sayəsində Xocalı şəhərinin yaxınlığında 
strateji  əhəmiyyətli  Osipavan  kəndini  tikdirməyə  başlamışdır.  O,  həmin  kənddə 
silah  və  döyüş  sursatı,  o  cümlədən  “Alazan”  raket  sistemi  saxlayır.  Həmin  qrupa 
Cahangiryanın oğlu Karen də daxildir. Onun boyu 176 sm, sifəti yumrudur. Qrupa 
eyni  zamanda  Xankəndi  şəhərinin  Zavod  küçəsində  yaşayan,  boyu  177-178  sm, 
təxminən 42-43 yaşlı Qraçik adlı erməni də daxil olmuşdur. Həmin qrupun vəzifəsi 
insanların qətlə yetirilməsi ilə nəticələnən terror aktlarını həyata keçirməkdir. 
İkinci qrupa  - Qaqo (rəhbər), Aşot və Slavik daxildirlər. Qaqo Xankəndi 
mebel  fabrikində  işləyir,  Xankəndi  şəhər  1  nömrəli  uşaq  bağçasının  və  bazarın 
yanındakı ikimərtəbəli evdə yaşayır. 29 yaşı var. Boyu 172 sm-dir. Saçları düzdür 
və  soldan  sağa  darayır,  sifəti  yumrudur.  Orta,  düz  burnu  və  sarı  qalın  bığı  var. 
Onun  yaşıl  rəngli  “Niva”  marklı,  X  67-81  AQ  dövlət  nömrə  nişanlı  şəxsi  maşını 
var.  Azərbaycan  Respublikası  DİN  DYP-nin  kartotekasından  alınmış  məlumata 
görə  həmin  maşın  Xankəndi  şəhər  Ekimyan  küçəsi  11  saylı  evdə,  mənzil  50-də 
yaşayan  Yeqizaryan  Yuliya  Berjikovnanın  adınadır.  O,  M.Petrosyanın  yaxın 
dostudu. 

56 
 
S.Babayanın  verdiyi  məlumata  görə,  1989-cu  ilin  sonu  1990-cı  ilin 
əvvəllərində  Qaqo,  Aşot  və  Slavik  Şuşada  yanacaq  doldurma  məntəqəsini 
partlatmışlar. Bu barədə Qaqo özü ona danışmışdır. 
S.Babayan  ifadəsində  bildirmişdir  ki,  1990-cı  il  30  noyabr  tarixində 
Qaqonun  qrupu  Ağa  körpüsünün  yaxınlığında  Zərinbağ  adlanan  ərazidə  Şuşadan 
gələndə birinci döngədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi 
Təyinatlı  Polis  Dəstəsinin  (XTPD)  hərəkət  etdikləri  avtobusu  partlatmağa  cəhd 
göstərmiş,  sonra  isə  avtobusa  silahlı  basqın  etmişlər.  Belə  ki,  S.Babayanın 
ifadəsinə  görə,  XTPD-nin  əməkdaşları  Xocalı  Hava  Limanını  mühafizə  etdikləri 
üçün  Qaqonun  qrupu  M.Petrosyanın  tapşırığı  ilə  onları  oradan  uzaqlaşdırmaq 
məqsədilə təxribat aksiyaları  keçirmişlər. Eyni zamanda Qaqonun rəhbərlik etdiyi 
qrup  1991-ci  ilin  aprel  ayında  Xocavənd  rayonundakı  “Amarasi”  kilsəsinin 
yaxınlığında  “UAZ”  markalı  maşında  olan  Azərbaycan  Respublikası  DİN-nin 
XTPD-nin  əməkdaşlarına  silahlı  basqın  etmişdir.  Bundan  əlavə  Qaqonun  qrupu 
1990-cı ildə Əsgəran rayonunda şose yolunu partaltmışdır”. 
A.Abramyan  öz  ifadəsində  bildirmişdir  ki,  1991-ci  ilin  əvvəlləri  idi. 
M.Petrosyanla Xankəndi bazarının  yanında dayanarkən Qaqo ilə Aşot  yaşıl rəngli 
X67-81AQ  dövlət  nömrə  nışanlı  “Niva”  markalı  maşınla  onların  yanında 
dayanmışlar. Qaqo Muradikə  demişdir  ki,  onlar borunu partlatdılar, lakin XTPD-
nın  əməkdaşları  olan  avtobus  oradan  keçmədi.  Onların  söhbətindən  məlum 
olmuşdur ki, Qaqo və onunla birlikdə olan dəstə Xankəndi və Şuşa arasında olan 
şose  yolunun  altından  keçən  böyük  diametrli  borunu  partlatmışlar.  Həmin  boru 
Ağa  körpüsündən  bir  az  yuxarıda,  Zərinbağ  adlanan  əraziyə  çatmamış  Füzuli  və 
Qırmızı bazara gedən yolun ayrıcından keçir. 
Aşot  -  Xankəndi  mebel  fabrikində  işləyir.  “Mayak”  dükanı  ilə  üzbəüz 
yaşayır.  Boyu  172-173  sm-dir  və  orta  bədən  quruluşuna  malikdir.  Saçları  və 
gözləri qaradır, dodaqları nazikdir.
 
Slavik Ermənistanın Qafan rayonunda yaşayır. Xankəndində isə Qaqonun 
və  Aşotun  evində  qalıb.  Boyu  170  sm,  saçları  qara  və  düzdür.  Qalın  qara  bığları 
var, gözləri orta qaradır, sifəti uzunsovdur. 
Həmin qrupda Qaqo adlı bir quldur da vardır. O, Ermənistan vətəndaşıdır. 
Boyu 168 sm, saçları və gözləri qara, orta qara bığ saxlayır, təxminən 35-37 yaşı 
olar. 
Qrupun  vəzifəsinə  əsasən  körpülərin,  evlərin  və  yolların  partladılması 
daxildir. 
Üçüncü  qrupa  -  Abo  adlı  quldur  daxildir.  O,  Xankəndində  təcili  yardım 
xəstəxanasının yaxınlığında yaşayır,  ət kombinatında işləyir. Yaşı təxminən 34-35 
olar. Boyu 178 sm, saçları düz qara, gözləri qara, dodaqları ortadır. Qrupun digər 
üzvlərini  tanımadığını  bildirmişdir.  Qrupun  vəzifəsi  Əsgəran  rayon  Primıke 
kəndinin  mühafizəsini  həyata  keçirməkdir.  Həmin  kənddə  olan  fermada  inəklər 
saxlanılır. 

57 
 
Dördüncü  qrupa  -  Arminavan  kənd  sakinləri  Samvel  və  Saşik,  Karintaq 
kəndindən isə Vaqo adlı quldur daxildir. Samvel Ermənistandandır, lakin Daşuşen 
kəndində yaşamış və limonad sexinin rəhbəri olmuşdur. Boyu 168-170 sm-dir. İri 
bədən qurluşuna malikdir, saçları qaradır, qara nazik bığ saxlayır, gözləri qaradır. 
Təxminən 43 yaşı olar. 
Saşik  Arminavan  qəsəbəsində  yaşayır.  Metal  zavodunun  ştamplayıcı 
işləyir. Boyu 172-173 sm, saçları, gözləri qaradır, sıx qara bığ və saqqal saxlayır, 
sifəti  uzunsovdur.  Vaqo  Daşaltı  kəndində  yaşayır,  ermənilər  bu  kəndi  Karentaq 
adlandırır. 
Beşinci qrupa - Kərkicahan sakini Alik adlı quldur daxildir. Boyu 176 sm, 
yaşı təxminən 35-36-dır, saçları və gözləri qaradır, düz burnu, iri alnı var. 
Altıncı  qrupa:  Xankəndidəki  təcili  yardım  məntəqəsinin  yaxınlığında 
yaşayan  Akop adlı quldur daxildir. Boyu 172-173 sm,  yaşı 28-29-dur. Saçları və 
gözləri  qaradır.  Sifəti  nazikdir.  Dodaqları  iridir.  Daima  qalstuk  taxır  və  əlində 
qovluq olur. Onun qrupuna əsasən tələbələr daxildirlər. 
Yeddinci  qrupa  -  Arkadik  və  Karen  adlı  quldurlar  daxildir.  Arkadik 
komsomol  komitəsinin  keçmiş  əməkdaşıdır,  hazırda  Xankəndidə  Pedoqoji 
İnstitutun yaxınlığında  yaşayır. Boyu 176-177 sm, yaşı 32-33-dür, dodağı ortadır, 
saçları,  gözləri  qaradır,  qara orta  bığ  saxlayır,  sifəti  yumrudur.  Karen  barədə  heç 
bir məlumat yoxdur. 
Səkkizinci qrupa - Ballıca kəndindən Qarnik adlı quldur daxildir. Yaşı 33-
34, boyu 170 sm, saçları düz, qara, orta həcmli buruna malikdir. Qara gözləri var, 
qalın  bığ  və  saqqal  saxlayır.  Onun  qrupuna  əsasən  Ballıcadan  10  nəfər  erməni 
qulduru daxildir. 
Doqquzuncu qrupa - Xankəndi şəhər 10 saylı orta məktəbin yaxınlığında 
100 mənzilli evdə yaşayan Qaqo adlı quldur daxildir. Onun boyu 173 sm, yaşı 38-
dir. Arıq bədən quruluşuna malikdir, saçları və gözləri qaradır. Onun daxil olduğu 
qrup əsasən Muradik Petrosyanın tapşırıqlarını icra edir. 
Onuncu  qrup  -  Xankəndi  şəhər  sakini  A.Baqramyan  və  onun  qardaşı 
Samvelin rəhbərliyi ilə fəaliyyət göstərir. 
Müstəntiqin  sualına  cavab  olaraq  Babayan  bildirmişdir  ki,  qardaşı 
Babayan  Karen  kooperativdə  işləyən  və  Xankəndi  şəhəri  Xanlar  küçəsində 
yaşayan  Rafiklə  birlikdə  Teryan  küçəsində  yaşayan  Ovik,  Nizami  küçəsində 
yaşayan  Oqasyan  Qarnik,  Engels  küçəsində  yaşayan  Aşot,  əvvəllər  milisdə 
mühafizəçi işləmiş və Engels küçəsində yaşayan Sasunla görüşmüşdür. 
Sonra  Abramyan  və  Rafik  onlara  yaxınlaşmış  və  bildirmişdir  ki, 
Petrosyanın göstərişinə əsasən Çartar kəndində gedən döyüşdə güllələri qurtarmış 
ermənilərə kömək etmək  məqsədilə kəndə getmək lazımdır. Onlar Çartar  kəndinə 
çatmamış Mısmına kəndinə dönmüşlər. S.Babayan kənddəki mənzilində 7,62 çaplı 
avtomat  güllələri olan iki dəmir qutunu, 7  ədəd avtomat  və  10  ədəd ov tüfəngini 
götürüb  Çartar  kəndinə  yola  düşmüşlər.  Kəndə  çatdıqdan  sonra  atışmanın 

58 
 
olmadığını görüb geri qayıtmışlar. Bir neçə gündən sonra Kərkicahandan olan Alik 
adlı quldur onda olan patron və avtomatları götürmək üçün M.Petrosyanın yazdığı 
kağızı  ona  gətirmişdir.  Alik  bildirmişdir  ki,  onlar  beş  qrupdan  ibarət  olmaqla 
silahlarla Hadrut rayonuna gedirlər. 
Təxminən 1991-ci il mart ayının 20-də Xankəndi şəhəri, Engels küçəsində 
yaşayan  Karen  kooperativdə  çörəkbişirmə  sexində  işləyən  Aşotla  birlikdə 
M.Petrosyanın göstərişinə əsasən təyyarə ilə Yerevana getmişlər, 
Yerevan şəhərində mehmanxanada onlar Akop Baqramyan, onun qardaşı 
Samvel  və  A.Abramyanla  rastlaşmışlar.  Akop  ona  demişdir  ki,  Xankəndinin 
keçmiş  komendantı  general  Safonovu  öldürmək  üçün  Rostov  şəhərinə  gedir.  Bu 
məqsədlə Akopda iki ədəd sandıqçası 20 ədəd güllə tutan, 50-60 sm uzunluğunda 
Çexoslovakiya istehsalı “Skorpion” markalı avtomat silahları olmuşdur. Sonradan 
məlum olmuşdur ki, həmin quldurlar Rostovda Sofonovun əvəzinə səhvən keçmiş 
SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Zaqafqaziya və Şimali Qafqaz 
üzrə  İdarəsinin  rəis  müavini  polkovnik  Bloxotini  öz  evinin  qarşısında  qətlə 
yetirmişlər. 
1989-cu  il  7  oktyabr  tarixində  Ağdam-Şuşa  şose  yolundakı  “Xəlfəliçay” 
üzərində  Ağa  körpüsünün  partladılmasında  iştirakı  barədə  məlumatlar  alınması, 
(Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  61  və  67-ci  maddələri  ilə 
müqəssir  bilinərək)  30  sentyabr  1991-ci  il  tarixdə  Bloxotini  qətlə  yetirməsi  ilə 
əlaqədar  keçmiş  SSRİ  Dövlət  Təhlükəsizlik  Komitəsinin  Rostov  vilayəti  üzrə 
istintaq  idarəsinin  təcridxanasında  saxlanılan  Baqramyan  Akop  Qavruşayeviçin 
Bakı  şəhərinə  etap  olunması  barədə  Baş  Prokuror  tərəfindən  qərar  imzalanmış, 
lakin onun etap olunmasına razılıq verilməmişdir. 4 noyabr 1991-ci il tarixdə onun 
qardaşı  -  11.02.1967-ci  il  tarixdə  Xankəndi  şəhərində  anadan  olmuş,  milliyyətcə 
erməni,  Xankəndi  şəhər  Kirov  küçəsi,  ev  33,  mənzil  15-də  yaşayan  Baqramyan 
Samvel  Qavruşeviç  Azərbaycan  Respublikası  Baş  Prokurorluğunun  Ağır 
Cinayətlər  üzrə  İstintaq  İdarəsində  şahid  qismində  dindirilmişdir.  Cinayət  işinin 
təhlili  zamanı  məlum  olmuşdur  ki,  15.09.1965-ci  il  tarixdə  Hadrut  rayonunun 
Xasabert  kəndində  anadan  olmuş,  milliyyətcə  erməni,  Xasabert  kənd  dükanında 
işləyən  Piliyan  Vaqan  Mixayloviç  5  avqust  1991-ci  il  tarixdə  şahid  qismində 
dindirilmişdir.  Dindirilmə  zamanı  V.Piliyan  istintaqa  aşağıdakı  məlumatları 
vermişdir: 
-  S.Babayanla  keçmiş  sovet  ordusunun  Almaniya  Demokratik 
Respublikasında  dislokasiya  olunmuş hərbi hissələrindən birində  xidmət edərkən 
tanış olmuşdur. 1991-ci il iyulun 1-də V.Piliyan anasını kəndə aparmaq məqsədilə 
Xankəndidə  olarkən  dostu  S.Babayanla  görüşmüşdür.  Söhbət  zamanı  S.Babayan 
ona bildirmişdir ki, o, Xankəndi ştamplayıcı zavodunda əl qumbaraları hazırlayır 
və  dostları  ilə  birlikdə  onlardan  azərbaycanlıları  qətlə  yetirmək  üçün  istifadə 
edirlər.  S.Babayanın  sözlərinə  görə,  1989-cu  ilin  oktyabr  ayında  Xankəndinin 

59 
 
kənarından  keçən  Ağdam-Şuşa  şose  yolundakı  Ağa  körpüsünü  həmin  zavodda 
düzəldilmiş qumbara ilə partlatmışlar. 
Sonra  V.Piliyanın  verdiyi  məlumata  görə,  S.Babayanla  bir  dəstədə  olan 
Erik  Abramyan  adlı  erməni  iki  ov  tüfəngi  və  15-20  ədəd  qumbaranı  onların 
yaşadığı kəndə gətirərək kənd sakini Lalayan Xaçikə vermişdir. 
V.Piliyan  eyni  zamanda  bildirmişdir  ki,  quldur  kimi  tanınan  Hadrut 
rayonun Xasabert kənd səkinləri Erik Abramyan və onun qardaşı Emil adlı erməni 
azərbaycanlıların qətlə yetirilməsində fəal iştirak etmişlər. 
29.01.1960-cı  ildə  Beyləqan  rayonun  Təzəkənd  kəndində  anadan  olmuş 
Zaxaryan  Serob  Artaşoviçin  verdiyi  məlumata  görə,  1990-cı  ilin  iyun  ayında 
S.Babayan tanışı Rafik Arzumanyanla birlikdə minik maşınında gətirdiyi 30 güllə 
ilə  birlikdə  avtomat  və  TOZ-8  markalı  silahları  “Axtanq”  kooperativinin 
mühafizəsini  həyata  keçirmiş  qardaşı  Karen  Babayana  vermişdir.  Həmin  vaxt  o, 
S.Zaxaryan da K.Babayanla birlikdə olmuşdur. 
Bakı şəhər Prokurorluğunun şöbə prokuroru Şükür Rzayev Şuşa şəhərində 
VƏİQ-nin üzvü kimi fəaliyyət göstərən zaman erməni quldurları tərəfindən girov 
götürülmüşdür.  1991-ci  il  noyabrın  29-da  Azərbaycan  Respublikası  Baş 
Prokurorunun  müavinin  qərarı  ilə  S.Babayan  və  digər  erməni  cinayətkarları 
Azərbaycan  Respublikasının  ərazisini  tərk  etməmək  haqqında  iltizam  alaraq 
Ş.Rzayevlə dəyişdirilmişlər. 
Cinayət  işinin  istintaqı  zamanı  S.Babayanın  1990-cı  ilin  mart  ayından 
1991-ci  ilin  iyul  ayınadək  M.Petrosyanın  təşkil  etdiyi  erməni  quldur  dəstəsinin 
tərkibində fəaliyyət göstərərək odlu silahların, döyüş sursatlarının, hərbi geyim və 
digər ləvazimatların, pul vəsaitlərinin alınması, dəstə üzvləri arasında paylanılması 
ilə  məşğul  olması,  eləcə  də  erməni  quldurlarının  keçmiş  Dağlıq  Qarabağ  Muxtar 
Vilayəti  ərazisində  törətdikləri  dövləti  cinayətləri,  Xələfəliçay  üzərindəki 
körpünün  partladılması  faktını  gizlədərək  hüquq-mühafizə  orqanlarına  məlumat 
verməməsi tam sübuta yetirilmişdir. 
Göstərilənlərlə  əlaqədar,  1992-ci  il  yanvar  ayının  9-da  S.Babayanın 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70 və 82-ci maddələri ilə müqəssir 
bilinərək  həbs  edilməsi  barədə  qərar  qəbul  edilimişdir.  Onun  yaşayış  yeri 
müəyyənləşdirilmədiyi üçün barəsində axtarış elan edilmişdir. 
Ağır  fəsadalarla  müşaiyət  olunmuş  Xəlfəliçay  üzərindəki  körpünün 
partladılması,  millətlərarası  ədavətin  qızışdırılması,  bu  kimi  digər  dövləti 
cinayətlərlə  əlaqədar  A.A.Abramyan,  A.V.Xaçaturyan,  A.Q.Baqramyan  adlı 
şəxslər  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin  61  və  67-ci  maddələri 
ilə  müqəssir  bilinərək,  1992-ci  il  16yanvar  tarixində  barələrində  həbs  qəti  imkan 
tədbiri  seçilmişdir.  Həmin  şəxslərin  yaşadıqları  yer  müəyyənləşdirilmədiyi  üçün 
barələrində axtarış elan edilmişdir. 
1992-ci  il  31  yanvar  tarixində  Rusiyanın  Rostov  vilayəti  üzrə 
Təhlükəsizlik  İdarəsinin  İstintaq  şöbəsi  rəhbərliyinin  qərarı  ilə  general-mayor 

60 
 
V.N.Safonova 
qarşı 
terror 
aktının 
hazırlanmasına 
dair 
materiallar, 
A.A.Abramyanın, 
S.A.Babayanın, 
M.A.Petrosyanın, 
R.S.Köçəryanın, 
V.L.Petrosyanın  və  A.A.Aleksanyanın  cinayət  əməlləri  barəsində  sübutlar 
baxılmaq  üçün  Azərbaycan  Respublikası  Milli  Təhlükəsizlik  Nazirliyinin  İstintaq 
Şöbəsinə göndərilmişdir. 
S.Babayan,  A.Xaçaturyan,  A.Baqramyan,  M.Petrosyan,  “Qaqo”  ləqəbli 
Q.Qasparyan,  Abo  və  Slavik  adlı  ermənilərin  cinayət  əməllərinin  istintaq 
tərəfindən  tam  sübuta  yetirilməsinə  baxmayaraq,  keçmiş  Dağlıq  Qarabağ  Muxtar 
Vilayətinin  ərazisində  silahlı  qarşıdurmanın  mövcudluğu,  müvafiq  regionda 
fəaliyyət 
göstərən  icra  strukturlarının  və  hüquq-mühafizə  orqanlarının 
Azərbaycanın  rəhbərliyinə  tabe  olmamaları  ilə  əlaqədar  sadalanan  şəxslərin 
yaşayış ünvanları müəyyənləşdirmək mümkün olmamışdır. 
Azərbaycan  Respublikasının  Qarabağ  bölgəsinə  daxil  olan  rayonlarda 
erməni  cinayətkarlarının  dinc  azərbaycanlı  əhaliyə  qarşı  törətdiyi  cinayətlərdən 
bəzi məqamlar: 

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin