Erməni cinayətləri (sənədlər əsasında) I cild



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix06.09.2017
ölçüsü1,03 Mb.
#29049
1   2   3   4   5   6   7   8   9   10   11

1993.06.28. 
Erməni quldur dəstələri Azərbaycan Respublikasının Ağdərə şəhərini zəbt 
etmişlər. Dinc sakinlər arasında xeyli sayda ölən və yaralanan var. 
                                                           
1
 ARMTN Arxivi, jurnal №19  səh-42 
2
 ARMTN Arxivi, jurnal №19  səh-58 
3
 ARMTN Arxivi, jurnal № 30 səh-90 
4
 ARMTN Arxivi, jurnal № 30, cild № 2 səh-4 

70 
 
Beyləqan 
1993.12.16. 
Ermənilər  Beyləqan  şəhərinə  “Qrad”  qurğularından  40  mərmi  atmışlar. 
Şəhərdə ciddi dağıntılar var, 7 nəfər həlak olmuş, 8 nəfər isə yaralanmışdır. 
Ağcabədi 
1994.04.13. 
Ağcabədi  rayonunun  Hindarxı  kəndi  ermənilər  tərəfindən  artilleriya 
atəşinə tutulmuş, nəticədə bir nəfər mülki şəxs həlak olmuşdur
1

 
II Fəsil: Azəbaycanın həmsərhəd rayonlarında erməni 
işğalçılarının törətdikləri cinayətlər 
 
Dövlətlər  arasında  baş  verən  müharibələrdə  adətən  hərbi  əməliyyatların 
daha  fəal  surətdə  cərəyan  etdiyi  və  müvafiq  olaraq  da  bu müharibələr  nəticəsində 
ən  çox  maddi  və  insani  itkiyə  məruz  qalan  ərazilər  həmsərhəd  bölgələr  olur.  Bu 
mənada  Ermənistan  dövləti  tərəfindən  Azərbaycan  Respublikasına  qarşı  elan 
olunmamış  müharibənin  ağırlığını  ilkin  olaraq  məhz  Azərbaycanın  həmsərhəd 
rayonlarının  hiss  etməsi  təsadüfi  deyildir.  Belə  ki,  Ermənistan  tərəfindən 
dövlətimizə qarşı aparılan işğalçı müharibənin aktiv fazasının 1992-1993-cü illərə 
təsadüf  etməsinə  baxmayaraq,  həmsərhəd  rayonlarımız  artıq  1988-ci  ildən  bu 
təcavüzü  və  onun  fəsadlarını  müxtəlif  formalarda  hiss  etməyə  başlamışdılar. 
Azərbaycan  Respublikasının  Ermənistanla  həmsərhəd  rayonlarında  erməni 
yaraqlıları  tərəfindən  törədilən  cinayətlərin  ümumi  cəhətlərindən  biri  də  ilkin 
mərhələdə  onun  quldurluq  və  soyğunçuluq  xarakterinə  malik  olmasındadır.  İlkin 
mərhələdə  məhz  quldurluq,  soyğunçuluq  kimi  vasitələrə  üstünlük  verilməsində 
əsas  məqsəd  bir  tərəfdən  bu  növ  cinayətlərin  sərhəd  bölgələrində  məskunlaşmış 
azərbaycanlılar  arasında  qorxu,  inamsızlıq,  təşviş  əhval-ruhiyyəsinin  bərqərar 
olunması idisə, digər tərəfdən irimiqyaslı hərbi əməliyyatlarla müqayisədə daha az 
xərc  tələb  etməsi  və  yerli  erməni  əhalisinin  məhdud  imkanları  hesabına 
reallaşmasının  mümkünlüyündə  idi.  Bu  müstəvidə,  qeyd  olunması  zəruri 
əhəmiyyət  kəsb  edən  məqam  ondan  ibarətdir  ki,  müvaviq  cinayət  aksiyaları 
həcmcə nisbətən kiçik miqyaslı kimi səciyyələndirilsə də, xarakteri və məzmununa 
görə  ümumilikdə  erməni  cinayətkarlığına  xas  olan  başlıca  xüsusiyyətləri    özündə 
əks etdirir. 
Ermənistanın Azərbaycana 1988-ci ildən başlayan təcavüzü Azərbaycanın 
həmsərhəd rayonlarında çoxsaylı insan qırğınlarına rəvac vermiş, kütləvi dağıntılar 
törətmişdir. Ermənistanın bu mərhələdəki işğalçılıq niyyətinin əsas məqsədlərindən 
biri  Dağlıq  Qarabağı  Ermənistanla  quru  yolla  birləşdirmək  üçün  Azərbaycan 
ərazisindən  dəhliz  açmaq  olmuşdur.  Bu  məqsədə  nail  olmaq  üçün  Ermənistanın 
                                                           
1
 ARMTN Arxivi, jurnal №19 səh-41 

71 
 
Vardenis rayonundan Kəlbəcərə, Gorus rayonundan  Laçına, Qafan istiqamətindən 
Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarına mütəmadi hücumlar təşkil olunmuşdur. 
Azərbaycan  ordusunu  bir  neçə  cəbhədə  eyni  vaxtda  vuruşmağa  vadar  etmək  və 
əhali arasında vahimə yaratmaq niyyəti ilə erməni qəsbkarları Ermənistanın Tauş, 
Noyemberyan, İcevan rayonlarından Azərbaycanın qərb rayonlarına və Naxçıvanla 
həmsərhəd  rayonlardan  bu  ərazilərə  hücumlar  etmişlər.  Aşağıdakı  məlumatlar 
Ermənistanın işğalçılıq niyyəti ilə həyata keçirdiyi hücumlar nəticəsində törədilmiş 
qanlı cinayətlərin, erməni vəhşiliklərinin ümumi xronikasını əks etdirir. 
Erməni  cinayətkarlarının  1992-1994-cü  illərdə  müharbənin  aktiv 
fazasının  gedişində  Ermənistan  Respublikası  ilə  həmsərhəd  rayonlarımızın 
ərazisində  yaşayan  dinc  azərbaycanlı  əhaliyə  qarşı  törətdiyi  cinayətlərdən  bəzi 
məqamlar: 
Laçın 
1992.05.11. 
Ermənilər  tərəfindən  hücumların  intensivləşdirilməsi  nəticəsində  çoxlu 
sayda insan itkisi və dağıntılar mövcuddur. 30 nəfər həlak olmuş və 40 yaralanmış 
şəxs  Laçın  şəhərinə  gətirilmişdir.  Öz  növbəsində  08.09.05.1992-ci  il  tarixlərində 
Laçın  şəhərinin  intensiv  şəkildə  atəşə  tutulması  nəticəsində  20-yə  qədər  ev 
dağıdılmış,  127  nəfər  isə  qətlə  yetirilmişdir.  Laçın  şəhərinin  növbəti  dəfə 
11.05.1992-ci il tarixində atəşə tutulması 14 nəfər həmyerlimizin həlak olması ilə 
nəticələnmişdir
1

1992.05.18. 
Erməni  yaraqlıları  Laçın  rayonunu  işğal  etmişlər.  Dinc  əhali  arasında 
xeyli  sayda  ölən  və  yaralananlar  vardır.  Rayonun  altmış  mindən  çox  sakini  öz 
yaşayış yerlərindən didərgin salınmışlar. 
Kəlbəcər  
1992.04.08. 
Rayonun  Ağdaban  kəndi  erməni  yaraqlıları  tərəfindən  tamamilə  işğal 
olunmuşdur. Kənddəki bütün evlər yandırılmış, uşaq və qadınlar əsir götürülmüş, 
yerdə qalan sakinlər isə qətlə yetirilmişdir.
2
 
1992.10.16. 
Ağdərə rayonunun Həsənirs kəndində itkin düşmüş Kəlbəcər rayon sakini 
1939-cu 
il 
təvəllüdlü 
Ələsgərov 
Vaqif 
Süleyman 
oğlunun 
yeri 
müəyyənləşdirilmişdir.  O,  Ermənistan  Respublikasının  Vardenis  şəhərində  girov 
qismində saxlanılır.
3
 
1992.10.22. 
                                                           
1
 ARMTN Arxivi, jurnal №30 səh-82-84 
2
 ARMTN Arxivi, jurnal № 5 səh-63 
3
 ARMTN Arxivi, jurnal №7 səh-74 

72 
 
Tərtər  -  Kəlbəcər  yolunda  hərəkət  edən  maşın  karvanı  hücuma  məruz 
qalmış və nəticədə 6-ya qədər maşın məhv edilmişdir. Kəlbəcər DİŞ-nin müstəntiqi 
də ölənlər arasındadır. 
1993.27.01. 
Tərtər-Kəlbəcər  istiqamətində  hərəkət  edən  QAZ-69  markalı  maşının 
atəşə tutulması nəticəsində 3 nəfər həlak olmuşdur. 
1993.04.03 
Azərbaycan  Respublikasının  Kəlbəcər  rayonu  erməni  yaraqlıları 
tərəfindən  işğal  edilmişdir.  Nəticədə  altmış  minə  qədər  insan  öz  yaşayış 
yerlərindən  didərgin  düşmüşdür.  511  nəfər  qətlə  yetirilmiş,  321  nəfər  isə  itkin 
düşmüş və əsir götürülmüşdür. 
Qubadlı 
1992.07.01. 
Rayonun mərkəzi Qafan rayonu istiqamətindən toplardan və digər iriçaplı 
silahlardan  atəşə  tutulmuşdur.  Nəticədə  2  ev  dağıdılmış,  2  nəfər  həlak  olmuş,  bir 
neçə  nəfər  yaralanmışdır.  Həmin  gün  Qubadlı  şəhəri  yenidən  eyni  istiqamətdən 
atəşə  tutulmuşdur.  3  nəfər  həlak  olmuş,  20  nəfər  yaralanmış,  10  ev  isə 
dağıdılmışdır. 
1992.08.08. 
Rayon  mərkəzinin  “Qrad”  qurğularından  atəşə  tutulması  nəticəsində  1 
körpə uşaq və 19 yaşlı qız həlak olmuş, 6 nəfər isə yaralanmışdır. 
1992.08.27. 
İşğal  olunmuş  Laçın  rayonu  istiqamətindən  Muradxanlı  kəndinin  atəşə 
tutulması nəticəsində iki nəfər xəsarət alıb. 
1992.09.26. 
Saat 15.00 radələrində Qafan rayonu tərəfindən “Qrad” tipli mərmilərdən 
açılan atəş nəticəsində Qubadlı rayonunun Tarovlu kəndində 2 ev yanmışdır. 
1992.09.30. 
Rayon  məkəzinin  “Qrad”  tipli  mərmilərdən  atəşə  tutulması  nəticəsində  5 
nəfər şəhər sakini yaralanmışdır. 
1992.10.09. 
Rayonun  Muradxanlı  kəndinə  3  mərminin  düşməsi  3  evin  dağılmasına 
səbəb olmuşdur.
1
 
1992.10.11. 
Rayonun  Muradxanlı  kəndinin  “Qrad”  və  toplardan  atəşə  tutulması 
nəticəsində 1 nəfər yaralanmışdır
2

1992.11.25. 
                                                           
1
 ARMTN Arxivi, jurnal №4 səh-73 
2
 ARMTN Arxivi, jurnal №5 səh-51 

73 
 
Noğullu  kəndi  ətrafında  atışma  nəticəsində  tərəfimizdən  2  nəfər  həlak 
olmuşdur. 
1992.12.24. 
Rayonun Göyyam kəndinin atəşə tutulması nəticəsində 3 ev dağıdılmış, 2 
nəfər isə yaralanmışdır. 
1993.07.23. 
Səhər  saatlarından  başlayaraq  rayonun  mərkəzi  və  kəndləri  toplardan, 
müxtəlif artilleriya qurğularından atəşə tutulmağa başlamışdır. Dağıntılar var, taxıl 
zəmiləri yandırılmışdır. 
1993.08.18. 
Ermənistan  Respublikasının  Qafan  rayonu  ərazisindən  Qubadlı  rayon 
mərkəzi  top  və  “Qrad”  qurğularından  şiddətli  atəşə  məruz  qalmış,  1  nəfər 
yaralanmış, 2 ev isə dağıdılmışdır. 
1993.08.31. 
Erməni  hərbi  qüvvələri  Azərbaycan  Respublikasının  Qubadlı  rayonunu 
işğal  etmişlər.  Otuz  mindən  çox  dinc  sakin  öz  yaşayış  məskənlərini  məcburiyyət 
qarşısında tərk etməli olmuşdur. 
1993.09.01. 
Rayonu işğal etmiş erməni quldurları soyğunçuluq və talançılıqla məşğul 
olmuşlar. 
Zəngilan 
1992.04.25. 
Qafan  rayonu  istiqamətindən  Qazançı,  Seyidlər,  Ağkənd,  Canbar, 
Gilqışlaq,  Kirveys,  Dərəli,  Sarıkənd,  Kollu  Qışlaq  kəndlərinin  atəşə  tutulması 
nəticəsində sadalanan yaşayış məntəqələrində dağıntılar olmuşdur. 
1992.05.14. 
Rayonun Mehri ilə həmsərhəd bölgələrində Vəcnəli kənd sakinləri - kənd 
məktəbinin müəllimi və şagirdi əsir götürülmüşdür. 
1992.05.20. 
Milli  Ordu  qüvvələri  üçün  çörək  daşıyan  “UAZ”  avtomobili  atəşə 
tutulmuş,  2  nəfər  həlak  olmuş,  2  nəfər  yaralanmışdır.  May  ayının  23-də  rayonun 
Ağkənd yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 4 nəfər həlak olmuşdur, 
onlardan  ikisi  yerli  sakin,  1  nəfər  DİN  xüsusi  alayının,  1  nəfər  isə  Milli  Ordunun 
əsgəridir. 
1992.07.17. 
Rayonun Seyidlər, Şərikan kəndləri və Şayıflı qəsəbəsi atəşə tutulmuşdur. 
Şayıflı qəsəbəsinin iki sakini qəlpə yarası almışdır.
1
 
1992.08.31. 
                                                           
1
 ARMTN Arxivi, jurnal №4 səh-5 

74 
 
Avqustun  30-da  rayonun  Qazançı  kəndinin  ermənilər  tərəfindən  atəşə 
tutulması  nəticəsində  rayonun  hərbi  komendantı  və  Milli  Ordunun  bir  döyüşçüsü 
yaralanmış, bir polis əməkdaşı şəhid olmuşdur. 
1992.09.17. 
Qafan  və  Mehri  rayonu  istiqamətindən  Zəngilan  rayonunun  bütün 
sərhədyanı kəndləri atəşə tutulmuşdur. 2 nəfər əsgərimiz həlak olmuş, beş nəfər isə 
yaralanmışdır. 
1992.09.29. 
Rayonun  Şərikan  və  Seyidlər  kəndləri  Qafan  rayonu  ərazisindən  iriçaplı 
pulemyotlar və toplardan atəşə tutulmuşdur. Şərikan kəndində dağıntılar vardır
1
.
 
1992.09.30. 
Saat  17.30-da  Qafan  rayonu  ərazisindən  Kollu  qışlaq  kəndi  atəşə 
tutulmuşdur. Nəticədə həmin kəndin sakinlərindən bir qadın həlak olmuş, iki nəfər 
ağır yaralanmışdır. 
1992.10.01. 
Zəngilan  rayonunun  Ermənistanla  sərhəddə  yerləşən  Saralı  Xəşdab 
kəndinin  2  nəfər  sakini  və  bir  neçə  baş  mal-qara  Qafan  rayonunun  Hərək  və 
Ağavurd kəndlərində olan döyüşçülər tərəfindən girov götürülmüşdür. 
1992.10.03. 
Rayonun  Kollu  Qışlaq,  Rəzdərə,  Seyidlər,  Qazançı  və  Ağkənd  kəndləri 
Qafan rayonu ərazisindən atəşə tutulmuş, nəticədə bir neçə ev, yaşayış binası, kənd 
məktəbi dağıdılmışdır. 
1992.12.12. 
Rayonun  Pirveyisli,  Qazançı,  Dərəli,  Günqışlaq  kəndləri  istiqamətlərində 
döyüşlər  davam  edir.  Rayon  mərkəzi  mütəmadi  olaraq  “Qrad”  tipli  qurğulardan 
atəşə tutulur. Məlumatlara görə, 12 nəfər həlak olmuş, 40 nəfərə yaxın yaralanmış, 
30 nəfərin taleyi isə məlum deyildir.
2
 
1992.12.26. 
Ermənistanın Qafan rayonu istiqamətindən Kollu Qışlaq kəndinin avtomat 
və pulemyotlardan atəşə tutulması nəticəsində 1 nəfər yaralanmışdır. 
1993.01.17. 
Kollu Qışlaq kəndinin atəşə tutulması nəticəsində 1 nəfər həlak olmuş, 3 
nəfər yaralanmışdır. 
1993.10.30. 
Erməni  silahlı  birləşmələri  Azərbaycan  Respublikasının  Zəngilan 
rayonunu  zəbt  etmişlər.  Nəticədə  otuz  mindən  çox  həmyerlimiz  öz  yaşayış 
yerlərini tərk etməyə məcbur olmuşdur. 
Qazax rayonu 
                                                           
1
 ARMTN Arxivi, jurnal №5 səh-9 
2
 ARMTN Arxivi, jurnal № 7 səh-13 

75 
 
Ermənilərin  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  regionunda, 
eləcə  də  Ermənistanla  həmsərhəd  rayonlarda  azərbaycanlılara  qarşı  törətdikləri 
cinayətlər,  vandalizm  aktları  barəsində  məlumatların  toplanılması  istiqamətində 
keçirilən  tədbirlərlə  əlaqədar  Azərbaycan  Respublikası  Baş  Prokurorluğundan 
daxil olmuş bir neçə cinayət işinin materialları, o cümlədən 1990-cı il martın 24-də 
Qazax  rayonunun  Bağanis-Ayrım  kəndində  7  nəfər  azərbaycanlının  vəhşicəsinə 
qətlə  yetirilməsi  ilə  əlaqədar  Qazax  rayon  Prokurorluğu  tərəfindən  Azərbaycan 
Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin 3-cü hissəsi və 70-ci maddəsi 
ilə qaldırılmış 11709 saylı cinayət işi təhlil edilmişdir. 
Cinayət  işinin  təhlili  zamanı  məlum  olmuşdur  ki,  müxtəlif  vaxtlarda  bir-
birinə  yaxın  ərazilərdə  eyni  tipli  odlu  silahlarla,  azərbaycanlılara  qarşı  erməni 
quldur  dəstələri  tərəfindən  buna  oxşar  qətl  hadisələri  törədildiyi  üçün  qaldırılmış 
10 cinayət işinin istintaqının  11709 saylı iş çərçivəsində davam etdirilməsi qərara 
alınmışdır. 
Beşinci epizod: 
İşin beşinci cildinin təhlili zamanı məlum olmuşdur ki, SSRİ Daxili İşlər 
Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat  müvəkkili milis 
podpolkovniki  A.M.Kuş  1990-cı  il  aprelin1-i  tarixində  Azərbaycan  Respublikası 
daxili  işiər  nazirinin  müavini  polkovnik  R.X.Məmmədova  raportla  müraciət 
etmişdir. 
O, raportda göstərmişdir ki, 1990-cı il martın 24-də saat 14-00-da ona və 
V.V.Qusarova daxil olmuş məlumata görə, Ermənistanın Bağanis kəndi ərazisində 
dislokasiya  olunmuş  (Kirovakandakı  15-ci  diviziya)  343  saylı  alayın  hərbçiləri  2 
ədəd  əldə  düzəldilmiş  minaatan  döyüş  sursatı  və  30  ədəd  mina  olan  11  nəfər 
ermənini saxlamışlar. 
Raportda  əlavə  olaraq  qeyd  olunmuşdur  ki,  faktla  əlaqədar  toplanmış 
(müəyyənedici  və  digər)  materiallar  343  saylı  alay  üzrə  xüsusi  şöbənin 
əməkdaşına,  baş  leytenant  rütbəli  zabitə  (soyadını  yadda  saxlamamışdır) 
verilmişdir.  Sonra  o,  həmin  zabitdən  materialların  istintaq  qrupuna  verilməsini 
xahiş etmişdir. 
Bir  müddət  sonra  A.M.Kuş  və  Qusarov  Bağanis  kəndinə  qayıdarkən 
məlum olmuşdur ki, Noyemberyan RDİŞ-də saxlanılmış ermənilər azad edilmişdir. 
Xüsusi  şöbənin  əməkdaşı  isə  ermənilərdən  götürülmüş  döyüş  sursatlarını  hərbi 
hissənin zabitləri arasında paylamışdır. 
Cinayət  işində  döyüş  sursatının  ballistik  ekspertizasından  əlavə  digər, 
xüsusən ermənilər barədə müəyyənedici məlumatlar aşkar edilmişdir. 
Altıncı epizod: 
İşin 5-ci cildinin təhlili zamanı məlum olmuşdur ki, 1990-cı il martın 16-
da  “Tbilisi-Yerevan”  sərnişin  qatarı  ilə  Ermənistana  keçərkən,  sərhəddə  erməni 
quldurları  sərnişinlərin  şəxsiyyətini  yoxlayarkən  Bakı  şəhər  sakini,  azəbaycanlı 
Sarıyev Afət Cəlil oğlu saxlanılmışdır. 

76 
 
A.Cəlilov 1990-cı ilin  mart ayının 16-dan aprel ayının 5-dək Ermənistan 
Respublikasının 
Alaverdi  qəsəbəsi  yaxınlığında  yerləşmiş  quldurların 
qərargahında  saxlanılmış,  mütəmadi  olaraq  onlar  tərəfindən  döyülmüş  və 
işgəncələrə məruz qalmışdır. 
1990-cı  il  aprel  ayının  5-də  A.Sarıyev  Yerevan  şəhərinə  aparılmış  və 
orada “Erməni Ümumilli Hərəkatının” rəhbərləri ilə görüşmüşdür. 
1990-cı  il  aprelin  13-də  A.Sarıyev  hərbçilərin  köməyi  ilə  Bakı  şəhərinə 
gətirilmişdir.  1990-cı  il  aprelin  23-də  göstərilənlərlə  əlaqədar  Azərbaycan 
Respublikası  CM-nin  130-cu  maddəsinin  1-ci  hissəsi  ilə  A.Sarıyev  barəsində 
18/35115 saylı cinayət işi başlanmışdır. 
Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinin  Mərkəzi  Ünvanlar 
Bürosunun qeydiyyatları üzrə yoxlama nəticəsində məlum olmuşdur ki, A.Sarıyev 
1947-ci  ildə  Bakı  şəhərində  anadan  olmuş,  milliyətcə  azərbaycanlıdır,  1981-ci 
ildən  Səbayıl  rayonu  Şeyx  Şamil  küçəsi  ev  №3,  mənzil  12  ünvanında 
qeydiyyatdadır. 
1990-cı  il  yanvarın  2-də  Səbayıl  Rayon  Daxili  İşlər  İdarəsi  tərəfindən 
A.Sarıyevə XXIV-JQ seriyalı, 644789 №-li pasport verilmişdir. 
Yeddinci epizod: 
11709  saylı  cinayət  işinin  4-cü  cildində,  11712  saylı  cinayət  işinin 
başlanması  haqqında,  Azərbaycan  Respublikası  Prokurorluğunun  İstintaq  İdarəsi 
rəisinin  1-ci  müavini,  kiçik  ədliyyə  müşaviri  R.Ə.Əliyev  tərəfindən  1990-cı  il 
martın  30-da  tərtib  edilmiş  qərar  müəyyən  edilmişdir.  Qərarda  göstərilmişdir  ki, 
1990-cı  il  martın  29-da  saat  20  radələrində  SSRİ  DİN-nin  Qoşunlarının  hərbi 
əməliyyatlar  qrupunun  rəisi,  podpolkovnik  Naqirniy  Vasiliy  Vasilyeviç,  SSRİ 
DİN-nin  Baş  Cinayət  Axtarış  idarəsinin  baş  əməliyyat  müvəkkili  Qusarov  Valeri 
Viktoroviç,  bölük  komandiri,  kapitan  Kosteneviç  Vladimir,  SSRİ  DİN-nin  baş 
əməliyyat müvəkkili, milis baş leytenantı Lixaçov Valeri və sürücü, 5455 nömrəli 
hərbi  hissənin  yefreytor  Veşkortsev  Viktordan  ibarət  əməliyyat-istintaq  qrupu 
erməni quldurları tərəfindən odlu silahlarla atəşə tutulmuşlar. 
Belə  ki,  göstərilən  əməliyyat-istintaq  qrupunun  üzvləri  həmin  tarixdə, 
regionda  ictimai  asayişin  mühafizəsi  üzrə  xidməti  vəzifələrini  yerinə  yetirdikdən 
sonra,  02-45  QAZ  dövlət  nömrə  nişanlı,  “UAZ-469”  markalı  maşınla  Qazax 
şəhərinə gələrkən rayonun Məzəm və Abbasbəyli kəndlərinin arasında, Coğaz çayı 
üzərindəki  bəndin  yaxınlığında,  erməni  quldurları  onları  qəsdən  qətlə  yetirmək 
məqsədi ilə şose yoluna daşlar düzərək avtomaşını dayandırmağa çalışmışlar. 
Lakin  sürücü  V.Veşkortsev  avtomaşını  sürətlə  sürərək  çətinliklə  həmin 
ərazini  keçə  bilmişdir.  Bunu  görən  erməni  quldurları  avtomat  və  ov  silahları  ilə 
maşını atəşə tutmuş və nəticədə maşının bir neçə hissəsində güllə  yerləri açılmış, 
lakin xəsarət alan olmamışdır. 
Göstərilənlərlə  əlaqədar,  Azərbaycan  Respublikası  CM-nin  15,  94-cü 
maddəsinin 3-cü və 4-cü bəndləri və 191-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. 

77 
 
İşdə  1990-cı  il  martın  30-da  SSRİ  DİN  Daxili  Qoşunlarının  hərbi 
əməliyyat  qrupunun  rəisi,  podpolkovnik  V.V.Naqirniy  tərəfindən  Azərbaycan 
Respublikası Daxili İşlər nazirinin  müavini polkovnik  R.X.Məmmədova  və  SSRİ 
Baş  Cinayət-Axtarış  idarəsinin  baş  əməliyyat  müvəkkili  milis  podpolkovniki 
V.V.Qusarovun  idarənin  rəisi  polkovnik  A.A.Pleşkova  yazdığı  raport  müəyyən 
edilmişdir.  Həmin  raportlarda  göstərilmişdir  ki,  1990-cı  il  martın  29-da  üzərində 
xüsusi  fərqlənmə  nişanı  -  “Milis”  yazısı  olan  “UAZ-469”  markalı  maşınla 
gedərkən  Məzəm  və  Abbasbəyli  kəndləri  arasında  əməliyyat-istintaq  qrupunun 
üzvləri  naməlum  şəxslər  tərəfindən  pusquya  salınmış  və  odlu  silahlardan  atəşə 
tutulmuşlar. 
SSRİ  Daxili  İşlər  Nazirliyi  Daxili  Qoşunlarının  rəis  müavini  general-
mayor Kasalapovun qərarı ilə cinayətkarların axtarılması və tutulması məqsədi ilə 
əməliyyat-istintaq  qrupu  2  PDM-in  müşayiəti  ilə  həmin  əraziyə  getmişlər. 
Ermənistan ərazisində olan hadisə yerinin müayinəsi zamanı su anbarının yanında 
əməliyyat-istintaq qrupu 12 nəfər silahlı erməniləri tutmuşlar. Həmin ermənilərdən 
dörd  nəfəri  Ermənistan  Respublikası  Dilican  şəhər  milis  şöbəsinin  əməkdaşları 
olmuşlar. Ermənilərdən 6 ədəd əldə düzəldilmiş əl qumbarası, 4 ədəd (D 20516, D 
20262, D 20936) təklüləli ov tüfəngi, 18 ədəd 16 kalibr, 32 ədəd 12 kalibr, 2 ədəd 
7,62 kalibr (karabin üçün), 1  ədəd AK-74 silahının 5,45 kalibrli güllələri, 2 ədəd 
26 kalibrli siqnal raketinin güllələri aşkar edilərək götürülmüşdür. 
Bir neçə dəqiqə sonra isə  hadisə  yerinə İcevan RDİŞ-nin rəisi gəlmiş və 
razılıq əsasında saxlanılmış ermənilər ona təhvil verilmiş və onlardan götürülmüş 
odlu  silah,  partlayıcı  maddələr  və  digər  döyüş  sursatları  Qazax  RDİŞ-nə 
gətirilmişdir. 
İstintaqın gedişində 1947-ci il təvəllüdlü, Ukrayna Respublikası, İvanovo-
Frankovsk  vilayəti,  Tlumaç  şəhər  sakini,  milliyyətcə  ukraynalı,  sərhəd  qoşunları 
məktəbini  bitirmiş,  Tbilisi  şəhərindəki  3405  hərbi  hissədə  əməliyyat  bölməsinin 
rəisi  vəzifəsində  işləyən  podpolkovnik  Naqirnıy  Vasiliy  Vasilyeviç,  1947-ci  il 
təvəllüdlü,  Moskva  şəhər  sakini,  milliyyətcə  rus,  1976-cı  ildə  SSRİ  DİN-in  ali 
məktəbini  bitirmiş,  SSRİ  DİN-nin  Baş  QAİ-nin  baş  əməliyyat  müvəkkili 
podpolkovnik  Qusarov  Valeriy  Viktoroviç,  1963-ci  il  təvəllüdlü,  Ukrayna 
Respublikası  Voroşilovqrad  vilayəti,  Krasnodon  şəhər  DİŞ-də  baş  əməliyyat 
müvəkkili vəzifəsində işləyən Lixaçov Valeriy Anatoliyeviç, 1969-cu il təvəllüdlü, 
Sverdiovsk  vilayətinin  Kamensk-Uralsk  şəhər  sakini,  orta  ixtisas  təhsilli,  Tbilisi 
şəhərində  dislokasiya  olunmuş  5455  saylı  hərbi  hissənin  sürücüsü,    Beşkursev 
Viktor  Vladimiroviç,  1962-ci  il  təvəllüdlü,  Belarusiya  Respublikası  Bobruysk 
şəhər  sakini,  SSRİ  DİN-nin  ali  siyasi  məktəbini  bitirmiş,  Tbilisi  şəhərində 
dislokasiya  olunmuş  3219  saylı  hərbi  hissənin  xüsusi  təyinatlı  bölüyünün 
(rotasının)  komandiri,  kapitan  Kosteneviç  Vladimir  Nikolayeviç  yuxarıda 
göstərilən ifadələri vermişlər. 

78 
 
1990-cı  il  iyunun  10-u  tarixində  istintaq  qrupunun  rəhbəri  S.A.Solopon 
Ermənistan Respublikası İcevan RDİŞ-ni rəisinin ünvanına sorğu göndərmişdir. O, 
həmin  sorğuda  göstərmişdir  ki,  silah  və  döyüş  sursatları  hərbçilər  tərəfindən 
saxlanılmış  və  sonradan  İcevan  RDİŞ-nin  xahişinə  əsasən  sonuncuya  təhvil 
verilmiş 12 nəfər erməni barəsində  tam  müəyyənedici  məlumatların Qazax rayon 
Prokurorluğuna göndərilməsini xahiş etmişdir. 
1990-cı iyunun 18-də Ermənistan Respublikası İcevan şəhər DİŞ-nin rəisi 
milis  podpolkovniki  İ.S.Əmirxanyan  istintaq  qrupunun  rəhbəri  S.A.Soloponun 
ünvanına göndərdiyi sorğuya cavabda aşağıdakıları göstərmişdir: 
-1936-cı il təvəllüdlü Kazaryan Şamir Vasilyeviç, İcevan rayonu Qetaovit 
kənd sakini, İcevan şəhər DİŞ-nin sahə müvəkkili; 
-1967-ci  il  təvəllüdlü,  Dilijan  şəhər  DİŞ-nin  əməkdaşı,  Dilijan  şəhəri 
Qaya küçəsi 84/28 ünvanda yaşayan Nazaryan Anatoli Abdulkərimoviç; 
-Dilican  şəhər  DİŞ-in  əməkdaşı,  İcevan  rayonu  Açacur  kənd  sakini 
Xaçaturyan Radik (atasının adı göstərilmir); 
-Dilican  şəhər  DİŞ-in  əməkdaşı,  İcevan  rayonu  Handzəkar  kənd  sakini 
Meliksetyan Aşot (atasının adı göstərilmir); 
-İcevan  rayonu  Berkaber  kənd  sovetinin  sədri,  İcevan  rayonu  Sariqyux 
kənd sakini Ellaryan Aram (atasının adı göstərilmir); 
-1938-ci  il  təvəllüdlü,  Berkaber  sovxozunun  direktoru,  Berkaber  kənd 
sakini  Muradyan Manvel Əzizoviç
-1949-cu  il  təvəllüdlü,  Berkaber  sovxozunun  baş  aqronomu,  Berkaber 
kənd sakini Arutunyan Edik Jorayeviç; 
-1956-cı  il  təvəllüdlü,  Berkaber  sovxozunun  mühəndisi,  Berkaber  kənd 
sakini Arzumanyan Paşik Norayroviç; 
-1952-ci il təvəllüdlü,  su anbarının hərbiləşdirilmiş  mühafizə dəstəsinin 
rəisi, Berkaber kənd sakini Arutunyan Qadik Jorayeviç; 
-1967-ci  il  təvəllüdlü,  HMD-nın  atıcısı,  Berkaber  kənd  sakini  Yeşayan 
Qarik Qarnikoviç; 
-1966-cı il təvəllüdlü, HMD-nın atıcısı, Berkaber kənd sakini Dilbaryan 
Areq Kolyayeviç; 
İcevan  RDİŞ-in  rəisi  sorğuya  cavabda  on  ikinci  erməni  barəsində 
məlumat verməmişdir. 
İşin təhlili zamanı götürülmüş 4 ədəd ov tüfəngi; 7, 62; 5, 45; 16 və 32 
kalibrli  güllələr  və  əldə  düzəldilmiş  6  ədəd  qumbaranın  ballistik  ekspertizası 
keçirilərək onlar barədə aşağıdakı rəy verilmişdir: 
Ov tüfəngləri və əl qumbaraları döyüşə tam yararlıdır. Əl qumbaralarının 
yoxlanışı  zamanı  qəlpələrin  100  metr  radiusdan  artıq  məsafəyə  hərəkət  etdiyi 
müəyyən edilmişdir. 
Voskepar  kəndi  istiqamətindən  hərəkət  edən,  kabinası  yaşıl  rəngli  olan, 
24-34 dövlət nömrə nişanlı “QAZ-66” markalı maşın qara pencəkli şəxsdən 30-40 

79 
 
metr aralı məsafədə dayanmışdır. N.Həsənov həmin maşının Voskepar kənd sakini 
Armen  adlı  erməniyə  məxsus  olduğunu  tanımışdır.  Maşından  Armenin  qardaşı, 
əlində  odlu  silah  olan  Aro  adı  ilə  çağırılan  Ararat  adlı  erməni  düşmüş  və  qara 
pencəkli şəxsə atəş açmışdır. Nəticədə həmin şəxs yerə yıxılmışdır. 
Bundan  sonra  “QAZ-53”  markalı  maşının,  adını  bilmədiyi  sürücüsü  və 
İlyas  adlı  erməni  odlu  silahla  vurulmuş  qara  və  boz  pencəkli  şəxsləri  maşının 
kuzasına  tullayaraq  ferma  istiqamətinə  getmişlər.  N.  Həsənov  əlindəki  durbinlə 
200-300  metr  məsafədə  yerləşən  hadisə  yerinə  baxdığı  üçün  İlyası  və  Ararat  adlı 
ermənini asanlıqla tanıya bilmişdir. 
Müstəntiqin, siz  Voskepar kənd sakinləri  Araratı və  ilyas adlı erməniləri 
nə  vaxtdan  və  haradan  tanıyırsınız  sualına?  cavab  olaraq  N.Həsənov  bildirmişdir 
ki, qonşu kəndlərdə yaşadıqları üçün on ildən artıq müddətdir ki, onları tanıyır. O, 
Araratın təxminən 23-25, İlyasın isə 47- 48 yaşı olduğunu qeyd etmişdir. 
1990-cı il martın 3-də 1962-ci il təvəllüdlü, Qazax rayonu Aşağı Əskipara 
kənd  sakini  Əsgərov  Kəsəmən  Məhəmmədəli  oğlu  şahidi  dindirmə  protokolunda 
göstərmişdir:  1990-cı  il  martın  3-də  o,  kənd  sakinləri  Etibar  Hüseynov,  Nemət 
Həsənov,  Füzuli  Qafarov  və  digər  şəxslər  kəndin  kənarındakı  mühafizə  postunda 
dayanarkən  “QAZ-24”  və  “VAZ-2103”  markalı  maşınlar  Aşağı  Əskipara 
istiqamətində  hərəkət  etmişlər.  “Voskepar”  sovxozuna  məxsus  fermaya  təxminən 
50-60 metr qalmış oradan 15-30 nəfər silahlı erməni quldurları onları odlu silahdan 
atəşə tutmuşlar.  “Volqa”  maşını atəşdən sonra dərhal  geri dönərək sürətlə  hərəkət 
etməyə  başlamışdır.  “Jiquli”  maşını  isə  “Volqa”  döndüyü  yerdə  dayanmış,  onun 
içərisindəki  qara  və  boz  pencəkli  şəxslər  düşərək  K.Əsgərovun  və  digər  kənd 
sakinlərini  dayandıqları  posta  tərəf  qaçmağa  başlamışlar.  Həmin  vaxt  fermadan 
təzə  öz  yükünü  boşaldan  “QAZ-53”  markalı  maşın  sürətlə  onların  arxasınca 
getmişdir. Maşının kuzasında olan İlyas avtomat silahı ilə atəş açaraq boz pencəkli 
şəxsi qətlə yetirmişdir. 
K.Əsgərovun  verdiyi  ifadəyə  görə,  onların  dayandığı  yerdən  hadisənin 
törədildiyi  əraziyə  təxminən  300-400  metr  məsafə  olardı.  Buna  görə  o,  və 
N.Həsənov mülki geyimli şəxsi tanıya bildiklərini demişdir. İkinci, qara pencəkli 
şəxs  isə  hadisə  yerindən  təxminən  20-40  metr  məsafədə  olmuşdur.  Həmin  anda 
onun qarşısını “QAZ-66” maşınla kəsən və sürücü tərəfdən düşən, yaxşı tanıdığı 
Voskepar  kənd  sakini,  “erməni  milli  ordusu”  adlanan  quldur  dəstəsinin  hərbi 
formasında  olmuş  Ararat  odlu  silahla  ikinci  şəxsi  qətlə  yetirmişdir.  İkinci  şəxs 
qətlə  yetirildikdən  sonra  təxminən  5-10  nəfər  erməni  qulduru  “VAZ-2103” 
markalı maşını itələyərək fermaya aparmışlar. 
1935-ci  il  təvəllüdlü,  Qazax  rayonu  Çaylı  kənd  sakini  Abdiyev  Paşa 
Məmmədkərim  oğlu  şahidi  dindirmə  protokolunda  göstərmişdir  ki,  1990-cı  il 
martın  24-də  Bağanis-Ayrım  kəndində  ermənilər  tərəfindən  törədilmiş  qəti 
hadisələri  ilə  əlaqədar  sakinlərə  müəyyən  kömək  göstərmək  məqsədilə  həmin 
tarixdə  saat  12-13  radələrində  qardaşına  məxsus  E  61-31  AQ  markalı  “QAZ-24” 

80 
 
markalı  maşına  kənd  istiqamətində  hərəkət  etmişdir.  Voskepar  kənd  fermasının 
yaxınlığından  keçərkən  təxminən  50-60  metr  məsafədə,  yolda  üzü  ona  tərəf 
dayanmış  göy  rəngli  “QAZ-53”  markalı  maşının  arxasından  hərbi  formalı,  odlu 
silahlı 2-3 nəfər erməni qarşısına  çıxaraq atəş açmışlar.  Atəş  nəticəsində  maşın 3 
yerdən  deşilmiş  və  P.  Abdiyev  çətinliklə  Aşağı  Əskipara  istiqamətində  maşını 
sürərək ermənilərin əlindən qurtara bilmişdir. 
1960-cı  il  təvəllüdlü,  Aşağı  Əskipara  kənd  sakinləri  Hüseynov  Etibar 
Qəmbər oğlu, 1962- ci il təvəllüdlü, Qazax rayonu Çaylı kənd sakini, Bakı şəhəri, 
Kooperativ  küçəsi  29  saylı  ünvanda  yaşayan  Carçıyeva  Mehriban  Təyyar  qızı, 
1935-ci  il  təvəllüdlü,  Qazax  rayonu  Çaylı  kənd  sakini  Saniyeva  Nigar  Sadıq  qızı, 
1925- ci il təvəllüdlü, Qazax rayonu Çaylı kənd sakini Saniyev Şəmsəddin Qasım 
oğlu,  1956-ci  il  təvəllüdlü,  Qazax  rayonu  Yuxarı  Göyçəli  kənd  sakini,  Qazax 
Rayon  Daxili  İşlər  şöbəsinin  əməkdaşı  Abbasov  Şəmsi  Fərzalı  oğlu,  1955-ci  ildə 
Gədəbəy rayonunda anadan olmuş, Ağstafa şəhər sakini, Qazax Rayon Daxili İşlər 
şöbəsinin sahə  müvəkkili Sadıqov Elxan İsa oğlu, 1954-cü ildə Tovuz rayonunda 
anadan  olmuş,  Ağstafa  şəhər  sakini,  Qazax  RDİŞ-nin  sahə  müvəkkili  Əhmədov 
Akif  Qəzənfər  oğlu,  1958-ci  ildə  Qazax  rayonu  Köçvəlli  kəndində  anadan  olmuş, 
Qazax  rayon  sakini,  Rayon  Daxili  İşlər  Şöbəsinin  əməkdaşı  Quliyev  Tahir  Qoca 
oğlu,  1950-ci  ildə  Cəbrayıl  rayonunda  anadan  olmuş,  Qazax  RDİŞ-də  Dövlət 
Avtomobil Müfəttişliyi bölməsinin rəisi Hüseynov Cəbrayıl Qurban oğlu, 1959-cu 
ildə  Tovuz  rayonu  Alagöl  kəndində  anadan  olmuş,  Qazax  Rayon  Daxili  İşlər 
Şöbəsinin  baş  əməliyyat  müvəkkili  vəzifəsində  işləyən  İbrahimov  Məhərrəm 
Ənvər  oğlu,  1953-cü  il  təvəllüdlü,  Ağstafa  polis  bölməsinin  sahə  müvəkkili 
Sadıqov Elxan İsa oğlu, 1954-cü ildə Tovuz rayonunda anadan olmuş, 1966- cı il 
təvəllüdlü, Qazax rayonu Çaylı kənd sakini Əmrazov Qorxmaz Əziz oğlu da şahidi 
dindirmə protokolunda yuxarıda göstərilən məqamları təsdiq etmişlər. 
Şahid  ifadələri  əsasında  1990-cı  il  martın  28-də  saat  11.20-dən  15.40 
dəqiqəyədək  Azərbaycan  Respublikası  Prokurorluğunun  mühüm  işlər  üzrə 
müstəntiqi  R.Əliyev  tərəfindən  17.02.1968-ci  il  tarixdə,  Ermənistan  Respublikası 
Noyemberyan  rayonu  Voskepar  kəndində  anadan  olmuş,  milliyyətcə  erməni, 
üzərində  AVL  seriyalı,  363084  saylı  sürücülük  vəsiqəsi  olan  Gevorkyan  Ararat 
Lipartoviç şübhəli şəxs qismində dindirilmişdir. 
A.Gevorkyan  dindirmə  zamanı  müstəntiqin  sualına  əsasən  özü  və  ailə 
üzvləri barəsində danışaraq bildirmişdir ki, onlar 3 bacı və üç qardaşdırlar. 28-29 
yaşlarında olan böyük qardaşı Armen “Voskepar” sovxozunda yaşıl rəngli, kuzası 
lentlə  bağlı  “QAZ-66”  markalı,  24-34  dövlət  nömrə  nişanlı  maşını  idarə  edir. 
Onlar  atası  Lipar,  anası  Sarıgül  və  böyük  qardaşının  ailəsi  ilə  birlikdə  Voskepar 
kəndində bir evdə yaşayırlar. 
Müstəntiqin,  Əsgərov  Kəsəmən  və  Həsənov  Nemət  qətiyyətlə  bildirirlər 
ki,  1990-cı  il  martın  24-də  siz  avtomat  silahı  ilə  azərbaycanlılardan  birini  qətlə 
yetirmisiniz, bu barədə nə deyə bilərsiz sualına? cavab olaraq A.Gevorkyan həmin 

81 
 
tarixdə  guya  əlinə  avtomat  almadığını  və  Voskepar  kəndində  olduğunu 
bildirmişdir.  O,  ümumiyyətlə  həmkəndlilərindən  həmin  tarixdə  əlində  avtomat 
silahı olanları görmədiyini demişdir. Bundan sonra  müstəntiq, həmin tarixdə  saat 
15.45-dən 18.05-dək N.Həsənovla A. Qevorkyanı üzləşdirmişdir. 
N.Həsənov,  siz  qarşınızda  əyləşən  vətəndaş  Gevorkyanı  tanıyırsınızmı 
sualına?  cavab  olaraq  bildirmişdir  ki,  o,  A.  Qevorkyanı  Ermənistan  Respublikası 
Noyemberyan  rayonu  Voskepar  kənd  sakini  kimi  10  ildən  çox  müddətdir  ki 
tanıyır.  Belə  ki,  o  uşaqlıqda  A.Qevorkyanla  birlikdə  Çoxaz  çayında  dəfələrlə 
çimmişlər.  A.Qevorkyan  isə  onun  çayda  çimməsinə  baxmayaraq  N.  Həsənovu 
tanımadığını bildirmişdir. 
N.Həsənov üzləşmə zamanı 1990-cı martın 24-də A.Qevorkyanın qardaşı 
Armenin  idarə  etdiyi  “QAZ-66”  markalı  maşınla  hadisə  yerinə  gələrək 
azərbaycanlılardan birini avtomat silahla qətlə yetirdiyini demişdir. 
Azərbaycan  Respublikası  Baş  Prokurorluğundan  daxil  olmuş  bir  neçə 
cinayət  işinin  materialları,  o  cümlədən  1990-cı  il  martın  24-də  erməni  quldur 
dəstələri 
tərəfindən 
Qazax  rayonu  Bağanis-Ayrım  kəndində  7  nəfər 
azərbaycanlının  vəhşicəsinə  qətlə  yetirilməsi  ilə  əlaqədar  Qazax  rayon 
Prokurorluğu  tərəfindən  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  67-ci 
maddəsinin  3-cü  hissəsi  və  70-ci  maddəsi  ilə  qaldırılmış  11709  saylı  cinayət  işi 
tərəfimizdən təhlil edilmişdir. 
İşin  təhlili  zamanı  məlum  olmuşdur  ki,  1990-cı  il  martın  24-də  saat  7-8 
radələrində  Ermənistan  ərazisindən  odlu  silahlarla  təchiz  olunmuş  üç  erməni 
quldur  dəstəsi  Qazax  rayonu  Bağanis-Ayrım  kəndinə  müxtəlif  istiqamətlərdən 
qəflətən  basqın  edərək  kənd  sakinləri  1915-ci  il  təvəllüdlü  Əsliyev  Dədəkişi 
Bayram oğlunu və onun ailə üzvləri - 1923-ci il təvəllüdlü Əsliyeva Pakizə Qulu 
qızını,  1959-cu  il  təvəllüdlü  Əsgərova  Havaxanım  Dədəş  qızını,  1963-cü  il 
təvəllüdlü Adıgözəlova Alya Dədəş qızını, 1990-cı ilin fevral ayında anadan olmuş 
Adıgözəlov  Hafiz  Ramiz  oğlunu,  onların  həmkəndlisi,  1942-ci  il  təvəllüdlü 
Məhərrəmov Alməmməd Gülməmməd oğlunu və xidməti vəzifəsini həyata keçirən 
1965-ci  il  təvəllüdlü,  polis  əməkdaşı  Məmmədov  Məcid  Oqtay  oğlunu  odlu 
silahlarla  qəsdən  qətlə  yetirmiş,  Adıgözəlov  Mülkədar  İsrafil  oğlunu  və  polis 
əməkdaşı Əhmədov Zirəddin Musa oğlunu isə odlu silahlarla yaralamışlar. 
Bundan  əlavə  erməni  quldurları  kənd  sakinləri  Adıgözəlov  Bəxtiyar 
Ələmdar  oğlunun,  Adıgözəlov  Ədalət  Səfər  oğlunun,  Məhərrəmov  Səməd 
Gülməmməd  oğlu,  Piriyeva  Məleykə  Seyid  qızının,  Qafarov  Təşkilat  Mahmud 
oğlunun,  Quliyev  Cavanşir  Məhəmməd  oğlunun  və  Əsliyev  Bayram  Mehralı 
oğlunun evlərini talan etdikdən sonra yandırmışlar. 
Cinayət işinin təhlili zamanı məlum olmuşdur ki, 1990-cı il martın 25-də 
Qazax  rayon  Prokurorluğunun  qərarı  ilə  məhkəmə-tibb  ekspertizası  şöbəsinin 
müdiri K. Şəmmədov erməni quldurları tərəfindən qətlə yetirilmiş Bağanis-Ayrım 
kənd sakinlərinin meyitlərinin tibbi ekspertizasını keçirmişdir. D.B. Əsliyevin tibbi 

82 
 
ekspertizası  nəticəsində  məlum  olmuşdur  ki,  həmin  şəxsin  sol  qulağı  kəsilib 
götürülmüş, odlu silahla qətlə yetirildikdən sonra yandırılmışdır. 
H.D.Əsgərovanın  müayinəsi  zamanı  məlum  olmuşdur  ki,  başından  odlu 
silahla qətlə yetirilmiş, sol qulaq seyvanı ətraf yumşaq toxuması ilə birlikdə kəsilib 
atılmışdır. Eyni zamanda onun alnında və sol yanağında sıyrıqlar aşkar edilmişdir. 
Göstərilən xəsarətlər küt alətlə törədilmiş, sonra yandırılmışdır. Daxili orqanlarında 
3-4-cü dərəcəli və kömürlənmiş yanıqlar aşkar edilmişdir. 
A.D.  Adıgözəlovanın  müayinəsi  zamanı  məlum  olmuşdur  ki,  o,  odlu 
silahla qətlə yetirilmiş, bədən səthinin yumşaq toxmalarının 95 faizi və sümükləri 
də  kömürləşmiş,  3-4-cü  dərəcəli  yanıqlar  aşkar  edilmişdir.  Göstərilən  yanıqlar 
A.D. Adıgözəlovanın ölümündən sonra törədilmişdir. 
P.Q.  Əsliyevanın  müayinəsi  zamanı  məlum  olmuşdur  ki,  o,  odlu  silahla 
qətlə  yetirilmiş,  sağ  qulaq  seyvanı  ətraf  yumşaq  toxuması  ilə  birlikdə  kəsilib 
atılmışdır.  Göstərilən  xəsarət  kəsici-deşici  alətin  təsirindən  törədilmişdir. 
P.Əsliyevanın  bədən  səthinin  yumşaq  toxumalarında  olan  yanıqlar  ölümündən 
sonra əmələ gəlmişdir. 
1990-cı  ilin  fevral  ayında  anadan  olmuş,  qırx  günlük  Adıgözəlov  Hafiz 
Ramiz oğlunun müayinəsi zamanı məlum olmuşdur ki, odlu silahla başından aldığı 
xəsarətlər  nəticəsində  (beyin  maddəsi  dağılmış  vəziyyətdə)  vəfat  etmişdir. 
Bədənində olan yanıqlar olümündən sonra törədilmişdir. 
İşin təhlili zamanı məlum olmuşdur ki, aşağıda göstərilən Bağanis Ayrım 
kənd sakinləri şahid qismində dindirilmişlər: 
1954-cü il təvəllüdlü, Qazax rayonu Bağanis-Ayrım kənd sakini Əsgərov 
Fərmuz  Xanluma  oğlu  şahidi  dindirmə  protokolunda  göstərmişdir  ki,  1990-cı  il 
martın  23-də  səhər  saat  6-00  radələrində  avtomat  və  karabin  silahları  ilə 
silahlanmış  təxminən  150-200  nəfərdən  ibarət  erməni  quldur  dəstələri  müxtəlif 
istiqamətlərdən kəndə hücum  etmişlər. Onların ardınca kəndə yaşıl rəngdə “Ural” 
markalı  benzin  daşıyan  maşın,  “Qaz-66”  markalı  və  iki  təcili  yardım  maşını 
gəlmişdi. Maşınlar dayandıqdan sonra ermənilər vedrə ilə “Ural” markalı maşından 
benzin  daşıyaraq  Adıgözəlov  Ələddinin,  Məhərrəmov  Səmədin,  Məhərrəmov 
Əliməmmədin və Əsliyev Dədəkişinin evlərini yandırmışlar. 
O,  Əsliyev  Dədəkişinin  evinə  yaxınlaşdıqdan  sonra  evin  bütövlükdə 
yandığını,  sonra  isə  tövlədə  Havaxanımın,  Dədəkişinin,  Pakizənin,  Alyanın  və 
onun  iki  aylıq  körpəsinin  yanmış  meyitlərini  tapmışdır.  Erməni  quldurları  eyni 
zamanda  sakinlərin  çıxması  üçün  müqavimət  göstərmiş  polis  əməkdaşını  odlu 
silahla  qətlə  yetirmişlər.  F.Əsgərov  bildirmişdir  ki,  1990-cı  il  mart  ayının  3-ü 
tarixində  Bağanis-Ayrım  kəndinə  hücum  etmiş  Ermənistan  Respublikası 
Noyemberyan  rayonunun  sakinləri  Ağabəyi,  Yegişi,  Quzunun  oğlunu,  Davidun 
oğlu  Hoviki,  Xoşkotan  kəndindən  Vovikin  qardaşı  Sofiki  və  Emil  adlı  ermənini 
tanımışdır. 

83 
 
Yegişin 40-42 yaşı olar, dülgərdir. Ağabəyin 50-52 yaşı olar, gözətçidir. 
Vovikin qardaşı Sofikin ağ rəngli “QAZ-24” markalı maşını vardır. Emilin isə 40 
yaşı  olar,  o,  sovxoz  direktoru  olmuşdur.  Karabin  odlu  silahları  ilə  silahlanmış 
göstərilən erməni quldurları kənd sakinlərini qətlə yetirmiş, evlərini talan etmiş və 
yandırmışlar. 
1947-ci  il  təvəllüdlü,  Bağanis-Ayrım  kənd  sakini  Əsgərov  Cəlal  İsaxan 
oğlu  şahidi  dinidirmə  protokolunda  göstərmişdir  ki,  1990-cı  il  mart  ayının  24-də 
kəndə  silahlı  basqın  edən  erməni  quldurları  arasında  qonşu  kənddə  yaşayan 
Ağabəyin,  Beqlaryan  Vanikin,  Davidin  oğlunun,  Xoşkotanlı  kənd  sakini  Jovikin, 
Cücəvəli  kənd  sakini  həkim  Revikin  Bağanis-Ayrım  kəndindəki  evləri  talan 
etdiklərinin və yandırıldıqlarının şahidi olmuşdur. Eyni zamanda, erməni quldurları 
kənd  sakinlərini  atəşə  tutarkən  onlarla  gəlmiş  erməni  qadınları  maşınlardan  vedrə 
ilə benzin daşıyıb evlərə tökmüş və yandırmışlar. Basqın zamanı kəndə “QAZ-53”, 
“Kamaz”,  “Zil-131”  markalı  maşınlar  gətirilmişdir.  Həmin  maşınlar  arasında 
yalnız “KamAZ” markalı maşının dövlət nömrə (14-61 ADF) nişanı olmuşdur. 
1961-ci  il  təvəllüdlü,  Bağanis-Ayrım  kənd  sakini  Daşdəmirov  Bəşir 
Həsrət  oğlu  şahidi  dindirmə  protokolunda  bildirmişdir  ki,  1990-cı  il  mart  ayının 
24-də  səhər  saatlarında  kamuflyaj  geyinmiş  erməni  quldurları  Ermənistan 
ərazisindən  kəndə  basqın  etmiş,  evləri  yandırmış,  5  nəfər  kənd  sakinini  qətlə 
yetirmişlər. 
B.Daşdəmirovun  məlumatına  görə,  basqın  edən  quldurların  arasında  o, 
qonşu  kənddə  yaşayan  Yegişi,  Ağabəyi,  Davidin  oğlu  Hoviki,  Mişanı,  Xoşkotan 
kəndindən  Voviki  tanımışdır.  Belə  ki,  basqın  zamanı  əvvəlcə  silahlı  erməni 
quldurları atəş aça-aça kəndə daxil olmuş, onların arxasınca isə “MAZ” və “Ural” 
markalı benzin daşıyan maşınlar hərəkət etmişdir. Ağabəy adlı erməninin başçılığı 
ilə  bir  neçə  quldur  vedrələri  benzinlə  dolduraraq  evləri  yandırmaqla  məşğul 
olmuşlar. Yandırma işini həyata keçirmiş ermənilər arasında qadın da olmuşdur. 
B.Daşdəmirov  ailəsini  götürüb  kəndin  yaxınlığındakı  təpənin  arxasında 
gizlənərkən,  erməni  quldurlarının  kənd  sakini  Alməmməd  Məhərrəmovu  ot 
tayasına  ataraq  yandırmalarının  və  odun  ətrafında  əl  çalaraq  şənlik  etdiklərinin 
şahidi  olmuşdur.  Ertəsi  gün  kənd  sakinləri  ot  tayasının  yerində  Alməmməd 
Məhərrəmovun sümüklərini aşkar etmişlər. 
1950-ci  il  təvəllüdlü  Məmliyeva  Qaratel  Dadaş  qızı  şahidi  dindirmə 
protokolunda  göstərmişdir  ki,  1990-cı  il  mart  ayının  24-də  Bağanis  və  Xoşkotan 
kənd  sakinlərindən  olan  erməni  quldurları  Qazax  rayonunun  Bağanis-Ayrım 
kəndinə basqın etmişlər. 
Q.Məmliyeva  həmin  quldurlar  arasında  Bağanis  kənd  sakinləri-dülgər 
Yegişi,  rəssam  Hoviki,  gözətçi  Ağabəyi,  briqadir  Mişanı,  onun  qardaşı  Vahanı, 
Xoşkatan  kənd  sakinləri  Voviki,  Rantiki,  toyuq  fermasında  işləyən  Vazgeni  və 
Suriki  tanımışdır.  Rantik  isə  Noyemberyan  rayonunda  mühasib  vəzifəsində 
işləmişdir. 

84 
 
Q.Məmliyeva göstərilən erməniləri yaxından tanıdığını bildirmişdir. Belə 
ki, onun sözlərinə  gorə, 1988-ci ilin məlum hadisələrinədək Bağanis-Ayrım kənd 
sakinləri,  o  cümlədən  onun  atası  qonşu  kənddə  yaşayan  ermənilərlə  mehriban 
münasibətlərdə  olmuşlar.  Bununla  əlaqədar,  göstərilən  ermənilər  bir  neçə  dəfə 
atasının  qonağı  olduqlarına  görə,  Q.  Məmliyeva  onların  sifətlərini  tanımışdır. 
1988-ci  il  hadisələri  başlayandan  sonra  ermənilərlə  münasibətlər  pisləşmiş  və 
əlaqələr  kəsilmişdir.  Q.Məmliyeva  bildirmişdir  ki,  erməni  quldurlarının  kənd 
sakinlərinə məxsus evlərin yandırılmasında iki qadın iştirak etmişdir. 
1950-ci  il  təvəllüdlü,  Məhərrəmova  Ofeliya  Şəmsi  qızı  şahidi  dindirmə 
protokolunda göstərmişdir ki, 1990-cı il martın 24-də səhər saat 7 radələrində güllə 
səslərinə  yuxudan  ayılmışlar.  Güllələrin  bir  neçəsi  pəncərənin  şüşəsini  sındıraraq 
evə düşmüşdür. Bir neçə dəqiqə sonra onun qaynı Səməd və həyat yoldaşı Gülşən 
də  onların  evinə  gəlmiş  və  bildirmişlər  ki,  ermənilər  kəndi  mühasirəyə  alaraq 
sakinləri  odlu  silahlardan  atəşə  tuturlar.  Sonra  O.Məhərrəmova,  həyat  yoldaşı 
Alməmməd  Məhərrəmov,  oğlu  Vüqar,  qaynı  Səməd,  onun  həyat  yoldaşı  Gülşən 
çarpayının  altında  gizlənmişlər.  Bir  neçə  dəqiqədən  sonra  ermənilər  evə  daxil 
olmuşlar.  O.Məhərrəmova  və  A.  Məhərrəmov  onların  içərsində  qonşu  kənddə, 
Bağanisdə  yaşayan  Allahverdinin  oğlu  Yeqişi,  onun  həyat  yoldaşı  Feniki  və 
rəngsaz  işləyən  Hoviki,  Ağabəyin  qızı  Aqniki  tanımışdılar.  Ermənilər  paltar 
dolabında  qırmızı  şala  bükülüb  gizlədilmiş  18  min  rublluq  dövlət  istiqraz 
vərəqələrini, 500 rubl nəğd pulu, 1000 rubl dəyərində bir ədəd boyunbağı və qızıl 
zənciri, 3000 rubl dəyərində brilyant qaşlı digər zinət əşyalarını götürmüşlər. 
Erməni quldurları  əşyaları götürdükdən sonra otaqda olan  yorğan-döşəyə 
od vuraraq evi tərk etmiş və 50-100 metr məsafədə olan Dədəşin, sonra Bəxtiyarın 
və  Ədalətin  evlərini  yandırmışlar.  Bundan  sonra  O.Məhərrəmova  və  evdə 
gizlənmiş  digər  ailə  üzvləri  çarpayının  altından  cıxmış  və  ermənilərin  həyətdən 
uzaqlaşdığını görüb alovu söndürdükdən sonra, sürünə-sürünə mal-qara saxlanılan 
tövləyə getmişlər. 
O.Məhərrəmova təxminən beş dəqiqə sonra tövlənin qapısından baxarkən 
ermənilərin  yenidən  onların  evinə  qayıtdığını  görmüşdür.  O.Məhərrəmova  bunu 
mənzilin  yanmaması  ilə  əlaqələndirmişdir.  Erməni  quldurları  evə  daxil  olduqdan 
sonra  çoxsaylı  atəş  səslərini  eşitmiş  və  güman  etmişdir  ki,  onlar  həyat  yoldaşı 
A.Məhərrəmovu  qətlə  yetirmişlər.  Ermənilər  evdən  çıxaraq  evi,  sonra  isə  evin 
arxasındakı ot tayasını yandırmış və ətrafında rəqs etməyə başlamışlar. Bu zaman 
O.Məhərrəmova  erməni  quldurları  arasında  Xoşkotan  kənd  sakinləri  Mardonu, 
onun  qardaşı  Ardonu,  qonşu  Bağanis  kəndində  yaşayan  Ağabəyi,  Yeqişi, 
poçtalyon  Azmikin  oğlunu,  sürücü  Seryojanı  və  briqadir  Mişanı  tanımışdır. 
O.Məhərrəmovanın  məlumatına  görə,  həmin  ermənilər  avtomat  silahları  ilə 
silahlanmışlar.  Onun  sözlərinə  görə,  erməni  quldurları  25-30  nəfərdən  ibarət  bir 
neçə silahlı dəstələrlə kəndə basqın etmişlər. 

85 
 
Eyni  zamanda  O.Məhərrəmova  bildirmişdir  ki,  Ağnikin  atası  Ağabəyi 
qonşu  Bağanis  kəndində  sovxoz  bağının  və  torpaq  sahələrinin  gözətçisi  kimi 
tanıyır. O, 1-2 il bundan əvvələdək kəndə tez-tez gəlib-getmiş, sakinlərdən su, çay 
istəmişdir.  Onun  qızı  Ağnik  isə  qonşu  Bağanis  kəndindəki  quşçuluq  fermasında 
işləmiş  və  dəfələrlə  onların  evinə  çay,  bel  və  s.  əşyalar  üçün  gəlmişdir.  Ağnik 
ailəlidir, 24-26 yaşı olar. Həyat yoldaşı (adını və soyadını bilmir) mövsümi işlərlə 
əlaqədar  Rusiyaya  və  başqa    respublikalarla  gedir.  Ağnik  alçaq  boylu  qadındır, 
saçları qaradır, ağbənizdir. 
Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin