Endokrinologiya 1 Akromeqaliyanın aktiv mərhələsi üçün aşağıdakı hansı əlamətlər xarakterik deyil?


) 30 yaşlı qadın son 6 ay aybaşının olmamasından şikayət edir. Hamilə deyil. Son



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə5/78
tarix16.01.2023
ölçüsü0,68 Mb.
#79385
1   2   3   4   5   6   7   8   9   ...   78
endokrinologiya-son

29) 30 yaşlı qadın son 6 ay aybaşının olmamasından şikayət edir. Hamilə deyil. Son 
bir neçə həftə döş vəzilərindən süd ifrazına fikir verib. Son 3 ay kəskin baş ağrıları 
və yan görmə qabiliyətinin zəifləməsi narahat edir. Laborator müayinələr hansı 
dəyişiklikləri aşkarlaya bilər? 
A) TSH miqdarının artması 
B) Prolaktinin miqdarının artması 
C) Hiponatriyemiya 
D) Kortizolun miqdarının artması 
E) STH miqdarının azalması 


30) 55 yaşlı qadın son 3 ayda 4 kq arıqlayıb, əllərin ölçülərinin boyüməsindən 
narahatdır. Son 10 gün görmə qabiliyyətinin zəifləməsindən və baş ağrılarından 
şikayət edir. KT zamanı-türk yəhəri nahiyəsində 15 mm törəmə aşkarlanıb. Mümkün 
diaqnoz hansıdır? 
A) Hipotalamik qlioma 
B) Beyinin travması 
C) Meningit 
D) Hipofizin mikroadenoması 
E) Hipofizin makroadenoması 
31) 29 yaşlı qadın hamiləliyin 38-ci həftəsində qanaxma ilə xəstəxanaya çatdırılıb. 
Keysəriyyə əməliyyatı aparılıb və plasenta çıxarılıb. Xəstə 6 saat hipotenziv 
vəziyyətdə qalıb, qan köçürülüb. Əməliyyatdan sonra aybaşı kəsilib. Xəstə 
zəiflikdən, halsızlıqdan və arıqlamadan şikayət edir. Laborator müayinələr zamanı 
hiponatriemi
ya, hiperkaliemiya və hipoqlikemiya aşkarlanıb. Mumkün diaqnoz 
hansıdır? 
A) Yarımkəskin tireoidit 
B) Hipofizin nekrozu 
C) Beyinin zədələnməsi 
D) Xorionkarsinoma 
E) İnsulit 
32) Simmonds sindromu zamanı nə müşaidə olur? 
A) FSH-
ın sekresiyasının artması 
B) AKTH-
ın sekresiyasının artması 
C) LH-
ın sekresiyasının artması 
D) TSH-
ın sekresiyasının artması 
E) AKTH-
ın sekresiyasının azalması 
33) Simmonds sindromu zamanı həzm pozğunluğu özünü necə biruzə verir? 
A) İştahanın artması ilə 
B) Mədə sekresiyasının artması ilə 
C) Bağırsaq atoniyası ilə 
D) Mədə - bağırsaq traktının motorikasının sürətlənməsi ilə 
E) Mədəaltı vəzinin xarici sekresiyasının artması ilə 

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin