Ən müasir avadanlıqlarla təchiz olunan klinikada bəzi həkimlərin xəstələri müayinə üçün başqa klinikalara göndərməsi universitetimizin



Yüklə 11,36 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix01.01.2017
ölçüsü11,36 Mb.
#4192
1   2   3   4

xəs tə kimi qəbul edilər, buna 

gö rə  yaxın    ətrafdan  təcrid 

olu na bilərlər. Zamanında mü-

raciət  etməmək  isə  proble-

min  daha  da  dərinləşməsinə 

səbəb olur və xəstəlik xroni-

ki  hala  keçir.  Bəs  xəstəliyin 

ağır 

formaya 

keçməməsi 

üçün vaxtında hansısa tədbir 

görülürmü? 

Ümumiyyətlə, 

bu  istiqamətdə  görülən  iş-

lər  hansı  səviyyədədir?  Bu 

kimi  suallarla  Azərbaycan 

Tibb  Universitetinin  psixiat-

riya    kafedrasının  müdiri, 

Azərbaycan  Respublikasının 

Baş  psixiatrı,  tibb  elmləri 

doktoru,  professor  Gəray 

Gəraybəyliyə müraciət etdik.  

 



Ölkədə  psixi  sağlamlıq  sistemi 



ilə  bağlı  fikirlərinizi  bölüşmək 

istərdik.

- Psixi sağlamlıq  insan sağlamlı-

ğının  ən  vacib  tərkib  hissələrindən 

biridir.  Bu  da  təsadüfi  deyil  ki,  bir 

neçə  il  bundan  öncə  Ümumdünya 

Səhiyyə  Təşkilatı  (ÜST)  tərəfindən 

belə  bir  şüar  irəli  sürülmüşdü  ki, 

“psixi  sağlam  olmayan  insan  heç 

vaxt  fiziki  sağlam  ola  bilməz”.  Bu 

həqiqətən belədir. Düzdür, postsovet 

dövründə psixi sağlamlıq məsələsinə 

elə  də  diqqət  ayrılmır,  xəstələr  tam 

qayğı ilə əhatə olunmurdular. Amma 

indi tamamilə fərqlidir. Son illər bu 

sahədə müsbət mənada böyük dönüş 

hiss  olunur.  Buna    2011-ci  ilin  may 

ayında  “Psixi  Sağlamlıq  Sahəsində 

Milli  Strategiya”nı,  “Psixiatriya 

yardımı  haqqında”  qəbul  edilmiş 

Azərbaycan  Respublikasının    Qa-

nununa  əlavə  və  dəyişiklikləri  mi-

sal  çəkmək  olar.  Milli  strategiyada 

əsas məqsəd isə əhali arasında psixi 

sağlamlığın  möhkəmləndirilməsi, 

keyfiyyətli  psixo-sosioloji  yardı-

mın  göstərilməsi,  psixi  pozun-

tulardan  əziyyət  çəkən  hüquq  və 

maraqların  qorunması  sahəsində 

praktik fəaliyyəti və s. tənzimləmək 

və həyata keçirməkdir.

  Bu  sənəddə  həmçinin  bir  sıra 

yeniliklər də öz əksini tapıb. Belə ki, 

psixi sağlamlıq məsələsinə təkcə psi-

xiatrlar deyil, digər ixtisas həkimləri 

də cəlb olunublar.



Son  zamanlar  psixi  poz ğun  luq-



ların  əhatə  dairəsinin  geniş lənməsi 

müşahidə  olunur.  Buna 

səbəb nədir?

-  Buna  səbə  sosial  fak-

torlar, 

informasiyanın 

həd dən  artıq  çoxluğu, 

vaxt  məhdudiyyəti,  daim 

tələskənlik,  istirahətə  düz-

gün  riayət  etməmək,  təbii 

fəlakətlər,  müharibələr  və 

s.  Bunlar  hamısı  stres  fak-

torlarının  artmasına  səbəb 

olur.


Adi  bir  misal  çəkim: 

məsələn, gecə yuxusunun insan psi-

xikasında  çox  önəmli  əhəmiyyəti 

var.  Vaxt  var  idi  ki,  gecələr  küçədə 

avtomobil  olmazdı.  Gecələr  yatar, 

səhər  tezdən  dincəlmiş  şəkildə  oya-

nardın. İndi gecə avtomobillərin sayı 

yollarda  çoxalıb.  Verilmiş  siqnallar 

və  səs  istər-  istəməz  insanların  nor-

mal istirahətinə mənfi təsir göstərir, 

stresin yaranmasına səbəb olur.

 

-



  Avropa  ölkələrində  xəs təxana-

lar da 

çarpayı 

fondu 

azaldılır, 

xəstələrin  stasionar  şəraitdə  deyil, 

ambulator  şəraitdə  müalicəsinə  və 

ya  alternativ  formalara  üstünlük 

verilir.  Bizdə  də  gələcəkdə  bu  tipli 

addımların atılması gözlənilirmi?

-  Doğrudur,  Avropa  xəstəxana-

la rında  çarpayı  fondu  azaldılaraq 

stasionar  müalicədən  qeyri-stasio-

nar  formalara  keçilib.  Biz  də  artıq 

o  tendensiyaya  doğru  gedirik.  Son 

bir  ildir  Bakıda  ilk  dəfə  olaraq  Psi-

xi  Sağlamlıq  Mərkəzi  açılıb.  Hazır-

da  özəl  fəaliyyət  göstərir.  Ölkədə 

yeganə müəssisədir ki, burada təkcə 

psixiatrlar deyil, kliniki psixoloqlar, 

sosial  işçilər  də  fəaliyyət  göstərir. 

Bu müəssisədə reablitasiya və krizis 

şöbələri də yaradılıb. 24 saat ərzində 

“Qaynar xətt” fəaliyyət göstərir. Qa-

dınlar üçün xörəkbişirmə dərnəkləri 

və  ağırçəkililər  üçün  idman  otağı 

da təşkil olunub. Fikrimiz var ki, bu 

tipli mərkəzləri respublikanın böyük 

şəhərlərində  də  təşkil  edək.  3  saylı 

Respublika Şəhər Xəstəxanasında da 

24 çarpayılıq psixosematik şöbə açı-

lıb. Avropada psixiatriya şöbəsi ümu-

mi profilli xəstəxanaların tərkibində 

fəaliyyət  göstərir.  Bu  cür  şəraitin 

olması  isə  xəstələrin  cəmiyyətdə 

stiqmatizasiya  (mənası, “ləkələnmə” 

deməkdir-red)  olunmasının  qarşı-

sını  əngəlləyir.  Onlar  rahat  şəraitdə 

psixatrlara  müraciət  edir,  vaxtın-

da  müalicə  oluna  bilirlər.  Hazırda 

“Maştağa  xəstəxanası”  deyiləndə  

cəmiyyətdə sanki bir qorxu hissi ya-

ranır.  Amma  gedib  oradakı  şəraitlə 

yaxından  tanış  olsanız,  ölkədə  2-ci 

belə  bir  xəstəxananın  olmadığının 

şahidi olarsınız.

-

  Bəs  xəstələrin  qohumları  ilə 



işləyən  hər  hansı  bir  qurum  da 

fəaliyyət göstərirmi?

-  Heç  bir  ay  olmaz  Avropa  Şura-

sının  və  Litva  hökumətinin  Azər-

baycandakı  səfirliyinin  dəstəyi 

ilə  ikillik  bir  layihə  başa  çatıb. 

Bu  layihədə  bizim  kafedranın  da 

payı  olub.  Məqsəd  isə  Bakıda  və 

Azərbaycanın  digər  6  rayonunda 

psixiatriya  sa hə sində  xidmətlərə 

uzunmüddətli xəstəllərin qohumları-

nı cəlb etmək və aparılan müalicənin 

daha  da  effektli  olmasını  təmin 

etmək  idi.  Bunun  üçün  6  rayonun 

xəstəxanasında  xüsusi  kabinet  yara-

dıldı və xəstənin qohumlarının baxış-

ları öyrənildi. Bu isə psixi xəstələrin 

cəmiyyətə  reablitasiyasına  müsbət 

təsir göstərən amillərdəndir.

-

  ÜST  intihar  edənlərin  çox  az 

qisminin  psixi  problemli  olduğu 

qənaətindədir. Bəs cəmiyyətdə belə 

xoşagəlməz halların baş verməsinin 

səbəbini nə ilə izah edərdiniz?

- Sovet dövründə özünə qəsd edən 

hər  bir  adam  psixi  xəstə  hesab  olu-

nurdu.  ÜST-ün  verdiyi  məlumata 

görə,  cəmi  15  faiz  insanlar  psixi 

xəstəlikdən ciddi əziyyət çəkənlərdir. 

İntihar  edənlərin  əksəriyyətini 

tənhalıq  qorxudur.  Kritik  vəziyyət 

və düyün hər bir kəsdə yarana bilər. 

Bu  vəziyyətə  çatmış  şəxs  əgər  tək 

deyilsə,  dərdini  kiminləsə  bölüşə 

bilirsə, o, intihar etməyə bilər. Hətta 

intihar  haqqında  fikri  olarsa  belə. 

Şükür  ki,  biz  intihar  hallarına  görə 

dünyda  sonuncu  yerləri  bölüşürük. 

Amma belə halların qarşısının alın-

masında  məktəbdə  psixoloqların, 

pe daqoqların, 

hüquqşünasların, 

di gər  ixtisaslı  həkimlərin  və  din 

xadimlərinin də rolu olmalıdır.

-

  Rəhbərlik  etdiyiniz  kafedrada 



pedaqoji  kadr  hazırlığı  hansı  sə-

viyyədədir?

- Psixiatriya, psixi sağlamlıq  sahə-

sində  kadr  hazırlığı  prob lemlərdən 

biridir.  Psixiatriya  ağır  sahə  oldu-

ğundan hər kəs burada işləyə bilməz. 

Psixiatriya  sahəsi  təsadüfi  adam-

ların  yeri  deyil.  Çünki  psixiatriya-

nı  sevməyənlər  bu  sahədə  həqiqi 

mənada  işləyə  bilməz.  Ona  görə  də 

bu sahəyə elə də tələbə axını olmayıb. 

Bunun da nəticəsində Bakıda bir çox 

psixiatriya  xəstəxanalarında  hazırda 

boş həkim yerləri var. Təsəvvür edin, 

birinci  il  rezidentura  səviyyəsində 

psixiatriyaya  cəmi  bir  nəfər  sənəd 

veribsə,  indi  bu  göstəricini  normal 

hesab  etmək  olar.  Artıq  12  nəfər 

sənəd  verib,  onlardan  2-si  psixiatr 

olmaq  istəmədiyi  üçün  uzaqlaşdı-

rılıb.  Bu  problem  hörmətli  rektoru-

muzun  iştirakı  ilə  olan  iclasda  da 

səsləndirilib.  Biz  Səhiyyə  Nazirliyi-

nin rəhbərliyi qarşısında məsələ qal-

dırmaq  istəyirik  ki,  psixatriya  üçün 

rezindentura  müddəti  uzadılmalı-

dır.  Bizdə  bu  müddət  iki  il,  Avropa 

ölkələrində isə ən azı 3 ildir.

Qabil ABDULLAyev

G.GƏRAYBƏYLİ:

“Psixiatriya ağır sahə olduğundan 

burada təsadüfi adamlar işləyə bilməz”

Müsahibə

m

 



Zeytun  yağı-olein,  linol,  palmitin  və  stearin  turşularının 

qliseridlərindən  ibarət  sarımtıl  rəngli,  duru,  zəif  xarakter  iyə  və 

xoş  yağlılıq  tamına  malik  yağdır.

 Tibbi, yeyinti və texniki zeytun 

yağlarına  ayrılır.  Tibbi  zeytun  yağı  əsasən  trioleindən  ibarət, 

rəngsiz  və  şəffaf  yağdır.  Onun  turşuluq  ədədi  2-yə  yaxın,  yod 

ədədi isə 75-88-dir. Zeytun yağının texniki sortu sabunbişirmə 

sənayesində  istifadə  olunur.  Yeyinti  zeytun  yağı  isə  orqanizm 

üçün çox faydalı olan qiymətli ərzaq məhsuludur. 

Əsas təsiri. yağı ödqovucu. yarpağı hipotenziv və antiaritmik.

Son zamanlar zeytun yarpaqlarından oleuropein maddəsi alın-

mış və farmakoloji cəhətdən öyrənilmişdir. Heyvanlar üzərində 

aparılan  təcrübələrdən  məlum  olmuşdur  ki,    oleuropein  qan 

təzyiqini əhəmiyyətli dərəcədə aşağı salır. Onun hipotenziv təsir 

etmə müddəti beş saata qədər davam edir. Bundan əlavə ole-

uropein ürəyin tac damarlarını genişləndirir, ürəkdəki aritmiyanı 

götürür (V.Petkov, 1988). 

Belə hesab olunur ki, zeytun yarpaqlarından alınmış dəmləmə 

və  spirtli  duru  ekstrakt  ürək-damar  sistemi  xəstəliklərinin 

müalicəsində istifadə oluna bilər.

Zeytun yağı yaxşı ödqovucu maddə olmaqla yanaşı, həm də 

zəif işlədici təsirə malikdir. Mədə-bağırsaq xəstəliklərində yaxşı 

effekt göstərir. Öd daş-

larının 

orqanizmdən 

kənar edilməsinə səbəb 

olur. Kamfora, cinsiyyət 

hormonları, 

onların 


analoqlarının  və  digər 

inyeksiya məhsullarının 

hazırlanmasında  çox 

gözəl həlledicidir.

Almaniyada  zeytun 

yarpaqlarından  alınan 

“Olivysat”  adlanan  standartlaşdırılmış  ekstrakt  buraxılır.  O,  hi-

potenziv maddə kimi, qan təzyiqi yüksək olanlara (gündə 3 dəfə, 

hər dəfə 40 damcı) məsləhət görülür.

Fransada Avropa zeytununun yarpaq tumurcuqlarından alın-

mış  spirtli  cövhər  hipertoniya,  ateroskleroz  və  piy  mübadiləsi 

pozğunluğuna qarşı istifadə olunur.

Rus  xalq  təbabətində  zeytun  yağından  ödqovucu,  öd  daşla-

rı  xaric  etmək,  həzmi  yaxşılaşdırmaq,  habelə  yüngül  işlətmə 

məqsədilə istifadə edilir.

Əbu  Əli  İbn  Sina  duza  qoyulmuş  zeytunun  mədəni 

möhkəmləndirdiyini, iştahı artırdığını, zeytun yağının herpes və 

qızılyel xəstəliklərində, oturaq sinirinin iltihabında faydalı olduğu-

nu qeyd etmişdir.

Istifadə  qaydası.  Zeytunun  qurudulmuş  yarpaqlarından 

10,0/200,0  nisbətində  hazırlanmış  isti  sulu  çıxarışdan  hipoten-

ziv,  aritmiyanı  götürən  və  tac  damarları  genişləndirən  maddə 

kimi istifadə edilir. Alınmış çıxarışdan gündə üç dəfə, hər dəfə 

1/3  hissəsi  qəbul  edilir.  Bu  məqsədlə  onun  öksəotu  və  digər 

bitkilərlə qarışığından da istifadə edilir.

Mədənin  və  qaraciyərin  fəaliyyətini  yaxşılaşdırmaq  məqsədi 

ilə yemək zamanı və ya ondan sonra zeytun meyvələrindən ha-

zırlanmış konservlərdən istifadə etmək məsləhət görülür.

Xalq təbabəti mənbələrində öd daşlarının orqanizmdən kənar 

edilməsi  üçün  zeytun  yağından  istifadənin  müxtəlif  qaydaları 

göstərilir. Onlardan bir neçəsini təqdim edirik:

I.  Güclü  öd  ifrazına  nail  olmaq  və  öd  daşlarını  orqanizmdən 

xaric etmək üçün, bir neçə gün səhər-səhər acqarına hər dəfə 60 

ml zeytun yağı qəbul edilir. Bu zaman ürəkbulanma və qusmanın 

qarşısını  almaq  üçün,  yağı  qəbul  edən  kimi  üstündən  qreyfrut 

şirəsi içilir.

II.  Öd  daşlarının  orqanizmdən  kənar  edilməsi  məqsədi  ilə 

zeytun yağının miqdarı tədricən artırılır. Bunun üçün yeməkdən 30 

dəqiqə əvvəl zeytun yağı içilir. yağın miqdarı yarım çay qaşığından 

başlanır  və  15-20  gün  ərzində  tədricən  artırılmaqla  bir  stəkana 

(200 ml) çatdırılır.

III. Başqa bir reseptə görə öd daşlarını orqanizmdən kənar etmək 

üçün 24 saat ac qalmaq (bu müddətdə yalnız su içmək olar), sonra 

bağırsaqları imalə etməklə təmizləmək məsləhət görülür. İmalədən 

bir saat sonra bir stəkan zeytun yağı, onun üstündən isə bir stəkan 

qreyfrut şirəsi içib uzanmaq lazımdır. Qusma hissi əmələ gələrsə 

limon sormaq olar (su içmək olmaz). yağı içəndən 15 dəqiqə sonra 

işlədici qəbul edilir. Aclığı davam etdirməklə, yuxarıdakı prosedura 

beş gün təkrar edilir. 

 

  



 

Mənbə:   

N.Əliyev.  «Azərbaycanın 

dərman bitkiləri və fitoterpiya» 

ZeyTUN

Dərman bitkiləri

15 fevral 2014-ъц ил

http://www.amu.edu.az

5

1995-2013-cü illərdə kafedrada 8 doktorluq, 

19 tibb üzrə fəlsəfə doktorluğu dissertasiyası 

hazırlanıb.

Kafedranın  yerinə  yetirilən  elmi-təd-

qiqat  işlərinin  əsas  istiqamətini  postnatal 

ontogenezdə  insanda  və  eksperimentdə  bo-

rulu daxili orqanların divarlarında olan kiçik 

ekzokrin  vəzilərinin  və  onların  əhatəsində 

yerləşmiş  limfoid  törəmələrinin,  bir  sıra  en-

dokrin  vəzilərinin  struktur  elementlərinin 

makro-mikroskopik  və  mikroskopik  anato-

miyasının  yaş,  cinsi  və  fərdi  xüsusiyyətləri, 

onların  morfogenezinin  qanunauyğunluqla-

rı,  periferik  sinirlərin  mieloarxitektonikası, 

makro-mikroskopik  və  topoqrafik  anato-

miyası,    antropoloji  tədqiqatlar,  həmçinin, 

müxtəlif  rejimli  fiziki  yük  zamanı  skelet  və 

ürək əzələləri toxumalarında baş verən mor-

fo-funksional  dəyişikliklərin  müqayisəli 

cəhətdən  qiymətləndirilməsi  təşkil  edir  və 

bununla  yanaşı  kafedrada  süd  vəzilərinin 

normada  və  bəzi  patoloji  proseslər  zamanı 

vaskulyarizasiya  və  angioarxitektonikasının 

xüsusiyyətləri mövzusunada iş aparılır.

Kafedra əməkdaşlarının yerinə yetirdikləri 

elmi-təqdiqat  işlərinin  nəticələri  morfoloji 

və  kliniki  kafedralarda  səhiyyə  praktikasına 

tətbiq edilir.

1995-2013-cü  illərdə  kafedra  əməkdaşları 

tərəfindən  700-ə  yaxın  elmi  iş,  o  cümlədən 

3  dildə  (Azərbaycan,  rus,  latın)  “Anato-

mik  atlas”  (V.B.Şadlinski,  N.T.Mövsümov, 

Ş.İ.Qasımov, 1998), Azərbaycan, latın, rus və 

ingilis  dillərində  “Anatomik  terminologiya”, 

kitabı  (V.B.Şadlinskinin  redaktorluğu  ilə), 

“İnsan  anatomiyası  kafedrası  –  1919-2009” 

adlı monoqrafiya (V.B.Şadlinski, M.Q.Allah-

verdiyev, 

N.T.Mövsümov, 

Ş.İ.Qasımov, 

G.A.Hüseynova), 

“Anatomiya 

təsviri 


sənətdə və poeziyada” kitabı (V.B.Şadlinski, 

S.Əmirova)  –  bu  kitab  Moskvada  keçirilən 

müsabiqədə  III  dərəcəli  diploma  layiq  gö-

rülüb,  “Anatomiya  müzeyinin  dünəni,  bu 

günü,  sabahı”  (V.B.Şadlinski,  R.Ə.Əsgərov, 

M.Q.Allahverdiyev,  G.A.Hüseynova)  –Azər-

baycan  və  rus  dillərində  və  s.  kitab  və  mo-

noqrafiyalar çap olunmuşdur. 345 elmi  iş son 

6 ildə çap olunmuşdur ki, onlardan da 209-u 

respublikamızda (71-i məqalə, 99-u tezis, 8-i 

monoqrafiya, 41-i dərslik və dərs vəsaitləridir), 

126-sı  xarici  mətbuatda  (49-u  məqalə,  77-

si  tezis)  dərs  olunmuşdur.  V.B.Şadlisnkinin 

müəllifliyi ilə ABŞ-da çap olunmuş işlərdən 

5-i İmpakt faktorlu jurnallarda nəşr olunub. 

  Bu  illər  ərzində  kafedrada  beynəlxalq 

iştiraklı  9  elmi-praktik  konfrans  keçiril-

mişdir.  Əməkdar  elm  xadimi,  professor 

K.Balakişiyevin,  əməkdar  ali  məktəb  işçisi, 

professor G.Hacıyevin, əməkdar elm xadimi, 

professor  M.Abdullayevin,  əməkdar  elm  xa-

dimi,  professor  R.Əsgərovun  yubileylərinə, 

həmçinin  ATU-nun  insan  anatomiyası  ka-

fedrasının  yaradılmasının  80  və  90  illik 

yubileylərinə həsr olunmuş konfransın mate-

rialları  toplu  şəklində  çap  olunmuşdur.  Pro-

fessor  G.Hacıyevin yubileyinə həsr olunmuş 

topluda, kafedranın tarixində ilk dəfə olaraq, 

Tələbə  Elmi  Cəmiyyətinin  elmi  konfransla-

rında    çıxış  edən  tələbələrin  hazırladıqalrı 

elmi-tədqiqat işlərinin nəticələrinə aid mate-

riallar çap olunmuşdur. Son 2 ildə insan ana-

tomiyası kafedrası əməkdaşları respublikanın 

burun-boğaz-qulaq  xəstəlikləri  kafedrasının 

mütəxəssisləri ilə birgə 2 beynəlxalq iştiraklı- 

“Gicgah sümüyünün disseksiyası”, ikincisi isə 

“Burunətrafı ciblərin disseksiyası” mövzusu-

na həsr edilmiş elmi konfrans keçirmişdir. 

Uzun illərdən bəridir ki, kafedrada Tələbə 

Elmi Cəmiyyəti fəaliyyət göstərir. Son 5 ildə 

kafedrada  elmi-tədqiqat  işi  aparan  tələbələr 

35 məruzə ilə kafedranın, fakültənin, eləcə də 

ATU-nun hər ilin may ayında keçirilən Tələbə 

Elmi  Cəmiyyətinin  elmi  konfranslarında  çı-

xışlar  etmişlər.  Ümumilikdə,  14  nəfər  tələbə 

diploma, 21 nəfər sertifikata layiq görülmüş-

dür.  Diploma  layiq  görülən  tələbələrdən  bir 

neçəsi hazırda Türkiyə Universitetlərinn tibb 

fakültəsində  təhsillərini  davam  etdirirlər. 

Bundan  əlavə  kafedranın  müəllimlərindən  5 

nəfər rektorun imzaladığı xüsusi diploma la-

yiq görülmüşdür. 

Kafedranın  müdiri,  ə.e.x.,  professor 

V.Şadlinski  Beynəlxalq  Morfoloqlar  Assosi-

asiyası  Rəyasət  Heyətinin,  Beynəlxalq  Pato-

loqlar  Assosiasiyasının,  Sankt-Peterburqada 

“Morfologiya”,  Voronejdə  “Anatomiya  və 

histopatologiya”, Tbilisidə “Eksperimental və 

kliniki təbabət” jurnallarının və Kutaisidə çap 

olunan “Elmi-praktik Tibb Jurnalı”nın redak-

siya  heyətinin  üzvü,  kafedranın  professoru 

N.Mövsümov isə Beynəlxalq Morfologiya As-

sosiasiyası Koordinasiya şurasının üzvüdür.

Kafedra əməkdaşlarının böyük əksəriyyəti 

Amerika  Birləşmiş  Şatatlarında,  Türkiyə 

Cümhuriyyətində,  Almaniyada,  İsraildə, 

Çində,  Kanadada,  Rusiya  Federasiyasında, 

Belarusda,  Ukraynada,  Özbəkistanda,  Gür-

cüstanda  və  digər  xarici  ölkələrdə  keçirilən 

elmi konfrans və konqreslərdə, simpoziumlar-

da elmi məruzələrlə çıxışlar edib, məqalə və 

tezislər çap etdiriblər. 

Kafedra  əməkdaşlarının  elmi-tədqiqat 

işlərinin  nəticələri  kafedrada  fənn  üzrə  tibb 

təhsilinin  tədrisinin  optimallaşdırılmasına, 

yeni  texnologiyaların  vaxtında  və  münasib 

yerdə tətbiqinə əlverişli şərait yaradır. Tədris 

elmə, elm də tədrisə xidmət edir. Hazırda in-

san anatomiyası fənninin tədrisini elmi texno-

logiyalar üzərində qurmadan müvəffəqiyyətə 

nail  olmaq  mümkün  deyildir.  İndi  dünyanın 

inkişaf  etmiş  ölkələrinin  ali  məktəblərinin 

tibb  fakültələrinin  insan  anatomiyası  ka-

fedrasında  klassik  meyit  preparatlarından 

istifadə  etməklə  yanaşı,  müasir  aparatlardan 

istifadə  etməklə  insan  bədəni  quruluşunun 

canlı insan üzərində öyrənilməsinə prioritet-

lik verilir. Kafedranın əməkdaşları kredit sis-

temi ilə aparılan tədrisin test üsulu ilə yerinə 

yetirilməsini  daha  da  mükəmməlləşdirmək 

üçün var gücü ilə çalışır. Anatomiyanı canlı 

insan üzərində öyrənmək məqsədilə ultrasəs 

müayinəsi  üsullarından,  kompyuter  tomoq-

rafiyasından,  rəqəmsal  rentgen  aparatından 

istifadənin  təşkili  üçün  axtarışlar  aparılır. 

Kafedra  əməkdaşları  Azərbaycan  Respub-

likasının  Prezidenti  yanında  Elmin  İnkişafı 

Fondunun imkanlarından yararlanmaq, canlı 

insan  orqanizmini  rəqəmsal  rentgen  aparatı 

ilə öyrənmək məqsədilə qrant müsabiqəsində 

iştiraklarını  lazım  biliblər  və  buna  nail  ola-

caqlarına  əmindirlər,  çünki    bu,  xalqımıza, 

millətimizə,  onların  övladlarına  lazımdır. 

Elmi innovasiyaların tədrisə tətbiqinə kafed-

rada həmişə üstünlük verilib, bü gün də insan 

anatomiyası kafedrası bu əqidədədir. Dövlətin 

göstərdiyi  qayğıdan  bəhrələnərək,  hər  şeyi 

xalq üçün, xalqın rifahı naminə etməyə çalı-

şır. Elmi-tədqiqat işləri də bu yönümdə davam 

etdirilir.

Kafedrada  səhiyyə  nazirinin  əmri  ilə 

ölkəmizin  tibb  kollecləri  müəllimlərinin  in-

san  anatomiyası  fənni  üzrə  ixtisasartırma 

kursu keçmələri üçün kurs yaradılmışdı. Hər 

tədris ilinin payız və yaz semestrlərində 6-8 

nəfər  anatomiya  müəllimi  kafedrada  2  aylıq 

kurs keçir, fənnin tədrisinin və elmi-tədqiqat 

işlərinin təşkili, muzey preparatlarının hazır-

lanması, yeni texnologiyaların elmə və tədrisə 

tətbiqi mexanizmi ilə tanış olurlar.

Kafedranın  kompyuterləşdirilmiş  otaqla-

rında  dərslər  təqvim-mövzu  planına  uyğun 

olaraq  elektron  variantı  sistemi  ilə  aparılır, 

animasiyalardan  istifadə  edilir.  Mühazirələr 

notebuklar, elektron variantı sistemləri, moni-

torlarla, mövzular üzrə 19 animasiya diski ilə 

təchiz edilmişdir.

Kafedra  əməkdaşları  ATU-nun  tarixində 

ilk  olaraq  tədrisdə  test  üsulunun  tətbiqini,  

Azərbaycan, rus və ingilis dillərində test ki-

tabları  çap  etdirərək,  tələbələrin  kredit  sis-

teminin  tələblərinə  uyğun  dərs  vəsaitləri  ilə 

təmin olunmalarını həyata keçirmişlər. ATU-

nun  tələbələri  və  rezidentləri  üçün  Tələbə 

Qəbulu üzrə Dövlət Komissiyasının test ban-

kına tələb olunan qədər test sualları hazırlanıb 

salınmışdır  ki,  bütün  bunlar  da  elmi  əsaslar 

üzrə yerinə yetirilmişdir.

  


Yüklə 11,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin