Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə Məktəblilərin sinifdən xaric oxusu üçün


Sənin tabe olduğun qanunları sənin kimi insanlar yazır



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix02.12.2016
ölçüsü0,71 Mb.
#688
1   2   3   4   5   6   7   8   9   10

Sənin tabe olduğun qanunları sənin kimi insanlar yazır. 

Sən onları sevirsən, sən onların təsirindəsən.  

Sən onlardan qoruxursan, onlar səni sevir. 

Onlar səni sevirsə deməli səni məhv ediblər. 

 

Kazım dayının çoxlu pulu var idi. Yazıq Kazım dayı ömrü boyu əziyyət çəkib bir təhər üzə çıxa bilmişdi. 



Kazım dayı yaxşı adam idi. Qohuma-qardaşa əl tutardı, yetimləri oxudub adam eləyərdi. Oğlu Qoşqar isə 

atasına oxşamırdı. Qoşqar doğulandan pul içində olub, əzab-əziyyətdən xəbərsiz idi. Qoşqarın günü gecəsi 

barlarda, restoranlarda, çimərliklərdə keçirdi. Dostlarının yanında lovğalanıb, kasıblara yuxarıdan aşağı baxan 

Qoşqar atasının gül balası idi. Amma atası ona heç nə demirdi. Çünki Kazım dayı Qoşqarda öz itirdiyi 

cavanlığını görürdü. İstəyirdi ki, oğlu gəncliyin dadına baxsın, kef eləsin, əylənsin. Oğlunun yaşında o daş 

daşıyırdı. Amma oğlu bu əziyyətləri görməməlidir. O Qoşqarın xoşbəxtliyini istəyirdi. Hər il oğluna yeni 

avtomobil hədiyyə edir,  hər həftə 2000 manat cib xərci verirdi. Qoşqar da pulu sağa-sola xərcləyirdi. Ən bahalı 

geyimlər, ən gözəl avtomobillər, ən cazibədar qızlar. Bir gün ona daha yaxşı bir şey təklif etdilər. Bu iynənin 

içindəki cənnət idi. Onu damara vuran kimi Qoşqar dünyanın sahibinə çevrilirdi. Bu ona ləzzət eləyirdi. Qısa bir 

vaxtda Qoşqar narkotikə alışır və atasından daha çox pul almağa başlayır. Hər dəfə Kazım dayı evə gələndə 

oğlu onu qarşılayıb əlindən öpür, qucaqlayırdı. Atasına onu çox sevdiyini deyirdi. Sadəlövh kişi də inanırdı. 

Yuxuya gedəndə də oğlu gizlincə cibindən pulları əkişdirib heroinə xərcləyirdi. 

Amma bu gün ata ilə oğul tamam başqa  vəziyyətdə idilər. Onlar qaranlıq bir otaqda üzbəüz duran iki dirəyə 

qalın kəndirlərlə bağlanmışdılar. Ata ilə oğul üz-üzə durmuşdular. Ikisini də bərk bağlamışdılar. Oğulun əlində 

tapanca da vardı. Tapanca iplə Qoşqarın əlinə sıx bağlanmış, atasına tərəf tuşlanmışdı. Onu yerə ata bilmirdi. 

Kazım dayı fikirləşirdi. Dünən saunada hiss elədi ki, gözü qaralır. İndi də tanımadığı qapalı bir yerdə oğlu ilə 

üzbəüz. Bu nə məsələdir? Qoşqar da qorxurdu: 

- Atacan, bura haradır? Biz haradayıq? 

- Bilmirəm. Bizi niyə bağlayıblar? O tapanca nədir? 

- Atacan, xəbərim yoxdur. 

Elə bu an otağın qapısı açıldı və içəri qara geyimli bir adam daxil oldu. 

- Atalar və oğullar. Heh. Atalar və oğullar. Maraqlı şouya hazırsınız? 

Kazım dayının gözləri bərəldi. 

- Nə şou? Bura haradır? Sən kimsən? Heç bilirsən kimi tutmusan? Mən burdan çıxan kimi sənin başını 

kəsdirərəm! 

- Hmm. Sən burdan çıxmayacaqsan. 

- Nə?  

- Səni oğlun öldürəcək. 



Otağa sükut çökdü. Ata oğula baxırdı, oğul qara geyimi adama, sonra əlindəki tapancaya, atasına sonra... Heç 

nə başa düşmək olmurdu. 

Qoşqar dedi: 

- Yox, nə danışırsan? Nə istəyirsən bizdən? 

Qara geyimli otaqda gəzişə-gəzişə dedi: 

- Mən sizdən heç nə istəmirəm, amma Qoşqar bir azdan məndən bir şey istəyəcək. 

Bu sözü deyib qara geyimli maye ilə dolu şpritsi küncdəki masanın üzərinə qoydu. Sonra dedi: 

- Kazım dayı, yəqin xəbəriniz yoxdu ki, oğlunuz narkomandır. İndi bilirsiniz. Oynayacağımız bu oyunda 

səmimi olmaq lazımdır. İndi mən Qoşqarın tapancasına bir güllə salacağam. Sonra qonşu otaqda uzanıb kitab 

oxuyacam. Bir müddətə Qoşqar narkotik istəyəcək. Qoşqar, görürsən də o masadakı ləzzətli iynəni. Bəh-bəh-

bəh. Bu ləzzəti sənə ancaq mən verə bilərəm. Təbii ki, bir şərtim var. Sən gülləni atanın alına vurmalısan. 

Onsuz da elə tətiyi çəksən güllə alına dəyəcək. 

Qoşqarın sağ əli - tapancalı əli düz atasının alnına tuşlanmış şəkildə başqa bir dirəyə bağlı idi. Ona görə Qoşqar 

tapancanın istiqamətini dəyişə bilmirdi. Onu tərpədə bimirdi, tətiyi çəksəydi atası öləcəkdi. Qarageyimli davam 

etdi: 

- Qaydalarla tanış oldunuz. Qoşqar tətiyi çəkir, sizi öldürür, mən ona narkotik verirəm. Oyun üç gün davam 



edəcək. Əgər üç gün ərzində oğlunuz sizi öldürməsə ikinizi də azadlığa buraxacağam. Söz verirəm. 3 gündən 

sonra azadlığa çıxırsınız. Ona görə mehriban olun. 

Bu sözü deyib qara geyimli tapancaya bir güllə salıb otaqdan çıxdı. İrəlidə üç gün var idi. 

 

BİRİNCİ GÜN 



- Qoşqar sən narkomansan? 

- Yox ata nə danışırsan? Əlbətdə ki, yox. 

- Bəs bu nə deyir? 


- Nə bilim bəlkə sənin düşmənindi bizi tutub? 

- Mənim düşmənim yoxdu. Hey. Ayyy. Eyy eşidirsən bizi? Sənə nə qədər istəsən pul verərik. Burax bizi. 

Eyyyyy 

- Ata, deyəsən heç kəs yoxdu. Bəsdi qışqırdın. 



- Burdan çıxmağın yolunu tapmalıyıq. 

- Ata, necə çıxaq? Çıxart bizi burdan. Qurban sənə 

 çıxart bizi. 

-ııı.. hğğğğğ....mm.. İp çox bərk bağlanıb tərpənə bilmirəm. 

- Mən də. hğğrrmmm 

- Ehtiyatlı ol tətiklə. 

 

İKİNCİ GÜN 



Qoşqarın rəngi dəyişmiş, gözləri qızarmışdı. Kazım dayı isə gümrahlığın saxlayırdı. O uşaq olandan aclığa 

susuzluğa öyrəşmişdi. Amma Qoşqar əsirdi. Hərdən qışqırırdı. Atası soruşanda niyə qışqırırsan? 

Deyirdi ki, susuzluqdandır. Amma susuzluqdan bu cür qışqırmazdılar. Günün axırı Qoşqar ağlayırdı, tez-tez 

tüpürürdü. Kazım dayı şübhələnməyə başlamışdı. O başa düşürdü ki,  Qoşqar susuz deyil. Susuzluqdan adam 

udqunar, tüpürməz. 

- İtin balası, narkomansan? 

-Yox. 

- Gədə, mənə yalan danışma. 



-Yox. 

Amma Qoşqarın gözləri qaçırdı. Kazım dayı çox əsəbi idi. 

- Mən də elə bilirdim ki, ağlın başındadır. Gör özünü nə günə qoymusan. 

- Hə, iynə vururam hərdən, rahatlandın? Hə, vururam. Nə edim? Mən də beləyəm. Nədir olmaz? Pul var da. 

- Qoduğ, pul mənimdi. Sənin nəyin var? Mənim halal zəhmətimi iynəyə verirdin? 

-Ata, bağışla.Vərdişdi də. Nə edim? Mən səni sevirəm. Bağışla. 

- Yaxşı bala, Bir gün qalıb. Söz verib ki, bizi buraxacaq. Onda həkimə gedib səni sağaldarıq. Eyyy axmağ, 

eşidirsən bizi? Bir gün qalıb. Oğlum məni dəlicəsinə sevir. Axmaq, heç o məni vurar? Ağlın özünə getməsin. 

Buradan çıxan kimi səni tapacam. 

 

ÜÇÜNCÜ GÜN 



 Kazım dayı gözünü örtüb başını dirəyə söykəmişdi. 3 gecə ayaq üstə yatmaqdan bütün beli göynəyirdi. Qoşqar 

da tər içində ağzı köpüklü damarları şişmiş, dişləri əsə-əsə atasına baxırdı. O dözə bilmirdi. Sümüklərində ağrı 

vardı. Masadakı iynəni görəndə dəli olurdu. Bəlkə atasını vursun? Bəlkə ..bəlkə.. O dözə bilmirdi, içindəki 

səslər onu gic edirdi. Bəlkə vurasan? Qoşqar, bəlkə vurasan? Qoooşşqarrr. Qooşşqaaarrr... Ay uzun saç qara göz 

ağıllı iynəm mənim. İynəəəəə... He, he, he, he, iynə. İynəəə. İynəcik. Düyməcik. He he he. İynəəə. Miyələk, 

kəpənək, unitaz... He.. unnnn iit zzzzzz....Vur o cındırı! Vur! Vur! Vur!  Tətiyi çək! Cındır Kazım. Vur o qoca 

kaftarı.. Cır ağzını onun..yox yox , vurma..vurma.. Yox, sakitləş Qoşqar bircə gün qalıb..Bircə gün. Vurma, səni 

türməyə salarlar.Vurmaq olmaz. Elə bu an içəri qarageyimli adam daxil oldu. 

- Salam uşaxlar, necəsiz? Bəlkə bir gün də artıraq? Yox iki gün, iki günə buraxaram sizi. Qoşqar, niyə 

vurmursan ee bunu? Vur canın qurtarsın da. Onu öldürən kimi səni azad edəcəm. Bir dənə yaxşı xəbərim var 

sənə Kazım dayı keçən həftə vəsiyyətnamə imzalayıb - bütün mülkünü sənin adına keçirib. Kaftarı vurursan, 

iynəni verirəm, əlavə olaraq bank hesabına da 7 milyon dollar. Necədi? Əlində də əlcək var. Tapancada heç 

barmaq izin də qalmayacaq. 

Kazım dayı bağırdı. 

- Alçaq bəs dedin, 3 günə buraxırsan? Sabah buraxmalısan bizi. Sabah səhər açılan kimi. 

-Yaxşı, oldu söz vermişəmsə buraxacam. 

Bu sözü deyib qarageyimli otağı tərk etdi. 

Qoşqarın damarları qaşınırdı. İynə iynə iynə iynə, ata, iynə, iynə, ləzzət, ata, vicdan iynə, pul, kef, 7 milyon, 

iynə, ata, iynə iynə.. 

“Oğlum necəsən? ” iynə iynə, “ Qoşqar eşidirsən məni? Ağlını itirmə “iynə iynə” Bala 5 -6 saat qalıb” 

- Bilirəm də nə qədər qalıb. Qoyun deyiləm ki, nə qışqırırsan? 

- Mən sənin atanam. 

- Mən də sənin oğlun, çox şad oldum tanışlığımıza. Nə olsun. Atama bax. Mənə öyrətmə nə etmək lazımdır. 

(iynə iynə iynə iynə, vur onu bütün pullar sənin olacaq) özüm bilirəm (iynə ev maşın pul) 

- Oğul əlini çək tətiydən. Bala, bağışla atanı, bağışla. 

- Nə? (iynə, heç kəs bilməyəcək. Deyəcəm məcbur ediblər.) 



- Qoşqar, qurban sənə, qurban olsun atan sənə. Oğlum mənim canım balam, gözümün işığı bircə oğlum. 

....“PART”....... 

Qara rəngli Makarın gurultulu səsi Qoşqarın qulaqlarını batırdı. Tapancanın lüləsindən süzülüb çıxan tüstüdən 

gözəl barıt ətri gəlirdi. Otağa qara geyimli girib iynədəki narkotiki Qoşqarın damarına vurdu. Qoşqar gözlərini 

yumub sakitləşirdi. Kazım dayının isə gözləri bərələ qalmışdı. Onun baxışı oğluna yönəlmişdi. 20 il əzizləyib 

böyütdüyü oğluna. Kazım dayı heç nə eşitmirdi çünki eşidə bilmirdi, Kazım dayı heç nə görmürdü çünki baxa 

bilmirdi. Dodaqları donub qalmış, nəfəsi kəsilirdi. Oğlu ona atəş açmışdı. Qara geyimli adam Qoşqarın qollarını 

açdı amma o ləzzət içində olduğundan yerə yıxıldı. Sonra Kazım dayının qollarını açdı. Kişi ayaq üstə donub 

qalmışdı. Qara geyimli otağı tərk etdi. Uzaqdan avtomobil mühərrikinin səsi yerə sürtünən təkər səsinin 

uğultusunda yox oldu. İndi otaqda iki nəfər qalmışdı. Yerə uzanıb ləzzət alan oğul və ayaq üstə durub oğluna 

nifrətlə baxan ata. O oğluna baxıb iyrənirdi. Nə deyəcəyini bilmirdi. Tapancaya qoyulan güllə boş olduğundan 

ataya heç nə olmamışdı.. Sadəcə gurutulu səs çıxaran tapanca atanı mənəvi cəhətdən yaralamışdı. Oğul ləzzət 

içində atasına baxır və elə bilirdi ki, bu onun gözünə görünür. Əslində isə ata sağ idi. Ata sağ idi. Amma bu 

gündən onun üçün oğul ölmüşdü. 



Sənin gözlərin kordu. 

Çünki görmək istəmirsən.  

Sənin tanımadıqların sənə özgədir. 

Sənin bilmədiklərin sənə yaddır. 

Sən öyrəşdiklərindən iki əlli yapışırsan. 

Sən anasına sarılmış uşaq kimisən.  

Böyüməkdən qorxursan.  

Ayseli qaçırmağın yolunu tapmışdım. Silahlı hücumla heç nə etmək olmazdı, qaçmaq da mümkün deyildi. 

Darvazanı gözətçilər qoruyurdu. Hasarlar da  hündür idi. İşçilər gəlib gedəndə vəsiqələrini təqdim edirdilər. 

Aysel darvazadan bayıra ancaq Divin özü ilə çıxa bilərdi. Amma o da yanında cangüdən gəzdirirdi. Qız 

qaçsaydı onu tutardılar. Aysel qaça bilməzdi amma onu qova bilərdilər. Ona görə qələmi götürüb Ayselə 

sonuncu məktubumu yazdım. 

 

Məktub 


 

Aysel, canım, gözüm, səni xilas etməyin yolunu tapmışam. Bazar günü səhər saat 11-də villanın həyətində 

fəvvarənin qırağında oturarsan. Div ilə çəkdirdiyin şəkilləri də gözəl bir albomda yerləşdirib özünlə gətirərsən. 

Onun sənə aldığı bütün bər bəzəkləri, üzükləri də tax. Cazibədar geyin, çox gözəl olmalısan. Parlaq bir şey 

geyin. Ən vacib şeyləri vəsiqəni zadı, özünlə götür. Qayıtmaq imkanı yoxdur. Saat 12-nin yarısı üçün bir qonaq 

gələcək. Özünü çox həyasızcasına, hörmətsiz apar. Gələn qonağın bütün suallarına acı, sərt cavab ver. Nə 

soruşsa “hə” cavabını ver. Sonra albomu qonağa göstər. Qonaq əsəbiləşən kimi cangüdənlərə de ki onu sənin 

villandan iti qovan kimi  qovsunlar. Səni Qara BMW-də gözləyəcəm. Bağışla ətraflı yaza bilmirəm. Divə görə 

narahat olma. Bazar günü şəhərdə olmayacaq. Öpürəm, sevirəm, güclü ol balam, güclü ol. 

 

BAZAR GÜNÜ  



Səhər saat 10-da Abbasın tapdığı nömrəni yığdım. Bir az gözlədikdən sonra telefonu bir qadın götürdü. 

- Alo?  


- Alo, Rasimə xanımdı danışan? 

- Bəli, siz kimsiniz ki? 

- Rasimə xanım, sizdən çox-çox üzr istəyirəm amma sizinlə danışmalıyam. 

- Siz kimsiniz ki? 

- Xanım, məni tanımırsınız. Mən ərinizin köhnə işçilərindənəm. Adım Tofiqdir. 

- Bəli, Tofiq müəllim, buyurun.  

- Rasimə xanım, sizin ərinizlə bağlı bir şey bilirəm. Amma bilmirəm bunu sizə necə deyim. Əgər mümkün olsa 

sizinlə görüşmək istəyərdim. Sizi bir yerə aparmaq istəyirəm. Ərinizin ikinci evinə. 

- İkinci ev? 

- Bəli, Rasimə xanım, o sizə xəyanət edir. Mən dəqiq ünvanı bilirəm. İstəyirsinizsə sizi apara bilərəm. 

- Siz haradasınız ki? 

- Elə sizin həyətdəyəm. Qorxmayın sizi aldatmıram. Sadəcə istəmirəm ki, sizin kimi alicənab  xanımı kimsə 

aldatsın. 

- Hmm..Yaxşı, indicə gəlirəm. 

- Gözləyirəm. 

 


Saat 11 üçün Rasimə xanım artıq Ayselin villasının qarşısında idi. Onu taksi ilə gətirmişdim. Əlimlə darvazanı 

göstərib dedim: 

- İndi sizin əriniz burda deyil, amma onun məşuqəsi buradadır. Özünüz əmin ola bilərsiniz. 

 

Aysel, fəvvarənin qırağında oturub tez-tez saata baxırdı. O bilmirdi nələr olacaq. Amma dediklərimin hamısını 



yadda saxlamışdı. Albomu fəvvarənin qırağına qoyub özünü hansısa vacib bir görüşə hazılayırdı. Cangüdənlər 

ona baxıb nə üçün səhər-səhər bura gəldiyini anlamağa çalışırdılar. Saat 12-yə işləyirdi. Aysel heç kəsin 

gəlməyəcəyini düşünürdü. Amma yenə də mənim sözümü yerə salmaq istəmirdi. Son ümid hələ də vardı. 

Albomda Divlə şəkillərinə baxıb özünə nifrət edirdi. Yalançı gülüşlər, süni xoşbəxtlik. Həyatının ən gözəl 

illərini bu əclafla itirəcəyini düşünürdü. Birdən darvazanın zəngi çalındı. Gözətçilər ekrandakı şlyapalı nəhəng 

qadına baxan kimi əsməyə başladılar. Bu rəisin arvadı idi. Onlardan ikisi tez tələsik onu qarşıladılar. Rasimə 

xanım içəri girib gözətçilərə baxdı. Onların bir neçəsini tanıyırdı. Gözətçilər də onun sərt xasiyyətinə bələd 

idilər. Rasimə xanım, onlara baxıb dedi: 

- Bıyy. Siz indi burada işləyirsiniz?  

Onlar baş əyib gülümsədilər : 

- Bəli Rasimə xanım, bəli. 

- Necəsiniz, iş necə qane edir? 

- Əladır xanım, şükür Allaha, hər şey yaxşıdır. 

Rasimə xanım lovğa-lovğa həyətə daxil oldu: 

- Hmm, pis deyil. Çox gözəl bağçadır. Çox gözəl. Bəs bu qız kimdir? Qızım, sən kimsən? 

Aysel artıq rola girmişdi. O  heç ayağa qalxmadan tərs-təsr baxıb dedi : 

 - Mən kiməm? Əvvəlcə de görüm sən kimsən? 

Rasimə xanım yavaş-yavaş Ayselə yaxınlaşırdı. Gözətçilər heç nə edə bilməzdilər. Rəislərinin arvadı onlar üçün 

toxunulmaz idi. Xanım Ayselə baxıb soruşdu. 

- Yaxşı sən kimsən? 

- Mən Ayseləm. 

- Sən mənim ərimlə tanışsan? 

Bu sualdan Aysel qarşısındakının kim olduğunu bilib bir az da ürəkləndi. 

- Mən sənin ərinin sevgilisiyəm. 

- Sən bilirdin ki,onun arvadı var? 

- Hə.  


- O buranı səninçün tikdirib?  

- Hə. 


- Nə utanmaz qızsan... Fahişə. Fahişə.. 

- Buyurun bu Albomu. Görün nə qədər şey itirmisiniz. 

Rasimə xanım albomu vərəqlədikcə gözləri dolurdu: 

- Alçaq, məni aldadıb. Alçaq. 

- Xanım, mən sizin nazınızla oynamaq istəmirəm. Gedirəm cakuziyə çimməyə. Siz artıq qocalırsız. Başa 

düşmürsüz? O məni sevir. 

- İt qızı it. Səni bilirsən nə edərəm? 

 Aysel vaxtın çatdığını görüb dedi: 

- Gözətçilər,  qovun bunu burdan iti qovan kimi. 

Bu sözü eşidən Rasimə xanımın gözləri bərəldi. O dişlərini sıxıb dedi: 

- Sənin evindi, ay əski, ay cındır. İtin balası. Məni qovsunlar? Məni ərimin evindən qovacaqlar? Gözətçilər, 

qovun bu fahişəni burdan. Tez eliyin bunu gözüm görməsin. Ərim gələnə qədər onu burada gözləyəcəyəm. İt 

qızı it. Rədd ol burdan. İtil gözümdən. 

Qapıçılar gəlib Ayseli tutdular. Rasimə xanım gözünü yerdən çəkmədən sakitcə dedi: 

- İşdən qovulmaq istəmirsinizsə bir kəlmə demədən atın bu zibilçəni bayıra.Tez! 

Yekəpərlər Ayselin incə qollarından yapışıb onu darvazaya tərəf sürütləməyə başladılar. Aysel yalandan 

ağlayırdı. 

Onlar  çox pis vəziyyətdəydilər. Rəisin arvadının sözündən çıxa bilməzdilər. Bir fahişə az bir fahişə çox. Amma 

arvad, ailə bir dənədir. Rəis bilsə ki, onun arvadına qarşı çıxıblar, onların bellərini qırardı. Ona görə də Ayseli 

sürüyüb darvazadan bayıra atdılar. Aysel iməkləyə-iməkləyə onlardan uzaqlaşdı. Sonra ayağa qalxıb  yavaş-

yavaş getməyə başladı. Qaçsaydı ondan şübhələnə bilərdilər. Arxadan Rasimə xanım bağırdı: “İtil burdan, bir 

də səni gözüm görməsin”. 

Aysel də ürəyində dedi “inşallah”. 


Mən Qara BMW-ni Ayselə tərəf sürdüm. O, avtomobilin qapısını açıb yanımda oturdu. Tez maşının nömrəsinin 

yanındakı işığı yandırdım. İndi o parıldayırdı və nömrə görünmürdü. Yaxında polis yox idi. Amma gözətçilərin 

nömrəni bilməsi təhlükəli olardı. Sürəti artırıb dar küçələrlə Villadan uzaqlaşırdım. Aysel isə dizlərini 

qucaqlayıb ağlayırdı. 



... 

 

Avtomobili düz şəhərdən kənara dənizin sahilinə sürdüm. Sevgilimi 100 ildir görmürdüm. Onun mavi gözləri 

mənimçün bu dənizdən qat-qat gözəl idi. Həyatımın yeganə sevinc işığı yanımda idi. Biz əl-ələ sahilin kənarı ilə 

gəzirdik. Belə yerdə  sözlərdən istifadə etmədən də hər şey aydın olur. Bu gözəl sükutu pozmaq istəmirdik. Bir 

az sərin torpağın üzərinə yıxılıb öpüşməyə başladıq. Onun isti nəfəsi, titrək əlləri, ipək saçları, dəniz, səma... 

Sevgi ağlımı başımdan almışdı. Aysel mənə indi əvvəlki kimi baxmırdı. İndi o mənə qəhrəman kimi baxırdı. 

Mən onu xilas etmişdim. Mən onu sevirdim. 

Zaman donmuşdu. Dodaqlarımızın qeyri-iradi rəqsində ehtirasla bərabər inanılmaz bir harmoniya və rahatlıq 

var idi. Bu öpüş susmurdu. Bu öpüşlə biz hər şeyi bir-birimizə danışırdıq. Tənha soyuq gecələrdən, göz yaşı ilə 

dolu məktubları yadıma salıb onu daha da bərk, daha da bərk öpürdüm. Qollarım onun uzun saçlarının içində 

itmişdi. O da mənim ağır çiyinlərimin altında qısılıb qalmışdı. Biz bir yerdə idik. Bu gündən sonra bizi heç kəs 

ayıra bilməzdi. Gün batana kimi qucaqlaşdıq. Hava sərinləşəndə mən avtomobilə keçməyi təklif etdim. O da 

sözə baxan uşaq kimi əlimdən tutub maşına mindi. Dənizin dalğaları artmışdı. Külək ləpələri uzaqakı qayalara 

çırpdıqca ürəyimin onlardan daha bərk çırpındığını hiss edirdim. Qəribə bir özündən razılıq vardı içimdə. İndi 

başa düşmüşdüm ki, nə üçün insan yaradılanaların ən üstünüdür. Ürəyə görə. Bir ürək, günəşdən də isti, buzdan 

da soyuq, qayadan da sərt, dənizdən də çılğın, bulaqdan da təmiz, səmadan da uca, ulduzdan da parlaq, çiçəkdən 

də incə ola bilərdi. Həm də bu hər an dəyişirdi. Mən bunu sevəndə anlayırdım. 

Ikinci qanadım yanımda idi. Bəlkə ona görə bu qədər yüksələ bilmişdim. 

Aysel sükütu pozub dedi: 

- Hələ də inana bilmirəm ki, məni xilas elədin. Elə bilirəm ki, yuxudur. 

Onu yavaşca dişlədim. 

- Ayy. Neyləyirsən, dəli, incidir axı. 

- Görürsən, yuxu deyil deməli. 

- Avara, necə darıxmışdım bu gicliylərinçün. Anar, bəs indi nə olacaq? 

- Nə olmalıdır ki? 

 - Biz hara gedəcəyik? Maşında qalacağıq? 

- Heh, maşında niyə qalırıq? Gedirik qərargaha. 

- Ora haradır? 

- Gedəndə görəcəksən. Qısaca belə deyim  “YENİ DÜNYA”. 

 

 



Məntiq elmində A universal pozitiv düşüncənin simvoludur- “ bütün x-lər  y - ə bərabərdir” 

Hindistanda A uşaqların baxması qadağan olan filmlərin işarəsidir. 

Kart oyunundan A tuzu bildirir. 

Siyasətdə A anarxizmin işarəsidir

 

Qərargaha çatanda hər kəs əsas otaqda yeni gəlmiş bir oğlanın hekayəsini dinləyirdi. İşıqlar sönmüşdü. Ayselə 



başa saldım ki, qaranlıqda insanlar sirrlərini, etiraflarını daha rahat danışa bilirlər. Oğlanın səsində həyəcan hiss 

olunurdu: 

- Mən bir qızı sevirdim. Bu mənim ilk və son məhəbbətim idi. Gecə gündüz onu ağlımdan çıxara bilmirdim. 

Hər gün onu universitetin həyətində görəndə ürəyim az qala yerindən çıxırdı. O çox qəşəng idi. Mən də kasıb 

oğlan. Heç nəyim yox idi. Universitet kitablarını da almağa pulum çatmırdı. Evdə ancaq qoca atam işləyirdi. O 

da az maz maaşla yeməyimizi güclə təmin edirdi. Qızın sinifi bizim siniflə üzbəüz idi.Öyrənmişdim ki, səhərisi 

gün ad günüdür. Nə isə alıb axır ki ona yaxınlaşmağa qərar vermişdim. Mənim də pulum yox. Heç olmasa bircə 

dəstə gül olsaydı.Uşaqlar, bilirəm yəqin ki, sizə bu maraqsızdır, amma vallah, mənim sevgimi anlaya 

bilsəydiniz görərdiniz ki, bu mənim üçün necə böyük faciə idi. 3 il sevdiyim qıza yaxınlaşa bilmirdim. Yolda 

bir bahalı maşın dayanmışdı. İçəridən çıxan oğlan maşının sağ tərəfinə baxıb söyməyə başladı. Mən də maşının 



sağına baxdım ki,  görüm nə olub. Heçç. Boş bir şey bir az palçığa batmışdı. Adi ləkə. Amma oğlan elə baxırdı 

ki, elə bil dünya dağılıb. Sonra mənə  baxıb dedi : 

- Qaqaş burda bilmirsən harada moyka var? 

Mən cavab verdim ki, yaxınlarda yoxdu. Gərək Yasamal  tərəfə gedəsən. O da saatına baxıb dedi: 

- Vayy nə zibilə düşdüm. Mənim cəmi, 10 dəqiqə vaxtım var. Mən də dedim ki, əski götürüb silsin də burda nə 

var ki, lap kiçiy ləkədir. Palçığdı da, boya deyil ki.  

O gülümsədi: 

- Yoox,  mən durum maşın silim? Dəli olmusan? Ayıbdı. 

Onda mən köməyimi təklif etdim. O da razılaşdı. Mənə əski ilə xüsusi maye verdi. Dedi ki, 10 dəqiqən var. 

Mən dizim üstə çöküb maşının qırağını təmizləməyə başladım. O da maşının içində oturub açığ pəncərədən 

tələsməyimi əmr edirdi. Deyirdi ki, bu gün bir qızı dərsdən götürməlidir. Sonra qəhqəhə ilə deyirdi ki, bu gecə 

onunla çox əylənəcək. O artığ onun maşınında oynadığı 18-ci qız olacaq. Onunla yatan kimi keçəcəy 19 –

a ..Cavanlıqdı daa. 

Mən ləkəni silib ayağa qaxdım. O da mənə çox sağ ol əvəzi 10 manat uzatdı. Mən dedim ki: 

- Pul lazım deyil.  

Amma ürəyimdə arzuladım ki, o bir dəfə də təklif etsin. O ikinci dəfə təklif edəndə pulu götürdüm. Tez 

cumdum çiçək dükanına. Bir dəstə gül alıb sevgilimə ad günü hədiyyəsi etməyə gedirdim. Universitetdə dərslər 

5 dəqiqə əvvəl qurtarmışdı. Siniflər boş idi.Onda gül dəstəsi ilə həyətə düşdüm. Orada da yox idi. 

Universitetdən çıxıb küçədə onu axtardım. Amma heç yerdə yox idi. Nə isə sonra yəqin başa düşdünüz onu 

harda gördüm . Həmin oğlanın maşınına minmişdi. Oğlan da onunla həmin gecə əylənəcəkdi. Bilirsiz, sizi 

tanımırdım o vaxtlar. Özümü öldürmək istəyirdim. Mənim sevgilim mənə tərəf heç baxmırdı. Amma hansısa 

cındırın əlində oyuncaq olmağa hazır idi. Böyük maşınlarda oğlanlar yəqin olduqlarından böyük görünürlər. 

Mən avtobusla gedib gələn uşağam, mənim elə şeylərdən başım çıxmır. Hərdən fikirləşirəm ki, yəqin səhv 

düşünürdüm. Bəlkə o oğlanla o qız xoşbəxt olacaq? Nə bilim bəlkə də xoşbəxt olacaq. Heh... Amma o heç 

mənim adımı da bilmir... Hmm. Başqa  heç nə danışmaq istəmirəm. Bağışlayın. Özümü pis hiss eləyirəm. 

 

Qaranlıqda kimsə qışqırdı. “O sənə layiq deyil.Yadından çıxart”. Sonra başqa bir qız səsi gəldi. “İstəyirsən mən 



sənin sevgilin olum”. Sonra hamı gülüşdü. Azadın səsini eşitdim - “Qardaş sən tək deyilsən, özünü öldürməyi 

ağlından çıxart. Çox sağ ol ki, dərdini bizimlə bölüşdün”. Sonra başqa bir oğlan çıxıb öz hekayəsini danışdı. 

Sonra başqası. Bu davam edirdi. Dəqiq deyə bilməzdim sayımız nə qədər olub. Amma ən azı 400-ü keçmişdi. 

İşıqlar yananda Ayseli Aynurla tanış etdim. Aynur onu qızların otağına apardı. Ayselin parlayan gözlərini 

görürdüm. Ona bütün bunlar çox qəribə gəlirdi. Lap özümün ilk günlərim yadıma düşürdü. Amma o vaxtdan 

artıq 5 ay keçmişdi. Mən HOST-un əsas üzvlərindən biri idim. Amma hələ də A ilə görüşə bilməmişdim. Belə 

başa düşdüm ki, o ancaq xüsusi adamlarla görüşür. Yəqin istəmir ki, onu üzdən çox adam tanısın. Bəlkə elə bu 

dəqiqə uşaqların içində oturub? Bəlkə o xüsusi bir otaqda gizli kameralardan bizi izləyir? Hər halda o çox ağıllı 

idi. Qısa vaxtda özünə bu qədər tərəfdar toplaya bilmişdi. Bütün şəhər ondan danışırdı. 

 

Ayseli xilas edəndən sonrakı 3 ay mənim həyatımın ən xoşbəxt ayları idi. Bu 3 ayda biz tez-tez Qərargahda 



qalırdıq. Onunla xoşbəxt idim. HOST inkişaf edirdi. Sayımız hər gün artırdı. Uşaqlarımızın öz mahnıları, öz 

rəsm sərgiləri, öz tamaşaları olurdu. Bəzi uşaqlar birlikdə kafe açmışdılar. Digərləri jurnal çap edirdilər. Bakının 

mədəniyyət aləmində vacib simalardan birinə çevrilirdik. Elə adi cinayətkarlardan da bizi ayıran mədəniyyət və 

incəsənət idi. Biz bir pislik edəndə (əslində o da yaxşılıq idi) bir dənə də yaxşılıq edirdik. 3 ay ərzində elə şeylər 

baş vermişdi ki. Bizim ideologiya bütün Baki gənclərini öz ətrafında birləşdirmişdi. Qısa bir vaxtda bütün şəhər 

qara geyimə keçmişdi. Bizim xüsusui köynəklərimiz satılırdı. Üzərində yumruq işarəsi var idi. Bu mübarizənin 

və birliyin rəmzi idi. Bakıda bir dənə də fahişəxana yox idi. Müəllimlər rüşvət almırdı. Açıq-saçıq paltarda heç 

kəsi görmək olmazdı. Hərdən bizə deyirdilər ki, bu səhvdi. Biz də deyirdik - Hə, səhvdi. 

Amma yenə də öz bildiyimizi eləyirdik. Evdəkilərlə demək olar ki, danışmırdım. Hərdən anam göz yaşlarını 

silib deiyirdi ki, artıq mən onu sevmirəm. Mən də heç nə deyə bilmirdim. Çünki doğrudan da anamı sevə 

bilmirdim. Nə anamı, nə atamı. Çünki onlara artıq təkcə valideyn kimi yox, həm də tarixin bir hissəsi kimi 

baxırdım. Onlar aciz idilər. Bizim də acizlərdən zəhləmiz gedirdi. Əsl acizlər öz acizliklərini gizlədənlərdi. 

Əgər bir dəfə atam mənim yanımda ağlayıb desəydi ki, xoşbəxt deyil, bəlkə onu başa düşə bilərdim. Amma o 

deyirdi ki, bala ağlını başına yığ. Gedib gic-gic adamlara qoşulursan. Günlərlə evdə tapılmırsan. Haralara 

gedirsən? Bəlkə narkomansan? Bəlkə cinayətkarsan?  

Mən isə cavab vermirdim. Qərargahda mənə böyük adam kimi baxırdılar. Mən HOST-un əsas üzvlərindən biri 

idim. Azadla türmədən qaçmağımız indi dastana çevrilmişdi. Ayseli villadan qaçırmağımız haqda hekayələr 

yazılırdı. Mahnılarda bizim adımız çəkilirdi. Özü də artıq bir yox, bir neçə qərargahımız vardı. Daha dəqiqi 9 

qərargah. Pullar haradan gəlirdi? Düzü heç bilmirdim. Abbas nə isə danışırdı. Amma dəqiq başa düşə bilmirdim. 


HOST-a daxil olanlar hər ay fonda 3 manat ödəyirdilər. Əvvəl bu az idi. Amma indi say artmışdı. Aya 20000-ə 

yaxın pul gəlirdi. Həm də disk satışları,  jurnal, qəzet, oğurluq. Hə oğurluq. Oğrudan oğurlamaq oğurluq deyil. 

Çox vaxt barlara hücum edib, içəridəki aparaturanı, qızların bəzəklərini oğurlayırdıq. Özlərini də çırpışdırırdıq. 

Bizə deyirdilər ki, bu səhvdi , biz də deyirdik  ki, hə bu səhvdi. Amma yenə də bildiyimizi edirdik. Müəyyən bir 

hissəmiz şantajla məşğul idi. Pullu daydaylar qəşəng qızlarla yatmağı xoşlayırdı. Amma hərdən öpdükləri 

qəşəng qızlar donlarını çıxaranda məlum olurdu ki, onlar kişidir. Həm də transvestit. Həm də gizli kameralı. 

Sonradan bu adamlara məktub gəlirdi. Onlar da bu biabırçılıqdan qaçmaq üçün bizə yaxşı pul verirdilər. Pulları 

alandan sonra biz ikinci məktubu göndərirdik. Burada həmin məbləğdə əlavə pul qarşılığında həmin 

transvestitin ünvanını satırdıq. Beləcə bir daşla iki quş. Bizə deyirdilər ki, bu əclaflıqdı. Biz də deyirdik ki, hə 

əclaflıqdı. Amma yenə də bildiyimizi edirdik. Boyunbağılar, qızıllar, bilərziklər bunları içi boş qadınlar taxıb 

özlərini qiymətli göstərmək isəyirdilər. Amma kasıblar acından ölürdü. Boyundan sallanan o qır-qızıl başqa bir 

ailənin 3 ay dolanmasına kömək ola bilərdi. O bilərziklə balaca oğlan məktəb kitablarını alıb dərslərini öyrənə 

bilərdi. Soyuq gündə ata daxmalarının damındakı qırıq şiferi dəyişə bilərdi. Day yuxarıdan yağış yağanda otağa 

su tökülməzdi. Ana həmin bilərziyin puluna uşaqlarına meyvə ala bilərdi. Balaca oğul dərsdən gəlib dadlı şirin 

portağalı soyub ləzzətlə marçıltı ilə dilim-dilim ötürərdi. Balaca bacısı ilk dəfə portağalla tanış olardı. Amma 

indi o qızıllar kiminsə yarıçılpaq döşlərini daha da qabardır. Ona görə biz oğurlayırdıq. Oğurlayırdıq ki, 

kasıblara paylayaq. Bizə deyirdilər ki, bu ədalətli deyil. Biz də deyirdik ki, hə, bu ədalətli deyil. Amma 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin