Əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar



Yüklə 147,04 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix19.12.2022
ölçüsü147,04 Kb.
#76384
1   2   3   4   5   6
Sadıxov Əliəkbər

Bədən tərbiyəsi və idman üzrə
4.33. İşçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi
məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaradılır.
4.34. İşçinin bədən tərbiyəsi və idman şəraiti məsələləri üzrə şərtlər:
Tərəflərin müəyyən etdiyi, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulan digər əlavə şərtlər
(bütün əlavə şərtlər təfsilatı ilə sadalanmalıdır).
§5. Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti
5.1. Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla
qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi
məsuliyyət daşıyır.
5.2. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi
öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə,
ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.
5.3. Tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfindən həllinə üstünlük
verirlər.
§6. Sosial müdafiə məsələləri
6.1. İşçinin məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay 0 manat məbləğdə sığorta
haqqı ödənilir və işəgötürən tərəfindən o, 0 manat məbləğdə əlavə sığorta edilir;
6.2. İşçinin sosial müdafiə olunması, güzəşt və imtiyazları, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, tibbi sığorta və
istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta hüququ
təmin edilir;
6.3. İşçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə
müavinət verilir.

Yüklə 147,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin