Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər


Heyvani xammal istehsalı müəsisələrinə qoyulan baytar sanitar tələblər



Yüklə 196,75 Kb.
səhifə79/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   74   75   76   77   78   79   80   81   82
Baytarlıq sanitariyası CAVAB

Heyvani xammal istehsalı müəsisələrinə qoyulan baytar sanitar tələblər

Yeyinti məhsullarına sertifikat, bir qayda olaraq, həmin məh - sullar dövlət gigiyena qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra verilir. Məhsulun gigiyenik qiymətləndirilməsi dövlət sanitariya nə za - rəti orqanlarının müvafiq qaydada akkreditasiya edilmiş laboratori - yalarında aparılmış ekspertizanın nəticələrinə əsasən həyata keçirilir. Azərbaycan Respublikasında istehsal edilən, respublikaya gətirilən yeyinti məhsullarının kimyəvi, bioloji, toksikoloji və radioloji göstəricilərə görə ekspertizasının aparılması ərizəçinin vəsaiti hesabına həyata keçirilir. Yeyinti məhsullarına sertifikat almaq üçün təqdim edilən sə - nədlər sertifikat verən orqan tərəfindən qəbul edilir, qeydə alınır, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qanun - vericiliyə və normativ sənədlərə uyğun olaraq, bütün zəruri tədbirlər görüldükdən sonra sertifikat verilməsi haqqında 10 (on) iş günü müddətində qərar qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 1 (bir) gündən gec olmayaraq, yazılı məlumat verilir. Məlumatda sənədlərdəki çatışmazlıqlar konkret göstərilməlidir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 3 (üç) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.



  1. Havanın tərkibi, onun baytar sanitar-gigiyenik qiymətləndirilməsi



Tərkibində su buxarı olmayan hava quru hava adlanır. Yer səthi yaxınlığında quru hava 99% azotdan (78% mol miqdarına görə və 76% kütləyə görə) və oksigendən (21% mol miqdarına görə və 23% kütləyə görə) ibarətdir. Hər iki qaz yer səthi yaxınlığında atmosferin tərkibinə ikiatomlu molekul (N2 və O2) şəklində daxildir. Qalan 1% demək olar ki, arqonun payına düşür(Ar). Cəmi 0,03% karbon qazına(CO2) qalır. Çoxsaylı digər qazlar havanın tərkibinə mində, milyonda bir və daha kiçik faizlə daxildir. Bunlar kripton(Kr) , ksenon(Ks), neon(Ne), helium(He), hidrogen(H), Ozon(O3), yod(J), radon(Ra), metan(CH4), ammonyak(NH3),hidrogen- oksid(H2O2), azot oksid(N2O) və b.- dır. Yer səthi yaxınlığında quru havanın faiz tərkibi çox sabitdir və hər yerdə eynidir. Ancaq karbon qazının miqdarı olduqca dəyişə bilər. Nəfəsalma və yanma prosesləri nəticəsində onun həcmi sənaye mərkəzlərinin havasında bir neçə dəfə arta bilər(0,1–0,2%). Bununla əlaqədar azotun və oksigenin miqdarı həcmə görə az da olsa azala bilər. Bu qazların miqdarı ammonyakın, yodun, radonun və atmosferə torpaq və yaxud su səthindən düşən digər qazların miqdarının dəyişməsi ilə də cüzi də olsa dəyişə bilər
Atmosfer Azotun, Oksigenin, Arqonun, Neonun və başqa qazların sənaye üsulu ilə alınmasında tükənməz rol oynayır. Atmosfer gündüzlər yerin günəş şüaları tərəfindən hədsiz qızmasının, gecələr isə hədsiz soyumasının qarşısını alır, eyni zamanda canlı orqanizmləri günəşin ultrabənövşəyi və kosmik şüalarından qoruyur.




  1. Yüklə 196,75 Kb.

    Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin