Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər



Yüklə 196,75 Kb.
səhifə4/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   2   3   4   5   6   7   8   9   ...   82
Baytarlıq sanitariyası CAVAB

Dezinfeksiya tədbirləri



Dezinfeksiya (lat. Inficere — yoluxdurmaq) — xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya mənbəyini məhv etmək üçün aparılan üsul və vasitələr. Dezinfeksiya və dezinseksiya əksepidemik işin tərkib hissəsi olub, törədicinin yoluxma yollarını və amillərini, deratizasiya isə infeksiya mənbəyinin aradan qaldırılmasına yönəlmişdir Dezinfeksiyanın əsas məqsədi infeksiyanı yayan əsas obyektləri (su, yeyinti məhsulları, məişətdə işlədilən əşyalar və s.) zərərsizləşdirməkdir. Dezinfeksiyanın bioloji, fiziki və mexaniki üsulları var:

  • Bioloji üsulla axar sular və gölməçələr Dezinfeksiya edilir.

  • Fiziki üsulla yüksək temperatur (quru və rütubətli isti hava), normal və yüksək təzyiqli su buxarı, qaynar su geniş tətbiq olunur.

  • Mexaniki üsulla yoluxmuş əşyalar (paltarları, xalçaları fırça ilə, mebel və mənzili tozsoranla təmizləmək, otağın havasını dəyişmək, otağı nəm əski ilə silmək və s.) zərərsizləşdirilir. Başqa üsulların tətbiqi mümkün olmadıqda kimyəvi üsuldan istifadə edilir.

Mexaniki üsullara yumaq, silmək, dəyişmək, süpürmək və s. aiddir. Çirklə birlikdə xəstəlik törədicilərinin bir qismi də kənar edilir.
Mexaniki üsullardan ən çox qaynatma, həmçinin, kimyəvi məhlullarla (2%-li natrium-bikarbonat və ya sabun, sabunlu-sodalı məhlul, 1%-li kalsiumlaşdırılmış soda məhlulu və s.) qaynatma və s. tətbiq edilir. Dezinfeksiya üçün su buxarından da istifadə olunur. Su buxarından xüsusi dezinfeksiya kameralarında və avtoklavlarda istifadə edirlər.
Kimyəvi dezinfeksiya üsulları daha çox yayılmışdır. Bunun üçün müxtəlif kimyəvi maddələrdən: xlorlu məhlullardan (xlorlu əhəng, xloramin və s.), fenol, kreol, lizol, spirt, qələvi və turşulardan istifadə edilir.
Xlorlu əhəng kəskin xlor iyi verən ağ tozdur. Zibil qutuları və quyuları bununla dezinfeksiya edilir. Xlorlu əhəngin məhlulunu ifrazatı, həmçinin otaqları dezinfeksiya etmək üçün işlədirlər. Təsir müddəti 5-6 gün çəkir.
Xloraminin tərkibində 24-28 % fəal xlor vardır. 0,2 %-dən 5 %-dək xloramin məhlullarından profilaktika məqsədilə və infeksiya ocağının dezinfeksiyası üçün geniş istifadə edirlər. Bu məhlullar öz fəallığını 15 gün saxlayır.
Qab-qacağı hər dəfə yeyəndən sonra 1-2 %-li natrium-bikarbonat və ya 1 %-li sabunlu suda 15 dəqiqə qaynadıb dezinfeksiya edirlər. Çiçəyi və hepatiti olan xəstələrin qab-qacağını 45 dəqiqə, qarayarada 60 dəqiqə qaynadırlar. Qab-qacağı qaynatmaq mümkün deyilsə, 0,5 %-li duruldul­muş xlorlu əhəng məhlulu və ya 0,5 %-li xloramin töküb, 5-10 dəqiqə saxlayır və sonra qaynar su ilə yaxalayırlar.


  1. Yüklə 196,75 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin