Əlyazmasi hüququnda tağizadə KƏnan şAHİn oğLU


Ödəmə tələbnamələri üzrə hesablaşma forması



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə9/34
tarix30.08.2023
ölçüsü0,78 Mb.
#141036
1   ...   5   6   7   8   9   10   11   12   ...   34
Taqizade Kenan

Ödəmə tələbnamələri üzrə hesablaşma forması. 
Hesablaşmaların bu forması nağdsız ödəniş dövriyyəsində böyük yer tutur. 
Ödəniş tədiyyə tələbnamələri hesablaşmada hər hansı müəssisənin ona xidmət edən 
bank bölməsinə, onun hesabından başqa təşkilatın hesabına müəyyən məbləğin 
köçürülməsi üzrə tapşırıqdır. Bu hesablaşma forması həm eyni şəhər, həm də özgə 
şəhər ödənişlərində tətbiq edilir. 
Ödəniş tədiyyə tələbnamələri hesablaşma forması ilə aşaıdakı göstərilən 
ödənişlərlə aparılır: 
a)
edilmiş xidmətlər və alınmış malların ödənişləri;
b)
kreditor borcları;
c)
sənədləşdirilməmiş mal göndərmə üzrə borclar;
d)
mal və xidmət üçün planlı ödəniş;
e)
keyfiyyət üzrə reklamasiyalar;
f)
müqavilələrdə göstərilmiş təhudlərin yerinə yetirilməsi üzrə cərimə;
g)
pensiya və dəbbələmə ödənişləri;
h)
əsaslı tikinti və təmir ödənişlər. 
Bütün bu ödənişlər üzrə tapşırıqlar ödəyicinin hesabında vəsaitin olub 
olmamasından asılı olmayaraq bank tərəfindən icraya qəbul edilir.
Bu tapşırıqları ödəyici müəssisə özü yazır. Tapşırıın etibar müddəti 10 
gündür. Tədiyyə tapşırıqları mal-material və sairə əməliyyatlar üzrə hesablaşmalar 
aparıldıqda geniş tətbiq edilir, o cümlədən: daşınması bir gündən artıq olmayan 
daxil olmuş xammal və materialların dəyərinin ödənilməsi, büdcəyə, ictimai 


19 
sığorta orqanlarına və tikinti bankına çatası məbləğlərin keçirilməsi, kreditor 
borcların və İddiaların ödənilməsi üçün və i.a. hallarda. 
Adi tədiyyə tapşırıqlarından başqa bank tərəfindən aksept edilmiş 
(ödənilməsinə təminat verilmiş) tapşırıqlar da tətbiq olunur. Bu tapşırıqlardan 
Rabitə Nazirliyinin müəssisələri ilə hesablaşmalar (məsələn, köçürmə, barat), poçt 
bağlanmasının göndərilməsi, qoyulmuş tədiyyənin ödənişi, həmçinin nəqliyyat 
təşkilatları ilə bir dəfəlik haqq-hesabı kəsmələr (4 gün, sərnişinlərin və onların 
baqajlarının daşınması) zamanı istifadə edilir. Tapşırıın etibar müddəti 10 gündür. 
Bütün başqa hallarda (əmək haqqı, pensiya, aliment, ezamiyyət pulu) aksept 
edilmiş tapşırıı məbləği məhdudlaşdırılmır. 
Bankdan alınan çıxarışlara və onlara əlavə edilmiş tədiyyə tapşırıqlarının 
sürətlərinə əsasən ödəyici tərəf müvafiq mühasibat köçürmələri tərtib edir. 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin