Əlyazmasi hüququnda tağizadə KƏnan şAHİn oğLU



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix30.08.2023
ölçüsü0,78 Mb.
#141036
1   2   3   4   5   6   7   8   9   10   ...   34
Taqizade Kenan

 
 


13 
Aksept hesablaşma forması. 
Müəssisələr arasında həyata keçirilən hesablaşma formaları birinci növbədə 
onların arasında bağlanmış müqavilənamə şərtlərinə əsasən müəyyənləşir. Digər 
tərəfdən isə onu bank müəyyənləşdirir. Ona görə ki, bütün nağdsız hesablaşmalar 
bank tərəfindən müəyyənləşdirilərək həyata keçirilir.
Hesablaşmaların 80-90 %-i nağdsız qaydada həyata keçirilən hesablaşmalara 
aiddir. Hər hansı hesablaşma formasının tətbiq edilməsi həm məhsulun 
xarakterindən, təhvil-qəbul yerindən, qaydasından, həm də bir sıra şərtlərdən asılı 
olaraq müqavilələrdə müəyyənləşdirilir. 
Yuxarıda qeyd etdiklərimiz bütün hesablaşma formalarından müəssisə və 
təşkilatlar istifadə edirlər. Onların ən geniş yayılmışı isə aksept hesablaşma 
formasıdır. Bu hesablaşma formasının tətbiqi geniş olduğu qədər onun inkişaf yolu 
daha uzaqlara gedib çıxır. Belə ki, aksept hesablaşma forması 1931-ci ildən həyata 
keçirilir. Hesablaşmanın bu formasının əsas mahiyyəti malın, məhsulun dəyərinin 
ödənilmədən göndərilməsi deməkdir. Hal-hazırda baş vermiş aksept formasının 
əsas mənası alıcı ilə mal göndərənlər arasında həyata keçirilən hesablaşmalarda 
müxtəlif olur. Ümumiyyətlə hesablaşmaların aşaıdakı formalarından istifadə edilir: 
1.
Aksept formasında hesablaşmalar; 
2.
Akkreditiv formasında hesablaşmalar; 
3.
Xüsusi hesablar üzrə hesablaşmalar ; 
4.
Köçürmə qaydasında hesablaşmalar; 
5.
Tədiyyə tapşırıqları vasitəsilə hesablaşmalar; 
6.
Hesablaşma çekləri və limitləşdirilmiş çek kitabçaları vasitəsilə 
hesablaşmalar; 
7.
Planlı tədiyyələr üzrə hesablaşmalar; 
8.
Qarşılıqlı tələbnamələrin hesaba almaq qaydasında hesablaşmalar; 
9.
Plastik kartlar vasitəsilə hesablaşmalar və i.a. 


14 
Müəssisələrinin hər birində bu hesablaşmaların istənilən formasından 
istifadə edilə bilər. Ancaq müəssisənin təsərrüfat maliyyə fəaliyyətinə uyğun 
olaraq hesablaşma formasından istifadə ediləcəyi əvvəlcədən müəyyənləşdirilir. 
Hesablaşma əlaqələrinin hansının tətbiq ediləcəyi, istifadə ediləcəyi, onlar arasında 
bağlanmış müqavilələrdəki şərtlər müəyyənləşdirilir. 
Yuxarıda göstərilən hesablaşmaların hansı nağdsız qaydada həyata keçirilir. 
Həyata keçiriləcək bu hesablaşmaların keyfiyyətini yüksəltmək üçün daima onlara 
nəzarət etmək lazım gəlir. 
Məlumdur ki, hesablaşma əlaqələri müəssisələr arasında bağlanmış 
müqavilənamələrə 
əsasən 
əməl 
edilir. 
Sənaye 
müəssisələrində 
həmin 
müqavilənamələrin bağlanması onların inzibati cəhətdən nəzarətini həyata keçirir. 
Ödəniş tələbnaməsi üç və ya dörd nüsxədən ibarət olmaqla banka təqdim edilir. 
Malsatanların hesabnamə - tədiyyə tələbnamələrinin ödənilməsi malalan 
təşkilatlar tərəfindən onlar tamamilə, yaxud qismən aksept edildikdən sonra bank 
vasitəsilə həyata keçirilir. 
Malalan təşkilat banka daxil olan hesabnamə - tədiyyə tələbnamələrini 
ödəməkdən imtina etmək haqqındakı əsaslandırılmış İddianı özgə şəhərli malsatan 
təşkilatlara üç, iş günü və eyni şəhərli malsatan təşkilatlar üzrə isə iki iş günü 
ərzində ona xidmət göstərən bank şöbəsinə bildirdikdə, həmin tələbnamələr aksept 
edilmiş sayılır. 
Mal göndərən –mal satan təşkilat tədiyyə sənədlərində müqavilənin, yaxud 
malalan təşkilatın sifarişinin tarixi və nömrəsini, malın göndərildiyi və nəqliyyat 
sənədlərini, yaxud da post qəbzlərinin nömrəsini göstərməlidir.
Aksept əslində alıcının ödəməyə razılıını bildirir. Ödəmələr yalnız 
malsatanlar tərəfindən yazılmış sənədlər üzrə göndərmələrin müqavilə şərtlərinə 
cavab verdiyi hallarda, yoxlandıqdan sonra edəcəyinin razılıı ilə onun yerləşdiyi 
ərazidəki bank şöbəsi tərəfindən həyata keçirilməlidir. 
Hesablaşmanın aksept formasında malgöndərən təşkilat əvvəlcədən tərtib 
edilmiş vaxt qrafiki əsasında, müəyyən edilmiş miqdarda, keyfiyyətdə və çeşidə 


15 
uyğun məhsulu yükləməyə, ödəyici müəssisə ona göndərilmiş məhsul əgər 
müqavilə şərtlərinə cavab verirsə, onun dəyərinin bütünlükdə ödəməyə borcludur. 
Bank şöbəsi hər iki tərəfin – mal göndərənlərin və alıcıların mənafeyini 
təmin etməklə, bütün hesablaşma əməliyyatlarını müəyyən edilmiş vaxtda
həyata keçirir. Hesablaşmanın bu formasında məhsulların (yük dövriyyəsinin) və 
hesablaşma sənədlərinin (sənəd dövriyyəsinin) mal göndərən təşkilatla
hərəkəti paralel surətdə həyata keçirilir. Sənəd dövriyyəsi ilə yük dövriyyəsi 
arasındakı fasilə nə qədər qısa olarsa, pul dövriyyəsi də təsərrüfat dövriyyəsini
bir o qədər bütünlüklə əks etdiriləcəkdir. Aksept formasında hesablaşma 
sənədlərinin hərəkəti məcburi şərti məhsulların göndərilməsi kimi hesab
olunur. Bəzi müəssisələr yalnız məhsullarını göndərdikdən sonra ödəmə sənədləri 
tərtib etmək hüququna malikdir. Həmin ödəmə sənədləri – hesab-faktura, tədiyyə 
tələbnaməsi, hesabnamə tədiyyə tələbnaməsi, həyata keçirilmiş hesablaşma 
əməliyyatların düzgünlüyü və qanunauyğunluğunun alıcı təşkilat və bank 
tərəfindən yoxlanılmasına xidmət edir. 
Ödəmə müddətinin başa çatması ilə əlaqədar akseptlər, qabaqcadan və 
sonradan akseptləşdirmə ola bilər. Qabaqcadan aksept qaydasına görə
ödəmə alıcının öz etirazını bildirmədiyinin ertəsi günündən gec olmayaraq aksept 
müddəti ərzində həyata keçirilir. Məsələn: əgər, Səttərxan adına maşınqayırma 
zavodu digər şəhərdəki mal göndərəndən aksept edilmək üçün tədiyyə tələbnaməsi 
almışsa və üç iş günü ərzində akseptdən imtina etməsi haqda bankın yerli 
şöbəsində məlumat vermişsə, onda rayon bankı tədiyyə tələbnaməsi aksept 
olunmuş hesab edir və aksept müddətinin başa çatdıının növbəti günü (12 
dekabrda) ödəniləcək məbləği zavodun hesabından silir. 
Sonradan aksept qaydasında isə tədiyyə tələbnaməsinin daxil olduğu günün 
növbəti günündən gec olmayaraq ödəmə həyata keçirilir. Bizim yuxarıda 
çəkdiyimiz misala görə sonradan aksept qaydası bank tədiyyə tələbnaməsində 
göstərilən məbləği dekabrın 8-də və yaxud da 9-da müəssisənin hesabından silərək 
satıcı təşkilatın hesabına keçirir. 


16 
Qabaqcadan akseptdən istifadə edilməsi, pul dövriyyəsinin sürətlənməsinə 
və onun təsərrüfat dövriyyəsinə yaxınlaşmasına səbəb olur. Belə ki, akseptin 
müddəti pul dövriyyəsinin uzunluğuna heç bir təsir göstərmir. 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin