Elektron terminal
dedikdə
, bank kartlarından istifadə etməklə baş verən
əməliyyatlar üçün nəzərdə tutulan elektron proqram-texniki qurğular başa düşülür.
Elektron jurnal dedikdə bank kartlarından istifadə etməklə tərtib olunan elektron
formasında sənədlərin məcmusu başa düşülür.
Bankomat dedikdə
, bank kartlarından istifadə etməklə nağd pulların
verilməsi və qəbulu nəzərdə tutulan elektron proqram-texniki kompleks başa
düşülür. Qüvvədə olan qanunvericiliyə görə korporativ kartlardan hüquqi şəxslər
aşaıdakı məqsədlər üçün istifadə edə bilər:
1)
Respublikanın ərazisində (milli valyuta ilə) təsərrüfat fəaliyyətinin həyata
keçirmək üçün nağd pul vəsaitinin əldə olunması;
2)
Respublikanın ərazisində əsas fəaliyyətlə əlaqədar əməliyyatları həyata
keçirmək üçün nağdsız əməliyyatlar;
28
3)
Respublikanın ərazisində (milli valyuta ilə), onun hüdudlarından
kənarda (xarici valyuta ilə) nümayəndəlik xarakterli xərclərin nağdsız
ödənişi;
4)
Müəssisə İşçilərinin respublika ərazisində (milli valyuta ilə), onun
hüdudlarından kənarda (xarici valyuta ilə) ezamiyyə ilə əlaqədar
xərclərin nağdsız ödənişi;
5)
Ezamiyyə ilə əlaqədar xərclərin ödənməsi üçün nağd xarici valyutanın
Azərbaycan hüdudlarından kənarda əldə olunması.
Plastik kartlardan istifadə etməklə yuxarıda sadaladıımız əməliyyatlar
təhtəlhesab şəxslər vasitəsilə həyata keçirilir. Plastik kartlardan istifadə etməklə
əməliyyatlar və kaız daşıyıcılarında, ya da elektron jurnalda sənədlərin məcburi
qaydada tərtibinə nəzərdə tutur.
Plastik kartlar əsasında nağd pulların verildiyi məntəqələrdə tərtib
olunan elektron terminalın və yaxud qəbzində aşaıdakı məcburi rekvizitlər
olmalıdır:
-
nağd pul vəsaitlərinin verilməsi məntəqəsinin identifikatoru;
-
əməliyyatın baş verdiyi tarix;
-
valyuta ilə əməliyyatların məbləği;
-
əməliyyatın baş verməsinə görə ekvayrer komissiyasının məbləği;
-
təhlükəsizlik qaydaları ilə yol verilən plastik kartlardakı rekvizitlər;
-
kartı saxlayanın imzası, kassirin imzası.
Kart hesablarında olan pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqda
informasiyaları ümumiləşdirmək üçün 223 “Bank hesablaşma hesabları” hesabının
tərkibində aşaıdakı subhesablar açıla bilər:
“Debet korporativ kartlar”
“Kredit korporativ kartlar”
Kart ilə ödənilən mallarının daxil olması sərvətlərin müxtəlif növləri uçota
alınan hesabların debetinə yazılır. Korporativ debet kartları ilə hesablaşmaların
uçotu sxemi aşaıdakı cədvəldə verilmişdir.
|