Üzeyir Hacıbəylinin ev muzeyi Xalq Cəbhəsini yaradanlar üçün hər cür şərait yaradılmışdı. Bu da təbii idi. Çünki bu təşkilatı yaratmaqda məqsəd onu hərəkatın başına keçirərək istədikləri istiqamətdə yönləndirmək idi. Bizim Hatəmi ilə birlikdə əl-ələ verərək yaratdığımız Xalq Hərəkatı Cəbhəsinin isə yığışmağa yeri, təbii ki, yox idi. Belə olan halda, Xudu Məmmədovun rəhmətə getməsindən istifadə edərək hər cümə axşamı, sanki, təziyəyə yığışırıqmış kimi, «Təzə-Pir» məscidinə toplanmağa və iclaslarımızı orada keçirməyə başladıq. Artıq bir dəfə bu metoddan istifadə etmiş və «Şəhriyarın cümə axşamısı» adı altında məsvidə toplanmış, sonra da oradan dənizkənarı park istiqamətinə yürüş etmişdik.