Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi



Yüklə 378,01 Kb.
səhifə6/7
tarix02.12.2016
ölçüsü378,01 Kb.
#615
1   2   3   4   5   6   7

***

-Əsərini oxudum. Çox gözəl yazmısan. Çox gözəl fəlsəfi fikirlərin var. Kaş mən də sənin kimi yaza biləydim.-Arzu ilə Elnur sahil boyunca addımlayırdılar.



-Yox. Niyə ki? Sən də yaxşı yazırsan.-Elnur gülümsədi.

-Ama səninki qədər deyil. Yəqin sən daha çox kitab oxumusan.

-Belə də. Uşaqlıqdan kitab oxumağı xoşlayırdım. əlimə nə keçsə oxuyurdum. Xüsusilə də fəlsəfi kitablar.

-Bilirsən, üzünü demək kimi olmasın. Ama sən bir istedadsan. Niyə kitab çıxarmırsan? Məncə sənin kitabların çox satılar. Insanlar sənin istedadını bilməlidir.

-Yox. Mənə lazım deyil. Istəmirəm.

-Ama mən istəyirəm.-Arzu dərindən ah çəkdi.-İstəyirəm ki, məşhur və sevilən yazıçı olum.

-İnşallah bir gün arzuna yetişərsən...

Elnur dərindən ah çəkdi.

-Ama mən belə olmaq istəməzdim

-Necə?-Arzu təəccüblə Elnura baxdı.

-Yazıçı olmaq istəməzdim. Sən də yazırsan. Bir romantik və yazıçı insan üçün bu dünyada yaşamaq çox çətindir. Biz bəzən özümüz –özümüzü anlaya bilmirik. Qarışıq hisslər içində oluruq. Həyatı boyunca xöşbəxtlik adlanan məfhumu axtarırıq. Bəzən o bizi tapır. Ama biz bilmirik ki, o, həqiqətən “xöşbəxtlik” idi. Bizi anlamaq çətindir. Bizə həyatda yaşamaq çətindir. Bizə xəyanət və yalan dəhşət kimi gəlir. Ancaq başqalarına bu adi hal kimi gəlir. Biz dürüst və mərdlik axtarırıq bizi əhatə edən insanlardan. Ama hər dəfə yalanla qarşılaşanda həyata nifrət edirik. Bizi sevgi yaşadır. Həm də bizi sonsuz əzablara düçar edir. Ondan uzaq qaçırıq ancaq qapını onun üzünə heç vaxt tam bağlamırıq. Daima azacıq da olsa, yer qoyuruq...

-Hə. düz deyirsən.-Arzu Mahiri xatırladı. Sonra dərhal üərindən beyninə “olmaz” əmrini göndərdi.-Bilirsən, mən həyatı çox sevirəm. açılan səhərləri, doğan günəşi, yağan yağışı, əsən küləyi, insanları, hər şeyi, hər şeyi çox sevirəm. ancaq nədənsə yağış yağanda hamı evinə tələsir. Heç kim o yağışın altında dayanmır. Heç kim yağışın altında islanmaq istəmir. Bu duyğunun necə olduğunu bilmək istəmir. Hamı qorxur. Sevməkdən qorxur. Insanların üzünə gülməkdən qorxur. Hər kəsdə aqressiya var. Heç kim səhvini boynuna almır. Hamı bir birini təqsirkar görür. Heç kimin üzündə təbəssüm yoxdur. Niyə insanlar bu qədər duyöusuzlaşıb? Niyə insani hisslərdən uzaqdırlar? Niyə bu qədər özgələşmə gedir? Bax, bunlardır məni incidən. mən gözlərdə sevgi görmək istəyirəm. mən üzlərdə təbəssüm görmək istəmirəm. mən istəyirəm ki, bütün insanlar bir-birini sevsinlər. Qəlb qırmaq indi adi haldır. Axan göz yaşlarına qarşı bir etinasızlıq var. Axı hər göz yaşında bir ümid ölür. Görəsən, niyə həyatda ağlamaq, göz yaşı, yalan, xəyanət kimi məfhumlar var?

-Arzu, mən...-Elnur sözünü tamalamadı.

-NƏ?


-Arzu, mən sənə bir sual verə bilərəm?

-Əlbəttə.

-Sən hələ də onu sevirsən?

-Kimi?


-Mahiri.

-Mahiri?-Arzu özünü qəribə hiss etdi. Bu qəribə idi. Onun adının başqa bir insan tərəfindən çəkilməsi.-Bilmirəm. ama onu bilirəm ki, o, indi mənim üçün heç bir məna kəsb etmir. Mən artıq ona qarşı heç nə hiss etmirəm. nə qəzəb, nə kin, nə sevgi, nə hörmət, nə rəğbət...Bircə onu bilirəm ki, əvvəllər nə hiss edirdimsə, indi onu hiss etmirəm. axı niyə soruşursan ki? Mən onun haqda danışmaq istəmirəm.

-Bağışla. Mən sadəcə əmin olmaq istəyirdim.

-Niyə ki?

-Bilmirəm. ama istəmirəm ki, yanımdakı insan mənim yanımda olsa da, başqasını düşünsün.

Elnur, deyəsən, Arzunu artıq qısqanmağa başlayırdı. Onu öz keçmişindən də, xatirələrindən də qısqanırdı. O, Arzuya içindəki ona əzab verən hissləri açıb, deyə bilməsə də, Arzu bunu onun davranışından hiss edirdi. Ancaq Arzu Elnuru heç vaxt sevgili kimi xəyal etmirdi. O, çox yaxşı insan, və həmsöhbət idi. Ancaq bu sevgi deyildi. Bu bir simpatiya və ya hörmət, ya da ki rəğbət idi. Ancaq sevgi deyildi. Elnur isə tam əksini düşünürdü. O, bu qızı sevirdi. O, artıq şahzadəsini tapmışdı. O, nəyin bahasına olursa olsun bu qızı itirmək istəmirdi. Ona hisslərini açıq-aşkar etiraf edə bilmirdi. Qorxurdu. Sevgisini etiraf etdikdən sonra onu itirəcəyindən qorxurdu. Axı onların münasibəti səmimi dostluq idi. Elnur əvvəllər bu qıza dost kimi baxsa da, sonralar o artıq bu dostluğu öz qəlbində sevgiyə dəyişdi. Arzu bunu hiss edirdi. Ama hər dəfə ya zarafatla, ya da özünü eşitməməzliyə qoyub, yan keçirdi. O, Elnuru itirmək istəmirdi. Elnur çox yaxşı dost idi.

-Doğrudan, sən nə vaxtsa evlənməyəcəksən?-Elnur artıq Arzu ilə evlənmək də istəyirdi. üstü örtülü suallarla onun fikrini bilmək istəyirdi.

-Bilmirəm. bu həyatda hər şey ola bilər. Ama istəmirəm. ailə məfhumu artıq mənim üçün o qədər də müqəddəs deyil. Uşaq olanda toy maşınları keçəndə sevinirdik. Arzulayırdıq ki, bir gün o, qəhrəman gəlib, bizi də aparacaq. Vağzalı çalınacaq. Hamı deyib, oynayıb-güləcək. Indi hər şeyi daha dərindən anlayıram. Indi anlayıram ki, bütün bu hay-həşir bir günlükdür. Sonra başlayır söz-söhbət, dava, xəyanət və yalan...Mən bunu istəmirəm. bilirsən, indi tipik ailələr necədir? Indi evlənəndə insanların həyatında ancaq bir şey dəyişir. O da şəxsiyyət vəsiqəsinin arxasında yazılan status dəyişir. əvvəl “subay” yazılırdı. Indi “evli”. Dəyişən ancaq odur. Qalan hər şey əvvəlki kimi olur. Oğlan öz işində olur. Indi nə çoxdur telefon, nə çoxdur nömrə. Alır. Gizlicə kənarda istədiyi qədər, istədiyi qızla danışır. Ya da internetdə, çatda. Qız bir müddət ailəsinə bağlı olur. Istəyir, ərini evinə, özünə sevdirsin. Ancaq, əziyyətinin əbəs olduğunu görəndən sonra, artıq o da öz həyatını qurur. Kənarda çatda, ya da telefonla biri ilə danışır. Bax, indiki ailələrin əksəriyyəti belədir. Və ən dəhşətlisi bilirsən nədir? Bir evdə yaşayan, ama tamam fərqli dünyalarda yaşayan insanların uşaqları olur. Və gələcəkdə həmin uşaqlar narkoman, pessimist, psix, ya da intihar edəndə başlayırlar bunun günahını bir-birilərinin üstünə atırlar. Və əsl tragediya budur. Bilirsən, bu həyatda heç bir şey məni uşağın göz yaşı qədər məyus edə bilməz. axı o, hələ uşaqdır...-Arzu doluxsundu.

-Haqlısan...-Elnur da məyus olmuşdu.-Mən də belə ailələr haqda çox eşitmişəm. ərli qadınlar subay oğlanlarla, subay qızlar da evli kişilərlə gəzir. Bu artıq dəb halını alıb. Indi belə münasibətlər dəbdədir. Niyə münasibətlər bu qədər korlandı? Günah kimdədir? Zamanədəmi yoxsa insanlardamı?

-Əlbəttə insanlarda. Internetin ya da telefonun günahı yoxdur. Günah insanlardadır. Xəstə beyinlərdə, xəstə düşüncələrdədir. Bizdə “çat” anlayışı düzgün formalaşmayıb. Indiki gənclər çata ancaq görüş vasitəsi kimi baxırlar. Əgər müəyyən müddətdən sonra onlarla görüşmürsənsə, sən artıq onlar üçün maraqlı olmursan.Oğlanların ilk sualı bu olur: “Harada qalırsan?”. Bu sualı heç başa düşə bilmirəm. Balakəndə ya da Lənkəranda qalıram. Adım Arzu ya da Tükəzbandır. Axı bunun nə fərqi? Səmimi dostluq adlandırırlar münasibətlərini. Ancaq iki tərəfdə tamam başqa fikirdə olur:sevgili olmaq. Indiki münasibətlər o qədər korlanıb ki. Bunlar məni üzür. Həm də çox üzür. Axı sevgi ilahi bir hissdir. Sevgidə nə yalan, nə də xəyanət olur. Sevgini indi o qədər ucuzlaşdırıblar ki. Indi artıq oğlanlar deyil, qızlar sevgilərini etiraf edirlər. Bu çox gülüncdür.

-Səninlə razıyam.

-Bilirsən, mənim bir tələbə yoldaşım vardı. O, internetdə biri ilə tanış olmuşdu. Bir müddət danışandan sonra, nəhayət ki, görüşdülər. Qız çox həyəcanlı idi. Və görüşdən sonra oğlanı bəyənmişdi. Çünki oğlan da ağıllı, savadlı oğlan idi. Görüşəndən bir müddət sonra dostluqlarını “sevgiylə” əvəz etdilər. Qız həmişə gəlib bizə danışırdı. Elə sevinirdi ki... Oğlanın onunla evlənəcəyini demişdi. Mən inanmırdım. Ama qəlbini qırmamaq üçün heç nə demirdim. Ama bilirdim ki, bu münasibətin sonu yoxdur. Onlar hətta gələcəkdə dünyaya gələcək körpələrinin adını belə qoymuşdular. Qız çox ümidlənmişdi. Və nəhayət, oğlan qıza bu sözü dedi: “Anam razı deyil.” Mən belə də gözləyirdim. Ama qız çox pis olmuşdu. Mən ona dedim: “Oğlanın anasını qınama. Bir anlıq özünü onun yerinə qoy. Sən əzab-əziyyətlə oğul böyüdürsən. və bir gün oğlun sənə gəlib deyir: -Ana, mən çatda tanış olduğum qızla evlənmək istəyirəm. sənin reaksiyan necə olar? Əlbəttə ki, pis. Çünki çat deyəndə bizdə yaxşı fikir formalaşmır. O qız dünyanın ən namuslu, ən ağıllı qızı olsa belə, bu normal qəbul edilmir. Əlbəttə, qız mənim fikirlərimi qəbul etmədi. ama bu belədir. Sonra onlar yenidən dost kimi qaldılar. Bax indiki münasibətlər belədir...

-Bütün bunlara şahid olduğun üçün evlənmək istəmirsən?

-Hə. insanın yaşı artıqca onun həyat təcrübəsi də çoxalır. Eşidirsən, görürsən. və qorxmağa başlayırsan. “Bəlkə mənim də başıma gəldi” deyə səndə daima bir qorxu olur sanki. Mən romantik insanam. Ona görə də mənə aid olmasa belə, edilən hər xəyanət, söylənən hər bir yalan mənə çox pis təsir edir.

-Məncə, harda və necə tanış olmağın fərqi yoxdur. Əsas o düzgün insanla qarşılaşmağındır. Bax, mən Nigarla partilərin birində tanış olmuşdum. Ama yenə də münasibətimiz alınmadı. Müəyyən müddətdən sonra mən anladım ki, o, mənim xəyallarımın şahzadəsi deyil.

-Sənin sözlərində də həqiqət var. Ancaq ən azından mən çatda yüz qızla danışıb, “təkcə səninlə yazışıram” deyən insandan bir qəhrəman gözləmirəm. qəhrəman ən azından dürüst olmalıdır. Və şəkillərini reklam kimi qoyan insanlardan isə heç xoşum gəlmir. Hə bir də bir məşhur yalan var: “Mənim nikimdən dostum girir”. Çox gözəl yalandır. Bilirsən mən heç vaxt belə yalanların yalan olduğunu sübut etməyə çalışmamışam. Çünki bilirəm ki, bu mübahisədə qalib gəlmək mənə heç nə verməyəcək. Qoy o insan elə bilsin ki, mən ona inandım. Axı yalanı rahatlıqla danışa bilən insana nəyi isbat edəsən? bu nəyi dəyişəcək? Bilirsən, əvvəllər belə şeylər mənə çox pis təsir edirdi. Ancaq indi insanları olduğu kimi qəbul edirəm. Əgər o, bu yalanı uydurursa, deməli, o, bir şey düşünür ki, bunu edir.

-Düzü, mən də çat münasibətlərinə elə ciddi baxmıram. Bu bir müddət sənə maraqlı gəlir. Ancaq zaman keçdikcə öz mənasını itirir. Sevgi heç vaxt çatda olmur. Ama gəl qəbul edək ki, çatda tanış olub, evlənənlər də var.

-Hə. var. Ama iki tərəfin qəlbində həmişə bir şübhə olacaq: “Görəsən, həyat yoldaşım indi kimləsə danışır?”

-Bilirsən, insan xəyallarının qəhrəmanına bir dəfə rast gəlir. Ondan əvvəlkilər də, sonrakılar da, boşdur. Əbəsdir.

-İndi nə şahzadələr var, nə də qəhrəmanlar...

-Yox, var.

-Kim? Harda?

-Sən.-Elnur mənalı-mənalı Arzuya baxdı.

-Hə. olmaz mənim kimi şahzadədən. niyəsə başımdakı tacı və uzun ağ libasımı görmürəm. yəqin müasir şahzadələrdənəm.-Arzu zarafatla güldü.

-Yox. Mən ciddi deyirəm.

-Nəsə. Bəlkə evə gedək. Artıq üşüməyə başlayıram. Yəqin bizim kimi dəli heç yerdə olmaz. Qışın bu soyuğunda sahilə gəlmişik.

-Yaxşı, gedək.-Elnur Arzunun bu sözdən yayınmasından məyus olsa da, heç nə demədi. o, Arzunu tələsdirmək, ya da ürkütmək istəmirdi. Zaman keçdikcə o qərarına daha da əmin olurdu.Ancaq o, Arzunu istəyirdi. indi onun ağlında ancaq bir fikir vardı. Arzunun qəlbinə sahib olmaq və onunla evlənmək.

***


Bu gün Arzu üçün çox özəl bir gün idi. Bu gün onun doğum günü idi. Atası Arzu üçün özəl bir banket təşkil etmişdi. Yaraşıqlı və dəbdəbəli restoranların birində qızının şərəfinə

Qonaqllıq verirdi. Bütün dostlar, qohum-əqrəbalar, tanışlar bu banketə dəvət olunmuşdu. Əslində Arzu belə banketləri xoşlamırdı. O, daha sakit və romantik ad gününü üstün tutardı. Ancaq atasının xətrinə dəyməmək üçün o, bu qonaqlığa gəlmişdi. O, bu gün çox gözəl və şarmlı görünürdü.Uzun,bənövşəyi rəngli paltarı onu bir şahzadəyə bənzədirdi. O, hər kəslə mehribancasına görüşür, ona edilən hədiyyələrlə tanış olurdu.

-Qızım, necəsən? aldığın hədiyyələr xoşuna gəlir?-Əhməd qızının əhvalını soruşdu.

-Hə. ata. Çox sağ ol, diqqətinə görə.-Arzu atasına mehribancasına qucaqladı. O, atasını çox sevirdi. Atası ona qarşı həmişə diqqətcil və mehriban idi.

-Bəs mənim hədiyyəm? mənimkini də bəyəndin?-Əhməd qızına gümüş bəzək əşyaşı almışdı.

-Hə. ata. Bəyəndim.

-Əslində qızıl alacaqdım. Ama bilirəm ki, qızılı xoşlamırsan. Mən də gümüş aldım.

-Hə. Əsas odur ki, sən məni fikirləşib nəsə almısan. Fərqi yoxdur, bahalı ya da ucuz.

Arzu uzaqdan İlhamənin ona yaxınlaşdığını gördü. Ilhamə Əhmədin ikinci həyat yoldaşı idi.

-Necəsən, qızım? Əylənə bilirsən?

-Hə. bura çox superdir. Bütün sevdiklərini bir arada görmək çox xoş oldu.-Arzunun bu qadına çox böyük rəğbəti var idi. Əvvəllər ona atasına qısqansa da, sonralar bunu normal qəbul etdi. Onun İlhəməyə daha çox böyük hörməti vardı, nəinki öz anasına. Ilhamə yaxşı qadın idi. Arzu ona qarşı heç bir pis fikirdə olmasa da, onun əhatəsində, onun yanında olmaqdan həmişə narahatçılıq keçirərdi.

-Deyəsən, tələbə yoldaşlarım gəlir. Bağışlayın məni. Onları qarşılayım-deyib, Ar5zu cəld addımlarla onlardan uzaqlaşdı. Qonaqların ardı-arası kəsilmirdi. Gəldikcə Arzu onları qarşılayırdı. Elə tələbə dostları ilə danışıb gülərkən, birdən gözü restoranın qapısından içəri daxil olan qadına sataşdı. Bu o idi. Neçə illər əvvəl onu sevdiyi insan naminə tərk edən qadın. Arzu anasını görcək içindəki qəzəbin alov püskürdüyünü hiss etdi. Dərhal atasına yaxınlaşaraq hirslə dedi:

-Ata, onu sən çağırmısan?

-Kimi?-Əhməd təəccüblə ətrafına baxdı.

-Onu. Anamı...

-Hə.


-Niyə axı? Ata, bilirsən ki, mən o qadına dünyalar qədər nifrət edirəm.

-Yox. Arzu. Sən düz eləmirsən. o, nə olsa da sənin anandır. Burada iştirak etmək onun da haqqıdır. Görmürsən ki, o, necə əzab çəkir? O, sənə yaxın olmaq istəyir. Onu başa düş.

-Yaxın olmaq? Illərdən sonra heç nə olmamış kimi onu qəbul edim? Illərdir anama ehtiyac olduğum vaxtları unudaraq onu bağışlayım? Bəlkə sən onu bağışlaya bilərsən. ama mən əsla! Ata, gərək sən onu dəvət etməyəydin. Çox təəssüf..

-Arzu, qızım, ona bir şanş daha ver. Məni necə anlayışla qəbul edirsənsə, onu da elə.

-Sən məni tərk etmədin ki..-Arzu doluxsunmuşdu. O illəri xatırladı. Hər dəfə anasına ehtiyacı olduğu ama tək qaldığı illər. Arzu daha danışa bilmədi. geri çevriləndə anasını qarşısında dayanan gördü. Anasının gözlərinə baxdı. Düz gözlərinin içinə. Nifrətlə. Qəzəblə.

-Arzu, ad günün mübarək.-Lalə əlindəki rəngli kağızlarla bükülmüş qutunu Arzuya uzatdı.

Arzu hərəkətsiz heykəl kimi dayandı. Arzunun nifrət və qəzəb dolu baxışları Laləni məyus

Edirdi. O, qızına yaxın olmaq, ona sarılmaq, onu öpmək istəyirdi. ancaq Arzu ona çox uzaq görünürdü.

-Almayacaqsan hədiyyəni?

Arzu cavab vermirdi. Anasından uzaqlaşmırdı da. Heykəl kimi dayanmışdı.

-Məni heç vaxt bağışlamayacaqsan. Eləmi?

-......


-Heç olmasa hədiyyəmi qəbul et. Sonra istəyirsən at. Ancaq indi ən azından aç, bax. Sənə güzgü daraq dəsti almışam. Yadındadır, uşaq olanda qaşlarla bəzədilmiş güzgü daraqdan xoşun gəlirdi. Hər dəfə mağazaya girəndə əlimdən tutb məni o güzgü daraq satılan yerə tərəf dartardın...-Lalə doluxsundu.

-Uşaq olanda...-Arzu kinayə ilə dedi.- İndi mən uşaq deyiləm. mən yeniyetmə də deyiləm. mən tələbə də deyiləm. mən artıq bir gənc qızam. Bilmirəm, səncə də belədirmi, ama illər keçdikcə insan böyüdükcə fikirləri, düşüncələri, zövqü də dəyişir. Əlbəttə, səni qınamıram. Sən bu illər ərzində yanımda olmadığın üçün xatirində ancaq mənim paslanmış uşaqlıq xatirələrim qalıb. Mənsə böyümüşəm. bu gün mənim 24 yaşım olur. Bilmirəm xəbərin varmı?

-Arzu, niyə belə kinayə ilə danışırsan? Bilirəm, səhv iş görmüşəm. ancaq yəni 1cə qram belə ümid yoxdur?

-Yoxdur.


-Arzu...

-Qurtar. Xahiş edirəm, çıx get. Il keçsə də, aylar keçsə də, əsr keçsə də, mən səni heç vaxt, ama heç vaxt bağışlamayacağam.

-Mənə ona görə qəzəblisən hə?

-Nəyə görə?

-O oğlana “yox” dediyin üçün. Onu itirdiyin üçün.

Arzunun bir anlıq qəlbindən dərin bir ağrı qopdu. Anası ona unutmağa çalışdığı bir acı xatirəni xatırlatmışdı. Arzunun ruh sıxıntısı ona əzab verməyə başladı.

-Qurtar. Çıx get.burdan. yaxşı, sən getmirsən, onda mən gedərəm. –Arzu dəli kimi idi. Heç kimi heç nəyi fikirləşmədən iti addımlarla çıxış qapısına doğru addımladı. Tam çıxarkən, qarşısında Elnuru gördü. Qeyri-ixtiyari Elnurun boynuna sarıldı. Indi Elnur ona bu zalda olan bütün insanlardan daha yaxın və əziz idi.

-Necəsən,Arzu? Heç bilməzdim, məndən ötrü belə darıxmısan?-Elnur zarafata saldı.

-Hə...-Arzu utanaraq geri çəkildi.-Harada qalmışdın? Niyə gəlmirdin? Niyə məni tək qoymuşdun?

-Bağışla. Işim var idi. Məgər banket sona çatıb artıq?

-Yox. Ama mənim üçün sona çatıb. O, burdadır.

-Kim?-Elnurun ilk ağlına Mahir gəldi.

-O...Anam.

-Hə?-Elnurun ürəyi yerinə gəldi. O, heç istəməzdi ki, Mahir indi burada olsun.

-Elnur, nə olar gedək buradan. Mən burada bircə saniyə belə qalmaq istəmirəm.

-Axı...Bu qədər insan sənə görə bura gəlib.

-Elnur, onsuzda mən burdan gedəcəm. mənimləsən?

-Yaxşı. Yaxşı. Əsəbləşmə. Gedək.

Arzu heç arxasına belə baxmadan Elnurla restoranı tərk etdilər. Elnurun maşınına mindilər.

-Hara gedək?-Elnur soruşdu.

-Bilmirəm. harasa...Burdan uzaq olsun...-Arzu əsəbi və küskün idi.

-Yaxşı. Mən bilirəm hara sürmək lazımdır...

***

Onlar indi şəhərin mərkəzində yerləşən hündür, çox mərtəbəli,yeni-tikili binaların birinin damında idilər. Hər ikisi də damda oturmuş, şəhərə baxırdılar. Bütün şəhər bu binanın damından bir nağıl kimi görünürdü. qaranlıqda işıldayan, müxtəlif rəngli işıqlar necə də gözəl görünürdü. sanki bütün şəhər bir ovuca sığacaq kimi idi. Arzu qəmgin və qayğılı gözlərlə şəhərə baxırdı. Hərdən gözündən ondan xəbərsiz bir –iki damla yaş axırdı. Onun canı yanmışdı. Ürəyində dərin bir tufan baş qaldırmışdı. O tufan Arzuya



Böyük əzab verirdi. Elnur də sakitcə oturmuş şəhərə baxırdı. Hərdən gözucu Arzuya baxır, sevdiyi mələyini ağlayan görürdü. O, hər şey etməyə hazır idi ki, Arzunu bütün pis şeylərdən qorusun. Onu qucaqlayıb, hər kəsdən, hər şeydən qorumaq istəyirdi.

-Arzu...-Elnur sevgi dolu gözlərlə Arzuya baxdı. O, bu qızı çox sevirdi. Ona bu qədər yaxın idi, eyni zamanda ona uzaq idi.

-Başa düşə bilmirəm. niyə həyatın qanunları bu qədər ədalətsizdir? Niyə? niyə axan göz yaşlarının hesabı verilmir? Axı göz yaşları adi su damlaları deyil. Hər göz yaşında bir ümid ölür. Bir inam ölür. Bir sevgi ölür. Nəsə ölür.. nəsə məhv olur axı. Mən onu necə bağışlaya bilərəm. axı mən ona nifrət edirəm. o, mənə ən lazım olan anlarımda, yanımda yox idi. O, sevdiyi insanı mənə üstün tutdu. Mən atdı. Indi isə bağışlanmağını istəyir. Heç vaxt. Qoy mən qəddar insan olum. Qoy mən pis insan olum. Ama mən onu heç vaxt bağışlamayacağam. Niyə, Elnur? Niyə mən keçmişimdən qaçmağa çalışdıqca,o, mənim qarşımda dayanır? Axı bu məni çox incidir. Mən o qədər güclü deyiləm axı...-Arzu başını Elnurun çiyninə qoydu.

-Həyat bizim xəyallarımızdan ibarət deyil,Arzu. Bəzən biz istəmədiyimiz reallıqla üz-üzə dayanmağa məcbur oluruq. Insanlar bilmədən bizə böyük acı və əzab verirlər. Mən də əvvəllər sənin kimi idim. Insanların hərəkətləri mənə çox pis təsir edirdi. Ancaq indi, artıq hər kəsi olduğu kimi qəbul edirəm. hətta indi İrina gəlsə belə, məndən onu bağışlamağımı istəsə, mən onu bağışlayardım. Onsuzda mən ona əvvəlki münasibətdə olmayacam. Ama qoy o, bağışlandığını bilsin. Arzu, sən də bağışla. Allah hamını bağışlayır. Bəs biz niyə bağışlamayaq ki?

-Yox,Elnur. Əgər mən bağışlasam, deməli anasız keçirdiyim günləri unutmuş olacam. Deməli, belə çıxır ki, insanlar istədiklərini eləsin. Istədikləri kimi yaşasın. Geridə gözü yaşlı, qəbi qırıq insanlar buraxaraq, getsin. Və illər sonra qayıtsın və bağışlansın? Bəs onda nə dəyişdi? Bumu ədalət? Yox, Elnur. Mən onu heç vaxt bağışlamayacağam.

-Axı atan onu bağışlayıb.

-Çünki atamın bir anaya ehtiyacı yox idi. Onun bir qadına ehtiyacı vardı. Və onu da dərhal tapdı. Mənim isə anama ehtiyacım vardı. Ananı isə heç bir qadın əvəz eləmir.

-MƏncə, sən onu hələ də çox istəyirsən.

-İstəmirəm. istəməyəcəm də...

Arada sükut yarandı.

-Bilirsən, indi nəyi düşünürəm?

-Nəyi?-Arzu Elnura baxdı.

-İndi sənin adına banketdə hamı ordadır. Bircə səbəkardan başqa...

-Hə.-Arzu gülməyə başladı.

-Ama atana qarşı hörmətsizlik oldu. yazıq kişi o boyda banket təşkil etmişdi.

-Neyləyim? Anamı çağırmasaydı...

Arada yenə sükut yarandı.

-Çox sağ ol...

-Nəyə görə?-Elnur gözucu Arzuya baxdı.

-Məni tək qoymadığına görə. Sən çox etibarlı insansan. Yaxşı ki, səni tanıdım. Yaxşı ki, həyatımda sən varsan.-Arzu indi Elnuru daha çox istəyirdi. Elnur indi ona atasından, ansından, rəfiqəsindən, keçmiş sevgilisindən daha yaxın idi.

-Mənə hər zaman güvənə bilərsən. axı biz...Doğrudan, biz nəyik? Yəni münasibətimizin adı nədir?

-Bilmirəm. bircə onu bilirəm ki, iki dəli bir yerdədir. Məgər dünyanın dərdi biz romantiklərə qalıb? Indi özümü daha yaxşı hiss edirəm. elə indicə bu damdan var gücümlə qışqırmaq istəyirəm. ama qorxuram ki, polislər bizi tutar.

-Qorxma. Mənim polisdə tanışım var. Uzağı bir gün həbsdə yatacağıq.-Elnur zarafatla güldü.

-Hə. bax buna görə səni çox istəyirəm.

Elnur çox gözləmişdi bu sözləri Arzudan eşitmək üçün. Düzdür, Arzu Elnuru Elnurun Arzunu sevdiyi mənada sevmirdi. Ancaq istəmək də sevginin bir növüdür. Elnur buna da razı idi. O, indi sevdiyi qızla birgə idi. Arzu onlarca insanlar arasında onu seçmişdi. Onunla dərdləşməyi banketdən üstün tutmuşdu. Arzu romantik idi. Həm də dəlisov idi. Elnuru Arzuda bunu sevirdi. O, olduğu kimi idi. Bəzən çox həzin, bəzən isə çox şıltaq... o, uşaq kimi idi. Elnura gülən gözlərlə baxırdı. Onu çox istəyirdi. elə bu an Elnur sevgisini qışqıraraq bütün şəhərə etiraf etmək istəyirdi. ancaq yenə bunu etmədi. Arzu indi elə sevincli idi ki...Bu münasibəti korlamaq istəmədi.

Arzu ayağa qalxdı.

-Elnur, o uzaqdakı işığa bax. Necə də qəşəngdir.

Elnur da ayağa qalxdı.

-Hə. çox gözəl görünür...

Arzu uzaqdakı işığa baxırdı. Elnur isə Arzuya...

***

Axşam idi. Bir azdan Arzu Elnurun evinə gələcəkdi. Bu normal idi. Çünki Arzu, demək olar ki, hər axşam Elnurun evinə gələr, söhbət edərdilər. Ancaq bu dəfə Elnur nədənsə həddindən artıq həyəcanlı idi. Arada bir güzgünün qarşısına keçir. Saçına əl gəzdirdikdən sonra nitq söyləməyə hazırlaşan natiqlər kimi başını dik tutaraq diqqətlə güzgüdəki əksinə baxırdı. O, çox yaraşıqlı idi. Mənalı gözləri və baxışları vardı. O, özünə güvənirdi. Bilirdi ki, o, eybəcər deyil. Və istənilən qızı özünə aşiq edə bilər. Bəlkə də bu inam ona cəsarət verirdi ki, o, bu axşam Arzuya öz sevgisini etiraf etsin. Elnur artıq qəlbində alovlanan bu hissi gizlətmək istəmirdi. Bu sevgi idi. Elnur buna dəqiq əmin idi. Bəs niyə gizli saxlasın? Niyə Arzunun gözlərinə çəkinmədən baxaraq ona necə çox sevdiyini deməsin? Axı Arzu da onu çox istəyirdi. bəlkə Arzu da onu sevir. Ama ilk addımı Elnurdan gözləyir. Elnur artıq qərarını qətiləşdirdi. O, bu axşam nə olursa olsun bu addımı atacaqdı. Bu nə ilə nətilənsə belə, Elnur sevgisini etiraf edəcəkdi.



-Arzu, mən sənə bir şeyi etiraf etmək istəyirəm.-Elnur güzgüdəki əksi ilə danışırdı. Sanki qarşısında Arzu var imiş kimi diqqətlə güzgüyə baxırdı.-Mən səni sevirəm...Sən mənim şahzadəmsən. mənim xəyallarımın şahzadəsisən. mən həmişə Allahdan istəmişəm ki, şahzadəmi tapmaqda mənə bir şans versin. Və indi mən...

Qapı döyüldü. Elnur bir anlıq duruxdu. Həyəcanı daha da artmağa başladı. Güzgüdə son dəfə özünə nəzər saldıqdan sonra qapını açmaq üçün irəlilədi. qapını açdı.

-Axşamın xeyir,Elnur...

Budur. Canından çox sevdiyi məsum mələyi qarşısında idi. Elnurun üzündə xoş bir təbəssüm yarandı.

-Salam,Arzu. Keç içəri.

Arzu dəhlizə keçib ayaqqabılarını çıxartdı.

-Bilirsən, Kəmalə artıq səni qısqanmağa başlayıb.

-Niyə ki?-Elnur təəccüblə soruşdu.

-Deyir, vaxtının çox hissəsini Elnurla keçirirsən. axı ona necə deyim ki, mənim Elnurla söhbətim səninkindən daha yaxşı tutur.-Arzu keçib divanda əyləşdi.

-Hə. elədir. Bizim çox ümumi cəhətlərimiz var.-Elnur da keçib Arzunun qarşısında əyləşdi. Arzuya diqqətlə baxdı. Bu axşam Arzu nədənsə onun gözünə daha gözəl görünürdü. Arzu Elnurun baxışlarındakı mənanı hiss etdi. Gözlərini qaçıraraq ətrafa baxdı.

-Təzə əsər zad yazmamısan ki?


Yüklə 378,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin