Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi



Yüklə 378,01 Kb.
səhifə4/7
tarix02.12.2016
ölçüsü378,01 Kb.
#615
1   2   3   4   5   6   7


“-Mahir, getmirik?”

Arzu gözlərini açdı. Qızın səsi qulaqlarında cingildədi. həmin səhnə gözlərinin qarşısında canlandı. Sonra Mahirin baxışları...Niyə Arzu Mahirə belə dərindən vurulmuşdu. O, indi bunu anladı. Baxışlar...Mahirin çox fərqli baxışları vardı. Ağıllı, zəhmli, ciddi...Arzu dərindən ah çəkdi. Deyəsən, bu gecə də yuxusu qaçmışdı. O, bu baxışları unutmağa çalışdıqca daha çox xatırlayırdı. Arzu yata bilməyəcəyini anlayıb, yataqdan qalxdı. Pəncərəyə doğru yaxınlaşdı. Ancaq əvvəllər olduğu kimi dərhal 4-cü mərtəbəyə baxmadı. Səmaya baxdı. Səma buludlu idi. Allahla danışmaq istədi. içindən bir söz dedi: Niyə?...O sualdan sonra daha heç nə gəlmədi. və sakitcə ətrafına nəzər saldı. Qeyri-ixtiyarı baxışları 4-cü mərtəbəyə istiqamətləndi. Üzündə təbəssüm və təəccüb ifadəsi yarandı. O, orada idi. Arzu o anda anladı ki, o, bu insan üçün necə də çox darıxıbmış. Əslində Mahir də, o bardakı oğlan da ondan uzaq idi. Ona indi bu an o eyvandakı insan yaxın idi. Arzu sevinirdi. Üzünü görə bilməsə də baxırdı. Deyəsən o insan da Arzuya baxırdı. Çünki başını qaldırmışdı.

“ Bəlkə başqasına baxır? Bəlkə 8-ci mərtəbəyə ya da 9-a baxır. Axı bu binada yüzlərcə insan yaşayır. Bəlkə heç mənə baxmır.” Arzunun beynini şübhələr bürüdü. Bəlkə o indiyə qədər hər şeyi səhv başa düşüb. Bəlkə də heç o insan əzəldən ona baxmırdı. Sadəcə Arzuya elə gəlirdi. Bəlkə də Arzu elə başa düşmək istəyib. Görəsən, necə bilmək olardı ki, o insan məhz Arzu üçün eyvanda dayanır? Axı o heç vaxt bu insanı gündüz vaxtı görməyib. Bəlkə də bu insan yuxarı mərtəbədəki evli qadına baxır. Məgər indiki zamənədə belə hallarla az ratlaşırıq. Bəlkə onlar bir azdan işarətləşərək haradasa görüşəcəklər. Axı bunu necə bilmək olar? Arzu şübhələr içində qalmışdı. Bu şübhələr son qoymaq istəyirdi. o, dəqiq əmin olmaq istəyirdi ki, o insan məhz Arzuya görə eyvanda dayanır.

“Bəlkə gedim qapısını döyüm...Dəli olmusan,Arzu? Gedib, nə deyəcəksən? deyəcəksən ki, bağışlayın bilmək istərdim ki, mənə görə eyvanda dayanmısınız? Mənə baxırdınız? Hah. Necə də gülməlidir. Heç nə deməsəm belə ən azından onu yaxından görərdim. Bilərdim ki, bu qədər narahatçılığıma səbəb olan insan necə biridir..”

“Görəsən o qız kimə baxır? Mənə? yoxsa başqa birisinə? Bəlkə o 5-ci mərtəbəyə ya da 3-ə baxır... Bəlkə oradakı evli bir kişiyə vurulub. Məgər az eşidirik belə şeyləri. Indiki qızları evli kişilər daha çox maraqlandırır. Axı bu binada yüzlərcə insan yaşayır. Bəs niyə mən düşünürəm ki, bu qız sırf mənim üçün gecələr pəncərədən baxır? Axı mən onu heç gündüz vaxtı görməmişəm. bəlkə o bu binada yaşayan bir kişi ilə işarətləşir...Kişi arvad-uşağını yuxuya verəndən sonra eyvana çıxacaq. Qız da onu gözləyir. Hə. 100 faiz belədir. Mənsə burada axmaq kimi dayanmışam. Bəlkə həqiqətən o mənə görə pəncərədən baxır. Axı bunu haradan bilmək olar?...Elnur cibindən çıxarıb, bir siqaret yandırdı.

“Budur siqaret yandırır. Yəqin baxdığı evli qadın artıq pəncərəyə çıxıb. Bu da onların ilk işarəsidir. Yox. Mən getməyəcəm. mən burada qalıb, bunun axırının necə qurtaracağına baxacam...” Arzunun baxışlarında qəzəb peyda oldu. o pəncərədəki insanı artıq qısqanmağa başlamışdı. Beynində artıq hekayələr quraşdırmışdı. O, artıq o insanı özünküləşdirmişdi. Pəncərə dostunun diqqətini heç kimlə paylaşmaq istəmirdi. Arzu bilmədi neçə müddət dayandı. Ancaq gözləyirdi ki, o oğlan nə vaxt evə keçəcək. Ancaq o insanın tərpənmək fikri yox idi. Arzu pəncərəni örtüb evə keçdi.

“EEE, mənə nə kimə baxır...Mən niyə səfeh kimi saatlarca baxıram ki?”

Ancaq ürəyi dözməyib təzədən pəncərəyə yaxınlaşdı. Ancaq bu dəfə pəncərəni açmadan pəncərə arxasından baxdı. O yox idi.

“Yaşasın!!! Mənə görə imiş!!! O mənə görə dayanırmış.-Arzu balaca uşaqlar kimi yerində atılıb-düşməyə başladı.-Bəli, mənə görədir. Bəs onda niyə mən gedəndən sonra getdi? 100 faiz mənə görədir...”

Arzunun ürək sıxıntısı artıq keçmişdi. Indi o başını qoyub yatmaq istəyirdi...

***

Arzu artıq hiss edirdi ki, o eyvandakı insana çox bağlanıb. Artıq işdə də evdə də, hər zaman, hər yerdə o insan haqda düşünür. indi onun ən böyük istəyi o insanı yaxından görməkdir.



Bazar günü idi. Arzu əlində bıçaq, qabdakı kartofların qabığını soyurdu. Indi o, həm özü, həm də Kəmalə üçün dadlı kartof qızartması hazırlayacaqdı. Bu qızların ən xoşladığı yemək idi. Bu işi Arzu yaxşı etdiyindən yemək işi onun üzərinə düşmüşdü. Yemək hazırlayandan sonra DVD-də yeni bir filmə baxacaqdılar. Arzu dodağının altında şən bir mahnı mızıldanırdı...

-Arzu, o, ordadır. Eyvana çıxıb.-Kəmalənin səsi gəldi. Arzunun bədənindən elə bil cərəyan keçdi. Necə həyəcanlandısa əlindəki bıçağı, kartofu kənara tullayıb, var gücü ilə pəncərəyə doğru qaçdı.

-Hanı? Harda?-Arzu pəncərədən baxan Kəmalənin yanına gəldi.

-De, ordadır.

Arzu gözlərini 4-cü mərtəbəyə zilləmişdi. Doğrudan da o orada idi. Arzu heykəl kimi donub qalmışdı. Bircə bərk-bərk döyünən ürəyini hiss edirdi. Nəhayət ki, çoxdandır görmək istədiyi insan indi eyvanda dayanmışdı.

-Ama yaraşıqlı oğlandır haa..-Kəmalə Arzuya eyham vurdu.

-Bu odur...

-Kim?-Kəmalə təəccüblə Arzuya baxdı. Arzu sanki yuxuda idi.

-O. O gün barda məni xilas edən qəhrəman...

-Nə? nə deyirsən? nə bar, nə oğlan?

-Sonra danışaram...

-Hə. yadıma düşdü. Indi xatırladım. Mənim dalımca göndərdiyin oğlan. AAA. Təsadüfə bax. Sən demə biz qonşu imişik.

-Kəmalə, diqqətlə ona bax. Gör o biz tərəfə baxır, yoxsa mənə elə gəlir?

-Hə. biz tərəfə baxır. Yaxşı. Yaxşı. Mən gedim. Sizə mane olmayım...-Kəmalə gülərək pəncərədən uzaqlaşdı. Arzu hələ də gözlərini 4-cü mərtəbəyə zilləmişdi...

***

Elnurun mobil telefonu zəng çaldı.



-Alo...

-Alo, Elnur, necəsən?-bu Elnurun dostlarından biri idi.

-Yaxşıyam, Ülvi. Sən necəsən? Nə əcəb zəng vurmusan?

-Hə. belədir də. Gördüm səndən zəng vuran çıxmaz. Dedim özüm zəng vurum. Neyləyirsən? işlərin necə gedir?

-Şükür Allaha. Sağ –salamatçılıqdı..

-Bilirsən nə deyəcəkdim?

-Nə?

-Bu gün uşaqlar yığışır.



-Harada?

-Rüfətgildə. Rüfətin bacısının ad günüdür. Səni də çağırıb.

-Rüfətin?

-Hə. Rüfət. Yoxsa Rüfəti də unutmusan?

-Yox.

-Hə. nədir? Gələcəksən?



-....

-Nə oldu Elnur, burdasan?

-Bilmirəm. çox güman ki, yox. Gəlməyəcəm

-Niyə ki?

-...

-Nigara görə deyirsən?



-Hə. istəmirəm onunla rastlaşım.

-Əşi, nə olacaq ki? Olan olub, keçən keçib. Indi Nigarın təzə sevgilisi var...

-Hə? kimdir ki?

-Nə bilim. Deyəsən, tələbə yoldaşıdır. Gəlirsən?

-Yox. Istəmirəm. özüm Rüfətə zəng vurub deyərəm.

-Yaxşı. Necə məsləhətdir. Ama şansı qaçırtdın. Partidə təzə qızlar da olacaqdı. Heyf...

-Sən get. Mənim əvəzimə də əylənərsən...

-Yaxşı. Sağ ol.

-Sağ ol.

Elnur telefonu divana tulladı. Özü də divanda oturdu. Ülvinin sözləri qulaqlarında yenidən səsləndi. “İndi Nigarın təzə sevgilisi var...Deyəsən, tələbə yoldaşıdır...”

Elnur qəribə düşüncələr içində idi. Bilmirdi Nigarı qısqanırdı yoxsa ona nifrət edirdi. Axı bir zamanlar o qız ancaq ona məxsus idi. Indi isə onun gözlərində başqasının əksi olacaq. Onu başqası öpəcək. Başqası ona “sevirəm” deyəcək. Bu labüddür. Bu belə də olmalı idi. Nigar ömrü boyu Elnurun xatirrələri ilə yaşamayacaqdı ki.Yox. Elnuru bunlar narahat etmirdi. Onu məyus edən başqa bir şey idi. Ama nə? Elnur bu məyusluğuna səbəb tapa bilmirdi. Ama əmin idi ki, o məhz bu zəngdən və bu xəbərdən sonra məyus oldu. düşünürdü. Bəlkə də özünə etiraf etməsə də Nigarı qısqanırdı. Onu sevməsə də qısqanırdı. Ona elə gəlirdi ki, o, Nigardan ayrılsa da, Nigar hələ də onu düşünür. və nə vatsa onlar yenə bir yerdə olacaqlar. O, bunu istəmirdi. Ancaq elə düşünürdü. Elnurun ürəyi sıxılmağa başladı. Siqaret çəkmək üçün eyvana çıxdı. Ətrafına nəzər saldı. Siqaretini yandırıb, çəkməyə başladı. Baxışları 7-ci mərtəbəyə qalxdı. Bir anlıq çaşqınlıq içində qaldı. əlində tutduğu siqaret yerə düşdü. Orada kimsə vardı. Kimsə həmin pəncərədən baxırdı. Bu bir qız idi. Elnur bütün baxışlarını və diqqətini həmin qıza yönəltdi. Ancaq onda heç bir həyəcan yaranmadı. Çünki bu qız o qaranlıqda baxan qıza bənzəmirdi. Bu qızın üzü usunsov idi. Burnu da qabarıq və əyri idi. Ancaq həmin qızın üzü daha yumru idi. Elnur diqqətlə baxmağa davam etdi. Heç o qız Elnur tərəfə də baxmırdı.

“Bəlkə bu elə həmin qızdır. Bəlkə də yox. Bəlkə əzəldən heç o pəncərədən baxan olmayıb. Sadəcə mən xəyalımda canlandırmışam.”

Pəncərədən baxan qızla baxışları rastlaşdı. Artıq qız da ona baxırdı. Qız geri çevrilərək kimisə çağırdı. Elnur isə sakitcə dayanaraq nələrin baş verdiyini anlamağa çalışırdı. Gözlərini həmin pəncərəyə zilləmişdi. Birdən həmin pəncərədə ikinci bir qız peyda oldu. o qaçaraq, həyəcanla pəncərəni açdı. Və Elnura baxdı. Bu o idi. Bu dəqiq o idi. Gecə pəncərədən baxan o qız.

“Bu odur. Necə də gözəl qızdır. Məsum siması var. Heç bilməzdim mənim qaranlıq yoldaşım belə gözəldir.”

Elnur gözlərini bircə an olsa da 7-ci mərtəbədən çəkmirdi. Baxırdı. Nəhayət ki, o uzun zamandır üzünü görmək istədiyi qızı görmüşdü. Içində qəribə hisslər baş qaldırmışdı. Bilmirdi bu hisslər sevinc hissləridir, yoxsa təəccüb, həyəcandır yoxsa təəssüf...

“Dayan. Dayan. Indi xatırladım. Bu o qızdır. Mənim barda gördüyüm, ürkmüş o qız. Qorxmuşdu. Çox qorxmuşdu. Məndən kömək istədi. mən də ona rəfiqəsini tapmaqda kömək etdim. Hə. hə. dəqiq o qızdır. Yanındakı o qız da o gün axtardığım Kəmalə adlı qızdır. Indi xatırladım. Demək...demək, o sənsənmiş...”

Elnur hələ də baxırdı. Heç getmək fikri də yox idi. Sanki eyvanda donub qalmışdı. Bir azdan o qızın rəfiqəsi getdi. Və Elnurla həmin qız pəncərədə tək qaldılar...

***


O gün Arzunun sevinci yerə göyə sığmırdı. O evdə bir yerdə dayanmır, uşaqlar kimi atılıb-düşür, dodağının altında mahnılar mızıldanırdı. Kəmalə gülürdü. Otaq yoldaşının uzun maddətdən sonra depressiyadan çıxması onu da sevindirmişdi. Arzu artıq evdə bir ruh kimi gəzmirdi. O danışırdı, o gülürdü, o, yenidən həyata qayıtmışdı. Arzu özünü anlaya bilmirdi. Nə idi səbəb onu belə həyata qaytaran? O qəhrəmanını yenidən görmüşdü. Bu qəhrəman onun gecə dostu idi. Deməli bu vaxtacan onun qəhrəmanı onun pəncərə dostu imiş. Bu qədər yaxınkən onu uzaqlarda xəyal edirmiş. Arzu qəribə hisslər içində idi. Sevgi idimi bu yoxsa sadəcə simpatiya. Bəlkə sadəcə təəccüb ya da sevinc. Arzunun indi ancaq ağlında bir insan vardı.

Görəsən adı nədir? görəsən neçə yaşı var? görəsən nə işlə məşğuldur?görəsən sevgilisi varmı?

Elnur da eyni düşüncələr içində idi. Indi o Nigar haqda yox, bu qız haqda düşünürdü. Onu daha yaxından tanımaq, onunla danışmaq istəyirdi. bütün gün beynində ancaq bu düşüncələr gəzib-dolaşırdı. Onunla necə danışacağını, nədən söhbət edəcəyini də artıq xəyalında canlandırmışdı. Qızın siması gözlərinin önündən getmir, yadına düşən kimi üzündə izaholunmaz bir təbəssüm yaranırdı. Deməli, bu vaxta qədər o qız onun iki addımlığında imiş. Deməli, gecə baxdığı insan onun xilas etdiyi qız imiş. Nə idi Elnuru sevindirən? pəncərədən baxdığı qızın gözəl olmasımı yoxsa o gün barda xilas etdiyi qız olması idimi onu bu qədər sevindirən? elnurun indi ancaq bir düşüncəsi vardı: necə olursa olsun o qızla danışmaq...

“Bəlkə qapısını döyüb. Tutaq ki, döydüm. Axı nə deyəcəm. axı o mənə bir təşəkkür borcludur. Nə deyim? Deyim ki, necəsiniz? Deyəcək o vaxtdan gör nə qədər keçib. Deyim sizi pəncərədən tanıdım? Bəlkə heç o mənə baxmır. Bəlkə o gecə dayanıb sadəcə ətrafa baxır. Yox. Pərt ola bilmərəm. ama ürəyim də dözmür. O qızla mütləq danışmalıyam. Artıq onu beynimdən çıxara bilmirəm. mən deyəsən yenidən sevməyə başlayıram. Dəli olma,Elnur. Bu sevgi deyil. Bu sadəcə maraqdır. Sən o qızla maraqlanırsan. Axı niyə? Niyə məhz o?...”

“bəlkə qapısını döyüm. Deyim ki, sizə bir təşəkkür borcluyam. Bəlkə yadından çıxıb. Desə ki, siz kimsiniz? Pərt olmaram? Yox. Bu yaxşı fikir deyil. Bəlkə deyim ki, sizi pəncərədən görüb tanıdım. Siz mənim həyatımı xilas etmisiniz. Bəlkə heç xatırlamadı. Bəlkə heç pəncərədən mənə baxmırdı. Axı mən əmin deyiləm. yox. Bu da yaxşı fikir deyil. Bəs nə edim? Mən mütləq onunla danışmalıyam. Qısa da olsa, danışmalıyam....”

Arzu pəncərəyə yaxınlaşdı. Pərdənin arxasından gizlicə Elnurun eyvanına baxdı. Heç kim yox idi. Evdə tək idi. Kəmalə 2 günlüyə Gəncəyə, anasıgilə getmişdi. Həftəsonu olduğundan televizorda maraqlı bir şey də yox idi. Tək DVD-ə baxmaq isə maraqlı deyildi.

“Bəlkə düşüb, mağazadan nəsə bir şey alım. Ürəyim dadlı bir şey istəyir. Ama nə? heç özüm də bilmirəm, nəsə. Mağazaya düşüm. Orada qərar verərəm.”

Arzu gödəkcəsini geyinib, pul qabısını götürüb, ayaqqabısını geyinib, qapıdan çıxdı. Market binadan bir az uzaq idi. Daha doğrusu Elnurgilin binasının Arzunun pəncərəsinə baxmayan tərəfində yerləşirdi. Arzu binanın qabağından keçəndə başını qaldırıb, gözucu Elnurun pəncərəsinə baxdı. Yenə heç kim yox idi. “Bəlkə dostları ilə harasa gedib”

Marketə girəndə ətrafa nəzər saldı. Şirniyyat satılan şöbəyə yaxınlaşdı. Arzu şirniyyat məmulatlarını çox sevirdi. Vitrinə nəzər saldı.

-Salam, xanım, nəsə istəyirsiniz?-satıcı qız mülayimcəsinə gülümsədi.

-Hə. bu şokoladdan verərdiniz.

Satıcı qız Arzunun göstərdiyi şokoladı rəfdən götürüb dedi:

-Başqa?

-Heç nə. –Arzu əslində heç o şokoladı da indi istəmirdi. Ancaq nədənsə marketə gəlmişdi heç nə almaq istəməsə də. Elə bil hansısa bir qüvvə onu bura gətirmişdi.



-90 qəpik. Kassaya verin.

-Hə. yaxşı.-Arzu kassaya doğru yaxınlaşdı. Pul qabını açıb, 1 manat götürüb kassirə uzatdı.

-90 qəpik.

Kassir pulu alıb çek vurdu. 10 qəpik qaytardı. Arzu qəpiyi və çeki almaq istəyəndə pul qabı əlindən yerə düşdü. Içindəki qəpiklər ətrafa səpələndi.

-Zibil...-Arzu tez əyilib qəpikləri yığmağa başladı.

-Kömək lazımdır, Xanım?-kassir oğlan səpələnmiş qəpiklərə baxdı.

-Yox. Yox. Lazım deyil. Özüm yığaram.

Arzu cəld qəpikləri pul qabının cibinə yığıb ayağa qalxdı. Gözlərini qaldıranda birini gördü. Marketə yenicə daxil olurdu. Arzunun ürəyi bərk döyünməyə başladı. Isti tər basdı. Bu o idi. Pəncərədəki oğlan. Arzu ilk dəfə idi ki, onu bu qədərə yaxından görürdü. O barda işıqlar zəif idi. Pəncərədə isə qaranlıq və uzaq. Ama indi o, həmin insanı tam aydınlıqla görə bilirdi. Arzu heykəl kimi donub qalmışdı. Elnura diqqətlə baxırdı. Elnur da Arzunun baxışları ilə toqquşandan sonra o da Arzuya diqqətlə baxırdı. Arzu sanki qəfildən yuxudan ayıldı. Cəld əlindəki çeki satıcı qıza verib, şokoladı alıb, marketdən çıxdı.iri və cəld addımlarla evə doğru irəliləməyə başladı. Bəlkə o da Arzunun arxasınca marketdən çıxıb, qaçmaqğa başladı. Yox. Arzu arxasınca heç bir ayaq səsi eşitmirdi. Ama həyəcanlı idi. Qorxmuşdu. Heç özü də bilomirdi niyə həmin an dəli insanlar kimi qorxaraq, cəld marketi tərk etdi. Bəlkə də o bu görüşə hazır deyildi. Bəlkə o belə qarşılaşma xəyal etmirdi. Axı niyə belə etdim?-Arzu öz-özünü danlamağa başladı:-Yazıq oğlan, indi səhv başa düşəcək. Elə biləcək mənim ondan zəhləm gedir. Axı mən onunla danışmaq istəyirdim. O ki mənə baxırdı. Hə. dəqiq əminəm. omənə baxırdı. O məni tanımışdı. O mənə qarşı biganə deyil. Ama mən neylədim? Səfeh kimi qaçdım oradan. Bax mən belə səfehəm...

Arzu qapını açıb, evə daxil oldu. ayaqqabılarını və gödəkcəsini çıxarıb, cəld pəncərəyə doğru qaçdı. Bilirdi ki, indi o oğlan marketdədir. Ama nədənsə təkrar onun eyvanına baxdı. Heç kim yox idi.

“demək, bayaqdandır,evdə imiş. Indi marketə düşüb. Və mənlə qarşılaşdı. Bəs mən nə etdim? Ay Allah, özümə nifrət edirəm. axı niyə qaçdım. Bəlkə mənə bir söz deyəcəkdi. Bəlkə onunla danışacaqdım. Niyə? Niyə?”

Arzu pəncərədən uzaqlaşdı. O indi çox məyus olmuşdu. Qarışıq hisslər içində idi. Həm Elnuru gördüyünə görə sevinirdi, həm də məyus olurdu. Elnur yaraşıqlı idi. Mənalı baxışları vardı. Arzu onu bir daha daha yaxından görmüşdü. Elnur da ona qarşı biganə deyildi. Ona diqqətlə baxırdı. Arzu etdiyi hərəkətdən özünü qınayır, evdə özünə yer tapmırdı. Dəli kimi otaqları gəzirdi. Arada pəncərəyə yaxınlaşır. Pərdənin qırağından gizlicə baxırdı. Ama eyvan yenə boş idi.

“Yox. O.artıq mənə nifrət edir. O elə biləcək ki, mən ona acıq elədim. O artıq pəncərəyə də çıxmayacaq. Yox. Bu ola bilməz. bəlkə təzədən marketə gedib. Yox. Qayıtsam, biləcək ki, onun üçün qayıtmışam. Lap pis vəziyyətə düşə bilərəm...”

Birdən qapı döyüldü. Arzu yüyürüb cəld qapını açdı. Qarşısında dayanan insanı görüb həm həyəcanlandı həm də təəccübləndi. Bu o idi. Elnur!!!

-Salam,xanım.-Elnur nəzakətlə danışırdı.

-Salam...-Arzu heyrət dolu baxışlarla Elnura baxırdı.

-Deyəsən, bu sizindir.-Elnur əlindəki 20 qəpiyi Arzuya uzatdı.-Bayaq marketdən çıxanda yerdə qəpik gördüm. Kassir dedi ki, ola bilsin bu sizdən düşüb. Bayaq sizin qəpikləriniz yerə düşüb deyəsən...

-Hə? Hə.-Arzu həyəcandan danışa bilmirdi. Arzu Elnurdan qəpiyi götürüb, gülümsədi

-Çox sağ olun. Sizə zəhmət oldu.

-Yox. Nə zəhmət...

Arada sükut yarandı. Nə Arzu qapını bağlayırdı, nə də Elnur getmək istəyirdi. hər ikisi də lal-dinməz dayanmışdılar. Hər ikisi də bir-birindən nəsə deməyi gözləyirdilər.

-Yaxşı. Sağ olun...-Elnur uzaqlaşmaq istədi.

-Sağ olun.-Arzu 100 faiz əmin idi ki, indi bu söz ən axırda deyiləcək sözdür. Indi başqa bir söz deyilməlidir. Arzu ona təşəkkür etmək istəyirdi. o günkü qəhrəmanlığına görə. Arzu onun niyə gecələr pəncərədə dayandığını soruşmaq istəyirdi. Arzu onunla söhbət etmək istəyirdi. ama susdu. Qapını bağladı. Min bir peşmançılıq içində... Arzunun əli qapının dəstəyində qalmışdı. O bu şansı və fürsəti itirdiyinə görə daxilndə əzab çəkirdi. Çox cəsarətsiz idi. Arzularını və istəyini, ürəyindəkilərini bildirmək üçün çox cəsarətsiz idi. Ancaq bu dəfə o, heç nəyi nəzərə almadan bunu edəcəkdi.

Qapını açdı. Elnur hələ də getməmişdi. Arzu təəccübləndi ama içində sevindi.

-Bilirsiniz?...-Arzunun səsi titrədi.-Əslində mən sizə bir təşəkkür borcluyam...

Elnur başını yelləyərək gülümsədi. o qədər məsum təbəssümü var idi ki, Arzu getdikcə bu insana daha çox yaxınlıq hiss edirdi. Onları birləşdirən nəsə vardı. Ama nə? Arzu da gülümsədi.

-Hə. o gün çox qorxmuşdunuz...

Arzu içində sevindi. Deməli hələ də o günü unutmamışdı. Deməli Arzu hələ də onun yaddaşında qalmışdı.

-Hə. elədir...-Arzu utancaq halda gözlərini yerə dikdi. Istədi Elnuru evə dəvət etsin. Ancaq bunun doğru olmadığını düşünərək fikrindən əl çəkdi. Arzu onunla qapınıən ağzında ötəri danışmaq istəmirdi. Arzu onunla divanda əyləşib, uzun-uzun danışmaq istəyirdi. ona çoxdandır vermək istədiyi sualları vermək və cavabını almaq istəyirdi. ancaq indi vaxtı deyildi.

-Bilirsiniz, əslində mən sizə o gün təşəkkür etmək istəyirdim. Ama o qədər diksinmişdim ki, fikrimdə ancaq oradan dərhal uzaqlaşmaq vardı. Və sizə təşəkkür etmədən getdim. Ama təsadüfə bax ki, indi siz burdasınız. Və mən sizə təşəkkür edirəm...

-Dəyməz. Əslində mən də elə ilk dəfədən anladım ki, siz orada birinci dəfə olmusunuz. Və istədim ki...Nəsə. Əsas odur ki, indi yaxşısınız? Yəqin artıq xam deyilsiniz. Yenə başınıza elə hadisələr gəlir?-Elnur Arzunun təkrar bara gedib-getmədiyini bilmək istəyirdi.

-Yox. Mən daha elə yerlərə getmirəm. əslində diskotekaya getmək mənim fikrim deyildi. Sadəcə dəyişiklik olsun deyə getmişdim. Ama artıq bildim ki, mən elə yerlər üçün deyiləm...

Arada sükut yarandı.

-Mən sizin qarşınızdakı binada oluram..

-Hə. bilirəm.-Arzu düşünmədən cavab verdiyi üçün içində özünü danladı. Axı Elnur bilməməli idi ki, Arzu gecələr onun pəncərəsinə baxır.-Hə. sizi bir –iki dəfə məhlədə görmüşəm.-Arzu səhvini düzəltmək üçün bəhanə gətirdi.

Arda yenə sükut yarandı.

-Nəsə. Mən artıq gedim...-Elnur əslində bu cümləni işlətmək istəmirdi. əslində heç buradan uzaqlaşmaq da istəmirdi. Ayaqları beton döşəməyə bərk yapışmışdı.

-Hə...-Arzu məyus olsa da, gülümsəyərək Elnura baxdı. Elnur yavaş-yavaş pilləkənləri düşdü. Geri çevrilib Arzuya baxdı. Arzu da ona baxırdı.

-Bağışlayın adımı deməyi unutdum.Mənim adım Elnur.

-Arzu.

-Nə?


-Adım Arzu.

-Arzu..-Elnur dodağının altından zəif səslə təkrarladı.-Tanış olmağımıza çox şad oldum.

-Mən də...

-Yaxşı. Sağ olun...

-Liftlə niyə düşmürsünüz?

-Nə bilim. Mən 4-cü mərtəbədə qaldığım üçün piyada düşüb qalxmağa öyrəşmişəm...

Arzu gülümsədi. Elnur asta –asta pilləkənləri düşdü. Arzunun gözləri bir müddət boş döşəmədə gəzdi. Sonra evə keçib, qapını bağladı.

-Elnur...Elnur...-Arzunun simasında izaholuna bilməyən qəribə bir təbəssüm yarandı. Istəsə belə o təbəssüm üzündən qeyb olmurdu. Nə idi bu? Cücərəcək yeni sevginin ilk toxumları? Yoxsa yazılacaq yeni bir romanın ilk səhifələri? Bəlkə də reallaşacaq arzuların ilk işarəsi... Arzu sevinirdi. Nəhayət ki, o qəhrəmanı ilə danışmışdı. Onun qəhrəmanı onu görmək üçün bəhanəylə ona gəlmişdi. Əslində hər şey təsadüf idimi yoxsa qaçınılmaz tale? Qəpiklərin yerə düşməsi..Arzunun ismədiyi halda marketə getməsi...Bütün bunlar onunla rastlaşmaq üçün qurulmuşdu sanki. Əgər Arzunun qəpikləri yerə düşməsəydi, Elnur ona gəlmək üçün bəhanə tapa bilməyəcəkdi. Nə idi bütün bunlar? Yeni sevginin göstəricisimi? Arzu çox sevinirdi. Elnurla olan söhbətini dəfələrcə xatirində canlandırır, onun təbəssümünü yaddaşına həkk etməyə çalışırdı. Ancaq nədənsə pəncərəyə tərəf getmirdi. Əslində bircə dəfə pəncərəyə yaxınlaşsaydı, o təbəssümün sahibinin eyvanda dayanıb, onun pəncərəsinə baxdığını görərdi...

***

Bu yeni həyat idi Arzu üçün. Bu bir ümid idi uzun sürən ümidsizlikdən sonra. Bu yeni səhifə idi başlanacaq. Deməli, həyat ancaq Mahirdən ibarət deyilmiş. Deməli, Mahirdən sonra da sevmək olarmış. Deməli, ürək nə qədər “Bir də sevmərəm” desə də, inanma ona. Çünki o , döyündükcə sən həmişə sevəcəksən. “Qəlbimdəki yara heç vaxt sağalmaz” demə. Çünki zaman bütün yaraları sağaldır. “Mən bir də elə insana rast gəlmərəm” demə. Çünki yaşadıqca, daha çox insanlara rast gələcəksən. hər bir uğursuzluq ardınca bir uğuru gətirir...



Arzu artıq pəncərə dostunu gündüzlər də görə bilirdi. Indi o, şənbə-bazarları daha çox sevməyə başlamışdı. Çünki ancaq bu günlər o, ən çox görmək istədiyi insanı eyvanda görə bilirdi. Artıq o baxışlarını o insandan qaçırmırdı. Uzun müddət qorxmadan çəkinmədən o insana baxırdı. Elnur da baxırdı. əlacı olsaydı o eyvanda, o baxışlarda donub qalardı. Elə bil bir qüvvə Elnuru daima eyvana çəkirdi. Işdən gələn kimi heç çay-su içməmiş eyvana qaçırdı. Bilirdi ki, bu vaxtlar Arzu pəncərədə olmur. Ancaq yenə də buna alışmışdı. Baxışları 7-ci mərtəbəyə zillənirdi. Baxırdı və gülümsəyirdi. Elnur artıq bu qıza çox öyrəşmişdi. Hər gün onu pəncərədə görməsə, darıxırdı. O narkoman kimi bu narkotikaya çox öyrəşmişdi. Onun baxışlarından asılı qalmışdı. Arzu da Elnurun keçirdiyi hissləri keçirirdi. O da artıq 4-cü mərtəbədəki bu insana alışmışdı. Hər dəfə pəncərəyə yaxınlaşanda Elnur eyvanda olsa da, olmasa da gözləri o eyvana zillənirdi. Arzu qəlbində yenicə yaranan və bütün ruhunu əsir alan bu hisslərə ad qoya bilmirdi. Nə idi bu? Sevgimi? Axı Arzu artıq əmin idi ki, o, Mahirdən sonra bir də kiməsə güvənib onu sevə bilməz. Mahir onun son ümidini və inamını da alıb aparmışdı. Arzu Mahirdən sonra bir də sevəməyəcəyini anlamışdı. O artıq insanlardan uzaq qaçır, onlardan qorxurdu. Yeni münasibətə başlamaqdan, yeni bir insana inanıb,ona ürəyini verməkdən qorxurdu. Yenidən xəyanətə uğramaqdan qorxurdu. Mahirlə yaşadığı münasibət onu çox məyus etmişdi. Özünə və insanlara olan güvənini itirmişdi. Ancaq Elnur onda tamam başqa bir hissin yaranmasına səbəb olmuşdu. Bu nə hiss idi? Dəqiq bu sevgi deyildi. Ancaq Arzu bu insana çox bağlanmışdı. Onun haqda daha çox bilmək istəyir, onunla saatlarca danışıb, dərdləşmək istəyirdi. artıq o, təkcə pəncərədən baxmaqla kifayətlənmək istəmirdi. O Elnura daha yaxın olmaq istəyirdi. Arzu indi daha optimist idi. Onda həyat eşqi yaranmışdı. Artıq yazıçılığa geri dönmüşdü. Daha optimist əsərlər yazmağa başlamışdı. Fikirlərində saf sevgi hekayələri canlanırdı. Beyni yeni ideyalarla dolub –daşırdı. Çoxdandır ondan küsüb gedən ilham pərisi yenidən qayıtmışdı...

***


Elnur divanda əyləşmişdi. Notbuku dizlərinin üstündə, əsərinə qaldığı yerdən davam edirdi. Onda yeni bir həvəs yaranmışdı. Yazdıqca yazırdı. Sevgi dolu sözlər öz özlüyündə ağ səhifədə sıralanırdı. Elnur öz yazdıqlarını oxuduqca dodağının altında gülürdü. Artıq onun üzündə təbəssüm də yaranmışdı. Elnur bu təbəssümün yaranma səbəbini də bilirdi. Barmaqları klaviaturanın klavişlərində gəzdikcə gözlərinin önündə Arzunun məsum siması canlanırdı. Deyəsən, Elnur uzun müddətdir, qurtarmaq istədiyi ancaq qurtara bilmədiyi əsərini bu gün tamamlayacaqdı. Ancaq ağlında bəzi fikirlər dolaşırdı. O Arzunu ancaq pəncərədə görmək istəmirdi. O Arzunu istəyirdi. Ona daha yaxın olmaq, onun gözlərinə utanmadan, çəkinmədən baxmaq, onu qucaqlamaq, onu öpmək...

-Eeee-Elnur həddini aşan xəyallarına etiraz etdi. Ancaq istəmədən bu fikirlər onun beynindən çıxmırdı. Ancaq indi onu düşündürən başqa bir şey idi: O, bir plan qurmalı idi: necə etməli idi ki, Arzu ilə münasibətlərini daha da irəlilətsin. O, belə işlərdə mahir idi. O bir qızın nələrdən xoşlana biləcəyini yaxşı bilirdi. O, çox diqqətcil və nəzakətli idi. Adicə Arzunun 20 qəpiyini Arzuya qaytarması Arzuda ona qarşı böyük bir rəğbət yaratmışdı. Indiki zamanda belə düşüncəli insanlar demək olar ki, yoxdur. Elnur bunu Arzunun onu bəyənməsi üçün etməmişdi. Başqa bir insan da olsaydı, o, bunu edəcəkdi. O, sadəcə çox qayğıkeş və romantik bir insan idi. Ancaq indi Elnur sırf Arzunun rəğbətini və özünə aşiq etmək üçün nəsə etmək haqda düşünürdü. O, bunu istəyirdi. o, bunu çox istəyirdi. artıq Arzunun Mahiri unutduğu kimi, Elnur da Nigar haqda düşünmürdü. Onun ağlında ancaq biri vardı:Arzu.


Yüklə 378,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin