Elmi tədqiqatın metodologiyası və metodları



Yüklə 49,12 Kb.
səhifə7/11
tarix23.02.2023
ölçüsü49,12 Kb.
#85312
1   2   3   4   5   6   7   8   9   10   11
MÖVZU 1

Tədqiat mövzusu yeni elmi vəzifələri həll etməlidir. Bu o deməkdir ki, tədqiqat mövzusu heç vaxt işlənməmişdir və müasir dövrdə işlənmir, yəni təkrarçılıq yoxdur. Təkrarçılıq qısa müddətdə mühüm dövlət problemini həll etmək məqsədilə iki rəqabət aparan kollektivə təşkilatın rəhbərliyi tərəfindən işləmək üçün eyni mövzu verilə bilər. Tədqiqat mövzusu iqtisadi baxımdan səmərəli və əhəmiyyətli olmalıdır. İstənilən tətbiqi tədqiqat mövzusu iqtisadi səmərə verməlidir. Bu mühüm tələblərdən biridir. Tədqiqat mövzusunun seçilməsi mərhələsində gözlənilən iqtisadi səmərə bir qayda olaraq təqribi müəyyən edilə bilər. Bəzən ilkin mərhələdə ümumiyyətlə iqtisadi səmərəni müəyyənləşdirmək olmaz. Belə hallarda səmərənin təqribi qiymətləndirilməsi üçün oxşarlardan istifadə edilir.
Onu da qeyd etmək lazımdır ki, elmi tədqiqat mövzusu kollektivin ixtisasına uyğun olmalıdır. Formalaşmış ənənələrə görə hər bir elmi kollektivin özünün ixtisası, peşəsi və səriştəsi vardır. Tədiqat təcrübəsinin toplanmasına səbəb olan belə ixtisaslaşma özünün müsbət nəticəsini verir, iqtisadi səmərəliliyin, keyfiyyətin və işləmələrin nəzəri səviyyəsini yüksəldir, tədqiqatın yerinə yetirilməsi müddətini azaldır. Lakin bu prinsipin tətbiqində ifratçılığa getmək olmaz. Elmdə inhisarçılıq ideyaların rəqabətinə imkan vermir. Bu elmi tədqiqatların səmərəliliyini azalda bilər.
Tədqiqat mövzusunun mühüm xarakteristikası onun həyata keçirilmə və tətbiqi mümkünlüyüdür. Tədqiqat mövzusunu işləyib hazırlayarkən onun plan müddətində başa çatması imkanının qiymətləndirməsinə və sifarişçinin istehsalı şəraitində tətbiqinə diqqət yetirmək lazımdır. Tədqiqat mövzusunu əsaslandıran elmi işçilər istehsalı və müasir mərhəldə ona olan tələbi yaxşı bilməlidir. Bunun üçün tətqiqatla məşğul olanların həmin sferalarla, aparıcı elmi işçilərlə, mütəxəssislərlə sıx əməkdaşlığı, məlumatlı olması cox vacibdir. Kollektiv elmi işləmələrdə tənqid, müzakirə, problemin müzakirəsi və s. üstünlük təşkil edir. Müzakirə prosesində vaciblik dərəcəsi müxtəlif olan və hələ həll edilməmiş aktual, yeni vəzifələr aşkar edilir.
Bütün bunlar elmi aparatın tədqiqatlarda iştirakına əlverişli şərait yaratmaqla, yeni elmi bilikləri cəmiyyətin xidmətinə yönəldir.
Elmi tədqiqatın mövzusu üzrə nəşr olunmuş ədəbiyyatlarla tanışlıq ideyanın işlənib hazırlanması ilə başlanır. O, nəzərdə tutulan elmi tədqiqatın mövzusunda və tədqiqatın iş planında öz ifadəsini tapır. İşin belə qoyuluşu seçilmiş mövzu üzrə ədəbiyyat mənbələrini məqsədəmüvafiq axtarmağa və digər tədqiqatçıların nəşr olunmuş işlərində verilən materialları dərin başa düşməyə imkan verir.
Daha sonra ədəbiyyatların axtarış strategiyasının planlaşdırılmasını (qaydası) və mövzu üzrə ədəbiyyat mənbələrinin siyahısının (kartoteka) tərtibini fikirləşmək lazımdır. Yaxşı tərtib edilmiş siyahı (kartoteka), mənbələrin adlarının cəld icmalı hətta mövzunu tam əhatə etməyə kömək edir. Eyni zamanda onun əsasında tədqiqatın başlanğıcında planı dəqiqləşdirmək mümkündür.
Gözdən keçirməyə məzmunu tədqiqat mövzusu ilə bağlı olan bütün növ mənbələr məruz qalmalıdır. Onlara müxtəlif yerli və xarici nəşriyyatlarda nəşr olunan materiallar, nəşr olunmayan sənədlər (elmi-tədqiqat və təcrübə-konstruktur işləri haqqında hesabatlar, dissertasiyalar, əlyazmalar, xarici məzuniyyətdə olan mütəxəsislərin hesabatları, xaric ifirmaların materialları ), rəsmi materiallar aid edilir.
Mövzunun öyrənilmə vəziyyətini informasiyalı nəşriyyatlarla tanışlıqdan başlamaq məqsədəuyğundur. Belə buraxılışlardan həm nəşrlərin özü, həm də onların məzmununu ən mühüm tərəfləri haqqında operativ informasiya əldə etmək mümkündür. Biblioqrafiya nəşrlərindən fərqli olaraq informasiyalı nəşrlər yalnız həyata keçirilən nəşrlər deyil, həm də onlarda əks olunan ideyalar və faktlar haqqında məlumatlara əsaslanır. Onlar nəşrlərin operativliyi ilə yanaşı verilən informasiyanın yeniliyi, mənbələrin tam əhatəliliyi və sənədləri tez axtarıb tapmağa və sistemləşdirməyə imkan verən sorğu aparatının mövcudluğu ilə də fərqlənir.
Müasir dövrdə informasiyalı nəşrlərin buraxılışı ilə institutlar, mərkəzlər və iqtisadiyyatın bütün sahələrini əhatə edən elmi-texniki informasiya xidmətləri (şöbələri) məşğul olur. Ölkədə belə institutlar və təşkilatlar şəbəkəsi mərkəzləşdirilmiş şəkildə əsas sənəd növlərinin toplanmasını və işlənməsini həyata keçirən elmi texniki-informasiyanın dövlət sistemində (Azərbaycanda elmitexniki informasiyanın avtomatlaşdırılmış sistemi) birləşmişdir. Qeyd edilən institut və təşkilatların nəşriyyat vəsaitləri üç növə - biblioqrafik, referat və icmal ayrılır.

Yüklə 49,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin