Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)


Heydər Əliyev Muzeyi fondunda və ekspozisiyasında mövcud



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix03.02.2017
ölçüsü4,48 Mb.
#7360
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

Heydər Əliyev Muzeyi fondunda və ekspozisiyasında mövcud 
eksponatların biblioqrafiyası (nümunələr) 
1. "Azərbaycan Prezidenti Heydər Əliyev". Əməkdar rəssam Rəfael Abbasov, kətan, yağlı boya, 
2009, ölçüsü 139 x 104,5 sm. HƏM - 3927/R-9. 
2. "Ulu öndərin dekorativ portreti". Rəssam Akif Həsənov, 2010. HƏM - 21152/T-24. 
3. "Portret janrında işlənmiş xalça". Heydər Əliyevin 75 illiyinə həsr edilib, ölçüsü 247 x 153 
sm. HƏM - 3478/T-19, 1996. 
4. "Tarix"-xalça. Rəssam Səlahəddin Mahmudov, ölçüsü 221 x 136 sm. 2000, HƏM - 73/T-2. 
5. "Yüksəkliyə doğru həyat yolu"-xalça. Rəssam Səlahəddin Mahmudov, ölçüsü 244 x 148 sm. 
1999, HƏM - 74/T-1. 
6. "Heydər Əliyev - 80 il". Xüsusi hazırlanmış dekorativ məruzə qovluğu, ölçüsü 30,5 x 21,8 
sm. HƏM - 292/T-5. 
7. Heydər Əliyevin 75 illiyinə buraxılmış "Qızıl qol saatı", ölçüsü e.d.-3,8 sm. HƏM - 289/T-3. 
8.  Heydər  Əliyev  Naxçıvanda  Ali  Məclisin  Sədri  işlədiyi  illərdə  iş  otağında  istifadə  etdiyi 
"Yantar" sütunlu saat, ölçüsü hündürlüyü  21 sm. HƏM - 2228/SA-26. 
9. "Sönməz günəş". Yağlı boya ilə çəkilmiş portret. Əməkdar rəssam Telman Abdinov, ölçüsü 
100 x 70 sm. HƏM - 97/U-2. 
10.Ümummilli liderimizin rəngli muncuqlarla işlənmiş portreti. Rəssam Tahirə Cəlilova, ölçüsü 

206 
 
73 x 50 sm. HƏM - 97/N-2. 
11.Ümummilli  liderimizin  ömür-gün  yoldaşı,  akademik  Zərifə  Əliyevanın  yağlı  boya  ilə 
işlənmiş portreti. Əməkdar rəssam Telman Abdinov, ölçüsü 70 x 50 sm. HƏM - 306/R-3. 
12.Heydər Əliyevə məxsus üst geyimi-palto. HƏM - 430/27. 
13. Heydər Əliyevə məxsus papaq (baş geyimi). HƏM - 433/28. 
14. Heydər Əliyevə məxsus kostyum. HƏM - 434/SA-29. 
15. Heydər Əliyevə məxsus qalstuk. HƏM - 436/SA-31. 
16. Ulu öndərimizin Naxçıvanda istifadə etdiyi neft lampası. HƏM - 216/SA-11. 
17.  Ulu  öndərimizin  Naxçıvanda  istifadə  etdiyi  telefon  aparatı,  ölçüsü  19  x  5  sm.  HƏM  - 
215/SA-10. 
18. Ulu öndərimizin üzərində gəzdirdiyi miniatür "Qurani-Kərim" ayəsi, ölçüsü 8,5 x 6,3 sm. 
HƏM - 50/S-13. 
19. Ulu öndərimizə məxsus eynək, ölçüsü 15 sm. HƏM - 3778. 
20. Ulu öndərimizin qızıldan hazırlanmış imzası, ölçüsü 3,5 sm. HƏM - 291/T-21. 
21.  Azərbaycan  Respublikası  Dövlət  müstəqilliyinin  10-cu  ildönümünə  həsr  edilmiş  marka, 
ölçüsü 9-8 sm. HƏM - 275/117. 
22."Ömür yollarında" portret. Əməkdar rəssam Camal İsmayılov. Yağlı boya, ölçüsü 140 x 95 
sm. HƏM - 416. 
23. Üzərində Dövlət Bayrağı Meydanı təsvir olunmuş xatirə lövhəsi, ölçüsü 10 x 10 sm. HƏM - 
3938/M-51. 
 
Cəlil Məmmədquluzadə ev muzeyi 
Biblioqrafiya nümunələri 
Giriş 
Böyük  demokrat,  yazıçı  və  ictimai  xadim  Cəlil  Məmmədquluzadənin  xatirəsinin 
əbədiləşdirilməsi  məqsədilə  Naxçıvan  şəhərində  doğulduğu  evdə  ev  muzeyinin  yaradılması 
haqqında  ümummilli  lider  Heydər  Əliyev  1998-ci  ildə  sərəncam  imzalamışdır.  Muzeyin  açılışı 
1999-cu  ilin  oktyabr  ayında  ulu  öndərimizin  iştirakı  ilə  olmuşdur.  Açılış  mərasimində  ümummilli 
liderimiz geniş nitq söyləmişdir. O demişdir: 
"Bilirsiniz  mən  xoşbəxt  günlərimdən  birini  yaşayıram.  Nə  üçün?  Çünki  arzuma  çatmışam. 
Çünki  Mirzə  Cəlilin  ev-muzeyini  yaratmaq  istəmişəm,  bunu  da  yaratmışam.  Azərbaycanın 
möhtərəm  adamları  ilə  bir  yerdəyəm  və  bunu  bir  yerdə  açırıq.  Allah  Mirzə  Cəlilə  rəhmət  eləsin. 
Mirzə Cəlilin irsi, şəxsiyyəti, xidmətləri Azərbaycan xalqının qəlbində əsrlərlə yaşayacaqdır". 
Ev muzeyi 2 otaq, foye və fonddan ibarətdir. Açılış mərasimində fond və ekspozisiyalarda 
55  eksponat  olduğu  halda,  indi  onların  sayı  2000-ə  dək  olmaqla,  2  əsas,  1  köməkçi  fonddan 
ibarətdir. Muzeydə aşağıda göstərilən kolleksiyalar tərtib edilmişdir. 
Çap əsərləri, xatirə  əşyaları, sənədlər,  fotolar, təsviri  sənət  əsərləri, əlyazmalar, neqativlər, 
numizmatika və s. 
Fondlarda və ekspozisiyalarda görkəmli yazıçının həyatı, ədəbi irsi, ictimai-ədəbi fəaliyyəti, 
"Molla  Nəsrəddin"  jurnalına  aid  materiallar,  dramaturgiyası,  felyetonları,  hekayələri  və 
yaradıcılığına aid digər materiallar-eksponatlar mühafizə olunaraq nümayiş etdirilir. 
Muzeydə  mövcud  eksponatlar  ayrı-ayrı  müvafiq  fondlarda  yerləşdirilmiş,  elmi  cəhətdən 
işlənilmiş,  araşdırmalar  aparılmış,  kataloqlar,  şəhadətnamələr  yazılmış,  pasportlaşdırılmış,  ümumi 
və elmi kitablarda qeydlər aparılmışdır. 
Eksponatlar muzey təlimatına uyğun işlənilmiş, fondlar üzrə ayrılmış, biblioqrafiyalar tərtib 
edilmişdir. 
Bunlardan nümunələri qeyd etməyi lazım bilirik. 
1. Kitab C.Məmmədquluzadə "Naxçıvanlı müasirləri", Bakı, 1967, CMEM-73. 
2. Kitab C.Məmmədquluzadə "Ər", "Oyunbazlar", Bakı, 1990, CMEM-107. 
3. Kitab İsa Həbibbəyli "C.Məmmədquluzadə", Bakı, 1994, CMEM-110. 
4. Jurnal "Molla Nəsrəddin" № 3, 1909, CMEM-357. 
5. Jurnal "Molla Nəsrəddin" № 12, 1906, CMEM-352. 

207 
 
6. Kitab İsa Həbibbəyli "C.Məmmədquluzadə mühiti və müasirləri", Bakı, 1997, CMEM-378. 
7. Kitab Əziz Şərif "Molla Nəsrəddin necə yarandı", Naxçıvan, 2009, CMEM-1420. 
8. Kitab M.C.Cəfərov "İnsanlar və talelər", Naxçıvan, 2009, CMEM-1425. 
9. Kitab C.Məmmədquluzadə "Seçilmiş hekayələr", 2011, CMEM-1543. 
10.Foto. C.Məmmədquluzadənin ev muzeyinin açılışı, Naxçıvan, 31 dekabr, 1998, CMEM-1. 
11. Foto. C.Məmmədquluzadənin ev muzeyinin açılışı, Naxçıvan, 1998, CMEM-4. 
12. Foto. C.Məmmədquluzadənin doğum haqqında şəhadətnaməsi, CMEM-26. 
13. Foto. C.Məmmədquluzadənin Parisdə yaşayan nəvəsi Sudai Səqqətçiyə ilə görüş. Paris 12 
dekabr 1998, CMEM-69. 
14. Foto. C.Məmmədquluzadənin ev muzeyini ümummilli lider Heydər Əliyev ziyarət edərkən. 
Naxçıvan, 13 oktyabr 1999, CMEM-268. 
15. Foto. C.Məmmədquluzadə, oğlanları Midhət və Ənvər. CMEM-70. 
16.Xatirə  əşyası.  C.Məmmədquluzadənin  qızı  Münəvvər  xanıma  məxsus  fortepiano.  CMEM-
356. 
17.Xatirə əşyası. Dolça-naxışlı misdən. CMEM-240. 
18. Xatirə əşyası. Stul-oturacağı həsirdən. CMEM-50. 
19. Xatirə əşyası. Güldan-şüşədən, ayaqlı, naxışlı. CMEM-518. 
20. C.Məmmədquluzadənin "Poçt qutusu" hekayəsinə qrafik illüstrasiya. Naxçıvan 2000. Xalq 
rəssamı H.Əliyev. CMEM-289. 
21.  C.Məmmədquluzadə  "Ölülər"  əsərinə  qrafik  illüstrasiya.  Naxçıvan  2000.  Xalq  rəssamı 
H.Əliyev.  
22. C.Məmmədquluzadənin portreti. Naxçıvan 2000. Xalq rəssamı H.Əliyev. CMEM-301. 
23. Mirzə Ələkbər Sabirin portreti. Naxçıvan 2000. Xalq rəssamı H.Əliyev. CMEM-306. 
 
Hüseyn Cavid ev muzeyi biblioqrafiyadan nümunələr 
Giriş 
Böyük  Hüseyn  Cavidin  ev  muzeyinin  Naxçıvanda  yaradılması  haqqında  ulu  öndərimiz 
Heydər Əliyevin  1981-ci il tarixli  imzaladığı  qərara əsasən  1984-cü il iyun ayının 9-da Naxçıvan 
şəhərində anadan olduğu evdə açılışı olmuşdur. 
Hazırda muzeyin fond və ekspozisiyalarında 9000-dən çox eksponat toplanmışdır. 
Bütün eksponatlar böyük şair dramaturqun həyatını və fəaliyyətini, yaradıcılığını əks etdirir. 
(Fotolar,  əsərlərinin  ilk  nüsxələri,  dram-teatr  əsərlərinin  afişa  və  proqramları,  müxtəlif  illərin 
sənədləri,  xatirə  və  ev  əşyaları,  məktublar,  təsviri  sənəd  əsərləri,  ailə  albomları  və  fotoları  və  s.) 
xüsusilə  Cavidin  qızı  Turan  xanım  (Turan  Cavid)  tərəfindən  muzeyə  təqdim  edilmiş  hədiyyə-
eksponatlar daha maraqlı və qiymətlidir. 
Muzeyə daxil olan eksponatlar, toplanmış hər bir muzey əşyası muzey təlimatına uyğun baş 
və  elmi  inventar  kitablarına  qeyd  edilmiş,  pasportlar,  inventar  nömrələri  yazılır.  Fondda  çap 
əsərləri,  xatirə  əşyaları,  məişət  etnoqrafiya,  əlyazma,  foto  və  neqativ,  təsviri  sənəd,  sənədlər  və 
digər bölmələr-fondlar yaradılmışdır. Muzey əməkdaşları daxilolma kitabları əsasında eksponatları 
sistemləşdirərək kataloqlaşdırıb, şəhadətnamələr yazır, biblioqrafik məlumatlar hazırlayırlar. Həmin 
məlumatlardan bir neçə nümunələri aşkarlayaq: 
1. Hüseyn Cavid "İblis", 1924, HCM-2186. 
2. Hüseyn Cavid "Səyavuş", 1934, HCM-242. 
3. Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmmədə məxsus "Qurani-Kərim". HCM-7176. 
4. Əziz Şərif "Seçilmiş günlərdən", 1977. HCM-625. 
5. Rəfail Hüseynov "Əbədi Cavid", 2007. HCM-7383. 
6. İsa Həbibbəyli "Romantik lirikanın imkanları", 1984. HCM-3683. 
7. Hüseyn Cavidə məxsus cib saatı. HCM-2214. 
8. Hüseyn Cavidə məxsus qələm qabı. HCM-103. 
9. Hüseyn Cavidə məxsus eynək. HCM-6276. 
10.Rəssam M.C.Seyidov "Şairin yuxusu", kətan, yağlı boya. HCM-8013. 
11.Xalq rəssamı Oktay Sadıqzadə "Hüseyn Cavid aləmi", kətan, yağlı boya. HCM-215. 

208 
 
12. Xalq rəssamı Hüseynqulu Əliyev "Hüseyn Cavid və demonizm", kağız, tuş. HCM-3028. 
13.Akif Qazıyev "Hüseyn Cavid", büst-gips. HCM-986. 
14.Xalq rəssamı Ömər Eldarov "Hüseyn Cavid" büst-gips. HCM-5506. 
15.Akif Əsgərov "Hüseyn Cavid" heykəl, gips. HCM-3667. 
16. Hüseyn Cavidin 100 illik yubileyinə buraxılmış zərf. HCM-3760. 
17. Hüseyn Cavidin 100 illik yubileyinə buraxılmış döş nişanı. HCM-3771. 
18. Hüseyn Cavidin 100 illik yubileyinə aid dəvətnamə və proqram. HCM-3771. 
19.Foto. Hüseyn Cavid, Mişginaz Cavid və Ərtoğrol Cavid. 1922. HCM-3664. 
20. Foto. Hüseyn Cavid. 1923-cü il, 1926. HCM-3662, 3661. 
21. Foto. "Ailə fotosu". 1926. HCM-3663. 
22. Foto. Mişginaz Cavid, Hüseyn Cavid. 1912. HCM-3665, 3660. 
 
Cəmşid Naxçıvanski ev muzeyi 
Biblioqrafiyadan nümunələr 
Giriş 
Görkəmli  sərkərdə  Cəmşid  Naxçıvanskinin  Naxçıvan  şəhərində  ev  muzeyi  1982-ci  ildə  ulu 
öndərimiz  Heydər  Əliyevin  Cəmşid  Naxçıvanskinin  85  illik  yubileyi  münasibətilə  imzaladığı 
sərəncama əsasən yaradılmışdır. 
Muzeyin  yaradılmasında  məqsəd  Cəmşid  Naxçıvanskinin  həyatı  və  fəaliyyəti,  onun  keçdiyi 
döyüş  yolu  haqqında  materiallar  toplamaq,  insanları-xalqı  məlumatlandırmaq,  eyni  zamanda 
Naxçıvan xanlığı, Kəngərli generalları haqqında məlumat əldə etmək olmuşdur. 
300 eksponatla 1987-ci ildə fəaliyyətə başlayan muzeydə 2014-cü ilə olan məlumata əsaslanıb 
deyə bilərik ki, 6000-ə yaxın eksponat mövcuddur. 
Fond  və  ekspozisiyalarda  eksponatlar  xronoloji  ardıcıllıqla  tərtib  edilərək  muzeyə  gələn 
tamaşaçılara təqdim olunur. 
Muzeyin  salonlarında-ekspozisiyalarda  Kəngərlilər  nəslinin  nümayəndələri  I  Kalbalı  xan,  II 
Kalbalı  xan,  İsmayıl  xan,  Hüseyn  xan,  III  Kalbalı  xan,  Ehsan  xan,  Cəmşid  xan  Naxçıvanskilər 
haqqında  qiymətli  sənədlər,  fotolar,  şəxsi  əşyalar,  müxtəlif  sənədlər,  xatirə  əşyaları  və  başqa 
qiymətli və gərəkli materiallardan ibarət ekspozisiyalar, guşələr, sərgilər, stendlər nümayiş olunur. 
Muzeyin  elmi  heyəti  muzeyə  gələn  hər  bir  şəxsə,  hərbçilərə,  məktəblilərə,  tələbələrə  bu 
görkəmli nəslin nümayəndələri haqqında məlumatlar, bilgilər verirlər. 
Muzeyin  tematikasının  əsas  cəhətlərindən  biri  adamlarımızda,  xüsusilə  gənclərimizdə  hərbi 
vətənpərvərlik  keyfiyyətlərinin  tərbiyə  edilib  formalaşdırılması,  görkəmli  hərb  xadiminin  həyatı, 
keçdiyi şərəfli illəri araşdırmaq, məlumatlar toplayıb adamlara çatdırmaqdır. 
Ümummilli  liderimiz  hələ  Naxçıvanda  yaşadığı  illərdə  (1990-cı  il  10  avqust)  görkəmli 
sərkərdənin  ev  muzeyində  olmuş,  sərkərdənin  heykəli  önünə  çiçək  dəsti  qoymuş,  muzey  işçiləri, 
tamaşaçılarla  səmimi  söhbət  etmişdir.  O  demişdir:  "...Cəmşid  Naxçıvanski  peşəkar  hərbçi 
olmuşdur.  Bütün  mənalı  həyatını,  ömrünü,  qüvvə  və  bacarığını  xalqın  səadəti  naminə  sərf 
etmişdir.  Onun  xidmətləri  layiqincə  qiymətləndirilmişdir.  Doğma  Naxçıvanda  görkəmli 
sərkərdənin ev muzeyi yaradılmışdır" (8). 
Muzeyin fondlarından və ekspozisiyasından  
biblioqrafik nümunələr 
1. Foto.  Cəmşid Naxçıvanskinin  qızı Aliyə Naxçıvanski tərəfindən hədiyyə  edilib,  1 ədəd, 
40 x 25 sm. 1983. NEM-8. 
2. Foto. Cəmşid Naxçıvanskinin ailəsi tərəfindən hədiyyə edilib, 1 ədəd, 1983. NEM-10. 
3.  Foto.  Cəmşid  Naxçıvanskinin  ailəsi  tərəfindən  hədiyyə  edilib,  6  ədəd,  müxtəlif  foto-
şəkillər. 1983. NEM-11, 12, 13, 14, 15, 16. 
4. Foto. Cəmşid Naxçıvanskinin müxtəlif formatda foto-şəkilləri. NEM-44, 49, 50, 52. 
5.  Foto.  Cəmşid  Naxçıvanskinin  fotosu.  Azərbaycan  Dövlət  Arxiv  İdarəsi  tərəfindən  daxil 
olub. 18 x 12 sm. 1983. NEM-88. 
6.  Foto.  Cəmşid  Naxçıvanskinin  müxtəlif  vəzifələrdə  və  müxtəlif  ölçülərdə  foto-şəkilləri. 
NEM-94, 436, 460. 

209 
 
7. Sənədlər. Cəmşid Naxçıvanskinin attestasiya sənədləri, kağız 3 ədəd, 28 x 30 sm. 1983. 
NEM-37, 38, 39. 
8. Cəmşid Naxçıvanskinin 1933-cü il istintaq işinin sənədi, 1 ədəd, 2006-cı il. NEM-2790. 
9.  Cəmşid  Naxçıvanskinin  güllələnməsi  haqqında  SSRİ  Xalq  Daxili  İşlər  Komissarlığının 
xüsusi şöbəsi, 26 avqust 1938-ci il tarixli arayışı (sənədin fotosu), 2 ədəd. NEM-3002. 
10.  Portret.  Cəmşid  Naxçıvanskinin  anasının  portreti,  rəsm  əsəri,  kətan  20  x  90  sm.  Xalq 
rəssamı Hüseynqulu Əliyev, 1983. NEM-114. 
11.  "Görkəmli  sərkərdə",  rəsm  əsəri,  kətan,  yağlı  boya,  103  x  70  sm.  Rəssam  N.Əliyev, 
1989. NEM-903. 
12. "Sərkərdənin gəncliyi", rəsm əsəri, kətan, yağlı boya, 114 x 77 sm. 1991. NEM-905. 
13. Cəmşid Naxçıvanskinin həyat yoldaşı və qızının portretləri. Rəssam Qədirulla Bağırov. 
1991-ci . NEM-910, 911. 
14.Xatirə əşyaları. Cəmşid Naxçıvanskinin ailə albomu. 2011. NEM-3091. 
15. Cəmşid Naxçıvanskinin şəxsi foto aparatı. 1898. ABŞ istehsalı. NEM-849. 
16. Cəmşid Naxçıvanskinin popiros qabı. 1987. NEM-623. 
17. Cəmşid Naxçıvanskinin şəxsi əşyası-lupa (böyüdücü). NEM-847. 
18.  Qeyd:  Cəmşid  Naxçıvanskinin  haqqında  mətbuatda  dərc  olunmuş  müxtəlif  illərə  aid 
kitablar, jurnallar, qəzetlər... 1983-2010. 
Qeyd:  Elmi  tədqiqat  yenidir,  indiyədək  işlənməmişdir.  Gələcəkdə  bu  qəbildən  olan  digər 
muzeylərimizin fəaliyyəti də tədqiq olunacaqdır. 
Müəllif  peşəkar  muzey  işçisi  kimi  50  ilə  yaxındır  ki,  mədəniyyət-muzey  işi  sahəsində 
fəaliyyət  göstərir.  30  ildən  artıq  C.Məmmədquluzadə  adına  Naxçıvan  MR  Ədəbiyyat  Muzeyinə 
rəhbərlik  etmişdir.  Muxtar  respublikamızda  muzeylərin  yaranması  və  fəaliyyətinə  elmi-metodik 
köməkliklər göstərilmişdir(8). 
"Heydər  Əliyev  muzeylərimizin  yaradıcısı  və  memarıdır"  elmi-metodiki  kitabın  müəllifi 
olmaqla (Naxçıvan "Əcəmi" nəşriyyatı, 2003) 5 kitab və kitabçanın, elmi-metodiki, ictimai-siyasi, 
ədəbi-bədii jurnallarda, mətbuatda mədəniyyət, muzey işinə aid yazılarla çıxışları olmuşdur(7. s. 9). 
 
ƏDƏBİYYAT 
1. Heydər Əliyev. Müstəqillik yolu, Bakı, 1997 
2. Həyat yolu, 1923-2003, Naxçıvan, 2008 
3. Həyat yolu, 1923-2003, Naxçıvan, 2009 
4. Azərbaycan Milli Ensiklopediyası, Azərbaycan Elmi Mərkəzi, Bakı, 2007 
5. Naxçıvanda görkəmli şəxsiyyətlərin muzeyləri, Mədəni-maarif işi jurnalı, 2008, № 8 
6. Naxçıvanda görkəmli şəxsiyyətlərin muzeylərinin fond və ekspozisiya materialları. 
7. Heydər Əliyev muzeylərimizin yaradıcısı və memarıdır, Sübhi Kəngərli, Naxçıvan "Əcəmi", 2003 
8. İsmayıl Hacıyev,  Şükür  Məmmədov. Naxçıvan və naxçıvanlılar. Elm, 2001 s 42 
9. Naxçıvanda  Heydər Əliyev, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid,  
Cəmşid  Naxçıvanski muzeylərinin fond və ekspozisiya materialları.  
 
ABSTRACT 
Subhi Kengerli 
Scientific- bibliographic research of museum funds in the independence years 
(On the basis of museum materials of the prominent personalities in Nakhchivan) 
The  museums  play  an  important  and  efficient  role  in  further  improvement  of  cultural-
scientific  level,  ideological-political  and  aesthetic  education  of  personality,  every  human,  and,  on 
the whole, of all members of the society, as well as,  in the formation of their outlook in the years of 
independence in our republic. 
We  come  to  the  conclusion  that  existence  and  activity  of  museums  serve  our  development, 
improvement and progress of our people and country. 
Modern  museums  are  temples,  artistic  creation  centers  and  scientific  and  cultural  and 
educational  institutions  which  were  created  and  preserved  by  our  people,  contain  our  national- 

210 
 
spiritual  values,  preserve  and  study  them  and  transfer  them  to  the  future  generations  as  public 
institutes.  
The  main  aim  of  the  research,  as  an  essential  part  of  the  museum  work,  is  to  form 
bibliography  and  acquisition  work,  “personal  funds”  and  to  raise  other  problems,  to  analyze  and 
study them, to give necessary recommendations and scientific-methodical aid. For the realization of 
these  works  “Fund  innovations”,  “Open  door  days”,  “Days  of  using  funds”,  “Information-
bibliography hours”, etc. in the museums play a significant role. These events enable the visitors of 
the museums to get information and get profit from the “information-bibliography” by using these 
services. The article analyzes these matters and provides necessary recommendations. 
In the conclusion, it is stated that the discussed topic has not been thoroughly researched and 
we think the article can be a useful source for the museum workers and visitors.   
We are going to continue our research in this field in future. 
 
РЕЗЮМЕ 
Субхи Кенгерли 
 
Научно-библиографическое исследование музейных фондов в период независимости 
(на основе материалов музеев видных лиц в Нахчыване) 
 
На  современном  этапе  независимости  музеи  имеют  важную  и  эффективную  роль  в 
повышении культурно-научного  уровня, идейно-политического и эстетического воспитания 
личности,  каждого  человека  и  в  целом  общества,  в  целенаправленном  формировании 
мировоззрения людей.  
 
Имея  в  виду  все  это,  приходим  к  заключению,  что  существование  музеев  и  их 
деятельность служит развитию и прогрессу нашей страны и представителей нашего народа.  
 
Наши  современные  музеи,  как  социальные  институты,  являются  храмами, 
художественно-творческими 
центрами, 
научными 
и 
культурно-просветительскими 
предприятиями,  где  собраны,  храняются,  изучаются  и  передаются  новым  поколениям 
национально-нравственные ценности, веками созданные нашим народом. 
 
С  привлечением  к  исследованию  указанной  темы  мы  преследуем  цель  рассмотреть 
проблему  работы  с  фондами,  библиографической  и  комплексацией,  созданием  «личных 
фондов»  и  выявить  другие  проблемные  стороны,  анализировать  и  исследовать,  дать 
рекомендации,  оказать  научно-методическую  помощь  работникам  музеев.  Для 
осуществления  этих  работ  важную  роль  в  музеях  играют  «Фондовые  новости»,  «Дни 
открытых  дверей»,  «Дни  использования  фондов»,  «Справочно-библиографические  часы»  и 
другие  мероприятия,  которые  позволяют  информировать  и  облегчить  труд  в  пользовании 
услугами  музеев  пришедших  сюда  и  обратившихся  к  музею  посетителей.  Обо  всем  этом  в 
работе даны соответствующие рекомендации и откомментированы образцы. 
 
Исследование приводит к заключению, что тема исследования актуальна и до сих пор 
еще  не  разработана,  поскольку  она  имеет  научно-методический  характер  и  содержит 
соответствуюшие рекомендации, поэтому полезна для работников музея и его посетителей. 
В будущем исследование в этой области продолжится автором. 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, dosent İ.Məhərrəmova 
 
 
 
 

211 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
VAHİD MƏMMƏDOV 
Naxçıvan Dövlət Universiteti 
UOT:781 
KAMAL ƏHMƏDOVUN XALQ ÇALĞI ALƏTLƏRİ ORKESTRİ ÜÇÜN VOKAL-
İNSTRUMENTAL ƏSƏRLƏRİNİN ÜSLUB XÜSUSİYYƏTLƏRİ 
 
Keywords: genres, forms, means of expression, national art, music language.   
Ключевые  слова:  жанры,  формы,  выразительные  средства,  народное  искусство, 
музыкальный язык 
 
Naxçıvan musiqi mədəniyyətinin inkişafında tanınmış bəstəkar Kamal Əhmədovun özünə–
məxsus  xidmətləri  vardır.  K.Əhmədov  1948-ci  ildə  Naxçıvan  şəhərində  anadan  olmuşdur.  İlk 
musiqi təhsilini tar ixtisası üzrə Naxçıvanda almış, daha sonra Bakıda Asəf Zeynallı adına Musiqi 
Texnikumunda  davam  etdirmişdir.  Bir  müddət  Naxçıvanda  və  Ordubadda  işləyir,  musiqi 
məktəbində xalq çalğı alətləri orkestri  yaradaraq, müntəzəm məşqlər keçirir, konsertlər təşkil edir. 
Ali təhsil almaq üçün o, yenidən Bakıya gələrək, Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı 
alətləri  şöbəsinə  daxil  olur.  Təhsil  illərində  onda  bəstəkarlığa  böyük  həvəs  oyanır.  O, 
Konservatoriyanın  bəstəkarlıq  şöbəsinə  qəbul  olunur,  görkəmli  bəstəkar  Xəyyam  Mirzəzadənin 
sinfində  bəstəkarlıq  sənətinin  sirlərinə  dərindən  yiyələnməyə  çalışır.  Bu  dövrdə  o,  dünya 
bəstəkarlarının  müasir  səpkili  əsərlərini  öyrənir,  bəstəkarlıq  yazı  texnikasını  mənimsəyir. 
K.Əhmədovun diplom işi kimi təqdim etdiyi “Cavid” simfonik poeması xüsusilə diqqəti cəlb edir. 
Həmin  əsər  musiqi  ictimaiyyətinin  diqqətini  cəlb  edərək,  hətta  1988-ci  ildə  Ukraynada,  dirijor 
A.F.Qulyanskinin rəhbərliyi altında Krım Dövlət Flarmoniyasının orkestri tərəfindən ifa edilmişdir.  
K.Əhmədov təhsilini başa vurduqdan sonra 1985-ci ildə Naxçıvana qayıdır və burada yeni 
yaranmış Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru təyin 
olunur.  1985-1997-ci  illərdə  bu  kollektivə  rəhbərlik  edən  K.Əhmədov  repertuarın  zənginləşməsi, 
orkestrin  ifaçılıq  səviyyəsinin  yüksəlməsi  istiqamətində  çox  çalışır.  Onun  idarəsilə  orkestr  Bakı, 
Sumqayıt şəhərlərində dəfələrlə konsertlər verir. K.Əhmədov bir bəstəkar kimi də öz yaradıcılığını 
xalq çalğı alətləri orkestri ilə bağlayaraq, bu orkestr üçün müxtəlif janrlı orijinal əsərlər və işləmələr 
yaradır.  Bu  baxımdan  onun  “Cəngi”,  “Süita”,  “Naxçıvan  eskizləri”,  “Rekviyem”  kimi  əsərləri 
diqqətəlayiqdir.  Xüsusilə  onun  20  yanvar  şəhidlərinə  həsr  olunmuş  “Rekviyem”  əsəri  “Şəhidlər” 
simfoniyası adı ilə televiziya və radioda dəfələrlə səsləndirilmişdir.  
K.Əhmədov öz yaradıcılığında simfonik, kamera-instrumental və vokal musiqi janrlarına da 
xüsusi  diqqət  yetirir.  Onun  kamera  orkestri  üçün  Simfoniyası,  fortepiano  və  orkestr  üçün  konserti 
diqqətəlayiq  əsərlərdir.  Kamera-instrumental  əsərlərdən  fortepiano  üçün  “Prelüd  və  Fuqalar”, 
“Variasiyalar”, tar və fortepiano üçün sonata, simli alətlər üçün kvartet qeyd oluna bilər. O, vokal 
musiqiyə  də    öz  yaradıcılığında  xüsusi  yer  verir.  Onun  qarışıq  xor  üçün  “Fuqa”  əsəri,  müxtəlif 
məzmunlu mahnıları bu qəbildəndir.  
K.Əhmədov  Azərbaycan  Bəstəkarlar  İttifaqının  üzvü,  Naxçıvan  Bəstəkarlar  Təşkilatının 
məsul katibidir. O, həmçinin Naxçıvan Dövlət Universitetinin  İncəsənət fakültəsinin “Bəstəkarlıq” 
kafedrasının müdiri kimi pedaqoji və ictimai fəaliyyətlə məşğuldur. Onun əsərləri mütəmadi olaraq, 
Bakıda və Naxçıvanda keçirilən Bəstəkarlar İttifaqının qurultay və plenumlarında səsləndirilir.  
K.Əhmədovun  xalq  çalğı  alətləri  orkestri  üçün  nəzərdə  tutulmuş  əsərləri  sırasında  bir  sıra 
vokal-instrumental əsərlər də mühüm yer tutur. Bunlardan “Ömrün Heydər Zirvəsi” - solo soprano, 
solo  tenor,  qarışıq  xor  və  xalq  çalğı  alətləri  orkestri  üçün,  “Vətəndir”  -  solo  tenor  və  xalq  çalğı 
alətləri  orkestri  üçün  romans,  “Zəfər  türküsü”  -  solo  tenor  və  xalq  çalğı  alətləri  orkestri  üçün 
yazılmış əsərləri qeyd etməliyik.  
Bu əsərlər mövzusuna görə - ümumilikdə vətən mövzusuna həsr olunmuş, eyni zamanda, bu 

212 
 
mövzunu  geniş  planda  -  tarixi,  qəhrəmanı,  vətənpərvərlik  cəhətlərini  açan,  böyük  şəxsiyyətlər, 
qəhrəman  oğullar  yetirən  vətənin  möhtəşəm  obrazının  tərənnümünə  həsr  edilmiş  əsərlər  kimi 
diqqətəlayiqdir.  K.Əhmədovun  vətən  sevgisi,  vətəndaşlıq  mövqeyi  bu  əsərlərdə  öz  parlaq 
təzahürünü tapmışdır.   
K.Əhmədovun  Zəlimxan  Yaqubun  sözlərinə  yazılmış  “Ömrün  Heydər  zirvəsi”  odası 
xalqımızın  ulu  öndəri  Heydər  Əliyevə  həsr  olunmuşdur.  Qeyd  etmək  lazımdır  ki,  müasir  dövrdə 
Azərbaycan  musiqisində  ulu  öndər  Heydər  Əliyevi  tərənnüm  edən,  onun  adını  və  əməllərini 
əbədiləşdirən  əsərlər  xüsusi  bir  mövzu  dairəsi  kimi  formalaşmışdır.  Bu  əsərlərin  tarixi-qəhrəmani 
mövzularla bağlılığı onların janr xüsusiyyətlərini də müəyyənləşdirir. Bu baxımdan K.Əhmədovun 
oda janrına müraciəti mövzunun əhəmiyyətindən irəli gəlir.  
Əsər  birhissəlidir,  onun  kompozisiya  quruluşunun  vəhdəti  və  eyni  zamanda,  obrazın 
açılmasına yönəlməsi özünü göstərir. Əsərin kompozisiya quruluşu bir neçə bölmədən ibarət olub, 
həm  musiqinin  xarakteri  və  emosional  təsiri,  həm  də  musiqi  dilinin  xüsusiyyətləri  –  lad-tonallıq, 
melodik  və  metroritmik  cəhətlərinə  görə  fərqlənir.  Lakin  buna  baxmayaraq,  bunlar  əsərin 
kompozisiyasının  mütənasib  qurulmasında  və  ardıcıl  olaraq  məzmunun  açılmasında  mühüm  rol 
oynayır.  Əsərin  kompozisiya  quruluşunda  bölünmə  poetik  mətnlə  bağlı  olub,  musiqi  ilə  sözün 
vəhdətindən  əmələ  gəlir.    Poetik  mətn  üç  bənddən  ibarətdir.  Hər  bəndin  sonuncu  misraları  təkrar 
olunur. Bu da musiqi quruluşunda özünəməxsus şəkildə təcəssüm olunur. Mətndə  “Ömrün  Heydər 
zirvəsi” misrası kompozisiyanı müəyyən bölmələrə ayırmağa və hər bölmədə fikrin bitməsinə şərait 
yaradır.  Kompozisiyanın  bölmələrində  musiqi  quruluşunun  müxtəlifliyi  özünü  göstərir    və    hər 
bölmənin  sonunda  təkrarlanan  misraların  verilməsi  nəqəratvari  quruluş  əmələ  gətirir.  Bununla 
yanaşı,  musiqi  mətnində  variasiyalılıq  prinsipinə  geniş  yer  verilməsi,  rəngarəng  ifadə 
vasitələrindən,  orkestrləmədən  istifadə  olunması  hər  bölmənin  oxunmasına  yeni  cəhətlər 
aşılamaqla, obrazın xarakterinin müxtəlif tərəflərinin açılmasına xidmət edir. 
Əsər  solo  tenor  və  soprano  partiyaları,  dörd  səsli  xor  və  xalq  çalğı  alətləri  orkestri  üçün 
yazılmışdır və partiturada həm vokal, həm də orkestr partiyalarının özünəməxsus yeri vardır. Vokal 
partiyalarla xorun və orkestrin  uzlaşdırılması  ahəngdarlıq təşkil  edir, bir-birini tamamlayır. Bütün 
bunlar əsərin əsas obrazının möhtəşəmliyini təsvir etmək üçün bir məqsədə yönəldilmişdir. Burada 
vokal (solistlər və xor) və orkestr vəhdətdə, daimi dialoqda, homofon-harmonik fakturada, gah da 
polifonik üsullarla qarşılıqlı inkişafda verilərək, partituranın dolğun səslənməsinə xidmət edir.  
Əsər  kompozisiya  quruluşuna  görə  mürəkkəbdir,  belə  ki,  burada  həm  bir  hissə  daxilində 
silsiləli  formanın  əlamətlərini,  həm  variasiya  elementlərini,  həm  də  rondovari  xüsusiyyətləri 
müşahidə edirik.  
“Ömrün  Heydər  zirvəsi”  odası  ilk  xanələrdən  bütün  orkestr  partiyalarının  birgə  ifasından 
yaranan  möhtəşəm  səslənməsi  ilə  diqqəti  cəlb  edir.  Metroritmik  quruluşda  6/8  ölçünün  3/4  ölçü 
daxilində qruplaşdırılması yüksələn melodik xəttə aramlı, təntənəli səslənmə keyfiyyəti aşılayır.  
Ümumiyyətlə,  orkestr  partiyalarında  müəyyən  funksional  bölünməni  qeyd  etməliyik.  Belə 
ki, ayrı-ayrı alətlər qrupunda həm harmonik, həm də polifonik inkişaf xətti verilir. Məsələn, tarlar 
və  saz,  ud  kimi  simli  alətlərin  fortepiano  ilə  uzlaşdırılması  harmonik  əsası  təşkil  edir.  Eyni 
zamanda,  müəyyən  hallarda,  tarlar  partiyası  səsaltı  polifonik  inkişafa  qoşulur.  Kamançaların 
partiyası daha fəaldır və həm melodik xəttin imitasiyasına,  həm də harmonik fona qoşulur. Melodik 
xəttin  müşayiəti,  imitasiyası  nəfəsli  alətlərdə  daha  qabarıqdır.  Balabanların  partiyası  mövzunun 
müxtəlif elementlərinə əsasən səsaltı polifonik inkişaf xəttini davam etdirir. Klarnetlərin, fleyta və 
hoboyun  partiyası isə vokal partiyaların imitasiyasını davam etdirir. Əsərin sonluğu bütün orkestrin 
səslənməsində verilir və bu da obrazın möhtəşəmliyini bir daha qabarıq təcəssüm etdirir. Vokal və 
instrumental partiyaların məzmununda onların daşıdığı funksiyalar, onların harmonik və polifonik 
uzlaşdırılması öz davamını tapır və yekunda vahid bir səslənmə əldə edilir. 
Beləliklə,  K.Əhmədovun  “Ömrün  Heydər  zirvəsi”  odası  bir  hissə  daxilində  üç  bölmədən 
ibarət  kompozisiya  quruluşuna  malikdir.  Birinci  bölmə  ekspozisiya  kimi  qəbul  olunursa,  ikinci 
bölmə kulminasiya mərhələsini, üçüncü bölmə dinamik repriza və yekunlaşmanı təşkil edir. Bunlar 
musiqi  materialının  inkişaf  mərhələlərini  əks  etdirir.  Bölmələr  bir  mövzunun  müxtəlif  səpkidə 

213 
 
variasiya  olunması  və  polifonik  üsullarla    işlənilməsinə  əsaslanır.  Burada  mövzunun  elementlərə 
bölünməsinin intonasiya inkişafına təkan verdiyini qeyd etməliyik.  
K.Əhmədovun “Zəfər türküsü” əsəri solo tenor və xalq çalğı alətləri orkestri üçün bəstəkarın 
öz sözlərinə yazılmışdır. Əsərin adındakı “türkü” sözü, məlum olduğu kimi, türk şifahi xalq ədəbiy–
yatının və xalq musiqisinin məhsuludur. Türk xalq musiqisində xalq mahnılarını türkü adlandırırlar. 
Lakin  türk  ədəbiyyatında,  xüsusilə  aşıq  şeirində  türkü  adı  ilə  yazılmış  bir  çox  nümu–nələr  var  ki, 
bunlar  özünəməxsus  tarixi-qəhrəmani  mövzu  dairəsi  ilə  diqqəti  cəlb  edir.  K.Əhmədovun  bu 
ənənəyə  əsaslanaraq,  vətənpərvərlik  mövzusunda  yazdığı  əsəri  türkü  adlandır–ması  əlamətdardır. 
Son  dövrlərdə  bu  söz  ədəbi-musiqi  mühitində  çox  işlənilir,  bu  da  bir  növ  türkçülük  ideyalarının 
geniş yayılmasından irəli gəlib, soykökümüzə qayıdış kimi dəyərləndirilə bilər.  
Vətənpərvərlik  mahnılarının  ən  yaxşı  xüsusiyyətlərini  özündə  cəmləşdirən  K.Əhmədovun 
“Zəfər  türküsü”  əsərində  xalqımızın  igid  oğullarının  qəhrəmanlığı,  mərdliyi,  cəsurluğu  tərənnüm 
olunur,  qələbəyə  inamı,  zəfər  coşğusu  səsləndirilir.  Mətnin  çağırış  ruhlu  misralarının  dəfələrlə 
təkrarlanması musiqi quruluşunda da öz əksini tapır. Qeyd etmək lazımdır ki, musiqi kompozisiyası 
bir neçə bölmədən ibarət olub, mürəkkəb quruluş əmələ gətirir. Kupletin və nəqəratın yeni mətnlə 
təkrarlanması  həm  eyni  səviyyədə,  daha  sonra  isə  daha  yüksək  registr  səviyyələrində  variantlı 
şəkildə  həyata  keçirilir.  Bu  da  inkişafın  yeni  dalğası  kimi  qəbul  olunur.  Təkrarlar  musiqi  dilində 
rəngarəng  ifadə  vasitələrilə  müşahidə  olunmaqla  yanaşı,  məhz  “Zəfər  çal”  sözlərinin 
təkrarlanmaları  əsərdə  çağırış  intonasiyalarını  önə  çəkməklə,  insanlara  mübariz  ruh,  qələbə  əzmi 
aşılayır.  Nəzərdən  keçirdiyimiz  əsər  mahnı  janrının  hüdudlarından  kənara  çıxır.  Belə  ki,  bunu 
janrına görə mahnı - marşlara aid etmək olar. Əsərin kompozisiyasında solist və orkestr partiyaları 
özünəməxsus rola və əhəmiyyətə malikdir və obrazın yaradılmasında eyni dərəcədə iştirak edir.  
Əsərin partiturası olduqca koloritlidir. Burada mübarizlik, səmimilik, rəngarənglik dinamik 
səslənmə ilə uyğunlaşır. Bu əsərdə xalq çalğı alətləri orkestrinə daxil olan bütün qrupların bədii və 
texniki inkanları, tembr xüsusiyyətləri K.Əhmədov tərəfindən məharətlə istifadə olunmuşdur. Əsər 
milli məqam sisteminə dayaqlanaraq parlaq melodiyaların yaranması, zəngin tembr dramaturgiyası 
baxımından böyük maraq kəsb edir.  
Əsərin  melodik  quruluşu  zildə  səslənməsi  ilə  çağırış  intonasiyalarına  əsaslanması  aşıq 
havalarını  xatırladır.  Eyni  zamanda,  orkestr  partiyasında  ostinat  ritmli  zəngin  tərkibli  akkordların 
ostinat  ritmdə  saxlanılmasını  aşıq  havalarından  gələn  xüsusiyyət  kimi  dəyərləndirə  bilərik.  Eyni 
zamanda, burada qəhrəmani ruhlu, kollektiv xalq rəqsləri - yallılarla bağlı cəhətlər özünü göstərir. 
Əsas melodik xətt  - bütün alətlər qrupunda ostinat ritmik qruplaşmada  səslənir, balabanlar 
və bas alətlər harmonik fonu saxlayır. Deklamasiya quruluşlu melodiya çağırış xarakteri daşıyaraq, 
dinləyicinin diqqətini mahnının mətninə yönəldir. Melodiyanı daha qabarıq göstərmək üçün müəllif 
müşayiətdə şəffaf səs birləşmələrindən ibarət fakturadan istifadə etmişdir.  
Kompozisiyanın  maraqlı  cəhətlərindən  biri  odur  ki,  bir  bölmədən  digərinə  keçid  yüksək 
nöqtədə  “hey”  nidasının  səsləndirilməsilə  öz  əksini  tapır.    Kompozisiyanı  möhkəmləndirən  vacib 
hissələrdən  biri  də  “Zəfər  çal”  sözlərinin  nəqərat  şəklində  təkrarlanmasından  ibarətdir.  Lakin 
müxtəlif mərhələlərdə orkestrləmənin dəyişikliyə uğraması musiqinin xarakterinə təsir edir.  
“Vətəndir”  əsərini  bəstəkar  janr  xüsusiyyətlərinə  görə  romans  kimi  təqdim  etsə  də,  bunu 
həcminə,  quruluşuna,  musiqi  dilinin  xüsusiyyətlərinə  görə  vokal-instrumental  əsər  kimi  nəzərdən 
keçirmək  olar.  Əsərdə  vokal  musiqi  janrı  olan  romansın  janr  xüsusiyyətləri  ilə  yanaşı,  vokal-
instrumental poema janrının əlamətlərini müşahidə edirik. Burada səs və orkestr partiyası bir-birini 
tamamlayaraq,  əsərin  dramaturji  inkişafında  mühüm  əhəmiyyətə  malik  olub,  vahid  bir  obrazın 
yaradılmasına xidmət edir.  
“Vətəndir”  bəstəkarın  öz  sözlərinə  yazılmışdır.  Təntənəli,  möhtəşəm,  eyni  zamanda,  vətən 
məhəbbətindən  doğan  kövrək,  təsirli  hissləri  əks  etdirir.  Poetik  mətndə  bu  əhval-ruhiyyə  özünü 
qabarıq göstərir. 
Əsər  instrumental  giriş  və  kodası  olan  mürəkkəb  üç  hissəli  formada  yazılmışdır.  Giriş  və 
koda eyni musiqi materialına əsaslanaraq, bütün kompozisiyanı çərçivəyə alır.  
Əsərdə xalq çalğı alətləri orkestrinin tam tərkibindən istifadə olunmuşdur. Lakin orkestrləmə 
şəffafdır. Bəstəkar girişdə partiturada bütün alətlərə yer versə də vokalın müşayiətində tembrlərdən 

214 
 
qənaətlə  istifadə  edir,  əsasən  vokalı  qabarıq  göstərmək  üçün  ostinat  akkordlu  müşayiət  fonu 
üstünlük təşkil edir.  
Kulminasiya anında, ən yüksək nöqtədə səslərin ostinat ritmlə saxlanılması verilir ki, bu da 
ifadə vasitələrinin obraza uyğun seçilməsindən irəli gəlir. Bəstəkar məhz bu vasitə ilə kulminasiya 
anını  qabarıq  nümayiş  etdirir.  Belə  bir  üsuldan  istifadə  aşıq  havalarının  quruluşundan  irəli  gəlir. 
Bəstəkar aşıq musiqisindən bəhrələnərək, əsərin musiqi dilinə bu kimi üsulları daxil etmişdir. Bu da 
onun musiqisinin dərin köklərə malik olduğunu bir daha təsdiq edir. Orkestr partiyasında təcəssüm 
olunan yüksəliş prosesi vokal partiya ilə vəhdət təşkil edərək, musiqinin daha parlaq səslənməsinə 
səbəb  olur.  Əsərin  ikinci  hissəsi  birinci  hissənin  ayrı-ayrı  cümlələrinin  sərbəst  işlənilməsinə 
əsaslanır. İkinci hissənin inkişaf xəttində maraqlı bir üsuldan istifadə olunmuşdur. Belə ki, bəstəkar 
birinci  hissədəki  tədrici  inkişafa  burada  yer  verməyərək,  əvvəlcə  orkestrdə,  sonra  isə  vokal 
partiyada  melodiyanı  zirvədən  başlayır.  Vokal  partiyada  oktava  sıçrayışı  effektli  səslənir.  Bu 
epizodda  diqqətəlayiq  cəhətlərdən  biri  də  orkestrin  unison  səslənməsi  ilə vokalın  müşayiətsiz,  bir 
səsin  uzadılması  fonunda  verilməsi  ilə  bağlıdır.  Bu  da  orkestrlə  vokalın  dialoqu  təsirini  yaradır. 
Bununla belə, zərbli alətlərin ritmik fonunun davam etdirilməsi də obrazlı məna yozumunda sanki 
ürək döyüntüsünü təcəssüm etdirir. 
Əsərdə vokal və orkestr partiyaları vəhdətdə, daimi dialoqda, homofon-harmonik fakturada, 
gah  da  polifonik  üsullarla  qarşılıqlı  inkişafda  verilərək,  partituranın  dolğun  səslənməsinə  xidmət 
edir.  Tədricən  zənginləşən  polifonik  faktura  musiqinin  möhtəşəm  səslənməsinə  şərait  yaradır.  
Əsərin  parlaq  melodizmi,  koloristik  harmoniyası,  xalq  musiqisindən  irəli  gələn  metro-ritm 
zənginliyi,  tembr  dramaturgiyası  və  s.  cəhətlər  bəstəkarın  özünəməxsus  orkestr  yazısını  təcəssüm 
etdirir. Beləliklə, K.Əhmədovun xalq çalğı alətləri orkestri, xor və solistlər üçün yazılmış “Ömrün 
Heydər  zirvəsi”  odası,  “Zəfər  yürüşü”  və  “Vətəndir”  kompozisiyaları  vətəni,  tarixi  şəxsiyyətləri 
tərənnüm edir, vətənpərvərliyə çağırış ruhunu açıqlayır. Bu əsərlər monumental vokal-instrumental 
ifadə tərzi ilə diqqəti cəlb edir, bu cəhətlər orkestrləmə xüsusiyyətlərində də özünü qabarıq büruzə 
verir.  
Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin