Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix03.02.2017
ölçüsü4,48 Mb.
#7360
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

Üsullar: Müşahidə, şifahi sual-cavab, tapşırıqvermə, valideynlərlə və digər fənn müəllimləri 
ilə  söhbət  oxu,  yazı,  layihə,  rubrik,  şifahi  və  yazılı  təqdimat,  test,  qiymətləndirmə.  Bu  üsullara 
uyğun  olaraq  ardıcıl  vasitələr:  Vasitələr:  Müşahidə  vərəqi,  Şifahi  nitq  üzrə  qeydiyyat  vərəqi, 
Çalışmalar,  Söhbət  və  müəllimin  sorğu  vərəqi,  Dinləmə  vərəqi,  oxu  vərəqi,  Yazı  bacarığının 
qeydiyyar  vərəqi,  Şagirdin  təqdimatı  vəmüəllimin  meyar  cədvəli,  Nailiyyət  səviyyəsi  üzrə 
qiymətləndirmə, Meyar cədvəli, Test tapşırıqları, Özünü qiymətləndirmə vərəqləri. 
Summativ qiymətləndirmədə tövsiyə olunan üsul və vasitələr aşağıdakı kimidir. 
Üsullar:  yoxlama  yazı  işləri,  layihə,  şifahi  sorğu,  test,  tapşırıqvermə,  yaradıcılıq  və  əl 
işləri:Uyğun olaraq vasitələr aşağıdakı kimidir: 
Vasitələr:  Yoxlama  vərəqi,  Şagirdlərin  təqdimatı  və  müyyar  cədvəli,  şifahi  sorğu  vərəqi, 
test tapşırıqları, tapşırıq, çalışma vəlabarator işləri, fənnə uyğun əl işləri (2,5) 
   
Araşdırmalardan  məlum  olmuşdur  ki,  respublikanın  orta  ixtisas  təhsil  sistemində   
qiymətləndirilmənin təkmilləşdirilməsinin  səmərəli  təşkili üçün  aşağıda göstərilən bir neçə təhsil   

156 
 
probleminin  vaxtında   həll etmək tələb olunur: 
 -  respublikada  fəaliyyət  göstərən  pedaqoji  yönümlü  orta  ixtisas  təhsili  müəssisələrində 
kreditli təlimin təkmilləşdirilməsi ilə əlaqədar qiymətləndirmənin də təkmilləşdilməsinə də  ehtiyac 
vardır; 
 -təhsilin  keyfiyyətinin  yüksəldilməsi,    nəzarətin    mexanizminin  yeniləşdirilməsi    və  təhsil 
müəssisələrində təlim keyfiyyətinin  tənzimlənməsi məqsədilə yeni qiymətləndirilmə və  monitorinq  
modelinin tətbiq olunması vacibdir;  
 -müəllim  hazırlığında  təhsilin  məzmununa  və  kompetensiya  səviyyəsinə  qoyulan  tələblərə, 
kredit  sisteminin  və  dövlətin  müasir  tələblə  uzlaşan  mütəxəssis  hazırlığına  qoyduğu  minimum 
tələbləri ödəyəcək qabiliyyətinə malik olan təhsil standartlarının və məzmun standartlarının yenidən 
hazırlanması məqsədəuyğundur ( 1,7). 
Göstərilənlərdən  belə  məlum  olur  ki,  tələbələrə  verilən  fərdi  tapşırıqlar  onların  elmi 
səviyyəsinin  yüksəldilməsində  və  maarifləndirilməsi  prosesində  istifadə  edilən  öyrətmə  üsulu  və 
onların  bilik  səviyyəsini  müəyyən  edən  ölçü  meyyarıdır.  Müəllimlər  tərəfindən  tələbələrin 
öyrədilməsi  üçün  verilən  fərdi  tapşırıqlar  aşağıda  göstərilən  məqsədlərin  həyata  keçirilməsi  üçün 
tətbiq edilir. 
-
 
tədris  olunan  mövzulara  aid  seçilən  suallar  və  verilən  çalışmaların  daha  yaxşı 
mənimsədilməsi; 
-
 
tədris  olunan  təlim  materialına  dair  çalışmaların  yerinə  yetirilməsi  sahəsində  öyrənənlərdə 
müvafiq vərdişlərin və təhliletmə qabiliyyətinin formalaşdırılması; 
-
 
öyrənənlərin  əldə  etdikləri  nəticələrin  və  bacarıqların  səmərəli  tətbiq  edə  bilmə 
qabiliyyətinin vaxtında qiymətləndirilməsi; 
Hal  hazırda  respublikada  fəaliyyət  göstərən  pedaqoji  təmayüllü  kolleclərdə  tələbələrin  tədris 
fəailiyyətlərinin  qiymətləndirilməsi  kredit  sisteminin  tələblərinə  uyğun  yerinə  yetirilir.  Tələbələrin 
biliklərinin  qiymətləndirilməsində  bəzi  kənara  çıxma  hallarına  rast  gəlinsədə  onların  kiçik  summativ 
qiymətləndirilməsində  aşağıda  göstərilən  meyarlara  uyğun  yerinə  yetirilir.  Bunları  aşağıdakı  kimi 
aydınlaşdıraq. Əgər tələbə bir semestr ərzində  dərsə davamiyyətdən, bir fənn üzrə hər ayda ən azı bir 
dəfə keçirilən kollekvumlardan aldığı formativ qiymətləndirmə zamanı topladığı balların cəmi 34 olarsa 
həmin tələbə semestr imtahanına buraxılır. Əgər tələbə semestr ərzində hər hansı bir fəndən məlum 34 bal 
toplaya bilmirsə həmin tələbə semestr imtahanına buraxılmır. Həmin fənn tələbə üçün borc hesab edilir 
və tələbə həmin fənn üzrə təkrar olaraq dərsdə iştirak edərək borcu ləğv edə bilər. Semestr imtahanında 
bir fəndən keçirilən  yazılı  yaxud şifahi imtahandan tələbə  ən azı 17 bal toplamalıdır ki, onun topladığı 
balların cəmi 34+17=51 bal, yəni keçid balına uyğun olsun. Əgər tələbə 51 keçid balını toplaya bilmirsə 
onun fəaliyyəti beş ballı qiymətləndirmə sistemində “2” qiymətlə yəni E işarəsi ilə qiymətləndirilir.Əgər 
tələbənin fəaliyyəti 0-balla qiymətləndirilirsə yəni tamamilə bal toplaya bilməmişsə onda həmin tələbənin 
fəaliyyəti  D  işarəsi  ilə  qiymətləndirilir.  Tələbə  34  balı  toplamışsa  və  semestr  ərzində  keçirilən 
imtahanından müəyyən bal toplamaqla cəmi 51-70 arasında bal toplaya bilmişdirsə onun fəaliyyəti “3” 
yəni  C-ilə  qiymətləndirilir.  Uyğun  olaraq  tələbənin  fəaliyyəti  71-85  arasında  bal  toplamışdırsa  onun 
balı  ”4”  qiymətlə  yəni  B  ilə  qiymətləndirilir.  Tələbənin  topladığı  bal  86  baldan  yuxarı  olduqda  onun 
fəaliyyəti “5” qiymətlə yəni A işarəsi ilə qiymətləndirilir. Semestr imtahanına buraxılmayan yəni semestr 
ərzində 34 balı toplaya bilməyən tələbələr həmin fənni yenidən öyrənmələri üçün yay semestrində iştirak 
etməli  və  imtahan  verməlidirlər.  Yay  semestrinin  keçirilməsinin  məqsədi,  xüsusiyyətləri,  keçirilmə 
qaydaları və bu semestrin təşkilinə və keçirilməsinə qoyulan tələblər qaydalarda ətraflı verilir. Kolleclərdə 
tələbə  fəaliyyətinin  qiymətləndirilməsinin  və  imtahanın  təşkilinin,  keçirilməsinin  və  imtahanda 
şəffaflığının  təmin  edilməsinin  təkmilləşdirilməsi  məqsədilə  aşağıdakıların  imtahan  prosesində  və 
tələbələrin fəaliyyəti ilə əlaqədar balların çıxarılması işinə tətbiq olunmasını məqsədə uyğundur (8 ). 
1.  Davamiyyətə  görə  balların  hesablanmasında  ən  minumum  balın  miqdarının  seçilməsi  və 
müəyyənləşdirilməsi  məsələsi  kolleclərin  pedaqoji  şuranın  iclaslarında  müzakirə  edilərək 
müəyyənləşdirilməsini məqsədə uyğun hesab edirik. 
 2.  Gündəlik  qiymətləndirmə  (kiçik  summativ  qiymətləndirmədə)  zamanı  tələbələrə  yazılı 
imtahan üçün verilən suallar fənnin məzmununu əhatə etməklə bərabər həm də uyğun olaraq beş sualla 
yox sualların sayının müəyyən edilməsi (artırılması və yaxud azaldılması) ) və sadələşdirilməsi yaxşı 
olardı.  
 3.  Kredit  sisteminin  tələbinə  uyğun  olaraq  kollec  tələbələrinin  tədris  fəaliyyətinin  və  biliyinin 
qiymətləndirilməsi öyrənilən bütün fənlər üçün ancaq yazılı surətdə aparılmasını məqsədəuyğun hesab 
edirik. 
 Məqalənin  elmi  yeniliyi.  Məqalədə  pedaqoji  təmayüllü  kolleclərdə  təhsil  alan  tələbələrin 
kurikulum  tələblərinə  uyğun  aparılan  qiymətləndirmə  üsul  və  vasitələrin  müqayisəli  təhlilinin 
öyrənilməsi və qarşıya çıxan problemlərin həlli üçün təkliflərin verilməsidir. 
Məqalənin aktuallığı. Pedaqoji yönümlü kolleclərdə təhsil alan tələbələr həm öz təhsil aldığı 

157 
 
ixtisas  üzrə  biliyinin  qiymətləndirilməsində  yeni  metodların  tətbiqi  və  həm  də  ümumtəhsil 
məktəblərində  qiymətləndirilmə  üsul  və  vasitələrinin  əlaqəli  araşdırılması  və  təkliflərin 
verilməsidir. 
Məqalənin  tətbiqi  sahələri.  Tələbələrin  biliyinin  qiymətləndirilməsinin  təkmilləşdirilməsi 
məqsədilə  verilən  təkliflərə  uyğun  alınan  nəticələrin  və  yeniliklərin  kolleclərdə  istifadə  olunması 
məqsədə uyğundur. 
 
ƏDƏBİYYAT 
 
1. Abbasov A.N. Pedaqogika.Bakı, Mütərcim, 2010 
2. Abbasov Ə. M. Yeni kurikulumun səciyyəvi xüsusiyyətləri, Kurikulum, 2008 №1 s.32-41 
3.Azərbaycan Respublikası Təhsil Nazirliyi 01.05.2014 tarixli 522 saylı əmri. 
4.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  “Azərbaycan  Respublikasında 
təhsilin inkişafı üzrə Dövlət Strategiyası” 24 oktyabr 2013-cü il tarixli sərəncamı, Xalq qəz. 
2013, 25 oktyabr 
5. Cəbrayılov İ.H. Müasir təhsil: axtarışlar və perspektivlər, Bakı, Mütərcim, 2013 
6. Əhmədov H.H. Azərbaycan təhsilinin inkişaf strategiyası, Bakı, 2010 
7. Kərimov Y.Ş. Təlim metodları, Bakı, RS Poliqraf, MMC, 2009 
8.  Kazımov  M.S.Kolleclərdə  təlim  prosesinin  mahiyyəti  //  ARTPİ  Elmi  Əsərlər,  2015  №1  s. 
61-65 
9. Сетько Е.К. Современные образование технологии. М, 1998, 290 с. 
 
 
ABSTRACT 
Mammad Kazimov 
Assessment methods in credit system of education 
 
The article deals  with  organisation  of  learning  in accordance with  credit  system as  well as 
methods and means of assessing knowledge of students. The research paper also pays attention to 
recommendations  for students  such as  realising assessment procedure conforming to  requirements 
of curriculum, as well as comparative analyses of diagnostic, formative and summative assessment. 
Moreover, the article points out to problems arising from  gathering point for assessing knowledge 
of students, and suggests techniques for solving this problem. 
 
 
РЕЗЮМЕ 
                                                                                  М. Казимов  
Методы оценки кредитного обучения 
 
В  статье  говорится  об  организации  кредитного  обучения  и  о  методах  и  способах 
оценки  знаний  студентов.  Также  здесь  говорится  о  том,  что  обучающиеся  в  колледжах 
студенты, которые  в дальнейшем продолжат деятельность в общеобразовательных школах 
как учителя, должны быть осведомлены об организации учебного процесса в соответствии с 
требованиями  куррикулума,  уметь  провести  сравнительный  анализ  диагностического, 
формирующего и обобщающего методов оценивания. 
 
В  статье  также  указаны  пути  преодоления  трудностей,  возникающих  при    оценке 
знаний и начислении баллов студентам. 
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru
dosent V.Rzayev 
 
 
 
 
 
 
 
 
 

158 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
SAHİB MƏMMƏDOV
                                              
                                   
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu 
E-mail:
 
inqilab1962@mail.ru   
UOT:374 
TƏLƏBƏLƏRİN MÜSTƏQİL İŞLƏRİNİN İDARƏ OLUNMASI 
             
 
Açar  sözlər:  tələbə  auditoriyası,  idarəetmə,  tələbə  auditoriyasının  idarəetmə  olunması, 
müstəqil iş, tələbələrin müstəqil işləri, tələbələrin müstəqil işlərinin idarə olunması   
Keywords:
 
students’ audience, management,  management students’ audience,   independent 
work, students’ independent work, management of students’ independent work 
Ключевые  слова:  аудитория  студентов,  управление,  управление  аудитории 
студентов,  самостоятельная  работа,  самостоятельная  работа  студентов,  управление 
самостоятельных работ студентов  
 
 
Tələbələrin  müstəqil  işlərə  cəlb  olunmaları  ali  təhsil  müəssisəsində  auditoriya  və 
auditoriyadankənar  işlərin  mühüm  tərkib  hissələrindəndir.    Müstəqil  işlər  vasitəsilə  tələbə  seçdiyi 
ixtisas sahəsində  yeni biliklər və məlumatlar alır, müstəqilliyi,  yaradıcılıq qabiliyyəti inkişaf edərək 
formalaşır. Eyni zamanda həyat üçün, şəxsiyyətlərarası münasibətləri səmərəli qurmaq üçün təcrübə 
toplayır,  dünyagörüşü  genişlənir,  fikrini  sərbəst  şəkildə  şifahi  və  yazılı  formada  ifadə  etmək  üzrə 
vərdişlərə yiyələnir. 
 
Müstəqil  işlərin  növləri  çoxdur. Onların  arasında  elmi-tədqiqat  işləri  özünəməxsus  yer tutur. 
Tələbələr  elmi-tədqiqat  işlərinin  müxtəlif  formalarına  qoşulur,  müstəqil  araşdırmalara  başlayırlar. 
Tələbə  elmi-tədqiqat  işinin  iki  növü  vardır:  tədris  planına  daxil  edilən  və  daxil  edilməyən  tədqiqat 
işləri.  İlk tələbə elmi-tədqiqat işi referat (latıncada: refero, mənası:  məlumat verirəm) hesab olunur. 
Referat  bu və ya digər əsərin məzmununu yığcam, daha konkret şəkildə idarə etməkdir. 
Onlardan
 
biri  də    ali  təhsilin  bakalavriat  pilləsində  buraxılış  işlərinin  yerinə  yetirilməsi  və 
müdafiə  olunmasıdır.  Həmin  buraxılış  işləri  qiymətləndirilir,  tələbə  müsbət  qiymət  aldıqda  ali 
təhsilinin  birinci  pilləsini  –  bakalavriat
 
təhsilini  başa  vurmuş  olur  və  ixtisas  dərəcəsi,  ali  təhsil 
diplomu alır.
 
Ali  məktəbin  bakalavriat  pilləsində  buraxılış  işlərinin  hazırlanması  və  müdafiəsi 
məsələlərini tənzimləmək məqsədilə Azərbaycan Respublikası Təhsil naziri hələ 13 mart 1997-ci il  
tarixli, 152  nömrəli əmr imzalamışdır. Əmrdə deyilir: 
“1.  Ali  məktəblərin  bakalavr  pilləsinin  buraxılış  işlərinin  hazırlanması  qaydaları  təsdiq 
edilsin (əlavə olunur). 
 2.  Ali  təhsil  müəssisələrinin  rəhbərləri  tələbələrin  buraxılış  işlərinin  hazırlanması  və 
müdafiəsini təşkil edərkən təsdiq olunmuş sənədi əldə rəhbər tutsunlar” (1; 2).  
Tədqiqatın  gedişində  bu  mühüm  təhsil  sənədində  ali  məktəbin  bakalavriat  pilləsində 
buraxılış işlərinin hazırlanması qaydaları ilə   tanış olduq. Ümumi tələblər belədir ki: “1.1. Buraxılış 
işləri bakalavr pilləsində tələbələrin təhsilinin son mərhələsi olmaqla aşağıdakı məqsədləri daşıyır:  
-istiqamət  (ixtisas)  üzrə  alınan  nəzəri  və  təcrübi  biliklərin  sistemləşdirilməsi, 
möhkəmlənməsi  və  genişləndirilməsi,  analitik  və  yaradıcı  düşüncənin  inkişaf  etdirilməsi,  konkret 
standart  məsələlərin  həlli  vərdişlərinin  aşılanması,  eləcə  də  onların  texniki-iqtisadi,  istehsalat  və 
mədəni quruculuq məsələlərinə tətbiqi; 
 -müstəqil  işləmək  vərdişlərinin  inkişaf  etdirilməsi,  eləcə  də  buraxılış  işlərində  qoyulan 
problem və sualların həllinin araşdırılması metodlarına yiyələnmək; 
 -  tələbələrin  müasir  istehsalatın,  elmin,  texnikanın  və  mədəniyyətin  müvafiq  sahələrində 
müstəqil işləməyə hazırlığı səviyyəsini müəyyənləşdirmək (2) və s.  
Qeyd edək ki, buraxılış işlərinin müdafiəsi yekun dövlət attestasiyasının bir hissəsi, onların 
son attestasiyası hesab olunur.  
“Ali məktəblərin bakalavr pilləsinin buraxılış işlərinin hazırlanması qaydaları”nda buraxılış 

159 
 
işlərinin mövzularına da münasibət bildirilmişdir. “Qaydalar”da deyilir: 
“2.2. Buraxılış işlərinin mövzuları müvafiq kafedra tərəfindən müəyyənləşdirilir və fakültə 
elmi  şurasında  təsdiq  olunur.  Bu  zaman  tələbəyə  də  mövzu  seçmək  hüququ  verilir.  Lakin  həmin 
mövzu əvvəlcədən müzakirə və təsdiq üçün kafedraya təqdim olunmalıdır” (2).  
Azərbaycan  Respublikası  Təhsil  naziri  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  13 
fevral  1997-ci  il  tarixli  15  nömrəli  qərarı  ilə  təsdiq  olunmuş  “Magistr  hazırlığı  haqqında” 
əsasnaməni əsas tutub ali təhsilin magistratura pilləsində magistrlik dissertasiyasının hazırlanması, 
təsdiq  olunması  və  müdafiəsini  nizama  salmaq  məqsədilə  20  aprel  1998-ci  il  tarixli,  202  nömrəli   
əmr imzalamış, magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları 
haqqında əsasnaməni təsdiq etmişdir (4). 
Magistrlik dissertasiyalarının müdafiəsi ali məktəbdə yaradılmış ixtisaslaşdırılmış şuralarda 
keçirilir.  Müvəffəqiyyətlə  müdafiə  edənlər  vahid  dövlət  nümunəli  diplomlar  və  magistr  dərəcəsi  
alırlar. 
“Əsasnamə”də  deyilir:  “Magistrlik  dissertasiyasının  müdafiəsinə  tədris  planında  nəzərdə 
tutulmuş  bütün  fənləri  tam  mənimsəyən  və  müvəffəq
 
qiymət  alanlar  buraxılırlar.    ...  Magistrlik 
dissertasiyasının müdafiəsi “qeyri-kafi”, “kafi”, “yaxşı”, “əla” qiymətlərlə qiymətləndirilir” (3). 
Magistrlik dissertasiyalarını qarşısında bir sıra  tələblər qoyulur.  Bu xüsusda “Əsasnamə”də  
deyilir: 
“3.1. Magistrlik dissertasiyası elmi rəhbərin rəhbərliyi altında magistrantın müstəqil yerinə 
yetirdiyi  elmi-tədqiqat  (yaradıcılıq)  ...  işidir.  Magistrlik  dissertasiyası  magistrantın  müvafiq 
ixtisaslaşma  və  ya  sahə  üzrə  gətirdiyi  yeniliyi  əks  etdirməlidir.  Magistrlik  dissertasiyasının 
hazırlanması  və  müvəffəqiyyətlə  müdafiəsi  magistr  hazırlığı  proqramının  yerinə  yetirilməsinin 
məcburi şərtdir.  
3.2. Magistrlik dissertasiyası aşağıdakı tələblərdən birinə cavab verməlidir: 
-  işdə  baxılan  müvafiq  elmi  istiqamət  üçün  mühüm  əhəmiyyəti  olan  hər  hansı  məsələnin 
yaradıcı həllinə; 
- mühüm
 
tətbiqi əhəmiyyəti olan texniki, iqtisadi və texnoloji işləmələrin təkmilləşdirilmiş 
elmi şərhinə “ (3).  
Dissertasiya  mövzuları  aktual  olmalı,  dövlətin  təhsil  siyasətinə  uyğun  gəlməli,    müasir 
dövrün tələbləri ilə səslənməlidir.  
Müdafiəyə təqdim edilən əsərdə magistrantın nail olduğu nəticələr mötəbər olmalı, həm elmi 
və həm də praktik baxımdan əsaslandırılmalı, zəruri təkliflər irəli sürülməlidir.    
”Əsasnamə”də  magistrantın  elmi  rəhbərinin  vəzifələrinə  də  aydınlıq  gətirilmişdir.  Diqqət 
yetirək. O: 
 - magistranta dissertasiyası üçün tapşırıq verir;  
 -  magistranta  dissertasiyanın  yerinə  yetirilmə  dövrünü  əhatə  edən  fərdi  iş  planının 
hazırlanmasında köməklik göstərir;  
 -  magistranta  dissertasiya  işi  üçün  lazım  olan  elmi  metodik  ədəbiyyatı,  məlumat  və  arxiv 
materiallarını, layihələri və digər mənbələri tövsiyə edir; 
 -  magistrantla  müntəzəm  olaraq  fərdi  iş  planına  uyğun  söhbətlər  aparır,  ona  elmi-metodik 
məsləhətlər verir (3). 
 Elmi rəhbər vaxtaşırı magistrlik dissertasiyasının yerinə yetirilmə vəziyyəti  ilə maraqlanır, 
işin hazır hissəsi ilə tanış olub, magistranta zəruri məsləhətlərini verir,  magistrant da öz növbəsində 
tez-tez  elmi  rəhbər  və  təhkim  olunduğu  kafedra  ilə  əlaqə  saxlayır,  kömək  və  məsləhət  alır,  eyni 
zamanda dissertasiyasının hazırlanmasına ilə bağlı hesabat verir. Dissertasiya hazır olduqdan sonra 
onun qısa məzmununu, əsas elmi ideyalarını və nəticələrini özündə əks etdirən referat tərtib edir.    
Prof. R.L.  Hüseynzadə  “Magistr  dissertasiyası” metodik vəsaitində  dissertasiyanın səciyyəsini 
vermiş,  tədqiqat  işinin  xüsusiyyətləri  və  əsas  anlayışları,  mövzunun  seçilməsi,  elmi  məlumatların 
toplanması  məsələlərinə  aydınlıq  gətirmiş,  dissertasiya  və  mənbələr  üzərində  işi,  dissertasiyanın 
planlaşdırılması, referatın yazılması, magistrlik dissertasiyasının tərtibi və ona verilən başlıca tələblər, 
elmi  rəhbərin  vəzifələri  və  magistrantla
 
onun  əməkdaşlığı,  dissertasiyanın  müdafiəsi  və  s.  məsələləri 
əhatə etmişdir. 
Professor metodik vəsaitdə göstərir ki, “magistr” latın mənşəli söz olub “müəllim”, “rəhbər” 
mənalarını ifadə edir. Qədim Romada “magistr” dərəcəsi mühüm vəzifə səlahiyyətləri olan şəxslərə 
verilirdi.  Bizans  inperatorluğunda  isə  bu  ad  yüksək  məmur  rütbəsi  tituluna  müvafiq  idi.  Magistr 
məfhumu “ustad” adının sinonimi, öz işinin mahir bilicisi, ustası kimi qəbul edilir. “Maestro” sözü 

160 
 
də “magistr” sözündən meydana gəlmiş, musiqi sahəsinin bilicisi kimi başa düşülür” (5, 5). 
2. Auditoriyadankənar müstəqil iş müəllimin tapşırığına əsasən verilsə də, onun iştirakı tələb 
olunmur.  Yerinə  yetirilmə  müddəti  müəllim  tərəfindən  müəyyən  olunur.  Auditoriyadankənar 
müstəqil  iş  təlimin  praktik,  təhsilləndirici  və  yaradıcı  və  inkişafetdirici  vəzifələrinin  həyata 
keçirilməsinə xidmət edir, əldə olunmuş bilik və bacarıqların tətbiqolunma dairəsini genişləndirir. 
Auditoriyadankənar  iş  bu  və  ya  digər  fənnin  təliminin  bütün  müddətində  həyata  keçirilir,  tələbə 
oğlanlarda və qızlarda yeni biliklərə yiyələnmək tələbatı yaradır və bu tələbatı artırır. 
3.  Tədqiqatçılıq  işi    yaradıcı  şəxsiyyətin  hazırlığında  və  tərbiyəsində  mühüm  istiqamətdir, 
yeni  obyektiv  elmi  biliklərə  sahib  olmağa  kömək  göstərir.  Tədqiqatçılıq  fəaliyyəti  zamanı 
tələbələrdə  müasir  perspektiv  texnologiyalar  səviyyəsində  peşə  təfəkkürü,  o  cümlədən  mücərrəd 
təfəkkür, didaktik bacarıqların yüksək səviyyəsi formalaşdır; elmi və peşə fəaliyyətində məhsuldar 
əməkdaşlıq etmə qabiliyyəti təkmilləşir. 
Tədqiqat  xarakterli fəaliyyət zamanı tələbələr aşağıdakı işləri yerinə yetirirlər: 
1. Əqli əməyin təşkili vasitələri: plan, tezis, konspekt
2.  Mövzuya uyğun materialların hazırlanması: mətn, referat, məruzə, annotasiya; 
3. Elmi əsərin nəzərdən keçirilərək qiymətləndirilməsi: rəy;  
4.  Müstəqil  tədqiqat  əsəri:  ali  təhsilin  bakalavriat  pilləsində  -  buraxılış  işləri,  magistratura 
pilləsində - magistrlik dissertasiyası, məqalə, elmi-tədqiqat işi, tədris-tədqiqat işi.  
II.  Tələbələrin  tədqiqat  fəaliyyəti  kreativliyin  həyata  keçirilməsi  vasitəsi  hesab  olunur. 
Kreativlik  (yaradıcı  təfəkkür)  dedikdə,  bir  sıra  ideyaların  yaradılması  qabiliyyəti,  müxtəlif 
tərəflərdən problemin həllinə yanaşma bacarığı və müxtəlif nöqteyi-nəzərdən vəziyyəti görə bilmək,  
düşünüb maraqlı və qeyri-adi ideyalar müəyyənləşdirmək,  öz qənaətlərində sabitqədəm və inamlı 
olmaq anlaşılır. 
Kreativliyi  inkişaf  etdirməyin  məqsədi  məntiqi  və  yaradıcı  təfəkkürü  inkişaf  etdirmək, 
situasiyanı  yaradıcı  şəkildə  modelləşdirmək;  yeni  ideyaları  meydana  gətirmək,    kommunikasiya  
mədəniyyətinə yiyələnmək;  informasiyanın qarşıda dayanan məqsədinin yerinə yetirilməsi üçün lazım 
olanın seçilməsi və s. bu kimi elmi-tədqiqat fəaliyyətinin praktik vərdişlərinin formalaşdırılmasıdır. 
Məruzə və çıxışlarında  müstəqil işin nəticələrindən danışan tələbə öz nöqteyi-nəzərini  irəli 
sürür, kurs yoldaşının səhv baxışlarına münasibətini bildirir. 
Pedaqoji ədəbiyyatda  tədqiqat fəaliyyətinin iki növü diqqətdə dayanır.   
1.
 
Tədris planında nəzərdə tutulmuş  tədqiqat işi.  
Bu  növ  problem-referativ  tip  tədqiqat  işləridir.  Bu  tədqiqat  işləri    bir  sıra  ədəbiyyat 
mənbələri əsasında yazılır, tələbə həmin mənbələri əsas tutaraq, onlara münasibət bildirərək, tənqidi 
təhlillər  apararaq,  özü  yeri  gəldikcə,  qənaətlərini  bildirir,  öz  ideyalarını  irəli  sürür  və    müvafiq,  
önəmli nəticələrə gəlir. 
Bu tədqiqat işini yerinə yetirməklə əslində elmi-tədqiqat sahəsində ilk addımlarını atır, elmi 
ədəbiyyatla işləmək, tədqiqat aparmaq üzrə praktik vərdişlərə yiyələnir. 
Tədqiqat işinin qiymətləndirilməsi meyarları: 
-yazılmış materialın mövzunu əhatə etmə dərəcəsi
-problemin aktuallığının əsaslandırılma səviyyəsi; 
-tədqiqatın  obyektinin,  predmetinin,  məqsəd  və  vəzifələrinin,  yeniliyinin,  nəzəri  və  praktik 
əhəmiyyətinin formalaşdırılması səviyyəsi və s. 
-problem üzrə nəzəri və təcrübi məsələlərin üzvi vəhdət təşkil etməsi; 
-fəsillərin  bir-birini  tamamlaması,  yarımfəsillərin  fəsildə  nəzərdən  keçirilən  məsələni  əhatə 
etməsi; 
-ədəbiyyat  siyahısının  əlifba  sırasına  uyğun  tərtib  olunması  (xarici  və  daxili  sıralanmaya 
əməl edilməsi); 
2. Tədris planında nəzərdə tutulmayan tədqiqat işi.  
Tədqiqat  işinin  bu  forması  tələbə-gənclərdə  tədqiqat  və  kreativ  qabiliyyətlərin  inkişaf 
etdirilməsi  baxımından  daha  səmərəlidir.  Tədqiqat  mövzusu  tələbələrin  öz  təşəbbüslərinə  və 
marağına əsasən müəyyənləşdirilir. 
Elmi-tədqiqat  və  eksperimental  forma  tələbələrə  öz  yaradıcı  qabiliyyətlərini  daha  tam  açıb 
göstərməyə imkan verir. Tədqiqat fəaliyyəti bir neçə mərhələni əhatə edir. Buraya daxildir:   
Təşkilati-hazırlıq  –  ideyaların  meydana  gəlməsi,  mövzunun  müəyyənləşdirilməsi, 
planlaşdırma. 
Texnoloji – informasiyanın toplanması və təhlili, zəruri eksperimentlərin aparılması,  alınmış 

161 
 
nəticələrin formalaşdırılması. 
Tədqiqatın hər bir mərhələsi kreativliyin (yaradıcı təfəkkürün) inkişaf etdirilməsini nəzərdə 
tutur.  Tədqiqat  fəaliyyətinin  yekunlaşdırılması  forması,  nəticəsi  tədqiqat  işinin  müdafiə 
olunmasıdır.   
3.  Tələbələrin  müstəqil  işlərinin  səmərəliliyi  onun  necə  təşkil  olunmasından  və  yerinə 
yetirilməsinə  motivasiyanın  səviyyəsindən,  yerinə  yetirilmə  formalarından,  tapşırığın 
məzmunundan xeyli dərəcədə asılıdır. 
Tələbələrin müstəqil işlərinin iki mərhələsini qeyd etmək mümkündür:  
1. Birinci mərhələdə müəllim tələbələrə müstəqil işin sadə priyomlarını öyrədir. O, müxtəlif 
mənbələrdən  bilikləri  əldə  etmə  yollarını,  onları    qruplaşdırmağı,  tutuşdurmağı  və  müqayisə  və 
təhlil etməyi, ümumiləşdirmə aparmağı,  müəyyən nəticəyə gəlməyi gənclərə başa salır. 
Bu zaman müəllim məsləhətçi və təşkilatçı rolunu ifa edir. 
2.  İkinci  mərhələdə  müstəqil  iş  üzrə  vərdişlərə  yiyələnmiş  tələbə  tədqiqat  işinə  hazırlanır. 
Müvafiq məsələlərlə bağlı onun özünün nöqteyi-nəzəri meydana gəlir. 
Tələbə  qeyri-standart  məsələləri  həll  etməyə  qabil  olur.  Müstəqil  işin  nəticələri  məruzə, 
referat, yaxud qıza məlumat şəklində təqdim oluna bilər.  
Tələbələrin  tədris-idrak  fəallığının  inkişaf  etdirilməsi  baxımından  auditoriyadankənar  işin 
müxtəlif formalarından faydalanmaq mümkündür.  
Fənlərin öyrənilməsi prosesində və auditoriyadankənar  tədbirlər zamanı tələbələri aşağıdakı 
qruplara  bölmək  mümkündür:  1.  Qeyri-fəal  tələbələr.  Bu  tələbələrdə  özünütəhsil  və  özünütərbiyə 
kifayət  qədər  formalaşmamışdır.    2.  İmkanları  gizli  qalan  tələbələr.    Tələbələrin  əksəriyyəti  
özünütəhsil  və  özünütərbiyə  maraq  göstərirlər.  3.  Fəal  tələbələr.  Bu  tələbələr  təkcə  biliklərə 
yiyələnmək vasitəsi kimi deyil, dərketmə (idrak) predmeti kimi özünütəhsildən və özünütərbiyədən 
istifadəyə  yaradıcı yanaşırlar.   
Tələbələrin  müstəqil  işinin  təşkilinin  əsas  vəzifəsi  hər  hansı  məşğələ  formasında  əqli  
təşəbbüskarlığın  və təfəkkürün  psixoloji-didaktik şərtlərinin yaradılmasında öz ifadəsini tapır.  
Tələbələrin müstəqil işlərinin  uğurlu alınmasında   müəllimin rolu böyükdür.  Onun üzərinə 
mühüm  vəzifələr  düşür.  O,    heç  də  ümumiyyətlə  tələbə  ilə  deyil,  əslində    güclü  və  zəif  tərəfləri, 
özünəməxsus fərdi  xüsusiyyətləri  və meyilləri olan konkret şəxsiyyətlə birgə fəaliyyət göstərməli, 
ona istiqamət verməlidir. Müəllimin vəzifəsi  gələcəyin yüksək ixtisaslı mütəxəssisi olan tələbənin 
ən yaxşı keyfiyyətlərini görə və qiymətləndirə bilməkdən ibarətdir. Müəllim  fənnə maraq oyatmalı,  
tələbələrə  müstəqil  düşünməyi  və    hər  hansı  bir  problemin  həllinə  yaradıcı  yanaşmağı  öyrətməli, 
eyni zamanda tələbə oğlanların və qızların aşağı motivasiyasının səbəbini aşkara çıxarmalıdır.    
 
Bu problemin həllinin müxtəlif üsulları vardır: 
1.  Fəaliyyətin  formaları  və  təlimin  metodları  növbələşdirmək:  izah-üllüstrativ,  qismən-
axtarıcılıq,  yaxud  tədqiqat  xarakterli.  Müəllim  qismən-axtarıcılıq  metodundan  istifadə  etməklə  
təkcə  məlumat  və  bilikləri  şərh  etməklə  öz  işini  məhdudlaşdırmır,  həm  də  müxtəlif  vasitələrin 
köməyi ilə  yeni biliklərin axtarışını təşkil edir. Tələbələr müəllimin rəhbərliyi ilə müstəqil düşünür, 
fikir yürüdür, meydana çıxan idrak məsələlərini həll edir, problemli vəziyyətləri yaradır və həll
 
edir, 
təhlil  edir,  müqayisəsini  aparır,  ümumiləşdirir,  nəticə  çıxarırlar.  Beləliklə,  əsaslı  biliklərə 
yiyələnirlər.    
Tədqiqatçılıq  metodunun  üstünlüyü  ondadır  ki,    tələbələr  müəllimin  köməyi  ilə  problemi 
formalaşdırır  və  tədqiqat  prosesində,  alınan  cavabların  müqayisəsi  əsasında  biliklər  müstəqil 
mənimsənilir.  Müəllim  yalnız    problemli  məsələlərin  həlli  prosesini  idarə  edir,    bu  zaman  təlim 
prosesinin  özü  yüksək  maraqla  müşayiət  olunur,  qazanılmış  biliklər  dərinliyi,  həqiqiliyi  ilə 
fərqlənir.  Bu  metod  təlimin  optimallaşdırılması  üzün  vacib  olub,  biliklərin  yaradıcı 
mənimsənilməsini nəzərdə tutur. Optimallaşma təkmil pedaqoji  texnologiyalarla daimi innovasiya 
prosesidir, bir çox mümkün variantlardan ən yaxşısının seçimi prosesidir.   
2. Tələbələrin yaşı və səviyyəsi diqqət mərkəzində dayanmalıdır. 
3. Tələbələrin qabiliyyətləri nəzərə alınmalıdır. 
Tələbələrin fəal müstəqil işi ciddi və  səbatlı, dayanıqlı motivasiya şəraitində  mümkündür.  
Ən güclü motivləşdirici amil gələcək səmərəli peşə fəaliyyətinə hazırlığın aparılmasıdır. 
Tələbələrin müstəqil işinin fəallaşdırılmasına kömək göstərən amillər vardır ki, onları daxili 
və xarici amillər kimi səciyyələndirə bilərik. Daxili amillərə aiddir:  
1.  Müstəqil  işin  faydalılığı.  Tələbə  biləndə  ki,  onun  araşdırmalarının,  fikirlərinin, 
qənaətlərinin nəticələri  məqalələrdə, mühazirələrdə, konfrans materiallarında, metodik vəsaitlərdə, 

162 
 
laborator praktikumda istifadə olunacaq,  o, öz işinə daha ciddi və məsuliyyətlə yanaşacaq,  verilən 
tapşırığın daha keyfiyyətlə yerinə yetirəcək və ən əsası, öz əməyindən zövq alacaq. 
Ona görə də müstəqil işlərin yerinə yetirilməsi prosesinə rəhbərlik edən və bu prosesi idarə 
edən müəllim tələbəni psixoloji cəhətdən bu işə hazırlamalıdır. 
2. Tələbələrin  yaradıcılıq fəaliyyətinə qoşulmaları.  Buraya onların   elmi-tədqiqat, təcrübi-
konstruktor və metodik işlərdə iştirakı daxildir.  
3. İntensiv pedaqogika mühüm motivasiya amili  kimi özünü göstərir.  O,  təlim prosesinə 
fəal  metodların,  o  cümlədən  əsasında  innovasiya  və  təşkilati-fəaliyyət  yönümlü  oyunlar  dayanan 
oyun  treninqini  daxil  etməyi  məqsədəuyğun  hesab  edir.  Bu  tipli  oyunlarda  obyektə  aid  birtərəfli 
xüsusi  biliklərdən  çoxtərəfli    biliklərə  keçid,  aparıcı  ziddiyyətlərin  müəyyənləşdirilməsi  ilə  onun 
modelləşdirilməsi  baş  verir.    Belə  yanaşmada  məşğələlərin  işgüzar,  yaxud  situasiya  xarakterli 
formaları,  o  cümlədən  informasiya  kommunikasiya  texnologiyalarından,  innovasiyalardan 
faydalanmaq lazım gəlir. 
4. Tədris fənləri üzrə olimpiadalarda,  elmi-tədqiqat müsabiqələrində,  yaxud tətbiqi işlərdə  
iştirak və s. 
5.  Biliklərə  nəzarətin  motivləşdirici  amillərindən  (qiymətləndirmə,  reytinq,  qeyri-standart 
imtahan prosedurları və s.) istifadə. Bu formalar müəyyən şəraitlərdə öz fikrini əsaslandırmaq cəhdi 
yaradır  ki,  bu  da  öz-özlüyündə  tələbənin  özünütəkmilləşdirməsinin  güclü  motivasiya    amili  kimi 
çıxış edir.  
6. Tələbələrin təlimdəki və yaradıcı fəaliyyətdəki uğurlarının  rəğbətləndirilməsi. 
7. Auditoriyada və auditoriyadan kənarda yerinə yetirilən  tapşırıqların fərdiləşdirilməsi və 
daimi yeniləşdirilməsi. 
8.  İntensiv  təlim  işində  və  müstəqil  işlərdə  müəllimin  şəxsiyyəti  motivasiya  amili  kimi 
önəmlidir.  Müəllim  həm  bir  peşəkar,  həm  də  yaradıcı  şəxsiyyət  kimi  tələbəyə  nümunə  olmalıdır. 
Müəllim öz yaradıcı imkanlarını nümayiş etdirməkdə tələbəyə kömək edə bilər və kömək etməlidir.  
9.  Müstəqil işi yerinə yetirən tələbənin başlıca rolu ondan ibarətdir ki, müəllimin rəhbərliyi 
ilə o, yaradıcı şəxsiyyət olsun.  
Tələbələrin auditoriyadankənar  müstəqil işinin təşkili bir neçə mərhələni əhatə edir. Diqqət 
yetirək: 
1. Hazırlıq mərhələsi. İlk növbədə işçi proqramı hazırlanır. Burada seçilmiş mövzu və onun 
planı  qeyd  olunur.  Tədris-metodik  materiallar  müəyyənləşdirilir,  tələbələrin  hazırlıq  səviyyəsinin 
diaqnostikası aparılır. 
2.Təşkilati  mərhələ.  Bu  mərhələdə  tələbələrin  fərdi  və  kollektiv  işinin  məqsədi 
müəyyənləşdirilir. Fərdi və qrup halında məsləhətlər verilir. İlkin nəticələrin təqdimolunma müddəti 
və formaları diqqətə çatdırılır. 
3.  Fəaliyyət  yönümlü  motivasiya  mərhələsi.  Bu  mərhələdə  müəllim    fərdi  və  qrup 
fəaliyyətinin  müsbət  motivasiyasını təmin  edir; ilkin   nəticələri nəzərdən  keçirir; özünənəzarət  və 
özünütəshihi  təşkil  edir;  qarşıda  duran  məqsədə  uyğun  olaraq  qarşılıqlı  mübadilə  və  qarşılıqlı 
yoxlamanı həyata keçirir. 
4. Nəzarət-qiymətləndirici mərhələ.  Fərdi və qrup hesabatları dinlənilir və qiymətləndirilir.  
Deyilənlərdən    aşağıdakı  nəticəyə  gəlmək  olar.    Müstəqil    işlərin  təşkili    tələbələrin 
tədqiqatçılıq, axtarıcılıq qabiliyyətlərini inkişaf etdirir, onlarda müstəqil elmi axtarışlara qoşulmaq, 
ümumiləşdirmə apararaq konkret nəticəyə gəlmək bacarıqları formalaşdırır. Ali təhsilin bakalavriat 
pilləsində - buraxılış işləri, magistratura pilləsində - magistrlik dissertasiyası tələbələrə tədqiqatçılıq 
səriştəsi aşılayır. 
Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin