Əliağa Əlizadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans


Tibb Universitetinə qəbul olunan xarici



Yüklə 14,13 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix30.12.2021
ölçüsü14,13 Mb.
#1663
1   2   3   4   5   6   7   8   9   ...   25
Tibb Universitetinə qəbul olunan xarici 

tələbələrlə görüş

Həkim-rezidentlərin yekun 

attestasiyası olacaq

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində elmi 

işlərin planına uyğun olaraq rezidentlərin və kursantların iştirakı 

ilə elmi seminar keçirilib.

Hərbi Tibb Fakültəsində 

Elmi seminar

Azərbaycan  Tibb  Univer-

siteti nin  (ATU)  Beynəl xalq 

Əlaqələr  üzrə  prorektoru, 

dosent  Rəhimə  Qabulova  22-

23  oktyabr  2015  tarixlərində 

Azərbaycan 

Respublikası 

Səhiyyə  Nazirliyinin  təşəb-

büsü,  İsveçin  Ticarət  və 

İnves  ti siya  Şurası,  «Busi ness 

Sweden» 

şirkətinin 

təş ki-

latçılığı və İsveçin ölkəmizdəki 

səfir liyinin  dəstəyi  ilə  Stok-

holm şəhərində səfərdə olub.

Səfər  çərçivəsində  həm 

İsveçdə,  həm  də  Azər bay-

canda  tibb  və  əczaçılıq 

sahəsində  fəaliyyət  göstərən  müəssisələr 

və  şirkətlər  arasında  əlaqələrin  qurulması, 

əməkdaşlıq  yolları  və  müştərək  fəaliyyət 

sahələrinin 

araşdırılmasına 

yönəlmiş 

görüşlər keçirilib. 

Qeyd  etmək  lazımdır  ki,  tədbirdə  İsveçin 

ən  böyük  və  dünya  miqyasında  məşhur 

olan  “Astra  Zeneca”,  “CCC  Healthcare”, 

“GETİNGE”, “HERMES”, “SCA”, “Mölnlycke 

Health  Care”,  “Nordic  Med  Com”,  “Swe-

dish  Healthcare  Management”,  “SECTRA” 

və  s.  şirkətləri  iştirak  edib.  Azərbaycan  isə 

bu  tədbirdə  Azərbaycan  Tibb  Universiteti 

ilə bərabər, “Avromed”, “Vitta” və s. kimi iri 

şirkətlər ilə təmsil olunub.

Tədbirdə  dosent  R.Qabulova  “Azər bay-

canda  səhiyyə  sistemi  və  gələcəyə  ba-

xış”  adlı  məruzə  ilə  çıxış  edib.  Azərbaycan 

səhiyyəsində  baş  vermiş  inkişaf  və 

irəliləyişlər, tibb təhsili sahəsində son illərdə 

həyata  keçirilmiş  yeniliklər,  universitetdə 

müasir standartlara uyğun nəzəri və təcrübi 

biliklərin tədris edilməsi istiqamətində görül-

müş işlər haqqında geniş məlumat verib.

  Səfərin ikinci günü nümayəndə heyətimiz 

İsveçin  ən  məşhur  universitetlərindən  olan 

Karolinska  Universitetinin  qonağı  olub-

lar.  Görüşdə  Karolinska  Universitetinin 

Beynəlxalq əlaqələr üzrə prorektoru, profes-

sor Maria G Masucci çıxış edərək, bu ali ocaq 

haqqında  məlumat  verib.  Tibb  Xidmətləri 

üzrə  prorektor,  İntegrativ  tibb  üzrə  profes-

sor Martin İngvar isə çıxışında universitetin 

nəinki Avropanın, həmçinin dünyanın ən qa-

baqcıl  ali  təhsil  qurumlarından  biri  olduğu-

nu,  onun  əsas  fəaliyyətinin  tədris,  tədqiqat 

və  onların  nəticələrinin  tibbi  təcrübəyə 

yönəldiyini  vurğulayıb.  Beynəlxalq  layihələr 

üzrə  koordinator  Ylva  Olsson  universitetin 

ingilis dilində tədris olunan Bakalavr və Ma-

gistr proqramlarını nümayəndə hetyətimizin 

diqqətinə təqdim edib. 

    Görüşdə  dosent  R.Qabulova  ATU  haq-

da  məlumat  verib,  universitetimizin  Ka-

rolinska  Universiteti  ilə  bütün  sahələrdə 

əməkdaşlığın qurulmasında maraqlı olduğu-

nu söyləyib.

  Görüşdə  həmçinin  ikitərəfli  əlaqələrin 

qurulması  istiqamətində  atılacaq  addımlar 

müzakirə  edilib,  Avropa  İttifaqının  müxtəlif 

proqramları çərçivəsində əməkdaşlığın baş-

lanması planlaşdırılıb.




Yüklə 14,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin