Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli



Yüklə 9,67 Mb.
səhifə3/35
tarix02.01.2022
ölçüsü9,67 Mb.
#2389
1   2   3   4   5   6   7   8   9   ...   35
SONUNCU QAZAX XANI KENESARI QASIM OĞLUNUN ŞƏRƏFLİ ÖLÜMÜ

Rus işğalçılarına qarşı sa­vaş­da şəhid olmuş son qazax xa­nı Kenesarı haqqında çox az ya­zı­lıb, yazılanların böyük bir qis­mi­ni də işğalçı dövlətin siya­sə­tinə xidmət edənlərin yarın­maları təşkil edir. Bolşe­vik­lər 1917-ci il oktyabrın 25-də (yeni təqvimlə noyabrın 7-də – Ə.Ş.) silahlı üsyan yolu ilə hakimiyyəti ələ aldıqdan son­­ra keçmişə, xüsusən də keç­­­miş­də­ki idarəçilik siste­mi­nə qarşı güçlü təbliğata başladı. Çox təəs­süf ki, bu təbliğatda da səmimi olmadılar. Sinfi mübarizə adı altında çarlara və ha­kim təbəqəyə qarşı yönəltdikləri bu təb­li­ğat əməldə veli­ko­rus şovinizmindən, müstəmləkəçilik si­ya­sətindən uzaq ol­ma­dı.

Sovetlər zamanında rus çarlarının yeritdiyi siyasət, on­ların idarəetmə üsulları tənqid edilsə də, işğal altına alınmış xalq­ların azadlıq mübarizəsi obyektiv öyrənilmədi. Bu sə­bəb­dən də qazax xalqının qəhrəman oğlu Kenesarı Qasım oğlu lazımınca tanıdılmamışdı.

Nəsil şəcərəsi Çingiz xana bağlanan Ablay xanın nəs­lin­dən olan Qasım xanın 1802-ci ildə doğulan oğluna Kenesarı adı qoyurlar. Lakin sonralar onun adı və soyadı qaynaqlarda Kine Sarı Soltan, Kenesarı Qasımov kimi yazılır. Kenesarı do­ğulanda gündən-günə güclənən Rusiya artıq qazaxların bö­yük bir qismini öz təsiri altına salmışdı. Rusiya karvan yol­ları üzərində tikdiyi qalalar, bu qalalarda saxladığı əsgəri bir­lik­lər vasitəsilə ticarətə nəzarət edir, tacirlərdən xərac top­la­yır­dı.

Lakin Rusiyanın yeni işğal etdiyi böyük əraziləri tam əldə sax­laya biləcək qədər nə ordusu, nə də o yerləri idarə edə bilə­cək sayda məmuru vardı. Buna görə də öncə Hin­dis­tan­dan və Çindən gələn karvan yollarını nəzarətdə saxlamaqla kifa­yətlənir və yerli xanlara təsir göstərsə də, onların daxili işlə­rinə qarışmırdı.

1715-ci ildən etibarən rus əsgəri birlikləri və qalalardakı silah­lı dəstələr vasitəsilə qazax xalqının ata-baba yurdunda yaşa­mağına əngəl törətməyə, yaylaq, qışlaq köçlərinin niza­mı­nı pozmağa başlayır. Yerli xanlar odlu silahlarla təchiz olun­muş, qalalarda möhkəmlənmiş rus əsgəri birliklərini və­tən­lərindən qova bilmədiklərindən onlarla danışıqlar aparır, sülh müqavilələri bağlayırdılar. Belə bir sülh müqaviləsi 1731-ci ildə Rusiyaya daha yaxın bölgədə yaşayan, qazaxların Ki­çik juzunun (cuz) (Qazaxlar üç juza (cuz), yəni tayfaya bö­lü­nür. Bu juz-tayfalar Böyük juz (cuz), Orta juz (cuz), Kiçik juz (cuz) adlanır. – Ə.Ş) xanı Əbül Xeyri ilə bağlanır. Mü­qa­vi­lə şərtlərinə görə xanlıq Rusiya imperiyasının işğal dai­rə­si­nə daxil edilir.

1750-ci ildən sonra Rusiya qalalarının sayını sürətlə artı­ra­raq təsir dairəsini daha da genişləndirir. Beləliklə, qazax­la­rın Orta və Böyük juzu da Rusiyanın əsarəti altına düşür. La­kin xalq bununla razılaşmaq istəmir. Kiçik dəstələr şək­i­lin­də, pərakəndə də olsa, ruslara müqavimət göstərir.

Zəifləmiş, mərkəzi hökumətlərini itirmiş xalqlar onların torpaqlarını Rusiyanın getdikcə daha çox işğal etməsinə, hərəkətlərinin məhdudlaşdırılmasına etiraz etsələr də, güclü düşmənə qarşı sərt və qəti mübarizə apara bilmirdilər. 1785-1797-ci illərdə Kiçik juzdan Batır Sırım adıyla məşhurlaşan Sı­rım Datoğlunun öndərliyi ilə Rusiyaya qarşı üsyan baş qal­dırır. Rusiya üsyanı qəddarlıqla yatırır. Bundan sonra qa­zax­lar İsatayın rəhbərliyi ilə yenidən ayaqlanırlar. Üsyan dalğası sü­rətlə bölgəni bürüyür. Üç il davam edən bu üsyan rusların İsatayı aldadaraq öldürmələrilə başa çatır.

Kenesarı doğulandan 10 il sonra isə Bökey Ordada müqavimət hərəkatı başlayır. 1822-ci ildə Rusiya Kiçik və Orta juzda xanlıq idarəetmə sistemini ləğv edir. 1827-ci ildə Bökey Ordakı müqavimət hərəkatı, 1836-37-ci illərdə İ.Taymanov və M.Ötemişovun başçılıq etdiyi üsyanlar da Rusiyanın hakim dairələri tərəfindən qan içində boğulur.

Lakin bütün bunlar xalqın iradəsini qıra, azadlıq eşqini söndürə bilmir. Az sonra qazax çöllərində Rusiya əleyhinə yeni bir hərəkat – ayaqlanma başlanır. Bu hərəkata son qazax xanı Kenesarı başçılıq edir.

Atası Qasım xan və böyük qardaşı Sarcan xan öldükdən sonra milli mübarizənin başına keçən Kenesarı 1820-1830-cu illərdəki üsyanlardan özünə dərs götürür və yeni taktika seçir. Rusiyanın gündən-günə gücləndiyini, qalalarını möh­kəm­lətdiyini, ordusunu, təchizatını yaxşılaşdırdığını gördüyü üçün başqa bir yol tutur. Yaxşı bilirdi ki, nizami ordu, mərkəzləşmiş hakimiyyət olmadan düşmənə qalib gəlmək olmaz. Buna nail olmaq üçün gücünü iki istiqamətə yönəldir: Birincisi, rus əsgəri birliklərinə, qalalarına və karvanlarına qəflətən basqın edir, qənimətləri götürüb, gözdən yayınmaqla güc toplamaq. İkincisi, qazaxlar arasında mövcud olan tay­fa­ları (Böyük, Orta və Kiçik juzları), eləcə də Türküstandakı ki­çik hökumətləri bir mərkəzdə birləşdirmək.

Kenesarı Qasım oğlu rusların aldadaraq öldürdüyü İsatayın döyüşçülərini də öz tərəfinə çəkir. Onun başladığı hərə­kat ilk günlər nə işğalçılara qarşı savaşı, nə də üsyanı xa-­




Yüklə 9,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin