Elektron-şüa boruları Elektrostatik idarəli EŞB. Elektromaqnit idarəli EŞB



Yüklə 145,58 Kb.
səhifə20/23
tarix02.01.2022
ölçüsü145,58 Kb.
#45880
1   ...   15   16   17   18   19   20   21   22   23
UNEC 1634457644.docx

Elektron-optik çeviricilər və

xəyal parlaqlığının gücləndiriciləri
Elektron-optik çeviricilər (EOÇ) - optik xəyalı spektrin bir (görünməyən) oblastından digər (görünən) oblastına keçirir. Parlaqlıq gücləndiricələri isə - spektral oblastı dəyişmir, yalnız xəyalın parlaqlığını dəyişdirir. Bu cihazlarda ikiqat çevrilmə prosesi baş verir: Əvvəlcə işıq xəyalı elektron xəyalına, sonra isə elektron xəyalı işıq xəyalına çevrilir. Birinci çevrilmədə fotokatoddan, ikinci çevrilmədə isə lüminofor ekrandan istifadə olunur. Güclü elektrik sahəsində elektronların sürətlənməsi hesabına parlaqlıqda uduş əldə edilir.

Fotokatodun minimal işıqlanmasını hesablayaq. Bunun üçün fərz edək ki, fotokatodun sahəsi Sk və həssaslığı k, ekranın sahəsi Se, sürətləndirici gərginlik Ua, ekranın işıqlanması h – dır. Ekranın parlaqlığının fotokatodun işıqlanmasından asılılığı:



(3)

Burada – F – katodun üzərinə düşən işıq seli, E – katodun işıqlanmasıdır.

Ekranda şüanın gücü:

(4)

. (5)

Burada İ – işıq selinin intensivliyidir.

Parlaqlığa görə insan gözünün həssaslığı təqribən 10-5 nt tərtibindədəir.

Çeviricilərin parametrləri k = 50 mkA/lm, h = 10 Kd/Vt, Sk = Se, Ua = 10 kV olduqda:



.
Elektron şüa selinin çevrilmə əmsalı ekrandan çıxan işıq selinin katoda düşən işıq selinə nisbətini göstərir:

(6)

Fotokatoddan çıxan elektronların sürətə görə paylanması EOÇ-in ayırdetmə qabiliyyətini məhdudlaşdırır. Uzununa manqnit sahəsi tətbiq etməklə sürətlərə görə paylanmanın bu parametrə təsirini azaltmaq mümkündür.

Lüminoforun işıqlanması müəyyən dərəcədə kolbaya qayıdır və fotokatodu həyacanlandırır. Bunun qarşısını almaq üçün ekranın üzərinə alüminium təbəqəsi çökdürülür və daha mükəmməl elektron optikası tətbiq edilir.

Elektron-optik çeviricilərində fotoelektron şüalarının elektrostatik və maqnit fokuslandırılması tətbiq edilir (şəkil 12)






Yüklə 145,58 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin