Elektron imzanın Azərbaycan Respublikasının inkişafında rolu



Yüklə 127,59 Kb.
tarix21.01.2017
ölçüsü127,59 Kb.
#6168
Elektron imzanın Azərbaycan Respublikasının inkişafında rolu

http://azvision.az/photos/elektron%20imza%202.jpg

1990-cı illərin ikinci yarısından etibarən "Elektron İmza" adlı sistem beynəlxalq təşkilatların və milli hökumətlərin gündəminə gəlib. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ Komissiyası rəhbərliyilə başladılan işlər nəticəsində hazırlanan və 1996-cı ildə yayımlanan "Elektron Ticarət Model Qanunu" nda elektron məlumatların və elektron müqavilələrin qanuniliyinin tanınmasına dair qaydalara yer verilib və elektron imzaya yalnız bir maddə ilə toxunulub. 

Sonrakı illərdə elektron imzayla bağlı daha ətraflı qaydaların qoyulmasının vacibliyi ortaya çıxdıqda, eyni komissiya tərəfindən 1998-ci ildə elektron imzaya bağlı bir model qanunun hazırlanmasına başlanıb və 2001-ci ildə yekunlaşıb. 

Başda ABŞ olmaqla dünyanın bir çox ölkəsində elektron imza ilə əlaqədar işlər 1990-cı illərin sonlarından etibarən sıxlaşmağa, 2000-ci illərin əvvəllərində bu mövzuda hüquqi baza formalaşmağa başladı. Bu qanunvericilik çərçivəsində, elektron imzadan bir çox ticarət əməliyyatları, ictimai xidmətlərin göstərilməsi istiqamətində, həmçinin "Elektron Dövlət" çərçivəsində istifadə edilməyə başlandı.

Elektron dövlət

Hər bir dövlət öz tərkibindəki qurum və quruluşlar vasitəsilə təməl və ən vacib funksiyalarından olan vətəndaşlara ədalətli, şəffaf və asan yollarla xidmət göstərməyə çalışmalıdır. Vətəndaşlar üçün "Yaxşı idarəçilik" yaradılarsa, dövlət üçün "Xoşbəxt Vətəndaş" yaranacaq. Ona görə də, dövlətlər ictimai xidmətlərin asan, ucuz və təsirli bir şəkildə verilə bilməsi üçün böyük səylər sərf edirlər. Texnologiya sahəsindəki yeniliklər ictimai qurumlarda xidmət səviyyəsində ciddi dəyişikliklərə səbəb olub. Ənənəvi dövlət xidmətləri əhəmiyyətli şəkildə dəyişib. Kağız əsaslı formalar, bürokratik mərhələlər və günlərlə davam edən əməliyyatlar artıq yoxa çıxır. Hazırda informasiya və kommunikasiya texnologiyalarından dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında vasitə olaraq istifadə edilməsi dünyada getdikcə yayılmaqdadır. "Elektron Dövlət" olaraq adlandırılan bu tətbiqlər, istifadəçilərinə məhsuldarlıq, qənaət və asanlıq təmin edir. Eyni zamanda vaxt qazandıraraq, rəhbərlik üçün şəffaflıq, rahat fəaliyyət və vətəndaş mərkəzli xidmət anlayışını gücləndirir. 

Artıq ictimai təşkilatlar xidmət etdikləri istifadəçilərini bir müştəri olaraq görməyə başlayıb və onun məmnunluğuna çalışır. 

Bir tərifə görə “elektron dövlət” - istifadəçilərin elektron mühitdə təqdim ediləcək ictimai xidmətlərinə fərqli platformalardan, etibarlı şəkildə və tək nöqtədən çatacaqları, vətəndaş və iş dünyasının ehtiyaclarına fokuslanmış, birlikdə işlər və bütöv xidmətlərin təqdim ediləcəyi, iştirakçı, şəffaf və hesab verə bilən bir dövlət quruluşunu ifadə edir. Bu quruluşu ilə elektron dövlət daha təsirli və effektiv idarəçilik baxımından əhəmiyyətli vasitədir. Ölkələr elektron dövlət tətbiqlərində dörd fərqli mərhələdən keçirlər:



1. Listing (Siyahıya alma): Sadə və təməl məlumatlar saxlayan online saytları qurmaq və istifadəçilərin bəzi müraciət və qeyd formalarını yükləyəbilmələrinə icazə vermək;
2. Online sistem (İstifadəyə açıq internet sistemi): Online olaraq xidmət və qeydiyyat formalarının doldurulması və interaktiv əməliyatların edilməsinə imkan vermək
3. Şaquli Bütünləşmə: Yerli sistemlər ilə mərkəzi sistemlər arasında əlaqələri təmin etmək və oxşar funksiyaların ortaq istifadəsinə icazə vermək
4. Üfüqi inteqrasiya: Bütün əməliyyatlarının tək bir nöqtədən edilməsini təmin etmək.

Elektron dövlət sisteminin istifadəsində irəlidə olan ölkələr istifadəçilərinə online əməliyyat imkanı təqdim etsə də, bu sahədə yeni olan ölkələr yalnız məlumat vermə və forma yüklənməsi kimi sadə işlər təqdim edir. Birinci mərhələdə sadə bir informasiya və kommunikasiya texnologiyası kafi olduğu halda, irəli mərhələlər üçün daha üstün texnologiya və əməliyyatlar lazımdır. Üçüncü və dördüncü mərhələlərə keçid üçün texnologiya, bəşəri və təşkilati infrastruktur kimi faktorların hamısının birlikdə kafi səviyyədə olması lazımdır.

BMT-nin elektron dövlət haqqındakı fikirlərini də xatırlatmaq yerinə düşərdi. Elektron mühitdə xidmət sayəsində başda kağız olmaqla digər mətbəə vəsaitlərinin istifadəsi azalacaq, xidmət keyfiyyəti artacaq, dövlət xidmətlərinə asan və sürətli çıxış təmin edilərkən, xidmət müddətləri də müəyyən saat aralıqlarına sıxışmamış olacaq. BMT-nin hesabatında elektron dövlət "Tarixi Bir Fürsət" adlandırılır və qurumun keçmiş baş katibi Kofi Annanın bu sözünə yer verilir: "İnformasiya texnologiyaları inkişaf etməkdə olan ölkələrə, digər ölkələrin keçmək məcburiyyətində qaldıqları uzun və əziyyətli mərhələləri asanlıqla keçə biləcək bir şans verə bilər".

Ənənəvi Dövlət ilə Elektron Dövlətdə Vətəndaş – Dövlət Əlaqəsi

Tarixi boyunca insanların alışdığı standart, kağız sənədlər üzərində fəaliyyət göstərən dövlət və dövlət idarəçiliyi keçən əsrin ortalarına qədər dəyişmədən ənənəvi üsullarla varlığını davam etdirib. Keçən əsrin ortalarından etibarən başlayan texnoloji inkişaf ənənəvi dövlətin vətəndaşlara göstərdiyi xidmətlərdə dəyişikliyə səbəb oldu. Xidmət növünün dəyişdirilməsinə əsas səbəb texnologiyanın inkişafındakı rahatlığa dayanır. 


Beləliklə də, vətəndaşlara göstərilən ənənəvi dövlət xidməti kağız üzərindən, texnologiyanın inkişafıyla ortaya çıxan elektron müstəviyə daşınaraq xidmət sahəsində çevriliş edilir. Ənənəvi dövlət qanunlarıyla texnologiyanın məhsulu olan elektron sistemin birləşdirilməsi nəticəsində yaradılan "Elektron Dövlət" insanlar tərəfindən rəğbətlə qarşılanıb. Elektron dövləti ənənəvi dövlətlə müqaisə etdikdə, elektron dövlətin müsbət cəhətlərindən olan qabaqcıl bir neçə nümunəni aşağıda görmək mümkündür:

http://az.azvision.az/photos/elektron%201.jpg

İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) İnkişafı və Elektron İmza(e – imza) 

Texnologiyanın inkişafı sayəsində yaranan hər bir yenilik cəmiyətin istifadəsinə verilmədən öncə illərlə hərbi sahədə sınaq məqsədilə, məxfi şəraitdə istifadə olunur. 1960-cı illərdə hərbi sahədə istifadə edilməyə başlanmış informasiya texnologiyaları, 1970-ci və 1980-ci illərdə universitetlərdə araşdırma məqsədilə yayılıb, hazırda isə iqtisadi, ictimai və hətta şəxsi həyatımızın hər sahəsində özünəməxsus yer tutub. 



İmza və elektron imza

İmza - bir sənədi sübut etmək məqsədilə işlədilir. İmza, onu atanın şəxsiyyətini təsdiq etdiyi kimi, altına imza atılan mətnin oxunduğunu, aydın olduğunu, bu mətndən özünə yüklənən məsuliyyətin qəbul edildiyini də bildirir. Elektron mühitdə rəsmi və kommersiya əməliyyatların artması ilə təhlükəsizlik və identifikasiyası problemləri ortaya çıxıb. Bu cür problemləri həll etmək istiqamətində texniki və hüquqi bazanın yaradılması və qorunması məqsədilə qaydaların icra edilməsi vəzifəsi dövlətin üzərinə düşür. 

İnformasiya və Kommunikasiya Texnologiyaları nın, xüsusilə də İnternetin istifadəsi indiki vaxtda həm dünyada, həm də Azərbaycan Respublikasında çox yayılıb. Bu məşhurluq sayəsində İnternetdən elmi işlərdən dövlət qulluğuna, kitabxanalardan alış–veriş mərkəzlərinə, nəqliyyatdan bank əməliyyatlarına qədər bir çox sahədə məlumat əldə etmək və xidmətdən faydalanmaq üçün sürətli bir şəkildə istifadə edilir.
Kompüter və internet sayəsində elektron mühitdə edilən əməliyyatların artması ilə birlikdə, görülən işlərin təhlükəsizliyi və işi icra edən adamın həqiqətən şəxsin özü olub-olmadığı kimi problemlər ortaya çıxır. Xüsusilə ticarətin və rəsmi əməliyyatların elektron mühitə daşına bilməsi üçün istifadəçilərin açıq şəbəkə sisteminə güvənməsini təmin etmək istiqamətindəki texniki və hüquqi qaydaların dövlət tərəfindən icra edilməsi zərurətini doğurub. İşdə tərəflər arasında ötürülən məlumatın gizliliyini, bütövlüyünü və tərəflərin şəxsiyyətlərinin doğruluğunu təmin etmək məqsədiylə qurulmuş olan bu yeni texniki və hüquqi infrastruktur qısaca "Elektron İmza" olaraq adlandırılır.

Hazırda elektron mühitdəki sənədlərin güvənliyinin təmin edilməsi məqsədilə e– imzanın tətbiqinə başlanıb. E–imza və ya rəqamsal imza qələmlə kağıza atılan bildiyimiz imzadan fərqli deyil. Yəni hüquqi baxımdan eyni nəticəni doğurur. Aralarındakı tək fərq birinin kağız üzərində, digərinin elektron mühitdə olmasıdır. 


E–imza – Elektron mühitdəki yazışmalara əlavə, yazını göndərənin şəxsiyyətini və göndərilən yazının ötürülməsi zamanı orijinallığının pozulmadığını göstərən bir dəlildir. 
E–imza hər cür elektron səs, simvol və ya proqramı əhatə edən və istifadə edildiyi texnologiyadan müstəqil bir termin olduğundan bir üst anlayış olaraq qəbul edilməkdədir. 
Rəqəmsal İmza – Elektron imzanın xüsusi bir növü olub, bir açar cütlükləri ilə elektron mühitdə ötürülən məlumata vurulan bir möhürdür. Rəqəmsal imzalar göndəricinin şəxsiyyətinin açıq və dəqiq bir şəkildə ifadə edilməsini, elektron sənədin orijinallığını və güvənliliyini mümkün edir. Göndərici üçün mesajın göndərildiyi tərəf üçün tək olan rəqəmsal imzalar təsdiqlənə və inkar edilə bilməz.

Bir cib telefonu içərisində olan e–imza olaraq təyin oluna bilən m–imza isə bir cib telefonu vəya cib kompüterin SIM kartı içərisində gizli şifrə (PIN) ilə yaradılan məlumatdır. SIM kart üzərindən təqdim edilən e – imza texnologiyası ilə istifadəçilərə SIM kartları ilə istədikləri yerdə və zamanda, əlavə bir kart vəya kart oxucuya ehtiyac duymadan e – imza atabilmə imkanı təqdim edir. 

Yuxarıda ifadə edilən e – imza tərifləri ümumiləşdirsək, e – imza "imzalanan əməliyyatın doğruluğunu, gizliliyini, bütövlüyünü və imzalayana aid olduğunu ortaya qoyur və adi imza ilə eyni hüquqi nəticəni doğurur. E–imza anlayışına adi imzaların brauzerdən keçirilmiş halı olan rəqəmsallaştırılmış imzaları, gözün tor qişası, barmaq izi vəya səs kimi biometrik texnikalar tərkibli elektron imzaları və ya məlumatın bütövlüyünü və tərəflərin şəxsiyyətlərinin doğruluğunu təmin edən rəqəmsal imzalar daxildir. Gələcəkdə e – imzanın yerini barmaq izi, gözün tor qişası, səs kimi biometrik xüsusiyyətlərə sahib imzalar alacaq.

E–imzanın istifadə edilməsi və qanunən tanınması üçün lazım olan hüquqi çərçivəni ənənəvi dövlət sistemi meydana gətirir. Texnologiyanın inkişafı, məlumat saxlama və saxlanılan məlumatı bölüşməyi asanlaşdıraraq sürətləndirir. Elektron sistemdə yazı, səs və görünüş rəqəmsal formaya çevrilərək saxlanmaqda, işlənib, çatdırılmaqdadır. Bu imkanları istifadə edən adam və təşkilatların əlaqələri də dəyişir. Bu dəyişim, ictimai və iqtisadi həyatda məlumat cəmiyyətinə və bilgi əsaslı iqtisadiyyata keçidi sürətləndirir. Qlobal informasiya cəmiyyətinin iqtisadiyyatı, iqtisadiyyatın inkişafı və ən əsası yayılması ilə qaynaqların məhsuldar istifadə edilməsi üçün bütün ölkələrdə məlumat infrastrukturunun və informasiya şəbəkələrinin qurulmasını qaçılmaz edir. "Elektron Dövlət" və "Elektron İmza" sistemlərinin texnalogiyanın inkişafıyla bağlı gətirdiyi rahatlıqları ictimai rəhbərliyə daşınması baxımından çox əhəmiyyətli faktlar olaraq qarşımıza çıxır. Elektron imza tətbiqi də elektron dövlətin bir hissəsidir. Bu cür tətbiqlər istiqamətində texniki və hüquqi infrastrukturun yaradılması və qorunması vəzifəsi də dövlətin öhdəsinə düşməkdədir.



Elektron imzanın növləri

Ənənəvi dövlətin qurum və quruluşlarının, texnologiyanın inkişafıyla bərabər elektron müstəvidə də vətəndaşlara xidmət verməyə başlaması hər kəsə məlumdur. Beləliklə vətəndaşların istifadəsinə verilən və eyni zamanda elektron dövlət kimidə tanınan bu sistemdə mövcud olan sənədlər elektron imzayla təsdiqlənir. Sözü gedən elektron imzanında nəm imzada olduğu kimi müxtəlif növləri var:

1) "Kor İmza" – Bir kimsənin, bir sənədin məzmununu görmədən, bilmədən imzalamasına imkan tanıyan rəqəmsal imza protokoluna deyilir. Bu cür imzada riskli nəticələrlə qarşılaşılması mümkündür.
2) "Tələ İmza" – Bir saxtacılıq nəticəsində atılan imzanın saxta olub olmadığını sübut etməyə yarayan rəqəmsal imza protokoludur.
3) "Vəkalət İmzası" – Rəqəmsal imza atacaq adama, öz gizli açarını açmadan bir başqasına imzasını istifadə etmə haqqı tanıyan rəqəmsal imza Protokoludur.
4) "İnkar Edilə Bilməyən İmza" isə rəqəmsal imzaların kopyalanmasının qarşısını almaq üçün imzanı atanın razılığı olmadan doğruluğu sübut ediləbilməyən "Rəqəmsal İmza Protokoludur".

Elektron İmzanın Funksiyaları

Müəyyən iddialara görə bəzi qurum və şəxslər tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməyərək vətəndaşlar arasında yazışmalar oxunmaqdadır. Buna görə də məlumat təhlükəsizliyində e – imzanın istifadə edilməsi zərurəti yaranıb. Bunlar edilən əməliyyatda məlumatın əldə edilməsi, dinlənilməsi, dəyişdirilməsi, inkar etmə, iş və əməliyyatları gecikdirmə olaraq sıralana bilər. Bu təhlükələr qarşısında e–imzanın funksiyaları "Elektron İmza Qanununda (EİQ)" ifadə edildiyi kimi, bunlardır:


1) "İmza və / və ya paraqrafı atan adam ya da adamların şəxsiyyətini təsdiqləmə
2) Mesajın gizliliyini qoruyan, mesajın hər hansı bir dəyişikliyə məruz qalmadan qarşı tərəfə getməsi mənasında data bütövlüyünü qoruma
3) Mesajı imzalayanın daha sonra hər hansı bir vəziyyətdə əməliyyatı etmədiyini inkar edəbilməməsi

Nəticə etibarı ilə e – imza sistemi digər sistemlər kimi qanun tərəfindən müvafiq addımlar atılaraq qorunmaqdadır.



E-İmzanın Tətbiq Sahələri

E – imza, milli təhlükəsizlikdən fərdi təhlükəsizliyə, elektron ticarətdən mobil ticarətə qədər bir çox sahədə tətbiq olunmaqdadır. Elektron imzanın banklar və maliyyə təşkilatları şöbə şəbəkəsinə sahib sığorta şirkətləri, ictimai qurumlar və təşkilatlar, holdinqlər və digər böyük şirkətlər, universitetlər, yüksək ünsiyyət və informasiya təhlükəsizliyi ehtiyacı olan təşkilatlar başda olmaq üzrə orta və uzun müddətli məşhur bir tətbiq sahəsi tapa biləcəyi ifadə edilməkdədir. İstər ictimai istərsədə ticarət sahəsində olabiləcək e – imza tətbiqləri arasında aşağıdakılar sayıla bilər:



1) Qurumiçi – Qurumlararası Əməliyyatlar: Hər cür imtahan müraciətləri, kütləvi nəqliyyat vasitələrinin sifarişləri, bilet əməliyyatları, qurumların təşkilati
əməliyyatları, qurumlararası ünsiyyət, ictimai təhlükəsizlik proqramları, səhiyyə sığortaları, qurumiçi və qurumlararası hüquqi nəticə doğuran bütün rabitələr, elektron ödənişlər, elektron səs vermə əməliyyatları və s.

2) Ticarət Sahəsindəki Əməliyatlar: Bankçılıq və sərmayə bazarı əməliyyatları, sığortaçılıq əməliyyatları, sənədsiz ofislər, elektron müqavilələr, elektron sifarişlər, elektron ödəmə, mobil ödəmə, taleh oyunları, müştəri şikayətləri, qaytarma tələbləri kimi əməliyatlar.
Bütün sahələrdəki elektron xidmətlər sayəsində cavabdan asılı olmayaraq qısa zaman içində istifadəçi tərəfinə göndərilməkdədir. İstifadəçi qısa zamanda sualına cavab tapdığı üçündə e – imzanın funsiyalarından istifadəsini sıxlaşdıraraq həyatının bir hissə halına gətirəcəkdir nəzəriyəsi ortaya çıxmaqdadır.

Elektron İmzanın faydalı və ziyanlı cəhətləri

E – İmza, bir sıra faydaları və faydalı olmayan tərəfləri ilə ön plana çıxmaqdadır. Belləliklə elektron sistemə, elektron dövlət və elektron təşkilatların nöqteyi nəzərindən baxıldığında hər bir faydalı cəhətin bir faydalı olmayan cəhətinin də movcudluğu inkar edilməzdir. Beləliklə də e – imzanın istifadə sahəsi kimi faydalı və faydalı olmayan çox sayıda cəhətləri mövcuddur. Aşağıda göstəriləcəyi kimi bir neçə sahəyə aid faydalı və faydalı olmayan cəhətlərin mövcudluğundan, ayırım edilmədən nümunələr göstərilməkdədir.

Əvvəlki mövzularda ifadə edildiyi kimi, mesajın gizliliyini təmin etmək, data bütövlüyünü qorumaq və inkar edə bilməmə kimi funksiyaları ilə e – imza, bir tərəfdən təhlükəsizliyi təmin edir, digər tərəfdən əməliyyatların sürətini və dəqiqliyini artırır. Beləliklə də elektron imza, elektron dövləti və elektron ticarəti daha funksional və daha etibarlı qılma kimi klassik faydalarının yanında internetdən istifadə edərək əməliyyat edən fərdlər baxımından baxıldığında eyni ilə real həyatda olduğu kimi virtual mühitdə də şəxsiyyət sahibi olma nəticəsini doğurmaqdadır.

E – imzanın həyatımızda yaradacağı ən əhəmiyyətli dəyişikliklərdən biri də əslində bütün dünya ölkələrindəki qanuni tənzimləmələrin e – imzaya bəxş ettikleri hüquqi dəyərlə əlaqədardır. Beləlik, məlum olan etibarlı e – imza, nəm imza ilə eyni qanuni nəticələri yaradaraq, mümkün olabiləcək hər hansı bir uyğunsuzluqda qəti dəlil təşkil etməkdədir. Bu hüquqi nəticə sayəsində artıq "Sənədsiz Bir Dünya" idealına bir addım daha yaxınlaşılmışdır. Yazılan heç bir e – poçt, göndərilən heç bir faylın, kəsilən heç bir fakturanın vəya hər hansı bir sənədin bundan sonra nə olar nə olmaz deyə bir çap alıb rəflərdə saxlamaq məcburiyyətində qalınmayacaq və e – imzalı məlumatların arxivlənməsində də maneə yaranmayacaqdır. Bu vəziyyət, kağız israfı və mətbəəçilik xərclərini də azaldacaqdır.

Elektron mühitdəki məlumatların qorunması və arxivlənməsi olduqca problemlidir. Çap olunmuş nəşrlərdə məlumatın qeyd edildiyi mühiti arxivləmək və qorumaq kafi ikən elektron sistemdə isə həm məlumatın qeyd edildiyi mühiti, həm də elektron məlumatları oxuya bilmək üçün lazımlı texnoloji təchizat və proqramlaşma həm də elektron mühitdəki məlumatların intellektual məzmununu qorumaq lazımdır.

Çap sistemindəki məlumat qaynaqlarının arxivlənməsindən hansı quruluşun məsul olduğu açıqdır, elektron sistemindəki məlumatların arxivlənməsindən isə hansı təşkilatların məsul olduğu müəyyən edilməmiş şəkildə qalmaqdadır.

Çap sistemindəki məlumatlar dəyişdirildikdə və ya silindikdə bunu anlamaq asandır. Elektron mühitdəki məlumatlar isə asanlıqla kopyalana, dəyişdirilə vəya silinə bilər. Bu cür kopyalama, dəyişiklik və silinmə qəzayla ola biləcəyi kimi pis məqsəd güdülerek də edilə bilər. Sözü gedən halların qarşısının alınması yolunda atılan addımlardan ən vacibi isə e – dövlət rəhbərliyi altında fəaliyət göstərən e – imza sistemidir.

Elektron sistemin məhsulları çap edilmiş sistemin məhsullarına nisbətən daha az yer tutmaqdadır. Eyni zamanda saxlanma və istifadə sahəsindəki texnologiyaların xərcləridə davamlı düşməkdədir. Elektron sistemə sahib qurumlar,quruluşlar və təşkilatlar xidmətlərini zamandan və məkandan qazanaraq, müstəqil olaraq istifadəçilərin istifadəsinə təqdim edə bilməkdədir.



Məşhurluq və Ani Əlaqə Yaradıla bilməsi: Internet vasitəsi ilə ünsiyyət, web saytları, elektron poçt və fərdi yayıncı şəbəkələrinin vasitəsi ilə təmin edilir. Bu üsulların ortaq xüsusiyyəti digər istifadəçilərlə anında və məşhur bir ünsiyyət imkanı təmin etməsidir. Elektron yayımın tamaşaçısı ilə qarşılıqlı və dinamik bir təsir içində olması, ənənəvi yayıncılığın bu günə qədər bacara bilmədiyi ən əhəmiyyətli qazancı və elektron yayıncılığın ən əhəmiyyətli xüsusiyyətidir. 
İnternet, şəxsi kompüter və bir internet əlaqəsi ehtiyacı olan və hər kəsin istifadə edəbiləcəyi bir ünsiyyət vasitəsidir. İnternet, sürət və anlıq ünsiyyət sayəsində məlumatdan anında istifadə ediləbilər. Məlumat texnologiyasındakı inkişaf, uzaqlıq maneəsini ortadan qaldırmış və istifadəçilərin ehtiyac duyduğu məlumata ehtiyac duyduğu zamanda girişini mümkün etmişdir. Elektron nəşrlərin istifadəçilərə verdiyi bu giriş növünün asanlığı, istənilən məlumata çatma müddətini də qısaltmaqdadır.

Ucuz əlaqə yaradılması: Məlumatın internet mühitindəki təqdimatı ənənəvi mühitə nisbətən ucuz başa gəlir. Eyni zamanda məlumatın böyük bir kütləyə qısa zaman içərisində çatdırılabilməsinə imkan tanımaqdadır. Ehtiyac duyulan proqramların internet üzərindən fərdi kompüterlərə asanlıqla yüklənəbilməsi ilə sürətli və asan bir şəkildə web saytdan istifadə ediləbilər. İnternetin istifadəsində təməl əməliyyat xərcləri, internet xidmət provayderi ilə əlaqə üçün ödənilən telefon ödənişi və internet xidmət təminatçısına ödənilən xidmət əvəzində meydana gəlməkdədir. Şəxsi kompüterlər üçün artıq standart xüsusiyyət halına gələn skaner proqramları və modem əlaqəsi xaricində İnternetə daxil olmaq üçün başqa bir vasitəyə ehtiyac duyulmamaqdadır. Shapiro və Varian` a görə elektron yayınçılıq texnologiyası məlumatın həm istehsal, həm də paylama xərclərini böyük ölçüdə aşağı salmaqdadır.

Birbaşa yayım imkanı verməsi: Elektron yayımlama şəkillərində qrafik, audio və yazılı ünsiyyət imkanlarının internet mühitində birləşməsi, səslə tanıma və virtual reallıq kimi texnolojik inkişaflar sayəsində, artan nisbətdə birbaşa yayımlanacaq hala gəlmişdir. Beləliklə ünsiyətçilik artar və klassik kütləvi informasiya vasitələrinin əskik tərəfi olan tək tərəflilik ortadan qalxmış və iki istiqamətli ünsiyyət reallaşmış olar. Bu ünsiyətçilik ilə istifadəçi, sayt tərəfindən səhifəyə girdiyi andan etibarən izlənə bilər. İstifadəçi saytda "Hansı Səhifələrə Girdi", "Nələri Oxudu", "Saytda Nə Qədər Müddət Qaldı" kimi statistik məlumatları anket etmədən əldə etmək mümkündür.

Başqa Məlumatlara Elektron Əlaqə İmkanı Verilməsi: Internet web sayt sahiblərinin, saytlarının içindəki məlumatlarla başqa web saytlarındakı məlumatları bir – birinə bağlayan elektron linklər meydana gətirmələrinə imkan tanımaqdadır. Hyperlink olaraq da adlandırılan elektron linklər, istifadəçilərin axtardıqları məlumata çatmaları üçün sənədlər arasında sürətli və asan bir şəkildə istifadə etmələrinə və yazılı bir şəkildə təqdim edilməyən informasiya mənbələri arasındakı marağın yaranabilməsinə imkan verir. Sürət və asan isitfadə elektron bilgilərə çatmaqda çap edilmiş bilgilərə görə daha çox imkan təqdim etməkdədir. Bu xüsusiyyətləri səbəbiylə elektron bilgilər, daha hərəkətli və kütləyə daha açıq bir yayım xüsusiyyəti göstərməkdədir.

Ünsiyyət tərəflərinin şəxsiyyətlərinin gizlədilə bilməsi: İstifadəçilərin İnternet üzərindən reallaşdıracaqları əməliyyatları gizlilik içində etmələri üçün istifadəçilərin şəxsiyyətlərini gizləmələrinə imkan yaradan kompüter proqramları istifadə edilməkdədir. İnternet üzərindən reallaşdırdıqları əməliyyatların gizli qalmasını istəyən şəxslər üçün kimliyin gizlənəbilməsi İnternetin cazibədar bir istiqamətidir. Ancaq şəxsiyyət gizləyici imkanlar, qanuni olmayan əməliyyatlar üçün də istifadə edilə bilər. Rəsmi saytlarda şəxsiyyətin doğruluğu haqqındakı bilginin doğru olmağı mütləqdir. Əyləncə saytlarında, şikayət və təkliflərin bildirilməsində kimi hallarda isə istifadəçi kimliyinin istifadəçi tərəfindən gizlədilməsi istəyi də az deyil. Məhz bu səbələrdən irəli gələn müəyyən adıımlarda elektron sistem istifadəçilərin leyhinə olaraq da atılmışdır. Hər iki halıda da elektron imza sahəsinə əlavə etmək mümkündür.

Ünsiyyətin təmin edilməsindəki mühitin elastikliyi: Elektron yayımların məzmunu, yayımçı tərəfindən nəzarət ediləbilər olması səbəbiylə elastikdir. Televiziya və qəzet vasitəsilə təqdim edilən məlumatlardan fərqli olaraq elektron yayımlarda təqdim edilən məlumatlar asanlıqla və az maliyətlə qısa müddətdə dəyişdirilə vəya web saytlarına qısa müddətdə yeni funksiyalar və xidmətlər əlavə oluna bilər. Beləliklə məzmunda anlıq dəyişmələr edilib, məlumatın davamlı aktual qalması təmin ediləbilər.

Asan Saxlanma(arxivlənmə) İmkanı: Məlumat texnologiyasındakı sürətli inkişaf yüksək saxlama tutumuna sahib məlumat saxlanılabilən vasitələrini istifadəçilərin istifadəsinə təqdim etməkdədir. Beləliklə elektron sistemində yayımlanan bilgi vasitələri çox böyük fiziki mühitlərə ehtiyac qalmadan kiçik fiziki saxlama mühitlərində saxlanabilməkdədir. Eyni zamanda elektron mühitdəki arxiv sistemlərində axtarış aparmaq ənənəvi arxiv sistemlərində axtarış aparmaqdan qat qat asandır.

Elektron sistemlərdə mətn, səs və görüntülərin bir yerdə olması, istifadəçilərin həm vizual həm də eşidiləbilən məlumatlanma ehtiyaclarına cavab verməkdədir. Elektron sistemlərin aktual məlumata giriş imkanını təmin etməsi, istifadəçilərin qurum və quruluşlara şəxsən getmə zəruriliyini ortadan qaldırması, birdən çox istifadəçinin eyni zamanda eyni dəqiq bilgidən istifadə edəbilməsi kimi üstünlüklərə də malik olması danılmaz faktlardandır. Elektron sistemlərin inkişaf etmiş sistemləri sayəsində şəxslər maraqlandıqları mövzuları hər gün axtarma yerinə, bir dəfə axtarış etdikdən sonra eyni mövzuda başqa bir bilgi çıxdığı zaman avtomatik olaraq bilgiləndiriləbilməkdədir. Elektron sistem, istifadəçilərlə ünsiyyət qurmaq, bilgiləri bir-birinə göndərmək və geri bildiriş almaq, lazım olan bilgilərə linklər vasitəsi ilə asanlıqla istiqamətləndirərək ortaq işlər görəbilmək kimi bir çox üstünlükləri təqdim etməkdədir. Bəhs edilən faydalı cəhətlərdən görüldüyü kimi və bəhs edilməyən daha çox faydalı cəhətlərin mövcud olmağıda elektron sistemdeki əməliyatların insan həyatında müsbət rola malik olduğunu vurğulayan amillərdəndir.


Yuxarıda bəhs edilən və bəhs edilməyən elektronik sistemin faydalarıyla birlikdə faydalı olmayan cəhətlərdə mövcuddur. Beləliklə elektron sistemin faydalı olmayan cəhətlərindən bəzilərinə aşağıda yer verilməkdədir.

Elektron Sistemlərin Mənimsənməsiylə Əlaqəli Problemlər: Elektron sistemlə əlaqədar bəzi problemlər hələ də davam edir. Bunlardan ən əhəmiyyətlisi, elektron sistemlərin mənimsənməsi ilə əlaqədar olan problemlərdir. Qurum və quruluşlar isə müştərilərini yalnız texnologiya sahibi kəslərlə məhdudlaşdırmaqdadırlar. Buna səbəb isə elektron sistemdəki iqtisadi modellər tam olaraq yaradılmamasıdır. Məhz bu səbəbə görə qurum və quruluşlar fəaliyyət növlərindən asılı olmayaraq hər biri riskə girmək istəmir. İnternet rüsumlarının, kompüter və kompüterə lazım olacaq avadanlıqların qiymətinin baha olmağı müəyyən təbəqədəki insanları məcburi şəkildə elektron sistemdən uzaqlaşdırmaqdadır. Həmin xidmətlərdən istifadə üçündə düşünülmüş şəxsi yerlərdə isə xidmət haqqı bahadır. 

İqtisadi Problemlər: Elektron sistemdə başqa bir problem, iqtisadi məhdudiyyətlər anlayışının varlığədır. Ənənəvi sistemlə idarə olunan qurum və quruluşlar əvvəllər elektron sistem mövzusunda daha çox maraqlı olmayan mövqedən çıxış etsələrdə, müəyyən müddətdən sonra məcburi şəkildə vəya istəyərək elektron sistem mühitinə ilk addımlarını atmışlar. Əsas problemlərdən biridə ənənəvi qurum və quruluşların elektron sistemə keçidmək üçün xidmət verən şirkətlərin öz xidmətlərini standartdan baha satmalarıdır.

Texnologiyayla Bağlı Problemlər: Elektron sistemin yayılmasına maneə törədən texnologiyayla bağlı problemdir. Elektron sistemlərdən yararlanmaq üçün birdən çox format və standartın olması bu problemlərdən biridir. Texnologiya problemləri inkişaf etməkdə olan ölkələr baxımından baxıldığında vəziyyət daha da ciddilik qazanmaqdadır.

Məlumatın İstifadə Edilməsiylə Bağlı Problem: Elektron sistemdə xidmətin verilməsi, məlumat əldə etmək imkanı baxımından inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı uçurumu daha da derinleştirmektedir. Elektron sistemə giriş baxımından bütün maneələr qalxmış olsa da elektron mühitdə elmi ünsiyyəti reallaşdırmaq, inkişaf etməkdə olan ölkələr üçün yenə də çox asan olmayacaq. Elektron sistemdəki bilgilərdən istifadə etmək üçün müəyyən bir texnologiya alt quruluşu və kompüter savadlılığı kimi bacarıqlara ehtiyac duyulmaqdadır. Danılmaz bir faktlardan biri də heç bir qurum və quruluş istifadəçi çevrəsini yalnız müəyyən texnologiya imkanlarından istifadə edəbilmə bacarıqlarına sahib olan istifadəçilərlə məhdudlaşdırmaq istəməyəcək.

Arxivləmə və Qoruma ilə bağlı problemlər: Elektron sistem baxımından ən əhəmiyyətli problemlərdən biri də arxivləmə və qoruma problemidir. Ənənəvi sitemlərə malik qurum və quruluşlarda olduğu qədər elektron sistemdəki qoruma və arxivləmə prosedurları əhəmiyyətli anlayışlardır. Yalnız arxivdəki sənədlərin məzmunu deyil, bu məzmundan istifadə etmək üçün lazımlı texnologiyanın da qorunması gərəyi, çap edilmiş original sənəd vəya sənədlərin bir nüsxəsi elektron mühitə köçürülərkən yaşanan formatlama problemləri, kopyalamağa söykənən arxivləmələrin yaratdığı istifadə və müəllif hüquqları problemləri bu problemlərdəndir.

Beliklə elektron sistemin sahip olduğu e – dövlət və e – imza sahəsinin təkcə sözü gedən başlıqlara bağlı olmayan ancaq ortaq nöqtələri olan bir birindən fərqli faydalı və faydalı olmayan cəhətlərinin bir qisminə aydınlıq getirilsə də, aydınlıq getirilməyən bir çox səbəblərdə daxil olmaqla qurum və quruluşlar istər dövlətə, istərsə də özəl sahəyə bağlı olsada elektron sistemə dayanan quruluşa sahib olmaları vacib amillərdən biridir. İstərsə dövlət qurum və quruluşları, istərsədə özəl quruluşlar, Azərbaycan Respublikasına həmçinin də Azərbaycan Respublikasının vətəndaşlarına xidmət etdikləri üçün əllərindən gəldiyincə az maaliyətli amma yüksək keyfiyyətli xidmət vermək məqsədi ilə fəaliyyət göstərməlidirlər. Eyni zamanda bütün qurum və quruluşlar fəaliyyətləri boyunca da Azərbaycan Respublikasının dövlət qanunları çərçivəsindən çıxmadan elektron sistemdən və imzanın elektron sisteminə dayanan e – imza növündən istifadə edərək isitifadəçilərinə rahatlıq yaratmalıdırlar.



E-İmzanın İqtisadi, İctimai və Mədəni Təsirləri

İctimailəşməylə birlikdə artan əlaqələrin texnologiya cəhətdən inkişafların köməyiylə ortaya çıxardığı e – imzanın iqtisadi, ictimai və mədəni təsirləri və bunların mümkün nəticələri ilə əlaqədar bəzi sual işarələri mövcuddur. Hər nə qədər, yuxarıda e – imzanın təmin edəcəyi faydalar ələ alınmış olsa da, e – imzanın yaradacağı əhəmiyyətli təsirlərə də toxunmaqda fayda vardır.



1. E-İmzanın İqtisadi Təsirləri – Elektron bazarlar, mal və xidmətlərə dair ənənəvi bazarlara paralel olaraq ortaya çıxmış və texniki inkişaflar istiqamətində istehsal, istehlak, marketinq, ödəmə kimi ticarət formalarını yenidən sürətləndirmişdir. Elektron ticarətin ölçülərinə bağlı təxminlər dəyişsə də, internetin açıq bir şəbəkə quruluşu ilə ticarət vasitəsi kimi işlədilməsi yolu ilə internet üzərindən reallaşdırılan ticarət əməliyyatların təhlükəsizlik və təsdiqlənəbilən mövzularda hüquqi problemlər yaratdığı görülməkdədir. Firmalar və istehlakçılarda bu problemlər açıq həllərə qovuşdurulmadan, böyük ölçüdə elektron ticarət sərmayələri sərf etmə və bunları istifadə etmə mövzusunda narahat olmaqdadırlar. Dünyanın bir çox bölgəsində mövcud hüquqi çərçivə, etibarlı bir online ticarət mühiti üçün kafi zəmanəti hələ yaradılabilməməkdədir. Bir-birlərini heç görməmiş, coğrafi mövqelərindən xəbərsiz, ticarət vəziyyətlərini təsbit edə bilməyəcək adam və təşkilatlar, elektron ticarət vasitəsilə alqı-satqı, icarə, məsləhətçilik, vasitəçilik və s. şəkildə olaraq hər cür xidmətin ticarətini etməkdədirlər.

Bu baxımdan, elektronik mühitdə reallaşdırılacaq, hər cür əməliyyatın etibarlılığının təmin edilməsi və elektron ünsiyyətdə təsdiqlənəbilirliğin təsbitidə hal – hazırda, istər şəxsi, istərsə də ictimai olsun, böyük təşkilatların çox böyük bir hissəsinin, iş müddətlərini kağız sənəd ilə icra etdiyi, sənədlərin az hesab edilməyəcək bir qisiminin səhv yerləşdirilmiş və bir daha tapılmayacaq vəziyyətdə olduğu, istifadəçilərin həftədə ən az bir iş gününü sənəd əməliyyatları üçün fiziki hərəkət ilə itirdiyi, sənədlərin zaman içində çox sayda surətinin yaradıldığı və işçilərin zamanlarının böyük bir qisimini sənəd rəhbərliyinə istiqamətli işlərə xərclədiyi deyilə bilər. E – imza, bu mənada bir çox baxımdan təşkilatlara amma xüsusilə də ictimai təşkilatlara israfın qarşısını alma və məhsuldarlıq əldə etmə baxımından böyük faydalar əldə etmə potensialına malikdir. E – imza ilə imzalanması lazım olacaq sənədlərin və yenə kağız mühitindəki nüsxələrin tərəflər arasında fiziki olaraq daşınması lazım olmayacaq. Bütün məlumat və sənədlər istifadəçilərin icazəsi daxilində online olaraq elektronik mühitdə daşınacaq və beləliklə kağız qənaəti yaradılabilecekdir. Bu məlumat və sənədlərin tərəflər arasında daşınması elektronik mühitdə ediləcəyi üçün vaxda qənaət də təmin ediləcək. Elektron mühitin daha çox istifadə edilməsiylə da bürokratik prosesin sürətləndirilməsi istiqamətində kömək olunacaqdır. Bu səbəblə e – imza tətbiqlərinin yayılması təklif edilməkdədir.

Yuxarıdakı şərhlər də nəzərə alınmaqla, E-İmza`nın iqtisadiyyata təsirləri bu şəkildə yekunlaşdırılabilər. Qarşılıqlı işləmə; Standart həll; İş proseslərinin yaxşılaşdırılması; İş gücünün doğru istifadəsi; Kağız istehlakında azalma; Telekommunikasiya xərclərində azalma; Daha aşağı idari xərclər; Elektron oğurluğun azalması; qeydiyatdan yayınan iqtisadiyyatın qeydiyata alınmasına qatqı; Məhsuldarlığın artması. Qısaca e – imza, uzun vədədə daha aşağı xərc deməkdir.

2) E – imzanın İctimai və Mədəni Təsirləri – İnformasiya Komunikasiya Texnologiyaları – kompüterlər, cib telefonları, peyk yayımı, emalı və saxlanması, internet xidmətləri, yeni rəhbərlik, istehsal, təşkilat və marketinq texnikalarını əhatə edən çox geniş və naməlum bir termindir. Həqiqətən də İKT, texniki, iqtisadi, hüquqi, ictimai – mədəni və psixolojiq istiqamətləri də olan çox ölçülü və qarışıq bir anlayışdır. İnkişaf edən texnologiya ilə birlikdə şəxsi həyatımıza artıqlamasıyla girildiyinin fərqində olmağımıza, şəxsi vəya rəsmi hər cür əməliyyat və işlərimizin izlənildiyini bilməmizə baxmayaraq texnologiyanın gətirdiyi imkanlardan imtina etmədən yaşamağa davam etməkdəyik. Xüsusilə İKT vasitəçiliyi ilə fərdlər və cəmiyyət getdikcə daha möhkəm bir yoxlama altına girməkdədir.

İnformasiya texnologiyasındakı inkişaflar avtonom, xüsusi və fərqli mədəni oluşumlara imkan verməməkdə, əksinə, dünya səviyyəsində suveren, hakim və tək bir mədəniyyətin meydana gəlməsinə kömək etməkdədir. Bunun tipik nümunələri, dünyanın hər bölgəsində görülə biləcək olan televiziya və video təşkilatları standartlaşdırılmış film və proqramlar ilə universal bir dil istifadə edilən kompüterlərdir. İKT, mədəniyyət xidmətlərinin xüsusiyyətini ifadə edən və istehsalçı tək əldən və tək mərkəzdən istiqamətləndirilən bir mədəniyyət və əyləncə bazarının doğulmasına gətirib çıxarmaqdadır. Bu fakt, insanların xüsusi mədəni ətraflarıyla əlaqələrini təmin edən və mədəni inkişafların əsasını təşkil edən mexanizmlərin sürətlə yox olması mənasına gəlməkdədir. Məxfilik və azadlıq anlayışlarının qarşılaşdırılmasıyla davam edən bu dialoqda önə çıxarılan, İKT vasitəsilə bütün dünyanı nəzarət altına alma və insanların davamlı nəzarət altında olduqları düşüncəsiylə səhv işlər etməkdən çəkinməlidirlər anlayışıdır. Bu da Bentham`ın Panoptikon fikirinin indiki vaxtda yalnız həbsxanalarda deyil, İKT vasitəsilə bütün dünya daxilində isitfadəsi ehtimalının artdığını göstərir. Coğrafi, iqtisadi və ictimai şərtləri fərqli təşkilatlar və fərdlərin, İKT’ın giriş imkanları baxımından bərabər mövqedə olmayışları “Məlumat Çağı” nın ən əhəmiyyətli ictimai problemidir.



E–dövlətin proqram və təchizat alt quruluşunun hazırlanması, xidmətlərin elektron mühitə köçürülməsi, ictimai vəzifəlilərinə lazımlı təhsilin verilməsi və e – dövlətin tətbiqinə də təşviq edilmələri barəsində bürokratlara əhəmiyyətli vəzifələr düşməkdədir. 

Şərifov Fail
Yüklə 127,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin