Elektromaqnit dalğaları Məmmədov Təbriz Rüfət oğlstrreplN



Yüklə 162,42 Kb.
səhifə2/4
tarix25.08.2023
ölçüsü162,42 Kb.
#140533
1   2   3   4
Elektromaqnit dalğaları

Ultrabənövşəyi şüalar
Ultrabənövşəyi şüalanma (ing. ultraviolet, UV) — dalğa uzunluğu 10-400 nanometr arasında şüalanmadır. İnsan gözü 400-700 nanommetr dalğa uzunluqlarına həssasdır və bu spektrin xaricindəki şüaları görə bilmir. Gözün görə bildiyi ən kiçik dalğa uzunluqlu şüalanma bənövşəyi olduğundan, ondan daha kiçik dalğa uzunluğuna sahib olan şüaya "ultra bənövşəyi" adı verilmişdir.



Ağ səth üzərinə lentlənmiş bəyaz kağız Ağ səth üzərində qurumuş bir damla mayenin UV şüası altında görünüşü. parçasının UV şüası altında görünüşü.

Bütün ultrabənövşəyi şüaların eyni xarakteristikaya sahib olmadığı və canlılar üzərindəki təsiri fərqli olması səbəbi ilə Ultrabənövşəyi şüalanma UŞ-A, UŞ-B və UŞ-C adlanan üç kateqoriyaya ayrılmışdır. UŞ-A: O biri şüalara nisbətən 95%-i ilə ən geniş ultrabənövşəyi şüadır. Ozon təbəqəsi bu şüaların keçməsinə imkan verir. UŞ-B: Olduqca təhlükəlidir. Bu şüaların böyük bir qismi, ozon təbəqəsi bu şüaların keçməsinə mane olur. Ultrabənövşəyi şüalarının 5 %-ni təşkil edir. UŞ-C: Sağlamlıq üçün ən təhlükəli şüalardır. Ozon təbəqəsi bu şüaların bizlərə çatmasının qarşısını alır.
Rentgen şüaları
Rentgen şüaları- Vilhelm Rentgen tərəfindən kəşf edilmiş (1895) və X-şüaları (İks şuaları) adlandırılmışdır. Elektromaqnit dalğalarının şkalasında spektrin qamma şüalanma ilə ultrabənövşəyi şüalanma arasındakı dalğalar diapazonunda yerləşir. Dalğa uzunluğu  olan Retgen şüaları şərti olaraq sərt Retgen şüaları, olan Retgen şüaları yumşaq adlanır. Rentgen borusu, radioaktiv izotoplar rentgen şüalarının mənbəyidir. Radioaktiv izotoplardan alınan rentgen şüalarının intensivliyi retgen borusu vasitəsi alınan rentgen şüalarının intensivliyindən dəfələrlə az olur. Günəş və digər kosmik obyektlər Rentgen şüalarının təbii mənbələridir. Rentgen şüalarının spektri onların yaranma mənbəyindən asılı olaraq kəsilməz və xətti ola bilər. Kəsilməz spektr elektronların hədəf atomları ilə toqquşması nəticəsində yaranır. Xətti spektr hədəf atomlarının ionlaşdırılması nəticəsində alına bilər. Rentgen şüaları gözlə görünmür. Onları yalnız göstərdikləri təsirə görə müəyyən etmək olar. Rentgen şüaları metallardan, qeyri-metaldan, üzvi maddələrdən keçə bilir. Bu səbəbdən rentgen şüaları tibbdə, texnikada istifadə olunur. Rentgen şüaları atomun, molekulun, kristalların qurluşunu öyrənməyə imkan verir.



Rentgen borusu-Rentgen şüalarını almaq üçün istifadə olunan cihaz.
Rentgen şüaları sürətli elektronların metal hədəflə toqquşmasından sonra yaranır.

Yüklə 162,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin