Elektroensefaloqram (eeq)


Şüur hallarının tənzimlənməsi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix19.05.2023
ölçüsü0,9 Mb.
#116929
1   2   3   4
alisinir

Şüur hallarının tənzimlənməsi
Oyanıq haldan, NREM yuxu ilə REM yuxusuna
keçərkən, diqqət daxili olaraq yaradılan qıcıqlara
(yuxulara) yönəlir və dolayısilə xaricdən gələn
qıcıqlara nisbətən cavabsız qalınır. Bu cür tsiklik
dəyişikliklər beyinsapı və hipotalamusdakı nüvələr
tərəfindən tənzimlənir.
Beyinsapı RF və digər komponentlər birlikdə
Retikulyar aktivator sistem (RAS) adlanır. RAS
neyronları korteksin hər tərəfinə yayılır və yuxu-
oyanıqlıq arasındakı keçişləri təmin edir. Beyinsapı
neyronları monoaminergik neyrotransmitterlər
(NA, serotonin, histamin) sekresiya edir və
stimuləedici qovşaq aktivliyini möhkəmləndirirlər.
Bunlardan əlavə asetilxolin REM yuxusunda artır, yuxarı qalxan hissi məlumatın talamusdan keçişini asanlaşdırır və talamus
ilə korteks arasındakı əlaqəni möhkəmləndirir. Yuxu görməni və kortikal aktivliyi artırır.
Hipotalamusdakı neyronlar tərəfindən sekresiya edilən oreksinlər (hipokretinlər) də oyanıqlıq halının tənzimlənməsində
rol oynayır. Oreksin reseptorlarının blok edilməsi nəticəsində yuxululuq halı baş verir.
Hipotalamusdakı «yuxu mərkəzi» neyonları beyinsapı və hipotalamusdakı digər neyronlara inhibitor təsir göstərən GABA
sekresiya edir. Nəticədə oreksin, NA, serotonin və histamin səviyyələri azalır.


Oyanıqlıq və yuxu halına keçişlərin tənzimlənməsi sxemi
Oyanıqlıq halına keçişdə oreksin sekresiya edən
hüceyrələrə 3 əsas qıcıq təsir göstərir:
1. SCN əsas sirkadiyen ritm mərkəzidir. Bu nüvə
səhər vaxtı oreksin hüceyrələrini aktivləşdirir;
gecə
vaxtı
epifiz
vəzindən
melatonin
sekresiyasını stimulə edir.
2. Uzun müddətli aclıq zamanı qan qlikoza
səviyyəsi

leptin
hormonunun
plazma
konsentrasiyası enir, grelin konsentrasiyası artır.
Bunlar oreksin sekresiyasını artırır.
3. Qorxu, hiddət kimi hissləri tənzim edən limbik
sistem aktivliyi də oreksin neyronları stimulə
edir.
Yuxu mərkəzini aktivləşdirən mexanizmlər tam
anlaşılmayıb. Uzunmüddətli oyanıqlıqdan sonra
adenozinin
beyindəki
konsentrasiyası
artır.
Adenozin
oreksinergik
neyronların
aktivliyini
azaldır.
İnterleykin 1 yuxululuq halını asanlaşdırır.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin