Əlavə`````````````````````````` Balıqdan hazırlanan xörəklərin iaşədə əhəmiyyəti


Kotlet kütləsindən balıq xörəkləri



Yüklə 108,13 Kb.
səhifə6/48
tarix22.04.2023
ölçüsü108,13 Kb.
#101460
1   2   3   4   5   6   7   8   9   ...   48
İT-019iaşə-3 mühazirə təzə-1

Kotlet kütləsindən balıq xörəkləri
Kotlet kütləsi hazırlamaq üçün dərisiz və sümüksüz və ya dərili və sümüksüz yumşaq fileyə bölünmüş təzə və ya yaxşı isladılmış duzlu balıqdan istifadə edilir. Yağlı olmayan balıq kütləsinin yumşaq alınması üçün ona ətçəkən maşından keçirilmiş çiy balıq əti kütləsinə hesablanmaqla 25-30 % bişmiş balıq əti əlavə edilir.
Lazımı miqdrda birləşdirici yapışqanlı maddələri olmayan treska, dəniz okunu, kaban və digər balıqlardan kotlet kütləsi hazırlamaqdan ötrü ona hər paya 4 və ya 8 q yumurta istifadə
edilə bilər.
Balıq kotletini yağlı (paltus və s.) və ya kəskin spesfik qoxulu (sardinops və sardinella və s.) balıqlardan hazırlanması məsləhət görülmür.
Təzə balıqdan kotlet kütləsinə netto çəki ilə 6 % miqdarında süd qarışdırmaq olar. Bu halda reseptdə nəzərdə tutulmuş balıq kütləsi həmin miqdarda azaldılır.
Kotlet kütləsindən kotlet, bitoçki, rulet, zrazı, tefteli və digər məmulatlar hazırlanır.


Balıq kotleti yaxud bitoçkası
Burada kotlet kutləsi kotlet yaxud bitocka şəklində yastılanıb suxarı ovuntusunda urvalanır və hər iki tərəfindən qazmaq əmələ gəlincə əsas usulda qızardılır, sonra isə 8-10 dəqiqə qızdırıcı şkafda saxlanaraq hazır vəziyyətə gətirilir.
Sufrəyə verilən zaman bu xorək isidilmiş buluda yaxud boşqaba qoyulub ustunə yağ yaxud tomat sousu tokulub və goyərti vasitəsilə bəzədilir. Burada qarnir suda bişib qızardılmış kartofdan yaxud suda bişirilmiş muxtəlif tərəvəz novlərindən ibarətdir.
Hər pay ucun burada 195 q suf yaxud 162 q yayın balığı
yaxud 141 q durna balığı, 18 q buğda corəyi, 25 q sud yaxud su,
10 q suxarı, 15 q yağ, 150 q hazır qarnir, 4 q goyərti və 75 q
hazır tomat sousu goturulur.
Balıq dolması
Balıq (kutum, suf, ağ balıq) təmizlənib sumukdən ayrılır. Duz, istiot, xırda doğranmış baş soğan və keşnişlə qarışdırılır, ət maşınından kecirilir. Uzum yarpaqlarının saplağı kəsilir və qaynar suda portulur. Yarpağın hər birinə 25-30 q qiymə bukulub qazana yığılır. Uzərinə balığın sumuklərindən hazırlanmış bulyon tokulur və bişirilir.
Sufrəyə verildikdə yanına qatıq qoyulur.
Hər pay ucun burada 150 q balıq əti, 10 q baş soğan, 45 q
uzum yarpağı, 20 q keşniş, 50 q qatıq, istiot və duz goturulur


. Öz buğunda bişirilmiş kütüm
Təmizlənib yuyulmuş balıq tikələrə doğranıb, azacıq qızardılır və dayaz qazana yığılır. Uzərinə yağda qızardılmış soğan, alca, lavaşana, su və istiot tokulub oz buğunda bişirilir.
Sufrəyə verdikdə ustunə xorəyin oz şirəsindən tokulur və goyərti səpilir.
Hər pay ucun burada 255q təzə kutum balığı, 15q ərinmiş
yağ, 30q baş soğan, 3q quru alca, 5q lavaşana, 15q keşniş, 0,1q istiot və duz goturulur.



Yüklə 108,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin