Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)



Yüklə 192,11 Kb.
səhifə59/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   55   56   57   58   59   60   61   62   ...   71
Torpaqdan pay olmaz axı”.

Həkim əlini yelləyib:

-Ay bərəkallah! – dedi və televizordan aralanıb, yenə palatada gəzinməyə başladı. – Bu saqqallı uşağın deyəsən heç Əzrayıl da vecinə deyil. Elə bilir ki, bunun da torpaq payını bir gün ölçüb verməyəcəklər. Uzunluğu, vur-tut, 2 metr, eni, cəmi-cümlətanı, 50-60 santimetr. - Və həkim gülə-gülə əlavə elədi: - Amma bunun torpaq payı bir az çox olacaq, deyəsən. Çünki saqqalı çox yekədi.

Və eləcə gülə-gülə də həkim xəstəyə yaxınlaşdı. Onun hər iki gözünün qapağını ehmalca aralayıb, xəstənin göz bəbəklərini diqqətlə müayinə elədi.

-Dərmanların hələ dəyişməyəcəyik, - dedi. – Danışmağın, adam-zad tanımağın bir müddət gözləyək gərək. İnsulta qarşı nə mümkündü, eləmək lazımdı. Hələ bunun bəxti kəsib ki, başına vurulan zərbələrdən elə orda beyninə qan sızmayıb. Əvvəl mən də elə bilirdim ki, beyində anomaliya yoxdur. Amma var, görünür. Olmasaydı, indiyəcən dili açılmalıydı. Qansızma sonra da başlana bilir. Hərdən olur belə şey. İnsultun qabağını saxlaya bilsək, qalan azar-bezarına Allah özü əncam çəkəcək. Bu hələ görmür bizi. Çünki bizdən uzaqdadı. Bizi görmək istəsə, qayıdıb o uzaq yerdən gələcək. Görmək istəməsə? – Həkim ah çəkib gülümsədi. – Yox, inşallah, istəyəcək, - dedi.


Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin