Амин Бабайев, Вцгар Бабайев


pH 5,0-6,0. Güclü turş mühit reaksiyası



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə16/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   431
Ekoloji kənd təsərrüfatı – torpağın, ekosistemin və insanların sağlamlığını 
dəstəkləyən bir istehsal sistemidir.  Ekoloji kənd təsərrüfatının  əsas məqsədi – 
ümumi evimiz olan ətraf mühiti qorumaq naminə ənənələri, yenilikləri və elmi bir 
arada birləşdirməklə  ədalətli münasibətlər və  həyat tərzinin keyfiyyətinin 
yüksəldilməsidir. Bu məqsədə nail olmaq üçün torpaqların münbitliyinin 
yüksəldilməsi və qorunması ardıcıl  şəkildə  həyata keçirilərək və landşaftın təbii 
imkanları bir sistem kimi qiymətləndirilərək ətraf mühitin və kənd təsərrüfatının 
bütün sferalarında keyfiyyət göstəriciləri daima yaxşılaşdırılır. 
Ekoloji təsərrüfatçılıq kənd təsərrüfatında alternativ bir sistem kimi növbəli 
əkin sisteminin tətbiqi yolu ilə torpaq münbitliyinin yüksəldilməsinə, bitkilərin 
xəstəliklərinə və zərərvericilərinə qarşı mübarizədə qeyri-kimyəvi üsulların tətbi-
qinə və məhsul artımı üçün tətbiq olunan gübrələrin, herbisidlərin, boy stimulya-
torlarının, yemə əlavə olunan qarışıqların azaldılması prinsiplərinə əsaslanır. 
Avropada ekoloji kənd təsərrüfatı istehsalı keçən əsrin 20-ci illərinin ortala-
rından başlanmışdır. Həmin dövr intensiv sənayeləşmə,  şəhər  əhalisinin sürətlə 
artması, işsizlik,  ətraf mühitin çirklənməsi və müxtəlif xəstəliklərin geniş yayıl-
ması kimi xüsusiyyətlərlə xarakterizə olunurdu. Bu dövrdə  kənd təsərrüfatında  
kimyəvi və texniki vasitələrin intensiv tətbiqi çox acınacaqlı ekoloji problemlərin 
yaranmasına  və xüsusilə  ərzaq məhsullarında toksiki qalıqların toplanmasına 
səbəb oldu. 
Pestisidlər və boy maddələrinin yaratdıqları  fəsadlar nəticədə istehlakçıları 
bunlara qarşı  mənfi fikirlərlə  çıxış etməyə vadar etdi və beləliklə, Avropada 
ekoloji (bioloji) kənd təsərrüfatı meyilləri sosial hərəkata çevrildi. 


 
10
Keçən  əsrin 90-cı illərinin  əvvəlində isə ekoloji kənd təsərrüfatı artıq adi 
(konvensional) kənd təsərrüfatı ilə müqayisədə alternativ istehsal sahəsi oldu. Bu 
gün  əksər inkişaf edən ölkələrin apardığı siyasətin  əsas məqsədi ekoloji kənd 
təsərrüfatı istehsalına qanunvericilik baxımından yanaşma və sertifikatlaşdırılmış 
ekoloji təmiz qida  məhsullarının ixracının inkişaf etdirilməsi hesabına yüksək 
gəlir mənbələrinin yaradılmasına yönəlmişdir. Hazırda dünyanın 54 ölkəsi ekoloji 
kənd təsərrüfatı istehsalı üzrə milli normativləri hazırlayaraq qəbul etmişdir. 
Avropa ölkələrində ekoloji kənd təsərrüfatı siyasətində dönüş yaradan iki 
amili xüsusilə qeyd etmək lazımdır: 
-  Avropa  İttifaqı  tərəfindən 1993-cü ilin yanvar ayında qəbul edilmiş 
2092/91 saylı Qətnaməyə (2007-2008-ci ildə həmin Qətnamə yenilənib və 
müvafiq olaraq 834/2008 və 889/2008 qəbul edilmişdir)  əsasən Avropa 
miqyasında ekoloji kənd təsərrüfatı istehsalının ümumi sertifikatlaşdırma 
sisteminin  yaradılması; 
-  Avropa İttifaqının kənd təsərrüfatı siyasətinin yeniləşdirilməsi məqsədilə 
1992-ci ildə qəbul edilmiş, 1994-cü ildən etibarən isə tətbiq edilən aqrar-
ekoloji proqramı. 
Qəbul olunmuş qətnamənin və aqrar-ekoloji proqramın reallaşması və ekoloji 
kənd təsərrüfatı istehsalına yardım məqsədilə 300 milyon avro ayrıldı ki, bu da 
son onilliklərdə Avropa kənd təsərrüfatı siyasətinin  ən mühüm yeniləşdirilməsi 
hesab olunur. 
1999-cu ilin dekabr ayında Avropa Şurasının Berlində qəbul etdiyi «2000-ci 
ilin Gündəliyi» direktivi Avropa ölkələrində ekoloji kənd təsərrüfatı istehsalının 
təkmilləşdirilərək davamlı olmasına, qida məhsullarının keyfiyyətinin yüksəl-
məsinə, ətraf mühitə neqativ təsirlərin azalmasına və istehsal olunan ekoloji təmiz 
məhsulların marketinq şəbəkəsinin inkişafına böyük dəstək verdi. 
2001-ci ilin iyun ayında kənd təsərrüfatı nazirləri ilə Avropa Şurası ekoloji 
kənd təsərrüfatı istehsalı üzrə müqavilə bağlayaraq ekoloji təmiz qida istehsalı 
haqqında tədbirlər planını Avropa Komissiyasına (CAP - Ümumi Kənd 
Təsərrüfatı Siyasəti) təqdim etmiş və həmin təkliflər toplusu 22 yanvar 2002-ci il 
tarixdə təsdiq edilmişdir. Bu sənəd sayəsində islahatların həyata keçirilməsi mənfi 
amillərin ləğv edilməsinə  və  kənd təsərrüfatının daha da davamlı    idarəolunma 
üsullarının stimullaşdırılmasına şərait yaratmışdır. 
Bütün bu tədbirlərin nəticəsidir ki, son 10 ildə inkişaf etmiş ölkələrdə istehsal 
olunan  ərzaq məhsullarının 20-25%-i ekoloji təmiz məhsulların payına düşür və 
2010-cu ilə qədər bu payın 15% artması nəzərdə tutulurdu. 
Avropa Birliyinə daxil olan bütün ölkələrdə ekoloji təsərrüfatçılıq dövlət 
siyasəti səviyyəsində  dəstəklənir və bu ölkələrin hamısı «Avropa Birliyinin 
Ümumi Kənd Təsərrüfatı Siyasəti» proqramına (Common Agricultural Policy of 
EC) qoşulub. 
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra BMT-nin nizamna-
məsinin prinsip və maddələrini rəhbər tutaraq və bir çox beynəlxalq saziş  və 
razılaşmalara qoşularaq ölkəmizdə siyasi və iqtisadi islahatları həyata keçirməkdə 
davam edir. Dünyada qloballaşma  şəraitində davamlı inkişafın  əsas prinsiplərini 
özündə  əks etdirən «Monreal protokolu» (Monreal, 1987), «Kioto protokolu» 


 
11
(Kioto, 1997), «Orxus konvensiyası» (Orxus, 1998), «XXI əsrin gündəliyi» 
qətnaməsi (Rio-de-Janeyro, 1992), Yohannesburqda Dünya sammitində  qəbul 
edilən deklarasiya (Yohannesburq, 2002), «Avropanın Ətraf Mühiti» konfransının 
bəyanatı (Kiyev, 2003) və digər beynəlxalq aktlar belə razılaşmaların  ən 
əsaslarıdır. 
Azərbaycan dövləti «davamlı inkişaf» və  «ətraf mühitin qorunması» ilə 
əlaqədar bütün beynəlxalq konvensiyalara və sazişlərə qoşulsa da, bu gün 
ölkəmizdə ekoloji kənd təsərrüfatı istiqamətində aparılan işlər nəzərəçarpan 
dərəcədə deyildir. 
Azərbaycanın müstəqil bir dövlət kimi dünya inteqrasiyasına daxil olması 
zəmanəmizin tələbi olduğu kimi, ölkəmizdə Ekoloji kənd təsərrüfatı hərəkatının  
genişlənməsi də tarixi bir zərurətdir. Eyni zamanda Azərbaycanın  bugünkü 
sosial-iqtisadi mühitində ekoloji kənd təsərrüfatına keçidi zəruri edən çox ciddi 
səbəblər mövcuddur: 
1) ölkədə xırda və pərakəndə torpaq istifadəçiliyinin mövcudluğu; 
2) maliyyə çətinlikləri ucbatından, fermer və yeni torpaq istifadəçilərinin mineral 
və üzvi gübrələrdən istifadə edə bilməməsi; 
3) fermerlərin texniki və maddi imkanlarının zəifliyi; 
4) fermerlərin gəlirinin aşağı olması; 
5)  ətraf mühitin intensiv çirklənməsi; 
6) bioloji müxtəlifliklərin ilbəil azalması. 
 
Bu gün mövcud şəraitdə ortaya çıxan bir çox problemlər torpaqların düzgün 
istifadə olunmasına və qorunmasına ciddi əngəllər törədir: 
•  çəpərlər, sahəarası yollar, arxlar altında xeyli «torpaq itkisi» yaranır və 
münbit torpaqlar istehsaldan kənarlaşdırılaraq öz münbitliyini itirir; 
•  kiçik torpaq sahələrində növbəli  əkin sistemini tətbiq etmək mümkün 
olmadığından torpaqların münbitliyi müəyyən zaman intervalında  azalmağa 
başlayır; 
•  kiçik torpaq sahələrində texnoloji proseslərin mexanikləşdirilməsi çətinliyi 
yarandığından istehsalda əl əməyi üstünlük təşkil etdiyi üçün istehsal olunan 
məhsulun maya dəyəri yüksəlir, məhsuldarlıq isə aşağı düşür; 
•  kiçik torpaq sahələrini istehsal dövriyyəsindən ayıraraq onların dincə qoyul-
ması torpaq mülkiyyətçisi üçün sərfəli olmadığından torpaqların münbitlik 
xassələrinin pisləşməsi davam edir
•  kiçik torpaq sahələrində torpaqların mühafizəsi məqsədilə aqrotexniki, 
aqrokimyəvi, meliorativ, fitosanitar və digər tədbirlər kompleksini həyata 
keçirmək üçün torpaq istifadəçisinin iqtisadi imkanları  məhdud olduğundan 
torpaqların münbitliyi daim pisləşir. 
Dünya təcrübəsinə əsasən, qeyd etdiklərimizə belə bir faktı da əlavə etməli-
yik ki, optimal fəaliyyət göstərən və gəlirlə işləyən fermer təsərrüfatlarında torpaq 
sahəsinin ölçüsü 50 ha-dan aşağı olmamalıdır. 
İnkişaf etmiş ölkələrdə uzun illərdir ki, fermer təsərrüfatları ölçülərinin daim 
artması, yəni onların iriləşməsi prosesi gedir. Məsələn, ABŞ-da yalnız 1969-1988-


 
12
ci illərdə fermer təsərrüfatlarında torpaq sahələrinin ölçüsü orta hesabla 149 ha-
dan 190 ha-ra qədər artmışdır ki, bu da 25% təşkil edir. Bizdə isə bu parametr 
təxminən 100 dəfə aşağıdır. 
Yuxarıda qeyd olunan faktlar onu deməyə  əsas verir ki, ölkəmizdə ekoloji 
kənd təsərrüfatına keçid labüddür və bununla əlaqədar bizim qarşımızda aşağıdakı 
vacib vəzifələr durur: 
•  ölkədə ekoloji təsərrüfatın inkişafına əlverişli şərait yaradan qanunvericilik 
bazasının formalaşdırılması; 
•  ekoloji təsərrüfatçılıq üzrə təlim-təhsil və informasiya-məsləhət şəbəkəsini 
yaratmaqla müasir «ekoloji şüurun» formalaşmasına nail olmaq; 
•  ölkədə ekoloji təmiz məhsul istehsalının stimullaşdırılması və onun bazarının 
yaradılması; 
•  ekoloji kənd təsərrüfatının inkişaf etdirilməsi üçün büdcə vəsaitlərinin 
ayrılması və bu istiqamətdə milli proqramların yerinə yetirilməsi. 
Hal-hazırda dünyada 120-dən artıq ölkədə ekoloji kənd təsərrüfatı ilə məşğul 
olurlar. Artıq 54 ölkə ekoloji kənd təsərrüfatı istehsalı üzrə milli normativlər qəbul 
etmişdir. Bu ölkələrdən 20-si inkişaf etmiş ölkələrə aiddir. Avropa ölkələrində 
ekoloji kənd təsərrüfatı siyasəti ümumi kənd təsərrüfatı siyasətinin mühüm tərkib 
hissəsidir və bu istiqamətdə aparılan tədqiqatlar həmin ölkələrin siyasi proqramla-
rına daxil edilmişdir. Həyata keçirilən siyasətin  əsas məqsədi isə sertifikatlaş-
dırılmış ekoloji təmiz qida məhsullarının ixracatının inkişaf etdirilməsi hesabına 
yeni gəlir mənbələri yaratmaqdır. 
İnkişaf etmiş ölkələrin bir çoxunda hesab edirlər ki, ənənəvi kənd təsərrüfatı 
xırda təsərrüfatlarda  əlverişli deyildir. Belə ki, maliyyə  və digər sərvətləri zəif 
olan istehsalçılar üçün kreditlərin alınması böyük riskə bağlıdır. Məhsuldarlığın az 
olduğu illərdə onların qazancı az olduğundan fermerlər «borc tələsinə» düşür. Bu 
nöqteyi-nəzərdən yanaşsaq, Azərbaycanda bu gün mövcud olan kiçik və 
pərakəndə torpaq istifadəçiliyi  şəraitində  Ekoloji Kənd Təsərrüfatının inkişaf 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin